qalereya sözü azərbaycan dilində

qalereya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qalereya • 60.2857%
  • Qalereya • 38.8571%
  • QALEREYA • 0.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Milli Qalereya (Praqa)
Praqa Milli Qalereya (çex. Národní galerie v Praze) — Çexiyada yerləşən ən böyük təsviri və tətbiqi sənət kolleksiyalarını idarə edən dövlət təşkilatı. 1949-cu ildə əvvəllər yaradılan bir neçə qalereyanın birləşməsi ilə quruldu. Milli Qalereyanın ekspozisiyaları, ən böyüyü Sərgi Sarayı olan Praqada və ondan kənarda bir neçə tarixi binada və sarayda == Tarixi == Qalereyanın tarixi, 1796-cı il fevralın 5-də, bir qrup vətənpərvər çex aristokratları və orta təbəqədən olan aydın ziyalılar, əhalini sənət ilə tanış etmək və tanıtmaq üçün Vətənpərvər Sənət Dostları Cəmiyyətini yaratdıqları zaman başladı. Cəmiyyət şəhər sakinləri üçün açıq olan iki təşkilat — Rəssamlıq Akademiyası və Qalereya qurdu. Müasir Milli Qalereyanın öncülü oldu. 1902-ci ildə cəmiyyət Çex Krallığının Müasir İncəsənət Qalereyasını təşkil etdi. Buraya İmperator I Frans I Josef tərəfindən hədiyyə edilmiş bir kolleksiya daxil edildi. 1918-ci ildə cəmiyyətin kolleksiyası Çexoslovakiyanın əsas sənət kolleksiyasına çevrildi. 1942-ci ildə Çexiya-Moravian Zemstvo Qalereyası adlanan Qalereya Çex Krallığının dağılmış Müasir İncəsənət Qalereyasının kolleksiyalarına qoşuldu.
Astara Dövlət Rəsm Qalereyası
Astara Dövlət Rəsm Qalereyası- 1979-cu ildən fəaliyyət göstərir. Qalereya рayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya fond saxlayan otaqdan sərgi zalından ibarətdir. == Ekspozisiyası == Astara rayon Dövlət Rəsm Qalereyası Rəsm Qalereyasının fondunda 119 ədəd ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir: 78- ədəd — nəqqaşlıq əsərləri 33-ədəd — qrafika əsərləri 8-ədəd — heykəltaraşlıq əsərləri. == Fəaliyyəti == Əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi və s təşkil edilir. Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər. Fəaliyyət göstərdiyi son illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir. == Dərnəklər == Rəssamlıq Tikmə-biçmə Toxuma (toxuçuluq) == Həmçinin bax == Astara Astara rayonu Astara (Azərbaycan) Astara Tarix-Diyarşünaslıq Muzeyi == Xarici keçidlər == "Astara Dövlət Rəsm Qalereyası".
Azərbaycan Dövlət Rəsm Qalereyaları
Ağcabədi Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır. Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. == Qalereyanın əsas fəaliyyət istiqamətləri == Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib Nazirliyə təqdim etmək Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin. müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi 27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilmişdir. Eyni zamanda 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində loqotipin təqdimatı keçirilmişdir.
Ağcabədi Dövlət Rəsm Qalereyası
Ağcabədi Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır. == Qalereyanın fəaliyyəti == Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir. == İstinadlar == == Xarici keçidlər == "Ağcabədi Dövlət Rəsm Qalereyası". azgallery.az. İstifadə tarixi: 16.03.2021. "Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Dövlət Rəsm Qalereyası". www.travelagenciesfinder.com. İstifadə tarixi: 16.03.2021.
Ağdam Dövlət Rəsm Qalereyası
Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.
Ağdaş Dövlət Rəsm Qalereyası
Ağdaş Dövlət Rəsm Qalereyası — Ağdaş rayonu ərazisində fəaliyyət göstərərn Rəsm Qalereyası. == Tarixi == Ağdaş rayon Dövlət Rəssm Qalereyası 1991-ci ildə yaradılmışdır. Qalereyada rayonunun və respublikanın tanınmış rəssamlarının əl işləri nümayiş etdirilir. Qalereyanin sərgi salonunda 98 ədəd rəsm əsəri nümayiş etdirilir. == Fəaliyyəti == Qalereyada il ərzində 8–10 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir. Burada tanınmış rəssamların sərgiləri ilə yanaşı gənc və yeniyetmə rəssamların əsərləri nümayiş etdirilir. Qalereyada rəssamlıq dərnəy fəaliyyət göstərir. Dərnəyin 20-yə yaxın üzvü vardır. Dərnək üzvlərinin əl işləri dəfələrlə rayonda təşkil olunan kütləvi tədbirlərdə nümayiş etdirilmişdir.
Berlin qalereyası
Berlin qalereyası (alman dilində:Berlinische Galerie) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. == Tarixi == Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi . İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü. == Muzeyin kolleksiyası == Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir. Muzeyin "Təsviri incəsənət" bölməsində Maks Libermanın, Lovis Korintin, Otto Diksin, Georq Qrossun, Hanna Hyöxun, Georq Bazelitsin, Volf Fostelin və həmçinin Gənc vəhşilər hərəkatı (Junge Wilde) nümayəndələrinin əsərləri toplanmışdır.
Berlin şəkil qalereyası
Berlin şəkil qalereyası (alm. Berliner Gemäldegalerie‎) — Berlin Dövlət Muzeyləri və Avropanın aparıcı sənət muzeylərindən biri olan Prussiya Mədəni İrs Fondunun tərkibində məşhur sənət qalereyası, Potsdamer meydanı qərbindəki Berlin Kulturforumda yerləşən mükəmməl 18-ci əsrlərə aid rəsm kolleksiyasına sahibdir. Qalereya kolleksiyasında Albrext Dürer, Lukas Kranax, Bottiçelli, Rafael, Tisian Veçellio, Karavaco, İeronim Bosx, Peter Paul Rubens və Rembrandt kimi sənətkarların tanınmış dünya şah əsərləri var. 1830-cu ildə açıldı və 1998-ci ildə təmir edildi. 1998-ci ildən bəri, Berlin Rəsm Qalereyası Kulturforumda onun üçün xüsusi tikilmiş bir binada yerləşdirilmişdir. Dördbucaqlı binanın şimal fasadı bir qədər irəlidədir. Sıx şəkildə yığılmış lövhələr və fasadın paslanmış səthi İtalyan İntibahından və Prussiya klassikliyindən ilham almışdır. Binanın mərkəzində amerikalı konseptual sənətkar Valter De Maria tərəfindən Seriya 5–7-9 fəvvarə ilə bəzədilmiş iki sıra sütun, düz bir tonoz və 32 şüşə günbəzdən ibarət əsas foye var. Foye, təbii sərnişin işıqları ilə işıqlandırılan 72 mərtəbəli nal və iki mərtəbədəki iş otaqları ilə əhatə olunmuşdur. Onların ümumi sahəsi 7000 m²., ziyarətçilər təxminən iki kilometr boyunca muzeyin salonlarını gəzirlər, üzərində 900 rəsm əsəri qoyulmuş divarların sahəsi 1800 xətti metrdir.
Biləsuvar Dövlət Rəsm Qalereyası
Biləsuvar Dövlət Rəsm Qalereyası - == Xarici keçidlər == "Biləsuvarda Dövlət Rəsm Qalereyası əsaslı təmirdən sonra ilk sərgisini keçirdi". www.cenub.arbtv.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.cmap.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 18.03.2021.
Borgeze qalereyası
Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur. 1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası — Bolqarıstanın Varna şəhərində yerləşən rəsm qalereyası. 12 yanvar 1944-cü il tarixli sərəncamla yerli rəssamlar və fərdi şəxslərin hədiyyə etdiyi əsərlər əsasında yaradılmışdır. Kiril Şivarov, Konstantin Ştırkelov, Aleksandr Dyakoviç qalereya təsisçilərindən idilər. 1988-ci ildən etibarən XIX əsrin sonlarında Genço Knev tərəfindən inşa edilmiş kişi gimnaziyasının yenidən qurulmuş binasında yerləşir. 1999-cu ildən bəri rəssam Boris Georgiyevin adını daşıyır. Qalereya ümumi sahəsi 3000 m² olan 3 mərtəbəni əhatə edir. Burada rəssamlıq, qrafika və heykəltaraşlıq əsərləri yerləşir. Qalereyada 17-ci əsr flamand rəssamı Anselm van Hulenin 9 rəsm əsəri, 1648-ci ildə Vestfaliya sülh müqaviləsini imzalayan ölkələrin nümayəndələrinin portretləri, habelə Mixail Boruçinskinin 1911–1912-ci illərdə çəkdiyi "Vladislav Varnençikin döyüşü" əsəri var.Qalereyada Beynəlxalq Qrafika Biennalesi keçirilir. Qalereya həmçinin "İncəsənətdə avqust" Vizual Sənətlər Festivalının həmtəsisçisidir. Üçüncü, ən üst mərtəbədəki zalda "Varna Yayı" Beynəlxalq Musiqi Festivalının konsertləri, teatr tamaşaları və moda nümayişləri göstərilir.
Bərdə Dövlət Rəsm Qalereyası
Bərdə Dövlət Rəsm Qalereyası — 1989-cu ildən fəaliyyətə başlayıb. == Tarixi == 2008-ci ildən yeni binaya köcürülən Rəsm Qalereyası Bərdə şəhər Heydər Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 173 kv.metr olan 2 otaqdan ibarətdir. Ekspozisiya-sərgi sahəsi 152 kv.metr , fonda saxlama sahəsi 21 kv.metrdir. Qalereyanın fondunda peşəkar, gənc və həvəskar rəssamların 50-ə yaxın əl işləri və rəsm əsərləri saxlanılır. == Fəaliyyəti == Qalereyada həvəskar gənclərdən və məktəbli şagirdlərdən ibarət , həftədə 2 dəfə olmaqla rəsm dərnəyi fəaliyyət göstərir. Bundan başqa xalçaçılıq sənətini yaşatmaq və gələn ziyarətcilərə göstərmək ücün xalça toxuma təbliğ olunur. Yay mövsümündə açıq havada turistlərə müxtəlif mədəni xidmətlərin və sərgilərin keçirilməsi ücün Qalereyanın qarşısından istifadə etmək daha məqsədə uyğundur. == İstinadlar == == Xarici keçidlər == "BƏRDƏ RƏSM QALEREYASI". www.govserv.org. İstifadə tarixi: 18.03.2021.
Cəlilabad Dövlət Rəsm Qalereyası
Cəlilabad Dövlət Rəsm Qalereyası Cəlilabad Dövlət Rəsm Qalereyası 1985-ci ilin fevral ayının 12 – in də yaradılmışdır. 2015-ci ildə yeni binaya köçürülmüşdür. Ümumi sahəsi – 400 m2-dir. Ekspozisiya sahəsi 180 m2 olub, Fond saxlamağı otağı 25 m2-dir. == Fəaliyyəti == Rəsm Qalereyasının fəaliyyəti əhalinin geniş təbəqələri arasında, milli və dünya təsviri, dekorativ — tətbiqi sənət əsərlərinin təbliği və milli — mədəni irsimizin toplanaraq qorunması məqsədini daşıyır. Rəsm Qalereyasında görkəmli xalq rəssamlarının əsərləri ilə yanaşı yerli peşəkar rəssamların da əsərlərindən ibarət sərgilər təşkil edilmişdir. Qalereyada qonşu rayonların Rəsm Qalereyaları ilə əməkdaşlıq münasibəti yaradılaraq rəsm əsərlərinin mübadilə yolu ilə sərgisi təşkil olunur. Burada məktəbli uşaq rəssamların da rəsm əsərlərinin sərgisinə geniş yer verilir. Hazır burada mühafizə edilən bədii fondlar vardır. Qalereyada təsviri incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi incəsənət növünə aid 200 – dən çox eksponat mühafizə olunur.
Daşkəsən Dövlət Rəsm Qalereyası
Daşkəsən rayon Dövlət Rəsm Qalereyası — 1986-cı ildən Azərbaycan Respublikasının Nazirlər kabinetinin sərəncamı ilə fəaliyyətə başlamışdır. Qalereyada ştat üzrə 4 nəfər işçi çalışır. Onlardan 1 nəfər ali təhsilli, 3 nəfər isə orta təhsillidir. Ümumi sahəsi 40 m2-dir, 1 otaqdan ibarətdir. == Ekspozisiyiası və fəaliyyəti == Qalereyada tanınmış, peşəkar və o cümlədən, yerli, həvəskar rəssamların müxtəlif həcmdə çəkdikləri əsərlər və şəkillər nümayiş olunur. Hazırda Daşkəsən rayon Dövlət Rəsmlər Qalereyasının balansında 33 rəsm əsəri vardır. Həvəskar və yerli rəssamların qalereyaya bağışladığı şəkillərlə birgə 60 əsər nümayiş olunur. Belə ki, qalereyada tanınmış rəssamlardan M.Rəhmanzadənin, B.Mirzəzadənin, V.Ağayevin, Ç.Fərzəliyevin və başqalarının əsərləri nümayiş olunur. Həvəskar yerli rəssamlardan isə L.Məmmədovun, N.İsayevin, İ.İsayevin və başqalarının əsərləri sərgilənir. Bu əsərlərin içərisində kətan üzərində yağlı boya ilə işlənmiş şəkillər əksəriyyət təşkil edir.
Doria-Pamfili qalereyası
Doria Pamfili qalereyası (it. Galleria Doria Pamphilj) - Romada via del Korso küçəsində yerləşən Doria-Pamfili sarayının şəxsi zəngin incəsənət, heykəltəraşlıq və mebel kolleksiyasıdır. Kolleksiyanın ən güclü tərəfi XVII əsr italyan rəssamlığıdır. == Tarix == Doria Pamfili qalereyası 1651-ci ildə yaradılmışdır. İki əsr ərzində bina bir neçə kübar sahib - Roma ailələrindən çıxan aristokrat varlılar - dəyişdirmişdi. Lakin sonda saray, Genuya dənizçiləri olan Doria və patrisian ailəsi Pamfili ailələrindən olan nümayəndələrinə keçdi. Hətta hal-hazırda belə sarayda bu ailələrin yetirmələri yaşamaqdadır. Sarayın tarixi Kamillo və Olimpiya Aldobrandininin toyu ilə başlayır. Onların sayəsində biz bu gün sarayda Rafael, Tisian, Parmicanino və Bekkafuminin əsərlərini görə bilirik. XVII əsrin ortalarında Kamillo, Karavaccoya aid 4 rəsmə sahib idi.
Faras Qalereyası
Varşava Milli Muzeyindəki professor Kazimierz Mixalovski Faras Qalereyası, Nubianın erkən xristian sənətini təqdim edən Varşavadakı Milli Muzeydə daimi bir qalereyadır. Qalereyada professor Kazimierz Mixalovski'nin rəhbərlik etdiyi bir arxeoloji missiya tərəfindən kəşf edilmiş Faras Katedralı'nın unikal divar əsərləri və memarlıq elementlərinin kolleksiyası var. == Qalereyanın tarixi == === Farasdakı arxeoloji işlər === Faras Qalereyasında nümayiş olunan sənət əsərlərinin əksəriyyəti Nubian Kampaniyası olaraq bilinən köhnə Nil hövzəsi mədəniyyətlərinin qalıqlarını qorumaq üçün beynəlxalq səylərdə iştirak edən arxeoloqların sayəsində orada tapıldı.Nubian Kampaniyası 1961-1964–cü illər arasında reallaşdı və UNESCO tərəfindən təşəbbüs edildi. Qazıntılar zamanı arxeoloqlar Sudan-Misir sərhəddinin yanında yerləşən Faras şəhərinin ərazisi daxilində bir-birinin üstünə qoyulmuş yaxşı qorunan ibadət yerlərinin qalıqlarını aşkar etdilər. Binalar VII-XIV əsrlərdən başlayaraq xristian dini mövzularını əks etdirən divar rəsmləri ilə bəzədilib. === Divar rəsmlərinin çıxarılması === Divar rəsmlərinin katedral divarlarından çıxarmaq və bunları özəl hazırlanmış ekranlara köçürmək,çatlamanın qarşısını almaq üçün səthin sağlamlaşdırılması və möhkəmləndirilməsi lazım idi.Bunun üçün rəsmlərin üzləri Yapon toxuma kağızı təbəqələri ilə örtülmüş və qalın mum-qatran qarışığı ilə hopdurulmuşdur.Rəsmlərin yuxarı hissələri üzərindəki kətan zolaqları basaraq düzəlirdi.Sonra şəkillər əlavə olundu, gips parçaları bıçaq və mişarlar istifadə edərək divarlardan kəsildi. Çıxarılan şəkillər daha sonra taxta ekranlara köçürüldü. Həddindən artıq gips rəsmlərin arxa hissəsindən çıxarılmalı və rəsmlər gips ilə möhkəmləndirilməli idi.Əsərlər pambıq ədyala bükülmüş, Varşava və Xartumdakı muzeylərə köçürülmüşdür. Orada kompleks bir bərpa prosesi keçib və sərgiyə hazırlanırdılar. Bundan sonra qoruyucu təbəqələr, şəkillərin arxasından orijinal sıva çıxarıldı və nazik (hamısı 2–3 mm) bir təbəqə süni bir arxa plana keçirildi.
Füzuli Dövlət Rəsm Qalereyası
Füzuli Dövlət Rəsm Qalereyası — 16 noyabr 2016-cı ildə yaradılmışdır == Qalereya binası == Heydər Əliyev və prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binanın sahəsi 324 kvadratmetrdir. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. == Həmçinin bax == Füzuli Horadiz Azərbaycan Dövlət Rəsm Qalereyaları == Xarici keçidlər == "İlham Əliyev Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". president.az. İstifadə tarixi: 01.04.2021. "Prezident İlham Əliyev Horadizdə Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib". www.salamnews.org. İstifadə tarixi: 01.04.2021.
Goranboy Dövlət Rəsm Qalereyası
Gоrаnbоy Dövlət Rəsm Qаlеrеyаsı — 1986-cı ildə yаrаdılıb. Goranboy şəhərində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 108 ədəddir. Burada Azərbaycanın Tаğı Tаğıyеv, Güllü Mustаfаyеvа, Mаrаl Rəhmаnzаdə və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. == Haqqında == Goranboy Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli 100 saylı əmrinə əsasən yaradılmışdır. Dövlət Rəsm Qalereysı 1986-cı ildən 2005-ci ilin may ayına qədər Qızılhacılı qəsəbəsində fəaliyyət göstərmişdir. May ayının əvvəlində rayon mərkəzində Mədəniyyət və İstirahət Parkında yerləşmişdir. 2005-ci il may ayında Goranboy rayon Dövlət Rəsm Qalereyasının açılışı olmuşdur. Açılışda hörmətli Prezdentimiz cənab İlham Əliyev və "Heydər Əliyev Fondu"nun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdir.
Gəncə Dövlət Rəsm Qalereyası
Gəncə Dövlət Rəsm Qalereyası — Gəncə Dövlət Rəsm Qаlеrеyаsı (GDRQ) 1980-ci ildə yаrаdılıb. Gəncə şəhəri, Atatürk prospektində yerləşir. Qalereyada ekspоnаtlаrın sаyı 41 ədəddir. Burada Azərbaycanın Tеlmаn Cəfərоv, Fаiq Оsmаnоv və s. kimi tаnınmış rəssаmlаrla yanaşı, Gəncə rəssamların da əsərləri nümаyiş еtdirilir. == Haqqında == Gəncə Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin əmri ilə 1984-cü ilin aprel ayının 15-də yaradılmışdır. Gəncə Dövlət Rəsm Qalereyasının açılışında Ulu öndər Heydər Əliyev cənabları iştirak etmişdir. İlk öncə Gəncə Dövlət Rəsm Qalereyasının rəhbəri mərhum Fazil Əliyev, sonralar isə uzun müddət işləmiş rəssam Telman Cəfərov olmuşdur. 2004-cü ildən isə Rəsm Qalereyasına xalçaçı-rəssam Osman Faiq Məcid oğlu rəhbərlik edir. Gəncə Dövlət Rəsm Qalereyası bu günə kimi bir çox respublika və beynəlxalq miqyaslı sərgilərdə iştirak etmişdir.
Kanada Milli Qalereyası
Kanada Milli Qalereyası (ing. National Gallery of Canada, fr. Musée des beaux arts du Canada) Ottavada — muzeydə geniş kolleksiyalar, qrafika, heykəltəraşlıq və fotoqrafiya vardır. Kolleksiyanın əsası Kanadalı incəsənət əsərlərindən ibarətdir — Tom Tomson, Emili Karr, Aleks Kolvill və iştirakçıları "Yeddi qrupu"nun üzvləri (Group of Seven). Sərgidə bir çox məşhur Avropa rəssamlarının əsərləri də təqdim olunur. Qeyd edək ki, Endi Uorxol məşhur əsərləri arasında müasir sənət əsərlərinin toplusu diqqət çəkir. == Tarixi == Kanadanın Milli Qalereyası 1880-ci ildə Kanadanın dördüncü baş qubernatoru Con Duqlas Sazerlend Kempbell tərəfindən təsis edilmişdir. 1882-ci ildən Kanadanın Ali Məhkəməsinin binasında yerləşirdi. 1911-ci ildə qalereya Victoriya Memorial Muzeyinə (indi Kanada Təbiət Muzeyi) köçdü. 1913-cü ildə Milli Qalereyanın fəaliyyətini tənzimləyən Milli Qalereya Aktı qəbul edildi.
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi
Kelvinqrov İncəsənət Qalereyası və Muzeyi (ing. Kelvingrove Art Gallery and Museum) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən muzey. == Tarixi == == Dizayn və tikintisi == == Kolleksiyalar == 2006-cı ildən "Asılan başlar" muzeyin "Sophie Cave" salonunda sərgilənməkdədir. İnsani duyğuların üzümüzdə meydana gətirdiyi mimikalardan yola çıxılaraq düzəldilmiş başlar tamamilə ağ rəngə boyanaraq tavandan asılmışdır. Dörd fərqli üz ifadəsi ilə asılı olan cəmi 50 ədəd heykəlin olduğu muzey ilk görünüşdə hürküdücü kimi gəlsə də muzeyin ən çox ziyarət edilən hissələrindən biridir.Muzeyin incəsənət kolleksiyasına çox görkəmli Avropa rəsmləri, o cümlədən Qədim Ustalar, fransız impressionistlər, holland intibah dövrü, şotland koloristləri və Qlazqo Məktəbinin eksponentləri daxildir. Muzeydə Salvador Dalinin "Həvari İohann Məsihin Xaçı" yerləşir.
Kürdəmir Dövlət Rəsm Qalereyası
Kürdəmir Dövlət Rəsm Qalereyası 2003-cü ilin may ayından fəaliyyət göstərir. == Tarixi və fəaliyyəti == Qalereyada ekspozisiyaların qurulması və sərgilərin keçirilməsi üçün geniş və işıqlı 3 salon, vestibül və dəhliz il boyu fəaliyyət göstərir. Bununla yanaşı fond üçün saxlanc otağı , ümumi şöbə mövcuddur. Qalereyada 106 ədəd əsər saxlanılır. Dünya və Azərbaycanın görkəmli rəssamlarının, muzeylərinin foto albomları, foto kitabları ilə yanaşı Mədəniyyət və İncəsənət jurnalları və qəzetlərinin topluları da yığılır. Kürdəmir Dövlət Rəsm Qalereyası rayonda keçirilən bütün mədəni – kütləvi tədbirlərin tərtibatı işlərində də yaxından köməklik göstərir. Qalereyada vaxtaşırı olaraq müxtəlif səpkili rəsm sərgiləri və sərgi yarmarkaları təşkil olunur. Qalereyada rəsm dərnəyi fəaliyyət göstərir. Rəsm dərnəyinin üzvlərinin bir neçəsi rəssamlıq üzrə ali və orta ixtisas təhsili almaqdadırlar. == Həmçinin bax == Kürdəmir rayonu Kürdəmir rayonu Tarix-Diyarşünaslıq Muzeyi Kürdəmir bələdiyyələri == Xarici keçidlər == "Rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri".
Laçın Dövlət Rəsm Qalereyası
== Fəaliyyəti == Laçın Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 387 №li 17.10.1990-cı il tarixli əmrinə əsasən yaradılmışdır və qalereyanın 7 işçisi var. Laçın Dövlət Rəsm Qalereyası Bakı şəhəri, Nərmanov rayon Bakı şəhər 2 saylı Peşə məktəbinin binasında 50 km sahəsi olan bir otaqda fəaliyyət göstərir. Qalereyanın nəzdində 13 nəfərdən ibarət rəsm dərnəyi fəaliyyət göstərməkdədir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda 101 ədəd əsər var. Bunlardan 10 ədədi tətbiqi-incəsənət əsərləridir, 14 ədədi kətan üzərində yağlı boya ilə işlənmiş əsərlərdir və digərləri müxtəlif texnikalarla işlənmiş əsərlərdi. Bundan başqa, qalereyanın fondunda 4 ədəd stend və “Uşaq aləmi” adlı bölmədə isə istedadlı uşaqların kağız üzərində rəngli karandaşlarla və flamasterlə çəkilmiş şəkilləri yer alır. == Qalereyanın əsas fəaliyyət istiqamətləri == == Qalerayanın tarixi == Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb. == Sərgilər == Qalereya Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasında milli incəsənətin zəngin ənənələrinə əsaslanan mədəni-estetik formaların axtarışı və formalaşdırılmasını həyata keçirir. Laçın Dövlət Rəsm Qalereyasının fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10000-dən artıq nadir sənət inciləri olan rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır. == Həmçinin bax == Laçın rayonu Laçın abidələrinin siyahısı Laçın Laçın Tarix-Diyarşünaslıq Muzeyi == Xarici keçidlər == "Laçın Dövlət Rəsm Qalereyasında ermənilərin "laçın"ın işğal etmələrinin 27-ci ildönümü".
Lerik Dövlət Rəsm Qalereyası
Lerik Dövlət Rəsm Qalereyası — 2005-ci ildə yаrаdılıb. Lerik şəhərinin mədəniyyət еvində yеrləşir. Qalereyada ekspоnаtlаrın sаyı 55 ədəddir. Burada Azərbaycanın Nаdir Əbdürrəhmаnоv, Sаlаm Sаlаmzаdə, Mаhmud Tаğıyеv, Аsəf Cəfərоv və s. kimi tаnınmış rəssаmlаrın əsərləri nümаyiş еtdirilir. Binanın ümumi sahəsi 135 kv.m-dir. Binada: 1 otaq, 1 sərgi zalı vardır. Əsas fond 32 ədəd, yardımçı fond 27 ədəd olmaqla 59 eksponat vardır. == Xarici keçidlər == "Azərbaycan Dövlət Rəsm Qalereyaları". azgallery.az.
London Milli Qalereyası
London Milli Qalareyası dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Londonda 1824-cü ildə qurulmuşdur və 2300-dən çox eksponatın olduğu kolleksiyaya ev sahibliyi edən muzeydir. Bina Trafalqar meydanında yerləşir. Muzeydə XIII və XX əsr arasındakı çəkilmiş bir çox portretlər nümayiş olunur . Kolleksiya Birləşmiş Krallığın xalqına məxsusdur və daxil olmaq pulsuzdur. Milli Qalereyanın başlanğıcı çox təvazökar idi. Bənzərləri olan Parisdəki Luvr və Madriddəki Prado Muzeyinin əksinə mövcud olan bir kraliyət və ya xüsusi kolleksiyanın üzərinə qurulmadı. 1824-cü ildə İngilis hökuməti, bankir Con Julius Anqersteindən 36 portret satın aldı. Bu rəsmlər muzeyin ilk əsərləri idi. Ser Çarlz Lok Eastlakein o dövrdə etdiyi səylər və onun etdiyi bağışladıqları portretlər muzeyin kolleksiyasının üçdə ikisini təşkil edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.36 dəfə / 1 mln.
2003 •••••• 1.18
2004 ••••••••• 2.02
2005 •••••••••••••••••••• 4.72
2006 ••••••••••••• 2.93
2007 •••••••••••• 2.75
2008 ••••••••• 1.95
2009 ••••••••••••• 2.88
2010 •••• 0.82
2011 •••••••••••••• 3.09
2012 ••••••••••••• 2.84
2013 ••••••• 1.46
2014 ••••••••••• 2.40
2015 •••••••••••••••• 3.74
2016 ••••••••• 2.08
2017 •••••••••••••••• 3.58
2018 ••••••• 1.50
2019 •••••••••• 2.23
2020 ••••••••• 1.99

qalereya sözünün leksik mənası və izahı

  • 1 [fr.] 1. Binanın ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya. 2. Qala tikililərini, yaxud şaxtanın ayrıayrı hissələrini bir-biri ilə birləşdirən yeraltı yol. 3. Teatrın, ucuz qiymətli yerlər olan ən yuxarı yarusu. 4. İncəsənət əsərlərini nümayiş etdirmək üçün bina. Şəkil qalereyası. // İncəsənət, əsasən rəsm və heykəltəraşlıq muzeyi. Tretyakov qalereyası. Drezden qalereyası. 5. məc. Uzun sıra, silsilə. M.F.Axundzadə tiplərinin qalereyası.

    Azərbaycan dilinin izahlı lüğəti / qalereya

qalereya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. галерея: 1. длинное крытое посмещение в форме коридора, соединяющее отдельные части здания. Şüşə qalereya стеклянная галерея 2. воен. подземный ход в военных сооружениях. Mina qalereyası минная галерея 3. художественный музей. Rəsm qalereyası картинная галерея, Tretyakov qalereyası Третьяковская галерея 4. перен. длинный ряд, собрание, вереница чего-л. Obrazlar qalereyası галерея образов 5. верхний ярус в театре, цирке II прил. галерейный. Qalereya meşəsi галерейный лес (лес, расположенный узкой полосой вдоль рек)

    Azərbaycanca-rusca lüğət / qalereya

qalereya sözünün inglis dilinə tərcüməsi

qalereya sözünün fransız dilinə tərcüməsi

qalereya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fr.] галерея (1. дараматдин ччара-ччара паяр сад-садахъ гилигзавай къав алай яргъи айван; 2. къеледин ва я шахтадин ччара-ччара паяр сад-садахъ гилигзавай ччилин кӀаникай тухванвай рехъ; 3. театрда виридалай вине авай, ужуз къиметдин чкаяр авай ярус-балхун; 4. харусентдин эсерар, картинаяр, шикилар ва мс. авай дарамат, музей; şəkil qalereyası шикилрин галерея; 5. пер. яргъи жерге, цӀиргъ).

    Azərbaycanca-ləzgicə lüğəti / qalereya

"qalereya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalereya nədir? #qalereya sözünün mənası #qalereya nə deməkdir? #qalereya sözünün izahı #qalereya sözünün yazılışı #qalereya necə yazılır? #qalereya sözünün düzgün yazılışı #qalereya leksik mənası #qalereya sözünün sinonimi #qalereya sözünün yaxın mənalı sözlər #qalereya sözünün əks mənası #qalereya sözünün etimologiyası #qalereya sözünün orfoqrafiyası #qalereya rusca #qalereya inglisça #qalereya fransızca #qalereya sözünün istifadəsi #sözlük