Qalin sözü azərbaycan dilində

Qalin

Yazılış

  • Qalin • 78.5714%
  • qalin • 21.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalin Qorq
Qalin Qorq (15 iyul 1964, Los-Anceles, Kaliforniya – 14 iyul 2020, Havay[…]) — aktrisa. == Həyatı == ABŞ-də "Robokop 2" kimi filmlərdə rol alıb.
Qalina
Qalina — qadın adı və təxəllüs Qalina Vişnevskaya — Sovet və rus opera müğənnisi. Qalina Timçenko — Rusiya jurnalisti Qalina Tançeva — Bolqarıstanlı bədii gimnast. Qalina Nikandrova — Bolqarıstanlı bədii gimnast. Qalina Malaşenko — Bolqarıstanlı bədii gimnast. Qalina Marinova — Bolqarıstanlı bədii gimnast. Qalina Bıstrova — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qalina Bıstrova
Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası. == Həyatı == Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb. == Karyera == Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib.
Qalina Hüseynova
Qalina Anatolyevna (tam adı: Qalina Anatolyevna Hüseynova; 16 oktyabr 1951, Çistyakovo, Donetsk vilayəti) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftlərin tədqiqi və yağların alınma texnologiyası" laboratoriyasının Texnika üzrə elmlər doktoru. == Həyatı == Hüseynova Qalina Anatolyevna 1951-ci ildə Ukraynanın Donetsk vilayətinin Torez şəhərində anadan olub. 1968-ci ildə orada orta məktəbini bitirib. Həmin ildə Kuybışev şəhərində (indiki Samara şəhəri, Rusiya) V. V. Kuybışev adına Politexnik İnstitutuna daxil olub, onu bitirdikdən sonra 1973-cü ildə Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun Kuybışev filialına (КФ ВНИИНП) təyin edilib, orada yağlı duman üsulu ilə ağır sənaye qurğuların yağlanması üçün tərkibində aşqarlar olan industrial neft yağlarının kompozisiyalarının işlənib hazırlanması ilə, həmçinin aşqarların təsirinin sinergizmi və mexanizminin tədqiqi ilə məşğul olub. == Elmi fəaliyyəti == 1979-cu ildə Hüseynova Q. A. Ümumittifaq neft emalı elmi-tədqiqat institutunun (Rusiya, Moskva şəhəri) əyani aspiranturasına daxil olub. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra Neftkimya Sənayesi Nazirliyinin kadrların və təhsil müəssisələrin təyinatı ilə Ümumittifaq Olefinlərin emalı üzrə elmi-tədqiqat və texnoloji instututuna (Azərbaycan, Bakı şəhəri) göndərilib. 1986-cı ildə "Yayma dəzgahının universal şpindellərinin polad-tunc sürtünmə cütü üçün industrial yağ" mövzusunda "Neft kimyası" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib və həmin ildə texnika elmləri namizədi elmi adı alıb. 1997-ci ildə həmin İnstitutda Hüseynova Q. A. böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2001-ci ildən AMEA akademik Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (AMEA NKPİ) "Neftlərin tədqiqi, yağların alınma texnologiyası" laboratoriyasında işləyir.
Qalina Kazaçinova
Qalina Qriqoryevna Kazaçinova (Kujakova) (rus. Галина Григорьевна Казачинова (Кужакова); 9 dekabr 1941, Ağban piltiri aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, pedaqoq, ictimai xadim. Rusiya Yazıçılar Birliyinin üzvü (1993). Xakasiya Yazıçılar Birliyinin sədri (1998–2009). Xakasiya Respublikasının Əməkdar mədəniyyət işçisi (1996). == Həyatı == Qalina Qriqoryevna Kazaçinova (Kujakova) 9 dekabr 1941-ci ildə Xakasiya Muxtar Vilayətinin (indiki Xakasiya Respublikası) Ust Abakan rayonunun Aev ulusunda anadan olmuşdur. Orta təhsilini tamamladıqdan sonra Abakan Pedaqoji Məktəbinə daxil olmuşdur. Abakan Dövlət Pedaqoji İnstitutunda oxuyarkən jurnalistika ilə məşğul olmağa başlamışdır. İnstitutu bitirdikdən sonra ədəbi işçi, radio və televiziya redaktoru, Xakasiya Kitab Nəşriyyatının redaktoru vəzifələrində çalışmışdır. 1993-cü ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür.
Qalina Koltunova
Koltunova Qalina Borisovna (d.5.10.1918, Bakı-v.1994, Bakı) — Azərbaycan SSR xalq artisti (1981). Filmoqrafiya: Şərikli çörək (film, 1969) - rol: həkim == Həyatı == Bakı Teatr Texnikumunu bitirmişdir (1944). 1941 ildən Azərb. Dövlət Rus Dram Teatrında (1949-52 illərdə fasilələrlə) çıxış etmişdir. Rolları: Qlafira ("Qurdlar və qoyunlar", A.Ostrovski), Nataşa ("Üç bacı", A.Çexov), Liza ("Canlı meyit", L.Tolstoy), Nazlı ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Bənövşə ("Kəndçi qızı", M.İbrahimov), Nadejda ("Mənim ümidlərim", M.Şatrov) və b. Azərb. SSR Ali Sovetinin (10 və 11-ci çağırış) deputatı, Ali Sovetin Mədəniyyət komissiyasının üzvü olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Qalina Malaşenko
Qalina Malaşenko (1 mart 1980) — Belarusu təmsil edən bədii gimnast. == Karyerası == Qalina Malaşenko Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Qalina Manoxa-Zaxarova
Qalina Manoxa-Zaxarova (qızlıq soyadı: Manoxa; d. 22 mart 1947; Kiyev, Ukrayna) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Qalina Manoxa, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. Qalina Manoxa, həmdə Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medala sahib olub. == Karyerası == Qalina Manoxa, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Qalina Marinova
Qalina Marinova (20 aprel 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Qalina Marinova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Qalina Markuşevskaya
Qalina Markuşevskaya (d. 16 iyul 1976) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Qalina Markuşevskaya Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Qalina Nikandrova
Qalina Andreyevna Nikandrova (d. 9 sentyabr 1987) — Belarusu təmsil edən bədii gimnast. Qalina Nikandrova, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Qalina Nikandrova, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Nataliya Aleksandrova, Yeniya Burlo, Qlafira Martinoviç, Zlatislava Nersesyan və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Qalina Ritova
Qalina Ritova (d. 10 sentyabr 1975) — Rusiyanı və Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Ritova, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu. Daha sonra Qalina Ritova, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Qalina Tançeva
Qalina Tançeva (18 may 1987, Varna) — Bolqarıstanı təmsil edən bədii gimnast. Qalina Tançeva Bolqarıstanı 2004 Afina Olimpiadasında təmsil etdi və bürünc medal qazandı. Qalina Tançeva əkiz bacısı Vladislava Tançeva ilə birgə 2004 Afina Olimpiadasının bürünc medalını qazanıb. == Karyerası == Qalina Tançeva, 2004-cü ildə Bolqarıstanın bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Eleonora Kejova, Janeta İliyeva, Kristina Ranqelova, Zornitsa Marinova və Vladislava Tançeva ilə birgə finalda 48.600 xal toplayaq 3-cü yeri tutdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qalina Timçenko
Qalina Viktorovna Timçenko (rus. Галина Викторовна Тимченко; 8 may 1962, Moskva) — Rusiya jurnalisti, 2004—2014-cü illərdə Lenta.ru internet nəşrinin baş redaktoru. == Tərcümeyi-halı == Qalina Timçenko Moskvada anadan olub. Moskva 3-cü Tibb İnstitutunu bitirib. 1997—1999-cu illərdə "Kommersant" qəzetinin redaktoru işləyib. 1999-cu ildə yeni yaradılan Lenta.ru internet nəşrinə keçir və monitorinq xidməri əməkdaşından şef-redaktoru vəzifəsinədək yüksəlir. 2004-cü ildə nəşrin baş redaktoru təyin edilir. == Лента.ру == 2010-cu ildə Harvard Universitetinin bloq mühitində keçirdiyi tədqiqata görə, «Ленту.ру» rus dilli bloqlarda ən mox adı hallanan xəbərlər mənbəyi oldu. 2013-cü ilin apreilində comScore şirkətinin tədqiqinə görə , Lenta.ru saytı Avropa xəbərlər saytları içində daxil olmaya görə büşinci yerdə olub. Alexa.com saytının mart 2014-cü il tarixinə olan reytinq cədvəlinə görə Lenta.ru Rusiyada populyarlığına görə 16-cı yerdə idi.
Qalina Urbanoviç
Qalina Urbanoviç (d. 5 sentyabr 1917, Bakı, Rusiya İmperiyası — ö. 8 may 2011, Moskva, Rusiya) — sovet idmançısı və məşqçisi (idman gimnastikası), SSRİ əməkdar idman ustası (1946), RSFSR əməkdar məşqçisi (1964). 1940-1950-ci illərdə dünyanın ən güclü gimnastlarından biri. 1952 Helsinki Olimpiya Oyunlarının qızıl (komanda birinciliyində) və gümüş (qrup hərəkətlərində) mükafatçısı. Yeddiqat SSRİ çempionu (1943–48, 1950).Qalina Urbanoviç 1957-ci ildə Moskva Bədən Tərbiyəsi İnstitutunu bitirib.
Qalina Vişnevskaya
Qalina Vişnevskaya (rus. Гали́на Па́вловна Вишне́вская; d. 25 oktyabr 1926 - ö. 11 dekabr 2012) — Sovet və rus opera müğənnisi. == Həyatı == 25 oktyabr 1926-cı ildə Leninqradda anadan olmuşdur. Leninqrad blokadasını yaşayıb. 16 yaşında Hava Hücumundan Müdafiə qoşunlarında hərbi xidmət olub. 18 yaşında Leninqrad vilayəti operettasına daxil olub. Tez bir zamanda sol partiyaların ifaçısı kimi çıxış edib. Üç dəfə ərdə olub.
Qalina Zlotnikova
Qalina Zlotnikova (d. 24 aprel 1984) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Qalina Zlotnikova, Rusiya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Macarıstan yığmasını 12:11 hesabı ilə məğlub edən Rusiya yığması, Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Qalinas burnu
Qalinas burnu — Cənubi Amerika materikin ucqar şimal nöqtəsini təşkil edir. Kolumbiyanın Quahira departamenti ərazisində, Quaxira yarımadası sonucunda yerləşir. Burnun yaxınlığında 100 nəfərdən ibarət vayyo icması yaşayır. Burnun ucqar şimal nöqtəsində 1989-ci ildən mayak fəaliyyət göstərir.
Qalinsoqa
Qalinsoqa (lat. Galinsoga) - mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Val-de-Qalinera
Val-de-Qalinera (isp. Vall de Gallinera) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 53,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 662 nəfərə çatmışdır.Əyalət paytaxt şəhərindən 95 km uzaqlıqda yerləşir.
Xırdaçiçək qalinsoqa
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — qalinsoqa cinsinə aid bitki növü. == Sinonim == Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Qalina Burdina
Qalina Pavlovna Burdina (rus. Галина Павловна Бурдина; 24 mart 1919, Vereşaqino – 25 noyabr 2006, Riqa) — İkinci Dünya Müharibəsində iştirak etmiş Sovet Hərbi Hava Qüvvələrinin qırıcı pilotu. == Həyatı == Qalina Burdina 24 mart 1919-cu ildə anadan olub. Onun atası Rusiya vətəndaş müharibəsi zamanı həlak olmuşdu. O, 14 yaşında ikən gecələr təhsilini davam etdirməklə fəhlə işləməyə başlaymışdır. 17 yaşında ikən planerdə uçmağı öyrənməyə başlayan Burdina Ulyanovskdakı mülki aviasiya pilotu məktəbində oxumağa davam etmişdir. O, daha sonra Yekaterinburqda pilot təlimatçısı kimi işləməyə başladmışdır. 1941-ci ilin sentyabrında onun məktəbi hərbi pilotlar məktəbinə çevrilmiş və Burdina hərbi pilotlar hazırlamağa davam etmişdir. === İkinci dünya müharibəsində === Müharibə zanaı o, məktəbin digər iki qadın təlimatçısı ilə birlikdə könüllü olaraq hərbi xidmətə getdi. 24 saat əvvəl xəbərdar edilərək o, Moskvaya göndərildi.
Qalina Levitska
Qalina Lvivna Levitska (ukr. Галина Львiвна Левицька, 23 yanvar 1901, Pruçnik[d] – 13 iyul 1949, Lvov), eləcə də, digər tanınan adları ilə Qalina Levitska-Kruşelnitska və Olena Pyatiqorska — Ukrayna pianoçusu və musiqi müəllimi. O, Lvov Konservatoriyasının professoru və konservatoriyanın nəzdində fəaliyyət göstərən musiqi məktəbinin ilk direktoru idi. == Həyatı == Levitska Avstriya-Macarıstanın (hazırda Polşa) Pruçnik şəhərində ukraynalı ailədə anadan olmuşdur. Atası Lev Levitski vəkil idi. O, əvvəlcə həvəskar pianoçu olan anasından fortepiano dərsləri almış, daha sonra Pirzamisil şəhərində yerləşən qızlar internat məktəbində piano öyrənməyə davam etmişdir. 1920-ci ildə Vyana Musiqi və Performans Sənətləri Akademiyasını bitirmişdir. Bundan sonra o, əsasən Şərqi Avropada konsertlər vermiş, xüsusilə də, Ukrayna bəstəkarlarının əsərlərini ifa etmişdir.1927-ci ildə şair və rəssam İvan Kruşelnitski ilə evlənmişdir. 1928-ci ildə onların qızı, gələcək tarixçi Larisa Kruşelnitska anadan olmuşdur. Levitska 1926-cı ildən Lısenko adına Musiqi İnstitutunda, 1926–1932-ci illərdə isə institutun Strı filialında müəllim kimi işləmişdir.
Qalina Paqutyak
Qalina Vasiliyevna Moskalets (ukr. Гали́на Васи́лівна Москале́ць), təxəllüsü ilə Qalina Paqutyak ((ukr. Гали́на Пагутя́к) — fantaziya, elmi fantastika və qotik roman janrlarında əsərlər ərsəyə gətirən Ukrayna yazıçısı. O, "Dobromildən olan qulluqçu" nəsr kitabına görə 2010-cu ildə Şevçenko adına Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Paqutyak "Uroj qotikası" romanının müəllifidir. == Həyatı == Qalina Vasiliyevna Moskalets 26 iyul 1958-ci ildə, SSRİ respublikalarından olan Ukrayna SSR-nin Lvov vilayətində yerləşən Zalokot kəndində bir müəllim ailəsində anadan olmuşdur. Qalina üç qızın ən kiçiyi idi. Onun atası Vasil Paqutyak, anası isə İvanna Basarab olmuşdur. Paqutyakın ailəsi əslən Storona kəndindəndir. Yazıçının sözlərinə görə, burada hər ikinci adam onun yaxın və ya uzaq qohumudur.
Qalina Serebryakova
Qalina İosifovna Serebryakova (rus. Гали́на Ио́сифовна Серебряко́ва ; 7 (20) dekabr 1905, Kiyev – 30 iyun 1980, Moskva) — rus, sovet yazıçısı və jurnalisti, Karl Marks və Fridrix Engels haqqında romanların müəllifi. == Həyatı == Qalina Serebryakova 1905-ci ildə Kiyevdə inqilabçılar ailəsində anadan olub. Atası İosif Moiseyeviç Buk-Bek (1882–1936) zemstvo həkimi, Sovet dövründə daxili qoşunlarının siyasi şöbəsinin rəisi, Xarəzm Sovet Sosialist Respublikasında səlahiyyətli nümayəndə, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin direktoru (1933–1935), kurort trestinin direktoru olub. O, 1936-cı ildə güllələnib. Anası Bronislava Sigizmundovna Krasutskaya (Krasutskaya), partiya işçisi, inqilabdan sonra Əks-inqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasında və partiya orqanlarında işləyib. G. G. Tartykova-Sokolnikovanın yazdığına görə, o, Lublin fabrik sahibinin qızı idi və piano üzrə musiqi məktəbi bitirmişdi. Sonra Varşava Konservatoriyasında təhsil alıb: "Mən bir inqilabçı götürdüm — bütün bəşəriyyəti xoşbəxt etmək istəyən babam, onu özü ilə apardı. Onun atası, yəni mənim ulu babam qapını açıb dedi: "Çıx buradan!". Beləliklə, o, cehiz qaldı." Qalina Serebryakova 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2011 •• 0.09
2012 ••• 0.09
2013 •••• 0.15
2014 •••••••••••••••••••• 0.86
2015 •••••••••••• 0.51

Oxşar sözlər

#qalin nədir? #qalin sözünün mənası #qalin nə deməkdir? #qalin sözünün izahı #qalin sözünün yazılışı #qalin necə yazılır? #qalin sözünün düzgün yazılışı #qalin leksik mənası #qalin sözünün sinonimi #qalin sözünün yaxın mənalı sözlər #qalin sözünün əks mənası #qalin sözünün etimologiyası #qalin sözünün orfoqrafiyası #qalin rusca #qalin inglisça #qalin fransızca #qalin sözünün istifadəsi #sözlük