Qamaleya sözü azərbaycan dilində

Qamaleya

Yazılış

  • Qamaleya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nikolay Qamaleya
Nikolay Fyodoroviç Qamaleya (rus. Никола́й Фёдорович Гамале́я; 5 (17) fevral 1859 və ya 1859, Odessa, Xerson quberniyası[d] – 29 mart 1949 və ya 1949, Moskva) — sovet mikrobioloqu və epidemioloq, SSRİ EA fəxri akademiki (1940; müxbir üzvü, 1939), SSRİ Tibb EA akademiki (1945), 1948-ci ildən Sov. İKP üzvü, RSFSR əməkdar elm xadimi (1934), SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == Nikolay Qamaleya İ.İ.Meçnikovla birlikdə 1886-cı ildə Odessada bakterioloji stansiya təşkil etmişdir. 1912-1928-ci illərdə Leninqradda Çiçək Peyvəndi İnstitutunun, 1930-1938-ci illərdə isə Moskvada Mərkəzi Epidemiologiya və Bakteriologiya İnstitutunun elmi rəhbəri, 1938-ci ildən ömrünün sonuna kimi 2-ci Moskva Tibb İnstitutunun mikrobiologiya kafedrasında professor olmuşdur. Tədqiqatları mikrobiologiya və immunologiyaya (vəba, taun, çiçək, quduzluq, səpgili yatalaq, qayıdan yatalaq və s.-nin profilaktikasına) həsr edilmişdir. 1898-ci ildə bakteriyaları parçalayan bakteriolizinləri kəşf etmişdir. 1899-cu ildə N.Qamaleyanın rəhbərliyi ilə Odessada bakteriologiya institutu yaradılmışdır. 1901-1902-ci illərdə Zaqafqaziya, Volqaboyu, Peterburq və Odessada taun, vəba əleyhinə keçirilən tədbirlərə rəhbərlik etmiş, quşlarda vəbaya oxşar xəstəlik törədən "Meçnikov vibrionu"nu kəşf etmişdir. İnsan vəbasına qarşı mübarizəyə aid kompleks tədbirlər hazırlamış və həmin xəstəliyə qarşı vaksin təklif etmişdir.

Oxşar sözlər

#qamaleya nədir? #qamaleya sözünün mənası #qamaleya nə deməkdir? #qamaleya sözünün izahı #qamaleya sözünün yazılışı #qamaleya necə yazılır? #qamaleya sözünün düzgün yazılışı #qamaleya leksik mənası #qamaleya sözünün sinonimi #qamaleya sözünün yaxın mənalı sözlər #qamaleya sözünün əks mənası #qamaleya sözünün etimologiyası #qamaleya sözünün orfoqrafiyası #qamaleya rusca #qamaleya inglisça #qamaleya fransızca #qamaleya sözünün istifadəsi #sözlük