* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bərk vurulmaq, toxunmaq və ya sıxılmaq nəticəsində bədənin bir yerində dəri ilə ət arasında bərkiyib laxtalaşan qan. [Qarı] Mahmudun üz-gözündən döyülmək nişanəsi olan qançıra baxıb dedi… Ə.Əbülhəsən. 2. Bərk soyuqdəymə nəticəsində qanın bədəndə donması, istiliyini itirməsi. Şaxtadan az qala qançır olmuşdum.
Azərbaycan dilinin izahlı lüğəti / qançır1 Ət və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки). Bəzən “sətəlcəm” anlamını da əks etdirir. Sözün kökü qandır. Bəs –çır nə şəkilçisidir? Sözün əsli qandur (qan durub, işləmir) formasında olub: qan bərkiyir və zərbə yerində hərəkətdən qalır. Mürəkkəb söz (qandur) düzəltməyə (qançır) keçib, indi isə -çır şəkilçisi işlədilmədiyindən sadə söz hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qançır1 i. 1. bruise; ~ olana kimi / qədər döymək to beat* black and blue; ~ etmək to bruise (d.); O yıxılıb, dizini qançır etdi He / She fell and bruised his / her knee; 2. (bərk soyuqlama) a bad cold; ~ olmaq to catch* a bad cold
Azərbaycanca-ingiliscə lüğət / qançır1 сущ. 1. вили (чӀулав) лапан, вили хьайи чка, хамунини якӀун арада лахта хьанвай иви (ягъуникди, акьуникди, са куьник акатуникди ва мс. арадал атанвай вили леке); 2. вили хьунухь, гзаф мекьи хьуникди беденда иви дав хьун.
Azərbaycanca-ləzgicə lüğəti / qançırqançır olmax: (Mingəçevir, Şəmkir) sətəlcəm olmaq. – Atımız qançır oluf (Şəmkir)
Azərbaycan dilinin dialektoloji lüğəti.