qalıq sözü azərbaycan dilində

qalıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qalıq • 95.4507%
  • Qalıq • 4.4650%
  • QALIQ • 0.0842%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. == Bitki qalıqları == Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. == Heyvan qalıqları == Dişlər, sümüklər və qabıqlar, dəri, et/ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. == Qabıqlı dəniz canlıları == Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qalıq balıqlar
Zirehli balıqlar (lat. Placodermi) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Maraqlı fakt == 380 milyon il bundan əvvəl Materpiscis zirehli balığı məlum olan ən qədim diri doğan orqanizm hesab olunur.
Qalıq yanacaqlar
Qalıq yanacaqlar — mineral yanacaqlar olaraq da bilinər, hidrokarbon ehtiva edən kömür, neft və təbii qaz kimi təbii enerji qaynaqlarıdır. Qalıq yanacaqlar sənaye sahədə çox geniş bir istifadə sahəsi tapmaqdadır. Elektrik istehsalında, ümumiyyətlə qalıq yanacağın yanması ilə ortaya çıxan enerji bir turbinə güc olaraq çatdırılar. Köhnə generatorlarda ümumiyyətlə yanacağın yanması ilə əldə edilən buxar turbini çevirmək üçün istifadə edilərdi, lakin yeni enerji stansiyalarında yanma ilə əldə edilən qazlar, birbaşa olaraq qaz turbinini çevirməkdədir. 20 və 21-ci əsrdə dünya səviyyəsindəki texnoloji inkişaflarla, qalıq yanacaqlardan əldə edilən enerjiyə olan ehtiyac artmaqdadır. Xüsusilə neftdən əldə edilən benzin, dünya səviyyəsində və regional olaraq böyük qarşıdurmaların ana səbəbi halına gəlməkdədir. Kömür, neft və təbii qaz dünyanın bu günki enerji ehtiyacının çox hissəsini təmin edir. Strukturlarında karbon və hidrogen elementlərini saxlayan bu qalıq yanacaqlar, uzun müddətlər içərisində meydana gəlməkdə lakin çox tez istehlak edilməkdədir. Dünyanın müəyyən bölgələrində toplanmış bu yanacaqların günümüz texnologiyasıyla ¾-nün yarısının çıxarılması qeyri-mümkün; digər yarısının isə çıxarılması texniki olaraq çox bahalıdır. Bu da qalıq yanacaqları yenilənə bilməyən və məhdud yanacaqlar sinifinə daxil edilir.
Fasiya və Qalıq üsulu
Fasiya və Qalıq üsulu- (rus. метод мощностей и фаций, ing. method of thickness and facies), çöküntülərin qalınlıq və fasial tərkibinin təhli¬linə əsasən müəyyən sahədə yer qabı¬ğının şaquli hərəkətinin sürətini, amplitudunu və çöküntülərin əmələgəlmə dərinliyinin dəyişilməsi məsələlərini müəyyənləşdirməyə imkan verir. Hazırda müəyyən çöküntü qalınlığının çökmənin dərinliyinə müvafiq gəldiyi qəbul edilmişdir. Vulkanogen çöküntülərin və bir sıra başqa törəmələrin sürətlə toplanmasını nəzərə alaraq, F. və q.ü. müəyyən düzəlişlə tətbiq edilir.
Alban məbədinin qalıqları (Kəmərli)
Alban məbədinin qalıqları — Qazax rayonunun Kəmərli kəndində yerləşən məbəd qalıqları. Qalıqlar erkən orta əsrlərə aiddir. Ölkə əhəmiyyətli arxeoloji abidədir.
Daşlamış qalıqlar
Daşlamış qalıqlar — keçmiş geoloji dövrlərin çöküntü süxurlarında qorunub qalmış heyvan və bitkilər == Haqqında == Daşlaşma prosesi zamanı suda həll olmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfit birləşmələri çürümə nəticəsində heyvan qalığındakı boşluqlara dolur, skelet və onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşaraq Daşlamış qalıqlar əmələ gəlir.
Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi
" "Rialto körpüsündə xaç qalıqlarının möcüzəsi" və ya "Rialto körpüsündə mübtəlanın sağalması" (it. Miracolo della Croce a Rialto) - Erkən intibah dövründə yaratmış italyan rəssam Vittore Karpaççonun (təx. 1465-1525/26) əsəri. 1494-cü ildə yaradılıb. 1820-ci ildən bu günədək Venesiyada Akademiya qalereyasının kolleksiyasında saxlanılır. == Tarix == Bu kompozisiya, Həvari Yuhənna dini qardaşlığının (Skuola Qrande di San Covanni Evancelista) Alberqo (və ya Xaç) zalı üçün nəzərdə tutulmuş rəsmlər seriyasına daxil idi. Həmin zalda 1369-cu ildən bəri möcüzəvi Müqəddəs Xaçın fraqmenti saxlanılırdı. Venesiyada heç bir digər skuolada belə böyük əhəmiyyətli relikviya yox idi. Bu süjet haqqında 10 əsər yaradılmışdı, lakin onlardan yalnız səkkizi günümüzə gəlib çatıb. == Təsvir == Rəsmdə qeyri-adi qalıqların törətdiyi möcüzələrdən bəhs edən səhnə təsvir edilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.92 dəfə / 1 mln.
2003 •••••• 2.36
2004 ••••••••••• 4.04
2005 •••••• 2.02
2006 •••••••• 2.93
2007 •••••••••••••••••• 6.77
2008 ••••• 1.71
2009 ••••••••••••••••• 6.56
2010 •••••• 2.09
2011 ••••• 1.72
2012 •••••••••••• 4.39
2013 ••••••••• 3.50
2014 •••• 1.37
2015 •••••••••• 3.91
2016 •••••••••••••••••••• 7.64
2017 ••••••••••••• 5.04
2018 ••••••••••• 4.20
2019 •••••••••••••••••••• 7.93
2020 ••••••• 2.65

qalıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Yemək qalıqları. Xörəyin qalığı. – Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü. S.Rəhman. // Tullantı. İstehsalat qalıqları. 2. Verginin və s.-nin vaxtında ödənilməmiş hissəsi. Vergi qalığı. 3. Keçmişdə olmuş bir şeyin qalmış izləri (bu mənada adətən cəm şəklində işlənir). Qədim abidənin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları. Köhnə məişətin qalıqları. – Əxlaq kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. A.Bakıxanov. 4. riyaz. Bir ədədi bir ədədə bölərkən qalan kəmiyyət.

    Azərbaycan dilinin izahlı lüğəti / qalıq

qalıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qalıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. остаток, излишек; 2. недобор, недоимка; 3. пережиток; 4. мат. остаток (при делении);

    Azərbaycanca-rusca lüğət / qalıq
  • 2 I сущ. 1. остаток: 1) кусок, часть чего-л., оставшаяся как излишек. Məbləğin qalığı остаток суммы, şam yeməyinin qalığı остаток ужина 2) то, что осталось от прежде существовавшего. Qədim abidənin qalıqları остатки древнего памятника: 3) мат. величина, получаемая при вычитании из делимого произведения делителя и целого частного. Bölünmənin qalığı остаток деления 2. пережиток. Keçmişin qalıqları пережитки прошлого 3. недоимка. Qalığı ödəmək покрыть недоимку, birillik verqi qalığı недоимка за год 4. геол. останец (изолированный массив, уцелевший от разрушения более высокой горной страны) II прил. 1. остаточный. геол. Qalıq quruluş остаточная структура, qalıq yataqlar остаточные месторождения, qalıq neftdoyumu остаточная нефтенасыщенность, qalıq su остаточная вода, qalıq gillər остаточные глины, qalıq asfalt остаточный асфальт, qalıq dağlar остаточные (островные) горы, qalıq maqma остаточная магма, qalıq torpaqlar остаточные почвы, qalıq hadisə остаточное явление, qalıq valentlik хим. остаточная валентность, физ. эл.-тех. qalıq cərəyan остаточный ток, qalıq induksiya остаточная индукция, qalıq gərginlik остаточное напряжение, qalıq maqnetizm остаточный магнетизм, qalıq deformasiya тех. остаточная деформация, мед. qalıq sidik остаточная моча, qalıq azot остаточный азот 2. реликтовый. Qalıq göllər реликтовые озёра 3. недоимочный. Qalıq pullar недоимочные деньги 4. пережиточный. Məişətin qalıq formaları пережиточные формы быта

    Azərbaycanca-rusca lüğət / qalıq

qalıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. remainder, rest, residue, remnant; 2. riyaz. remainder; 3. kim. residuum; pulun qalığı the rest of the money; borcun qalığı the remainder of the debt; yeməyin / ərzağın qalığı remnants of foods; 4. survival; keçmişin qalığı a survival of times passed

    Azərbaycanca-ingiliscə lüğət / qalıq

qalıq sözünün fransız dilinə tərcüməsi

qalıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. амайди; амукьайди; артухди; артух амукьай пай, кьатӀ, кӀус (тӀуьникай, пӀапӀрусдикай ва мс. амукьай); 2. аламукьаяр, хкатаяр (мес. производстводин); 3. кимиди, кими пай; тагана амай пай (мес. налогдин); 4. куьгьнедлай амукьай, амай гелер (мес. алатай девиррин са гуьмбетдикай, гьайвандикай мс.); köhnə məişət qalıqları куьгьне майишатдин амукьаяр, амайбур (мес. адетар ва мс.); 4. мат. са число маса числодиз пайдамаз амукьдай кьадар.

    Azərbaycanca-ləzgicə lüğəti / qalıq

"qalıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qalıq nədir? #qalıq sözünün mənası #qalıq nə deməkdir? #qalıq sözünün izahı #qalıq sözünün yazılışı #qalıq necə yazılır? #qalıq sözünün düzgün yazılışı #qalıq leksik mənası #qalıq sözünün sinonimi #qalıq sözünün yaxın mənalı sözlər #qalıq sözünün əks mənası #qalıq sözünün etimologiyası #qalıq sözünün orfoqrafiyası #qalıq rusca #qalıq inglisça #qalıq fransızca #qalıq sözünün istifadəsi #sözlük