qalasının sözü azərbaycan dilində

qalasının

Yazılış

  • qalasının • 74.8480%
  • Qalasının • 25.0415%
  • QALASININ • 0.1106%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Brest qalasının müdafiəsi
Brest qalasının müdafiəsi (rus. Оборона Брестской крепости) — 1941-ci ilin 22-29 iyun tarixlərində baş vermişdir. Barbarossa əməliyyatının ilk döyüşlərindən biri idi. Brest qalası Vermaxt ilə mübarizədə Qızıl Ordu tərəfindən müdafiə edilmiş, gözləniləndən də çox düşmən hücumuna müqavimət göstərmiş və İkinci dünya müharibəsi bitəndən sonra sovet müqavimətinin rəmzinə çevrilmişdir. 1965-ci ildə Qəhrəman qala adına layiq görülmüşdür. == Döyüş öncəsi vəziyyət == XIX əsrə aid Brest qalası, Nasist Almaniyası Polşa ilə müharibədə olarkən baş vermiş Brest-Litovsk döyüşünün ərazisi olmuşdu. Halbuki, 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən, Brest ətrafı, eləcə də Polşanın ərazisinin 52%-i SSRİ-yə birləşdirildi. 1941-ci ilin yayında, almanlar qalanı yenidən, lakin bu dəfə SSRİ ilə mübarizədə tutmağa çalışdılar. Almanlar, Barbarossa əməliyyatının ilk saatları ərzində Mərkəz Ordular Qrupunun hücumu istiqamətində yerləşən Brest şəhərini və Brest qalasını tutmağı planlaşdırırdılar. Qala və şəhər Buq çayı, eləcə də Varşava–Moskva dəmiryolu xəttinin və magistralının üzərində yerləşirdi.
Dərbənd qalasının işğalı
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədi ilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. == Arxaplan == 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Gəncə qalasının işğalı
Gəncə qalasının işğalı (rus. Штурм Гянджи) — 3 yanvar 1804-cü ildə Rusiya imperiyası əsgərlərinin Gəncə xanlığının paytaxtı Gəncə şəhərini ələ keçirməsi. Gəncə xanlığı Kür çayının sağ sahilində Alazan çayının mənsəbinə qədər yerləşirdi. Xanlıq şərq və cənub-şərqdə Qarabağ xanlığı ilə, cənubda İrəvan xanlığı ilə həmsərhəd idi. Qərbdə Zəyəm çayı xanlığın ərazisini Şəmşədil sultanlığından və şimalda Kür çayı xanlığın ərazisini Gürcüstandan ayırırdı. Gəncə 8 metr hündürlüyündəki iki divarı və 6 bürcü olan güclü qala idi. 2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Azərbaycanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi.
İrəvan qalasının işğalı
İrəvan qalasının işğalı — 13 oktyabr (1 oktyabr Yuli təqvimi) 1827-ci ildə Rusiya imperiyası ordusunun İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirməsi. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816-1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi. 1827-ci ilin mayında general Aleksandr Benkendorf İrəvan ətrafına gəldi, ancaq şəhəri mühasirəyə almadı. Benkendorfun niyyəti Abbas Mirzənin düşərgəsinə hücum etmək idi. Qacarlarla döyüş itkilərə səbəb oldu. Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı İvan Paskeviç (1827-1831) Benkendorfun öncü birliyini general-leytenant Afanasiy Krasovskinin əsgərləri ilə əvəz etdi. İrəvan mühasirəsi zamanı quraqlıqdan əziyyət çəkən Krasovski mühasirədən vaz keçməyə məcbur edildi. Paskeviç Sərdarabad qalasını ələ keçirdikdən sonra 5 oktyabr (23 sentyabr Yuli təqvimi) tarixində İrəvana hərəkət etdi.
Şuşa qalasının açarı
Şuşa qalasının açarı- Qarabağ xanlığının inzibati mərkəzi Şuşa şəhərinin qala qapısının açarı == Təsviri == Şuşa qalasının açarı gümüşdən hazırlanaraq qızılı və gümüşü saplarla toxunmuş qotazlarla işlənib. == Tarixi == Açarlar Çar Rusiyasının Şuşanı işğalı zamanı qənimət kimi götürülmüşdür. Daha sonra 1924-cü ildə Tiflis şəhərindəki Qafqaz Hərb Tarixi Muzeyindən alınmışdır. Gümüşü saplı qotazları olan açar ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyası tərəfindən bərpa və konservasiya edilmişdir. Açar gümüşə xas qaralmadan və oksid təbəqəsindən təmizlənmiş, qoruyucu təbəqə ilə örtülmüşdür. Açarın qotazları isə təmizlənmiş, sökülmüş, itirilmiş hissələri, saçaqlarının zədələnmiş ipləri bərpa və konservasiya olunmuşdur. Gümüş açar laboratoriyanın əməkdaşı Tural Nəbiyev, qotazlar isə Nuridə Hüseynova tərəfindən bərpa və konservasiya olunmuş və fonda təhvil verilmişdir. == Mühafizə yeri == Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Şuşa qalasının gümüş açarları mühafizə olunur.
Yen-Men qalasının mühasirəsi
Yen-Men qalasının mühasirəsi — Çin-Suy sülaləsi Yanq-tinin bu gün Taiyuan adı ilə bilinən şəhərin qalasında Şərqi Göytürk xaqanlığı ordusu tərəfindən 615-ci ildə mühasirəyə alınmasıdır. Mühasirədən sonra Suy sülaləsinin ölkə içərisindəki nüfuzu tamamilə zəifləmiş və sülalə devrilmişdir. == Mühasirənin səbəbi == İmperator Yanq-ti və oğlu vəliəhd şahzadə Yanq Çien qızlıq imperiya sarayında qalmaq üçün Şansiyə hərəkət etməyi düşünürdü. Bu səyahət zamanı imperator öz sarayında bir müddət qaldıqdan sonra Çin səddini keçərək şimaldakı hüdud torpaqlarını ziyarət etməyə qərar verdi. Türk xaqanının çinli şahzadəylə evli olub, türklərlə çinlilərin sülh dövründə olmasına rəğmən, Yanq-tinin Serbi xaqanın gücündən çəkinməsi və onu ortadan qaldırmaq üçün planlar hazırlaması iki dövlətin arasını açdı. Çin imperatoru İçkin Şada xaqanlıq və Çin şahzadəsi təklif edib, onu Şərqi Göytürk dövlətinin cənub hissəsinə yerləşdirmək istəmişdi. Ancaq İçkin Şad Çinin bu təklifini qəbul etmədi. Vəziyyətdən xəbərdar olan Serbi Çin tərəfindən öldürülən Soqd mənşəli dövlət adamı və ətrafının da qısasını almaq üçün Çinə müharibə elan etdi. Hökmdarın müharibə qərarı Çin kökənli xatun İçinq tərəfindən qısa zamanda Çin imperatoruna çatdırıldı. == Mühasirə == Çin ilə əlaqələrdə Göytürk hakimiyyətinin müşavirliyini edən soqdların öldürülməsi və sonrasında alınan müharibə qərarını duyan Sui sülaləsi göytürklərə "soqdlar sizə üsyan qaldırmaq üçün bizdən yardım istəmişdi.
İrəvan qalasının mühasirəsi (1804)
İrəvan qalasının mühasirəsi — İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərinin (indiki Ermənistanın paytaxtı) 1804–1813-cü illər Rusiya–İran müharibəsi zamanı, 1804-cü ilin iyulundan sentyabrına qədər davam edən mühasirəsi. Çətin baş tutan irəliləyişdən sonra Pavel Sisianovun başçılığı altındakı Rusiya qoşunları İrəvanı mühasirəyə almışdı. İrəvan qalasının daxilində yerləşdirilmiş Qacar dövlətinə bağlı qüvvələr rusların birbaşa hücumunun qarşısını almış, qaladan kənarda olanlar isə Rusiya ordusunu mühasirəyə alaraq onların təchizat xətlərini kəsmişdilər. Vəliəhd Abbas Mirzə və Fətəli şah Qacarın (1797–1834-cü illərdə hakimiyyətdə olmuşdur) komandanlığı ilə İran qüvvələri şəhəri uğurla müdafiə etmiş, Rusiyanın hücumunu dəf etmişdilər. Sisianov öz reputasiyasını qorumaq üçün bu məğlubiyyətin məsuliyyətini çoxlu insanın üzərinə yıxmış və başqa məsələləri bəhanə etmiş, bilərəkdən öz səhvlərini kənara qoymuşdur. == Zəmin == 1801-ci ildə Qacar dövləti daxilindəki siyasi qarışıqlıqdan istifadə edən Rusiya əsrlər boyu İran imperiyalarının tərkibində olmuş, Gürcüstanın şərqindəki Kartli-Kaxeti bölgəsini ilhaq etmişdi. Pavel Sisianov 1802-ci ildə Rusiyanın Qafqazda yeni sərdarı təyin edilmişdir. Qətiyyətli rus imperialisti və ekspansionisti olan Sisianov nə Qafqaz sakinlərinə, nə də iranlılara hörmət bəsləyirdi. O, 1804-cü ilin yanvarında İrana yürüş etmiş və Gəncəni mühasirəyə almışdır. Bir aydan sonra Sisianov şəhəri ələ keçirərək onu yağmalamış, üç gün davam edən talan zamanı 3 minə qədər insan qətlə yetirilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.13 dəfə / 1 mln.
2003 •••••• 3.54
2004 •• 1.01
2005 ••••• 2.70
2006 ••••• 2.70
2007 ••••••• 4.23
2008 ••••••••• 5.36
2009 •••••••••••• 7.52
2010 ••••••••••• 6.81
2011 •••••••••••••••••••• 12.95
2012 ••••••••••••••••••• 12.30
2013 ••••••• 4.38
2014 ••••••••••• 6.69
2015 ••••••• 4.42
2016 •••• 2.26
2017 ••••••••• 5.20
2018 ••••••• 4.20
2019 •••• 2.50
2020 ••••• 2.78

Oxşar sözlər

#qalasının nədir? #qalasının sözünün mənası #qalasının nə deməkdir? #qalasının sözünün izahı #qalasının sözünün yazılışı #qalasının necə yazılır? #qalasının sözünün düzgün yazılışı #qalasının leksik mənası #qalasının sözünün sinonimi #qalasının sözünün yaxın mənalı sözlər #qalasının sözünün əks mənası #qalasının sözünün etimologiyası #qalasının sözünün orfoqrafiyası #qalasının rusca #qalasının inglisça #qalasının fransızca #qalasının sözünün istifadəsi #sözlük