Qaliç sözü azərbaycan dilində

Qaliç

Yazılış

  • Qaliç • 87.5000%
  • qaliç • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaliç-Volın knyazlığı
Qaliç-Volın knyazlığı (q.rus Князьство Галичьскоє и Волыньскоє, q.slav. Кънѧжьство Галичьскоє и Волыньскоє, lat. Regnum Galiciæ et Lodomeriæ, pol. Księstwo Halickie i Wołyńskie) — Şərqi Avropada 1199-cu ildən 1349-cu ilə qədər mövcud olmuş orta əsr dövləti. Onun ərazisi əsasən indiki Ukraynanı əhatə edirdi, lakin bəzi hissələri müasir Belarus, Polşa, Moldova və Litvanın ərazilərinə də uyğun gəlir. Bu, Kiyev Rus dövlətinin süqutundan sonra ortaya çıxan ən mühüm dövlətlərdən biri olmuşdur. Əhalisi əsasən qədim rus dilində danışan pravoslavlardan ibarət idi. Roman Mstislaviç XIII əsrin əvvəllərində Qaliç və Volın knyazlıqlarını birləşdirmişdi. Monqolların Rusa hücumu (1239–1241) nəticəsində yaranan dağıntıdan sonra knyaz Daniil və Rusiyanın digər knyazları 1246-cı ildə Qızıl Ordanın hökmdarı Batı xana sədaqət andı içmişdilər. 1349-cu ildə tamamilə katolik Polşaya birləşdirilmişdir.
Qaliç (İvano-Frankovsk vilayəti)
Qaliç (ukr. Га́лич, Halıç) — Ukraynanın İvano-Frankovsk vilayətində şəhər. Qaliç icmasının inzibati mərkəzi. Dnestrin hər iki sahilində, sağ qolu olan Lukva çayının mənsəbində yerləşir. Rus torpaqlarının ən qədim şəhərlərindən biri olan Qaliç XII–XIV əsrlərdə Qaliç, sonra isə Qaliç-Volın knyazlıqlarının paytaxtı olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Гайдай Л. Історія України в особах, термінах, назвах і поняттях. — Луцьк: Вежа, 2000. (ukr.) Довідник з історії України. / За ред. І. Підкови та Р. Шуста.
Qaliçitsa
Qaliçitsa (mak. Галичица) — Makedoniya Respublikası və Albaniya sərhəddi boyunca yerləşən dağ. Dağın Makedoniya hissəsində ölkənin 2 ən böyük gölü — Oxrid və Prespa arasında milli park yerləşir və sahəsi 227 kvadrat kilometrdən artıqdır. Qaliçitsa milli parkının florası 1000-dən artıq növlə təmsil olunur və bunların içində relikt və endemik növlərin çox hissəsinin son yayılma sərhəddi Qaliçitsa dağında tamamlanır. İndiyədək yalnız Qaliçitsanın yamacları üçün xarakterik olan 11 endemik aşkar edilmişdir ki, bu da dağın özünəməxsus floraya malik olduğunu göstərir. Hazırda milli parkın florası üzərində intensiv iş aparılır və endemik bitkilərin sayının artması mümkündür. Qaliçitsa zirvələrindən göllərə və qonşu dağlara gözəl mənzərələr açılır. Ən yüksək zirvə Maqarodur (2 254 metr).
Qaliçnik
Qalinçik (mak. Галичник, alb. Galiçnik/Galiçniku) — Şimali Makedoniyanın ərazisində yerləşən dağ kəndi. Lazaropolla birlikdə Miyasyaya aid ən iri və qədim kənddir. Qaliçnikdə ənənəvi arxitektura, həmçinin kənd meydanındakı anfiteatr öz mövcudluğunu qoruyub saxlayır. Kənd ətraf əraziləri və təbiət qoruğu ilə məşhurdur. Bölgədə istehsal edilən yerli sarı kaşkaval adlanan pendir yüksək qiymətləndirilir. Bununla yanaşı bölgədə ənənəvi olan duzlu yerli ağ pendir də vardır. == Yerləşməsi == Kənd Bıstraya dağının ətəklərində, Mavrov su anbarından və Lazarev Zori qış istirahət məkanından 10 km aralıda yerləşir. == Tarixi == Qəsəbə Miyasiya adlı tarixi etnoqrafik regionda yerləşir.
Ruben Qaliçyan
Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938, Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır. == Həyat və fəaliyyəti == Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.Ermənistan tarixi kartoqrafiyasındakı xidmətlərinə görə Qaliçyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür.
Qaliçli Avraami
Qaliçli Avraami (rus. Авраа́мий Га́личский; XIV əsr – 20 iyul 1375) — Rus Kilsəsinin müqəddəsi. == Həyatı == Avraami XIV əsrdə yaşamışdır. O əvvəlcə Nijni Novqorod Peçerski Yüksəliş monastırının qardaşları arasında olmuş, sonra isə Radonejli Serginin yanına, Troitse-Sergi lavrasına köçmüş və onun şagirdi olmuşdur. Daha sonra Avraami onun xeyir-duası ilə Qaliç-Mer knyazlığına getmiş və yeni monastırların tikintisində iştirak etmişdir. XVIII əsrdə biri istisna olmaqla, onun tikintisində iştirak etdiyi bütün monastırlar ləğv edilmiş və prixod kilsələrinə çevrilmişdir.Avraami Qorodetski monastırında vəfat etmişdir. Ənənəvi olaraq onun ölümü 1375-ci ilə aid edilir. Avraaminin həyatında yalnız 1389-cu ildə Qalisiya knyazı olmuş knyaz Yuri Dmitriyeviçin müasiri adlandırılmasına əsaslanaraq, Dmitri Prilutski və Yevgeni Qolubinski onun ölümünü sonrakı dövrə aid edirlər. 1608–1631-ci illərdə Avraaminin qalıqları üzərində daşdan Şəfaət katedralı tikilmişdir. 1896-cı ildə onların üzərinə gümüş raka qoyulmuşdur.
Qaliçli Daniil
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı.Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993. Котляр Н. Ф. ДВОР ГАЛИЦКИХ РОМАНОВИЧЕЙ (XIII в.) //Древняя Русь.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 •••••••••••••••••• 0.67
2011 ••• 0.09
2013 •••• 0.15

Oxşar sözlər

#qaliç nədir? #qaliç sözünün mənası #qaliç nə deməkdir? #qaliç sözünün izahı #qaliç sözünün yazılışı #qaliç necə yazılır? #qaliç sözünün düzgün yazılışı #qaliç leksik mənası #qaliç sözünün sinonimi #qaliç sözünün yaxın mənalı sözlər #qaliç sözünün əks mənası #qaliç sözünün etimologiyası #qaliç sözünün orfoqrafiyası #qaliç rusca #qaliç inglisça #qaliç fransızca #qaliç sözünün istifadəsi #sözlük