qalxana sözü azərbaycan dilində

qalxana

Yazılış

  • qalxana • 95.3488%
  • Qalxana • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalxanabənzər podofil
Qalxanabənzər podofil (lat. Podophyllum peltatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin podofil cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, düyünlü üfüqi istiqamətdə olan kökümsovunun uzunluğu 1 m, diametri 1,5 sm xaricdən qırmızımtıl-qonur, sındıqda isə ağ rəngli olur. Kökümsovunda çoxsaylı lətli çıxıntılar vardır ki, bunların uzunluğu 35sm, eni isə 5mm-ə bərabərdir. Kökümsovu xaricdən açıq-qonur, sınıq halda isə sarımtıl-ağ olub, xoşagəlməz iylidir. Gövdəsi düzqalxan, hündürlüyü 50sm, diametri isə 1,5 sm olub, xaricdən çəhrayı, daxili içiboş, oyuq, əsasında 1-3 ədəd qınlı yarpaqları, yuxarı hissəsində isə 3 ədəd qarşı-qarşıya dayanan yaşıl yarpaqlardan ibarətdir. Gövdəsinin sonunda uzun saplaqlı əyilmiş təksaylı çiçəkləri vardır. Yarpaqları uzun saplaqlı, dairəvi, qalxanvarı, diametri 20sm-ə qədər, dişli-bölünən, 7-9 ədəd ikiqanadlı, kənarları isə bərabər olmayan dişlidir. Çiçəyi ağ, əyilmiş, iri, diametri 7sm-ə qədər ətirli (qovun iyli), çiçək yatağı ikiqat yanlıqlı, 3-6 ədəd kasayarpaqlı və 6-9 ləçəkdən, çoxsaylı erkəkcikdən və yuxarı yumurtalıqlı oturaq dişicik ağzından ibarətdir. Meyvələri dairəvi və ya yumurtavari, limonu-sarı rəngli olub, uzunluğu 7 sm, aromatlı, yumşaq lətli və çoxsaylı qırışıqlı açıq-qəhvəyi rəngli toxumları vardır.
Qalxanabənzər qığırdaq
Qalxanabənzər qığırdaq (lat. cartilago thyroidea) == Mənbələr == Prof.
Qalxanabənzər vəzi
Qalxanabənzər vəzi - (lat. glandula tyreoidea) tək üzvlərdən olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşmişdir. Rəngi sarımtıl-qırmızı, konsinstensiyası yumuşaq və xarici səthi paylıdır. Qalxanabənzər vəzinin bir boğazı - lat. ithmus və iki yan sağ və sol payları - lat. lobi dexter et sinister vardır. Boğaz yan paylardan ensiz və kiçikdir, ön səthi çıxıq, arxa səthi basıqdır, özüdə nəfəs borusunun 1,3 və 4-cü halqalarına söykənmişdir. Yan paylar ellipsoid şəklində olub, bayır səthləri çıxıq, içəri səthləri basıqdır. Bəzən üçüncü piramidayabənzər pay - lat. lobus pyramidalis təsadüf olunur; bu pay çox vaxt boğazdan, bəzən yan paylardan (ümumiyyətlə sol paydan) başlayıb - qırtlağın ön səthi ilə yuxarıya qalxır və qalxanabənzər qığırdağın ön səthinə söykənərək dilaltı sümüyünə çatır.
Qalxanabənzər ətraf vəziləri
Qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae qalxanabənzər vəzin yan paylarının arxasında yerləşir, çox vaxt iki cüt olur; bir cüt yuxarı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae superiores və bir cüt aşağı qalxanabənzər ətraf vəziləri – lat. glandulae parathyreoideae inferiores; bəzən anomaliya olaraq birədək azalır və ya 8-dək çoxalır; rəngi sarımtıl və kərpici, hər birinin çəkisi 0,05-0,09 q, uzunluğu 4–8 mm, eni 3–4 mm və qalınlığı 2–3 mm, konsinstensiyası qalxanabənzər vəzidən bir az sərt olur. Yuxarı vəzilər qalxanabənzər vəzinin yan paylarının arxa və içəri tərəfində, aşağı vəzilər qalxanabənzər vəzinin yan paylarının aşağı üçdə bir hissəsində yerləşmişdir, beləliklə yuxarı vəzilər aşağı vəzilərdən orta xəttə yaxın olur. Bunlar qalxanabənzər vəzidən yumuşaq toxuma vasitəsilə ayrılmışlar. == Quruluşu == Qalxanabənzər ətraf vəziləri xaricdən birləşdirici toxuma kapsulu ilə örtülüdür. və özüdə xüsusi arakəsmələr vasitəsilə bir çox paycıqlara bölünmüşdür. Bunların parenximi epitel hüceyrələrdən təşkil olunmuş və epitel cisimcikləri adlanan atmalardan ibarətdir. == İnkişafı, anomaliyaları və yaş xüsusiyyətləri == Qalxanabənzər ətraf vəziləri genez cəhətcə bronxiogen vəzilərdən olub 3-cü və 4-cü udlaq ciblərinin epitelindən inkişaf edir.
Üzük-qalxanabənzər oynaq
Üzük-qalxanabənzər oynaq (lat. articulatio cricothyreoideum) — qırtlağa aid oynaq. Qalxanabənzər qığırdağın hər bir aşağı buynuzu üzüyəbənzər qığırdağın üzərindəki lat. facies articularis thyreoidea ilə birləşərək üzük-qalxanabənzər oynağı əmələ gətirir. Sağ və sol üzük-qalxanabənzər oynaqlar bir vaxtda işlədikləri üçün quraşdırma oynaqlardan hesab olunur. Bunların bir ümumi frontal oxu var. Qalxanabənzər qığırdaq bu oxun başına hərəkət edərək gah çalovabənzər qığırdaqdan uzaqlaşır gah da ona yaxınlaşır. Qalxanabənzər qığırdağın aşağı kənarı ilə üzüyəbənzər qığırdağın qövsü arasında orta xətdə lat. lig. cricothyreoideum adlanan bağ çəkilmişdir.
Üzük-qalxanabənzər əzələ
Üzük-qalxanabənzər əzələ (lat. musculus cricothyroideus) — qırtlağın xarici qrup əzələsi. Bu əzələ üzüyəbənzər qığırdaq qövsünün xarici səthindən başlayaraq lifləri yelpinc kimi yuxarı və arxaya doğru yayılır və qalxanabənzər qığırdağın aşağı kənarına, üzük-qalxanabənzər oynaq (lat. articulati cricothyreoidea) kapsuluna və aşağı buynyza bağlanır. Öz liflərinin gedişinə görə iki hissəyə bölünür: düz hissə (lat. pars recta) şaquli istiqamətdə düz yuxarı qalxır və çəp hissə (lat. pars obliqua) yan və arxaya doğru gedir. Vəzifəsi qalxanabənzər qığırdağı üzüyəbənzər qığırdağa yaxınlaşdıraraq çalovabənzər qığırdaqların arasındakı məsafəni və qalxanabənzər qığırdaq bucağını böyüdür və səs bağlarını gərginləşdirir.
Qalxanabənzər vəzin adenoması
Qalxanabənzər vəzin adenoması (lat. adenoma glandulae thyreoideae) — qalxanabənzər vəzin normal və ya artan funksiyası fonunda düyünün əmələ gəlməsi ilə xarakterizə olunan xoşxassəli şiş. == Simptomları == Qalxanabənzər vəzin adenoması klinik olaraq asemptomatik ola bilər ("soyuq" adenoma) və ya artıq qalxanabənzər hormonu ("isti" adenoma) istehsal edən funksional bir şiş ola bilər. Bu vəziyyət simptomatik hipertiroidizmə səbəb ola bilər və toksik tiroid adenoması adlandırılır. == Diaqnozu == === Morfologiyası === Qalxanabənzər vəzinin follikulyar adenomasının diametri orta hesabla 3-10 sm arasında dəyişir. Qalxanabənzər vəzin tipik adenoması ətrafdakı parenximadan ayrılmış tək, sferik və kapsullaşdırılmış zədədir. Rəngi boz-ağdan qırmızı-qəhvəyiyə qədər dəyişir adenoma hüceyrəliliyi kolloid tərkibliQalxanabənzər vəzin (follikulyar) adenomalarında, xüsusən də iri zədələrdə çox düyünlü zobda olanlara bənzər qanaxma, fibroz, kalsifikasiya və kistik dəyişikliklər sahələri tez-tez rast gəlinir. === Növləri === Qalxanabənzər vəzin adenomatalarının demək olar ki, hamısı follikulyar adenomalardır. Follikulyar adenomalar funksiya səviyyəsindən asılı olaraq "soyuq", "isti" və ya "qaynar" kimi təsvir edilə bilər. Histopatoloji cəhətdən follikulyar adenomalar hüceyrə quruluşuna və hüceyrə və kolloidlərin nisbi sayına görə aşağıdakı növlərə təsnif edilə bilər: Fetal (mikrofollikulyar) - mikroinvaziya potensialına malikdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2011 ••••• 0.09
2012 ••••• 0.09
2013 ••••••••••••••••• 0.29
2014 •••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.35
2017 ••••••••••••••••••• 0.33
2020 •••••••••••••••• 0.27

"qalxana" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalxana nədir? #qalxana sözünün mənası #qalxana nə deməkdir? #qalxana sözünün izahı #qalxana sözünün yazılışı #qalxana necə yazılır? #qalxana sözünün düzgün yazılışı #qalxana leksik mənası #qalxana sözünün sinonimi #qalxana sözünün yaxın mənalı sözlər #qalxana sözünün əks mənası #qalxana sözünün etimologiyası #qalxana sözünün orfoqrafiyası #qalxana rusca #qalxana inglisça #qalxana fransızca #qalxana sözünün istifadəsi #sözlük