Qalat sözü azərbaycan dilində

Qalat

Yazılış

  • Qalat • 83.3333%
  • qalat • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalat
Qalat (Qəzvin)
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). === Milli tərkibi === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Din == Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az.-əbcəd قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Fənərbaxça 6-0 Qalatasaray
"Fənərbaxça" 6–0 "Qalatasaray" — Türkiyə Super Liqasının 6-cı turu çərçivəsində 2002-ci ilin 6 noyabrında baş tutmuş və "Fənərbaxça"nın 6–0 "Qalatasaray" üzərində 6–0 üstünlüyü ilə başa çatan oyun. Oyun Mustafa Çulcunun hakimliyi ilə Fənərbaxça Şükrü Saracoğlu Stadionunda oynanmışdır. Bu oyunla "Fənərbaxça" "Qalatasaray" üzərində ən böyük hesablı qələbəsini qazanmışdır.Qitələrarası derbi adlandırılan bu oyunda "Fənərbaxça"nın qollarına Tuncay Şanlı, Ariel Orteqa, Serhat Akın (2), Ceyhun Əriş və Ümit Özat atmışdır. Oyunun 57-ci dəqiqəsində Ariel Orteqa, 84-cü dəqiqəsində Əmrə Aşık qırmızı kart görmüşdür. Bu oyun Türkiyə Super Liqasının 6-cı turunun keçirildiyi 22 sentyabr 2002-ci il tarixində baş tutmalı idi, lakin həm "Fənərbaxça"nın UEFA Kubokunda "AİK" ilə, həm "Qalatasaray"ın UEFA Çempionlar Liqasında "Lokomativ" Moskva və "Barselona"ya qarşı oyunlarına qarşı 6 noyabra ertələnmişdir.
Qalata körpüsü
Qalata körpüsü (türk. Galata Köprüsü) — Türkiyənin İstanbul şəhərində Haliç boyunca uzanan körpü. Xüsusilə 19-cu əsrin sonlarından etibarən körpü Türk ədəbiyyatında, teatrında, şeiriyyət və romanlarında yer almışdır. "Qalata körpüsü" ifadəsi əslində 19-cu əsrin əvvəllərindən etibarən Eminönü ilə Bəyoğlunu birləşdirən ardıcıl körpülər seriyasına verilmiş kollektiv addır. Bu adla tanınan beşinci körpü 1994-cü ildə inşa edilmişdir. Körpü İstanbulun Bəyoğlu ilçəsində, Haliçin şimal sahilində yerləşən müasir Karaköyün keçmiş adı olan Qalatanın adını almışdır. == Tarix == İstanbulda Haliç üzərindəki ilk qeydə alınmış körpü VI əsrdə I Yustinian dövründə şəhərin qərb ucundakı Konstantinopol divarlarının yaxınlığındakı əraziyə yaxın yerdə inşa edilmişdir. 1453 -cü ildə Konstantinopolun fəthi süqutu zamanı, türklər gəmilərini suda yan-yana yerləşdirək süno körpü yaratdılar ki, qoşun Haliçin bir tərəfindən digərinə keçə bilsin. 1502-1503-cü illərdə indiki krpünün yerində tikilmiş ilk körpünün inşası planlaşdırılırdı. Sultan II Bəyezid körpü üçün dizayn istədi və Leonardo da Vinci Haliç üçün 240 m uzunluğunda və 24 m genişliyində misli görünməmiş körpü planı hazırladı.
Qalata müdafiə divarları
Qalata müdafiə divarları və ya Genuya müdafiə divarları, müasir İstanbul sərhədləri içərisində olan Qalatayı əhatə edən və bəzi qalıqları bu gün də mövcud olan müdafiə divarlardır. Qalata Bizans dövründə Sykainin xarici məhəlləsi olduğu vaxtlar gücləndirilməmişdir. Qızıl buynuzun ağzında uzanan zəncirin mühafizəçisi kimi fəaliyyət göstərirdi. Ancaq 1204-cü ildə şəhərin zəifləməsindən sonra Qalata Venesiya ərazisinə çevrildi və daha sonra Genuya Respublikasının müstəmləkəsi oldu. Bizanslıların etirazlarına baxmayaraq, Genuyalılar Bizans nəzarətinin xaricində qalmış öz məhəllələrini xəndəklə əhatə etməyə müvəffəq oldular. Koloniyanın ətrafındakı qala tipli evləri özlərinin yaratdıqları ilk divarla birləşdirdilər. Qalata qülləsi daha sonra "Turris Sancte Crucis" ("Müqəddəs Xaç Qülləsi") olaraq adlandırıldı və digər şəhər divarlarının uzantıları 1349-cu ildə şimal hissədə həyata kecirildi. Sonrakı istehkam və müdafiə divarı uzantıları 1387, 1397 və 1404-cü illərdə davam etmişdir. Kobud şəkildə deyilsə, təxminən trapesiya formasında həyata keçirilmiş genişlənmə onlara böyük bir qapalı ərazi verdi. Genişlənmə Azapkapıdan şimala Şişxana istiqamətində, oradan Topxanaya və daha sonra Karaköy istiqamətində olmuşdur.
Qalata qülləsi
Qalata qülləsi — İstanbul şəhərinin Qalata səmtində yerləşən 528-ci ildə inşa olunmuş tarixi qüllə. Qalata qülləsi İstanbul şəhərinin əsas simvollarındandır. UNESCO qülləni 2003-cü ildə Ümumdünya irsi obyektlərinin siyahısına daxil edib. Qalata müdafiə divarları daxilində gözətçi qülləsi olaraq tikilən qüllə, içərisində olan müxtəlif elementlərlə birlikdə turizm məqsədləri üçün, sərgi sahəsi kimi və muzey olaraq istifadə olunur. Beyoğlu və İstanbulun simvolik tikililərindən biridir. == Tarixi haqqında == Qalata qülləsi dünyanın ən qədim qüllələrindən hesab olunur. Qüllə Bizans imperiyasının imperatoru Anastasiusun göstərişi ilə 528-ci ildən inşa olunmağa başlanmışdır. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə, 1348-ci ildə İsa Qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. 1348-ci ildə ikinci dəfə inşa olunan Qalata qülləsi həmin dövrdə Konstantinopol şəhərinin ən hündür binası hesab olunurdu.Bu gün mövcud olan qüllə 1445–1446-cı illərdə yüksəldilmişdir. Qüllə türklərin əlinə keçdikdən sonra müxtəlif vaxtlarda təmir olunmuş, özülü bərkidilmişdir.
Qalatasaray FK
Qalatasaray Futbol Klubu — Türkiyə Super Liqasında mübarizə aparan futbol klubudur. Türkiyənin İstanbul şəhərini təmsil edir. 1905-ci ildə Ali Sami Yen və dostları tərəfindən təhsil aldıqları Qalatasaray Liseyində təsis olunan İdman Klubunun ilk bölməsidir. Bu günə qədər 23 dəfə Türkiyə Super Liqasının Çempionu olub, 18 dəfə Türkiyə Kuboku və 15 dəfə Türkiyə Super-Kubokunu qazanıb. == Tarixi == === 1999–2000 === Fatih Terim rəhbərliyində və Faruk Süren Prezidentliyində Qalatasaray, 1999–2000 sezonunun əvvəlində heyətini Mehmet Yozgatlı, Ahmet Yıldırım, Emrah Eren, Kapone və Bruno ilə gücləndirdi. Heyətdən isə Tolunay Kafkas, Ceyhun Eriş, Ufuk Taley və Orkun Uşak kimi futbolçular ayrıldı. Qalatasaray UEFA Çempiyonlar Liqasına pis başlamışdır, 14 sentyabr 1999-cu il tarixində Ali Sami Yen Stadionunda oynanılan ilk qrup mərhələsinin oyununda Herta Berlin ilə 2–2 hesablı heç-heçəyə razılaşmışdır. 22 sentyabr 1999-cu il tarixindəki ikinci oyununda İtaliya nəhəngi Milana 2–1 hesabı ilə məğlub olaraq qrup mərhələsindəki ilk məğlubiyyətini alan Qalatasaray, 29 sentyabr 1999-cu il tarixində üçüncü oyununda İngiltərə nəhəngi Çelsiyə 1–0 hesabı ilə məğlub olmuşdur. 19 oktyabr 1999-cu il tarixində dördüncü oyununda Çelsiyə Ali Sami Yen Stadionunda 5–0 hesabı ilə məğlub olmuşdur. Bu oyundan sonra UEFA Çempionlar Liqasında mübarizəni dayandırması dəqiqləşən Qalatasarayın yeganə hədəfi UEFA Avropa Liqasında iştirak etmək olmuşdur.
Qalatasaray PFK

Qalatasaray QVK
"Qalatasaray" qadın voleybol klubu (İndiki adı: Qalatasaray Daikin Qadın Voleybol Komandası) — Qalatasaray İdman Klubunun voleybol şöbəsidir. Komanda hal-hazırda ev oyunlarını 7500 nəfərlik "Burhan Felek spor salonu"nda oynayır.
Qalatasaray Universiteti
Qalatasaray Universiteti — İstanbulun Beşiktaş ilçəsində, Ortaköy səmtində yerləşən fransız dilli universitet. Qalatasaray Universiteti, Qalatasaray İdman Klubu və Qalatasaray Liseyi ilə birlikdə Qalatasaray Qrupunun ən əhəmiyyətli qurumlarından biridir. == Tarixçə == Fransızca olan Qalatasaray Liseyinin davamı olaraq bir ali məktəbin yaradılması ideyası 1970-ci illərdə ortaya çıxdı və 1979-cu ildə keçmiş prezident və iş adamı Səlahəddin Bəyazid, Bülənt Əcəvit və Süleyman Dəmirəl ilə görüşərək ilk mühüm addımı atdı. Bəyazid, İstanbulun Bəykoz ilçəsində, Riva səmtində, 1975-ci ildə Qalatasaray klubu tərəfindən alınan torpaq sahəsinin 1.175.000 kvadrat metr hissəsində universitetinin tikilməsini təklif etdi. Universitetin qurulması ilə bağlı müzakirələr davam etdi və 1984-cü ildə Qalatasaray Təhsil Vəqfi Başçısı İnan Qıraç, "Qalatasaray Universitetinin qurulması üçün işə başladıq" dedi və bu fikrin artıq yetkin olduğuna işarə verdi.Ortaköy, Qalatasaray Liseyində fəaliyyətə başlayan Qalatasaray Təhsil Təşkilatı, Rivadakı torpağın yerinə 1994-cü ilin iyununa qədər burada fəaliyyət göstərdi. Yerli imtahan ilk dəfə 23 may 1993-cü ildə keçirildi və prezident Süleyman Dəmirəl ilk tədris ilinin açılışı ilə əlaqədar 11 oktyabr 1993-cü ildə qurumu ziyarət etdi. 13 dekabr 1993-cü ildə Fransanın bir çox universiteti ilə əməkdaşlıq protokolları imzalanmışdır.Qurum, 6 iyun 1994-cü il tarixli və 21952 nömrəli Rəsmi Qəzetdə dərc edilmiş 3993 nömrəli qanunla Qalatasaray Universitetinə çevrildi. Qanunun hazırlanması və qəbulu zamanı, o dövrdə DYP İstanbul Millət vəkili olaraq vəzifə yerinə yetirən Coşqun Kırca da böyük töhfələr vermişdir. Qurum universitet statusu alsa da, vahid bir təhsil müəssisəsi olaraq qaldı və Qalatasaray Liseyi və Qalatasaray İbtidai məktəbi Qalatasaray Universitetinə bağlı tədris vahidləri olaraq təyin olundu. == Saray binasında yanğın == 22 yanvar 2013-cü ildə saray binasının damı və üçüncü mərtəbəsi tamamilə yandı və qısa qapanmadan çıxan böyük bir qığılcımla bina yararsız hala düşdü.
Qalatasaray adası
Qalatasaray adası (türk. Galatasaray Adası) — Bosfor boğazında yerləşən elə də böyük olmayan ada. İstanbulun Quruçeşmə rayonunun qarşı tərəfində, Qalatasaray İdman Cəmiyyətinə məxsus ərazi. Ada Bosfor körpüsündən şimalda, İstanbulun avropa sahilindən 165 metr aralıda yerləşir. Adanın yerləşməsi onun ərazisinə yaşayış evlərinin, barların, restoranların tikintisini mümkün etmişdir. Adada iki üzgüçülük hovuzu vardır. == Tarixi == 1872-ci ildə osmanlı sultanı Əbdüləziz adanı memar Sarkis Balyana hədiyyə edir. O, isə öz növbəsində adada bir malikanə inşa etdirmişdir. bu malikanədə erməni əsilli Rusiya rəssamı İvan Ayvazovski dəfələrlə İstanbula səfəri zamanı qalmışdır. Burada qonağ olduğu bir ay ərzində I Əbdülməcid tərəfindən Dolmabağça sarayı üçün sifariş olunan tabloların hazırlanması ilə məşğul olmuşdur.
Qalatea (Rafael)
Qalateya (Neptunun peyki)
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir. Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin. Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
Qalateya (nereid)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalateya (nereida)
Qalateya (yun. Γαλατεία süd kimi ağ) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Qalateya (peyk)
Qalateya (yun. Γαλάτεια) və ya Neptun VI — Neptunun dördüncü ən yaxın daxili peykidir. Bu peykə yunan mifoloji personajları olan nereidalardan birinin - siklop Polifemə vurulmuş nereida Qaleteyanın adı verilmişdir. Qalateya 1989-cu il İyul ayının sonlarında Voyacer 2 zondu tərəfindən çəkilmiş şəkillər əsasında kəşf edilmişdir.O müvəqqəti olaraq S/1989 N 4 adlandırılmışdır.Kəşf 1989-cu il Avqustun 2-də açıqlanmışdır.Adı isə 16 sentyabr 1991-ci ildə verilmişdir. Qalateya düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Onun radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin. Qalateya öz orbitindən 1000 km kənarda olan Adams halqası üçün çoban ay olaraq görünür.42:43 nisbətində olan rezonans hadisələri Qalateyada mövcud olan halqanın unikal halqa əyriləri ilə məhdudlaşdırılması üçün ən çox ehtimal olunan mexanizm hesab olunur.Qaleteyanın kütləsi onu halqada qalmağa məcbur edən radial təlatümlər əsasında qiymətləndirilib.
Qalateyanın triumfu (Rafael)
Qalats (judets)
Qalats judetsi (rum. Judeţul Buzău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahəsi — 4466 km². Qərbdə — Praxova və Braşov, şimalda — Kovasna və Vrança, cənubda — Breila və Tulça judetsləri ilə sərhəddir. == Əhali == 2007-ci ildə əhalinin sayı 614 449 nəfər, sıxlığı — 137,58 nəf./km².
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Qalatəpə
Qalatəpə şəhər məskəni — Ağcabədi rayonunun Salmanbəyli kəndi yaxınlığında, Qarqarçayla qədim Gavurarxın kəsişdiyi strateji əhəmiyyətli təbii yüksəkliyin üzərində yerləşir və 26 hektara yaxın sahəni əhatə edir. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) vilayətinə daxil idi. İki eranın qovşağında yaşamış yunan coğrafiyaşünası Strabon həmin vilayətdəki iki şəhər haqqında məlumat verir: Ayniana (yaxud Enian) və Anariaka. “Coğrafiya” əsərində Strabon yazır: “...aynianlar Vtiyada ətrafı hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır, deyirlər burada yunan silahı, mis qablar və qəbirlər göstərirlər; burada Anariaka şəhəri də vardır, o şəhərdə, deyirlər, yatanların qeybdən xəbər verən məbədini göstərirlər” (Strabon, XI, 7,). Bu sözlərdən sonra Strabon Selevki sərkərdəsi Patrokola istinad edir. Məlumdur ki, Xəzər dənizinin tədqiqi üzrə ilk ekspedisiya e.ə. 283-282 -ci illərdə məhz onun rəhbərliyi altında təşkil olunmuşdur. Buradan isə belə qənaətə gəlmək olar ki, Ayniana – Enian ən azı hələ e.ə. III əsrin başlanğıcında bir şəhər kimi mövcud idi. Enian haqqında bəhs edən tədqiqatşı R.S.Məlikov bu şəhərin xan və ya xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürür(11, s.124-125).
Qalatasaray İK
Qalatasaray İdman Klubu — əsasən, kişi futbol komandası ilə tanınan İstanbul mərkəzli bir idman klubu. Türkiyənin ən çox azarkeşə sahib olan və ən uğurlu komandalarından biridir. 1905-ci ildə Qalatasaray liseyinin şagirdləri Əli Sami Yen və dostları tərəfindən yaradılan klub kişi futbol sahəsində 23 dəfə liqa çempionu olmuş, 18 dəfə Türkiyə Kuboku və 16 dəfə də Türkiyə Super Kuboku qazanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

"qalat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalat nədir? #qalat sözünün mənası #qalat nə deməkdir? #qalat sözünün izahı #qalat sözünün yazılışı #qalat necə yazılır? #qalat sözünün düzgün yazılışı #qalat leksik mənası #qalat sözünün sinonimi #qalat sözünün yaxın mənalı sözlər #qalat sözünün əks mənası #qalat sözünün etimologiyası #qalat sözünün orfoqrafiyası #qalat rusca #qalat inglisça #qalat fransızca #qalat sözünün istifadəsi #sözlük