qanlı-qadalı sözü azərbaycan dilində

qanlı-qadalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qanlı-qadalı • 89.2655%
  • Qanlı-qadalı • 9.6045%
  • QANLI-QADALI • 1.1299%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qanlı
Qanlı — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalında kənd. == Tarixi == Qanlı kəndinin yaranma tarixi XIV əsrin sonu (1387), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin yaranması və ilk adı olan Qanlı sözünün mənası iki əsas mənanı kəsb edir. 1. "Dədə Qorqud" dastanını təşkil edən 12 Türk boylarından biri "Səlcuq" Türkərinin nəslindən olan "Kanlı" qolunun adı ilə bağlıdır. 2. Qanlı sözünün ikinci mənası isə deyilənlərə görə Qazax mahalından Göyçə mahalına gələn Qanlı Allahverdinin adı iıə bağlıdır. Qanlı Allahverdi kəndin himini salarkən bol sulu, münbit torpağa və eləcə də maldarlıq üçün əhəmiyyətli olduğunu görərək həmin yeri özü ilə birlikdə gələn qohumlarına daimi yaşayış yeri seçmişdir. Qanlı Allahverdi kənddə özündən sonra məskunlaşan kənd sakinlərindən biri ilə dalaşaraq həmin adamı öldürmüşdü. O, qan tökdüyünə görə həmin gündən ailəsi ilə birlikdə kənddən köçərək Azərbaycanın Kəlbəcər rayonunun indiki Qanlı kəndinin bünövrəsini salmış və ömrünün sonuna qədər orada yaşamışdır.
Qanlı (Kəleybər)
Qanlı (fars. قانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (18 ailə).
Qanlı (Xudabəndə)
Qanlı (fars. قانلي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (58 ailə).
Qanlı Bazar
Qanlı Bazar (türk. Kanlı Pazar) - 16 fevral 1969 tarixində İstanbul Taksim meydanında ABŞ-nin 6 Flotunu etiraz etmək üçün 76 gənclik təşkilatının toplandığı sırada meydana gələn hadisələrdir. Tarixçi Feroz Əhməd isə hadisəsi "mütəşəkkil bir faşist şiddət nümunəsi" olaraq xarakterizə etmişdir. 6 Flotun İstanbula gəlişini etiraz edən Ankara, İzmir, Trabzon və İstanbuldakı kiçik diametrli göstərilərin ardından, şagird və işçi təşkilatları 16 Fevralda İstanbulda İmperializm və istismara qarşı bir gediş və Mitinq etmə qərarı aldı. 76 gənclik təşkilatının qatılacağı nümayiş üçün qubernatorluqdan lazım olan icazə də alınmışdı. Nümayiş edilmədən əvvəlki günlərdən gərginlik artmışdı, çünki 14 fevraldakı Cümə namazından sonra Kommunizmlə Mübarizə Dərnəyi ilə sağ tərəfin yoxlamasında olan Milli Türk Tələbə Birliyinin liderliyində "Bayrağa hörmət" mitinqi təşkil edildi. Bu mitinqdə kommunistlərə qarşı döyüş açıldığı elan edilərək xalqa iki gün sonra təşkil ediləcək olan 6 Flotu Etiraz Gedişində kommunistlərə lazım olan dərsi vermək üzrə toplanma çağırışı edildi. 16 fevral günü, nümayişçilər Bölünməyə doğru gedişə keçmək üzrə Beyazıtda toplanarkən, "kommunistlərə lazım olan dərsi vermə" çağırışına uyğun gələn sağ fikirli kəslər də Bölünmə Meydanına gəldilər. Burada toplu qılınan namazın ardından daşlı və çubuqlu bir şəkildə gözləməyə qoyuldular. Bəyazit Meydanında toplanan gənclik təşkilatları gedişə keçdilər.
Qanlı Milad
Qanlı Milad — 20 dekabr və ya 21 dekabr 1963-cü ildə Kipr türklərinə qarşı silahlı hücumlara verilən addır. Bu adada icmalararası qarşıdurmaların başlanğıcı hesab olunur. Hadisələrdə cəmi 364 Kipr Türkü və 174 Kiprli Yunan həyatını itirdi. == Akritas planı == İsveçrənin Sürix şəhərində Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq arasında keçirilən görüşlərdə hazırlanan konstitusiya ilə 16 avqust 1960 tarixində Kipr Respublikası müstəqil bir dövlət olaraq quruldu. Kipr Respublikasının ilk prezidenti seçilən III Makarios Kiprin 1961-ci ildə mövcud konstitusiya ilə idarə edilə bilməyəcəyini iddia etməyə başladı və 1963-cü ilin noyabrında konstitusiyaya on üç maddəyə dəyişiklik təklif etdi. Kipr Türk Birliyinin bu dəyişiklikləri qəbul etməsi üçün Kiprli Rum fanatikləri Akritas Planı adı altında adada gərginliyi artıran qəzetlər nəşr etməyə davam etdilər. == Qanlı Milad == 1963-cü il dekabrın 20-nə keçən gecə Nikosiyanın Tahtakale rayonunda avtomobillərə atəş açması nəticəsində Zeki Halil və Cemaliye Emirali öldürüldü. İlk başda 30 kənd hücuma məruz qaldı. Ümumilikdə 103 kəndə hücum edildi. Nikosiyanın Kiçik Qaymaqlı mahalı mühasirə altına alınmışdı.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. == Mövzu == Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Qanlı Yanvar
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: “O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qanlı göl
Qanlıgöl (Tərtər) — Tərtər rayonunda göl. Qanlıgöl (Yasamal) — Yasamalda göl. Qismən qurudulmuşdur. Qanlı göl (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl. Qanlıgöl (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunun Qaraqoyunlu kəndində göl. Qanlıgöl (Şahbuz) — Şahbuz rayonu ərazisində göl. Qanlıgöl (Şamaxı) — Şamaxı rayonu ərazisində göl. Qanlı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
Qanlı gədik
Qanlı gədik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda aşırım. == Haqqında == Oronim qanlı sifəti ilə Azərbaycan dilində «dağ belində batıq», «hündür dağ arasında yol», «dağ keçidi, aşırım» mənasında işlənən gədik sözündən əmələ gəlmişdir. 1918-ci ildə ermənilər həmin ərazidə azərbaycanlıları vəhşicəsinə qırmış, qan su yerinə axmışdır. Ona görə də bu dağ keçidi Qanlıgədik adlanmışdır. Tarixi hadisə ilə bağlı yaranan mürəkkəb oronimdir.
Qanlı töyrə
Qanlı töyrə — Qazax şəhərindən 3 km Şimal-Qərbdə Eneolit və son Tunc dövrlərinə aid abidə. Uzunmüddətli yaşayış nəticəsində yaranmış təpənin hündürlüyü 4 metrdir. Qanlı töyrədə yaşayış Neolit dövründə (e.ə. V-IV minilliklər) başlamışdır. Maddi-mədəniyyət qalıqları Şomutəpə mədəniyyəti üçün xarakterikdir. Tunc dövrünün sonlarında (e.ə. II minillik) Qanlı töyrə yenidən yaşayış yeri olub. Bu dövrün arxeoloji materialları Xocalı-Gədəbəy mədəniyyətinə aiddir.
Qanlı yağış
Qanlı yağış - tərkibində çoxlu miqdarda parlaq rəngli mineral hissəcikləri kəsib keçərkən qırmızı rəng almış yağış damcılarıdır. Qırmızı tozlar adətən geniş səhralardan, məsələn Saxaradan cənuba Avropaya keçir.[1] == Həmçinin bax == Ağ yağış Buludluluq Çiskin == İstinadlar == Əliyeva N.Ə. "Hidrometeoroloji lüğət". Bakı 2005., 246 s.
Qanlı İsmayıl
Qanlı İsmayıl (1810-1843) – qaçaq. == Həyatı == Rzaqulu bəyin üçüncü oğlu İsmayıl bəy 1810-cu ildə İyürmidörd mahalının Şirvanlı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Rus dövlətinə qarşı çıxmış, qaçaq düşmüşdü. Qanlı İsmayıl ayaması ilə tanınırdı. Baba bəy Şakir yazırdı: Rus tədqiqatçısı 1844-cü ildə yazır: "Güclənən quldurluq və qarətçiliyin səbəbləri. Qarabağda güclənən quldurluq və qarətçiliyin səbəbləri və həmişə güclənməsi bağlıdır: a) Qarabağın xan soyunun və bəylərin saxtakarlara himayədarlığı, b) vilayətdə köçərilərin çoxluğu, v) cinayətlərin məsuliyyətə cəlb еdilməməsi: a)Qarabağ bəyləri ən azı 2 min nəfər kişi cinsindəndir, 8-10 nəfəri çıxmaqla, qalanı oğru və quldurları qoruyur, himayə еdir, qanun izləyicilərindən gizlədir, nəinki öz malikanələrində, hətta öz еvlərində saxlayırlar. Rəislərə onları yaxşı adam kimi qələmə vеrir, öz rəiyyətlərini quldurluğa təhrik еdirlər. Çoxları da onlara özlərini nümunə kimi göstərirlər. Xüsusiyyətlə, xan ailəsindən olanlar bu kеyfiyyətdə fərqlənirlər.
Qanlı şəlalə
Qanlı şəlalə — qan-qırmızı dəmir oksidli axar olaraq Taylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Dəmirlə zəngin olan duzlu su kiçik çatdan çıxır. Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür. Bu göl dağ arası dərələrin dəniz suyu ilə dolması nəticəsində əmələ gəlir. Bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalmışdır. Göl suyunun duzluğu okean suyunun duzluğunu 10 dəfə üstələyir. Bu səbəbdən su hətta –10 °C temperaturda belə göl donmur. Qırmızı su mənbəyi 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilmişdir. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqəli olması düşünülsə də sonradan paslanmış dəmir olması müəyyən edilmişdir. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.
Qanlı Mariya
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
Qanlı kilsə
Qanlı Kilsə və ya Müqəddəs Məryəm Kilsəsi — İstanbulda yerləşən pravoslav kilsəsidir. İstanbulda Osmanlı dövründə məscidə çevrilməyən və yunanların ibadətinə buraxılan Bizans dövründən qalmış yeganə kilsədir. Fatih səmtində hündür divarlar arxasında olan kilsə ümumiyyətlə ictimaiyyətə açıq deyil. == Tarixi == 7-ci əsrin əvvəllərində İstanbulun beşinci təpəsində Bizans imperatoru Maurikiosun qızı şahzadə Sopatra və onun dostu Eustolia tərəfindən monastır tikilmişdir, lakin monastır Dördüncü Səlib yürüşündən sonra qurulan Latın İmperiyası dövründə dağıdılıb.1261-ci ildə şəhər Bizanslılar tərəfindən yenidən ələ keçirildikdən sonra Georgios Akropolitesin qayınatası və VIII Mixailin dayısı İsaakios Doukas, eyni yerdə sadə bir mərtəbəli monastır tikdirmişdi. 1281-ci ildə İmperator VIII Mixayılın qeyri-qanuni qızı və Monqol Elxanlı hökmdarı Abaqa xanın həyat yoldaşı Maria Despina Palaiologina ərinin ölümündən sonra İstanbula qayıdır. Maria Despina monastır və kilsəni günümüzə gəlib çatan formada tikdirdi və Ktētorissa (qurucu) titulunu aldı. Bu tarixdən etibarən monastır və kilsəyə Mouchliōtissa (yunanca "monqolların") ləqəbi verildi. 1453-cü ildə İstanbulun fəthindən sonra kilsə Sultan II Mehmet tərəfindən Fateh məscidinin memarı Christodoulos'un anasına bağışlanmışdı.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Qanlı almaz
Qanlı almaz — 2006-cı ildə Edvard Zvik tərəfindən çəkilmiş amerikan filmi. Baş rollarda Leonardo DiKaprio və Cennifer Konnelli çəkilmişdir. Filmin əsas mövzusu Afrikadakı döyüş bölgələrində çıxarılan və müharibə nizamını maliyyələşdirmək üçün istifadə edilən almazlardır.
Qanlı yumruq
"Qanlı yumruq" (ing. Bloodfist) — Don Vilsonun filmlərindən biridir. == Məzmun == Ceyk Rey qardaşının qətlini araşdırmaq üçün Manilaya gəlir. Lakin burada qanunsuz olaraq kikboks yarışları keçirən Muay Tay orqanizasiya ilə qarşılaşır. Ceyk Rey həyatını qurtarmaq və qardaşının qisasını almaq üçün turnirdə mübarizə aparmalıdır... == İstinadlar == == Xarici keçidlər == Qanlı yumruq — Internet Movie Database saytında.
Qanlı 1 May
Qanlı 1 May (türk. Kanlı 1 Mayıs) - 1977-ci ilin 1 may tarixində Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən Taksim meydanında baş vermiş qətliam hadisəsi. Hadisə hər il ənənəvi formada təşkil edilən Beynəlxalq əmək günü münasibəti ilə keçirilən 1 may nümayişlərində baş vermişdir. Hadisə nəticəsində 34 nəfər həlak olmuş, 136 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Qanlı 1 May Türkiyə tarixinə ən böyük siyasi qətliamlardan biri olaraq keçmişdir. == Arxa plan == 1977-ci ilin 1 may günü Beynəlxalq əmək günü qeyd etmək üçün ölkənin müxtəlif bölgələrindən 500 mindən çox şəxs İstanbula gəlməkdə idi. Şəhərə daxil olan qrupların böyük əksəriyyəti DİSK-in rəhbərliyi altında təşkilatlanmış və hərəkət etməkdə idilər. Qruplar səhər saatlarından etibarən Taksim meydanını iki istiqamətdən doldurmuşdu. Yüksək təhlükəsizlik tədbirlərinin görülməsi səbəbindən mitinqdə çıxış etməsi planlaşdırılan şəxslərin əraziyə daxil olması vaxt aparmış, bu səbəbdən tədbirin başlamasında gecikmələr yaşanmışdır. Yerli vaxtla saat 19:00-da dönəmin DİSK başqanı Kemal Türklerin nitqinin sonuna gəlindiyi anda meydandan ilk atəş səsləri yüksəlmişdir.
Qanlı bazar (1905)
Qanlı bazar Sankt-Peterburqda fəhlələrin çar II Nikolaya ərizə təqdim etmək üçün Qış sarayına doğru sivil yürüş keçirilən 100.000 nəfərin çarın əsgərləri tərəfindən amansızca atəş açılması nəticəsində 1000-dən çox insanın ölümü, 2000-dən çox insanın yaralanması ilə nəticələnən tarixi hadisə.
Qanlı bazar günü
Qanlı bazar günü (gürc. აპრილის ტრაგედია) — 1989-cu ilin 9 aprel tarixində Gürcüstan Sovet Sosialist Respublikasının paytaxtı Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanı. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 21 nəfər həlak olmuş, azı 100 nəfərə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. 9 aprel tarixi bu gün Gürcüstanda Milli Birlik Günü (gürc. ეროვნული ერთიანობის დღე erovnuli ertianobis dghe) kimi qeyd olunur və rəsmi olaraq milli bayram sayılır.
Qanlı göl (Göyçə)
Qanlı göl — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda göl.Göl Kəvər (Kamo) rayonundan 21 km cənub-şərqdə yerləşir. 3032 m hündürlükdə yerləşmişdir. Ən dərin yeri 25 m-dir. Gölün adı qanlı türk tayfasının adını əks etdirir. Etnohidronimdir. Quruluşca mürəkkəb hidronimdir. Adı dəyişdirilib Aknaliç qoyulmuşdur.
Qanlı illər (kitab)
XX əsr Azərbaycan nəsrinin yaradıcılarından biri, böyük yazıçımız Məmməd Səid Ordubadi qələminin məhsulu olan, uzun illərin siyasi təbəddülatlarından keçmiş bu əsər tarixi həqiqətlərin üzə çıxarılmasına kömək edən dəyərli bir nümunədir. Yazıçının 1908-ci ildə "Qanlı "Sənələr" adı ilə yazıb başa çatdırdığı kitab ilk dəfə onun "Tazə həyat" qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaradır. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi sadəlövhcəsinə keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.
Qanlı yanvar faciəsi
Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da Sovet İttifaqı qoşunları SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi haqqında" Fərmanına uyğun olaraq və siyasi müxalifət nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşların qarşısını almaq üçün SSRİ Konstitusiyasının 14-cu maddəsinin 119-cü bəndini rəhbər tutaraq Bakı şəhərinə daxil oldular. Respublikada vəziyyətin sabitliyinin pozulması dövrü ilk növbədə Ermənistanla Azərbaycan arasında Qarabağla bağlı ərazi mübahisəsi ilə bağlı olmuşdur. Bu, regionda idarəolunmaz vəziyyətlərin, o cümlədən etnofobiya təzahürlərinin yaranmasına səbəb olmuşdur. 1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi siyasi təşkilatı Azərbaycan milli hərəkatının rəhbəri oldu. Bunun fonunda 1990-cı il yanvarın əvvəlində və ortalarında ermənilərlə azərbaycanlılar arasında toqquşmalara çevrilmiş Bakıda kommunist hökumətinə qarşı ölkədə kütləvi nümayişlər keçirildi. Azərbaycan SSR Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibovun 1989-cu il dekabrın 25-də yazdığı xatirələrə əsasən, respublika KP MK-nın birinci katibi Əbdürəhman Vəzirov onu çağırıb: “O dedi ki, fəlakət yaranır və biz Moskvadan kömək istəməliyik. Bizim Daxili İşlər Nazirliyinin dəbilqə və dəyənəklə təchiz olunmuş öz daxili qoşunlarımız yox idi. Onlar ancaq Moskvadan gələn əmrlərə əməl edirdilər. Biz Daxili İşlər Nazirliyinə və Nazirlər Şurasına qoşun göndərməyi xahiş etdik, əks halda böyük fəlakət baş verə bilər”. SSRİ Kommunist Partiyasının baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov Azərbaycan istiqlal hərəkatının Sovet Azərbaycanı hökumətini devirmək cəhdlərinin qarşısını almaq üçün hərbi vəziyyətin zəruri olduğunu müdafiə edirdilər.
Qanlı şənbə mitinqi
Azərbaycan etirazları (2005) — 2005-ci il noyabrın 26-da Qələbə meydanında baş tutan mitinq. == Mitinqdən əvvəl == 2005-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisinə seçkilər baş tutdu. Seçkilərdə əsas mübarizə Yeni Azərbaycan Partiyası və Azadlıq Bloku arasında getdi. Azadlıq Blokuna Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daxil idi. Seçkilərin rəsmi nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası 61 mandat qazanaraq qələbə qazandı. Azadlıq Bloku isə 6 üzvlə təmsil olunmaq hüququ qazandı. Həmin nəticələri Azadlıq Bloku rəsmən tanımadı. AXCP sədri Əli Kərimli 2019-cu il fevralın 27-də Meydan TV-yə verdiyi müsahibədə 2005-ci ilin Parlament seçkilərinə toxundu və həmin seçkilərdə Azadlıq Birliyinin 58 üzvünün Parlamentdə mandat qazandığı iddia etdi.[mənbə göstərin] == Mitinq == Azadlıq Blokuna üzv olan siyasi partiyaların sədrləri Əli Kərimli (AXCP), İsa Qəmbər (Müsavat), Lalə Şövkət (ALP) və Sərdar Cəlaloğlunun (ADP) çıxış etdiyi mitinq başa çatandan sonra, seçkilərin nəticələrinə etiraz edən 2 000 yaxın etirazçı oturaq seçkilərin nəticələrinə etirazlarını bildirdi. Etirazlar axşam saatlarına yaxın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən dağıdıldı, nəticədə 500 yaxın etirazçı yaralandı.[mənbə göstərin]Daha sonra 9 noyabr, 13 noyabr və 23 noyabr tarixində mitinqlər keçirildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2011 ••• 0.09
2012 •••••••••••••••••••• 0.60
2013 •••••••••• 0.29
2020 ••••• 0.13

qanlı-qadalı sözünün leksik mənası və izahı

qanlı-qadalı sözünün rus dilinə tərcüməsi

qanlı-qadalı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. bloody, sanguinary, murderous; ~ müharibə illəri bloody / murderous war years II. z. hostilely, with enmity, with animosity, viciously; ~ baxmaq to look hostilely / with enmity / viciously

    Azərbaycanca-ingiliscə lüğət / qanlı-qadalı

qanlı-qadalı sözünün fransız dilinə tərcüməsi

qanlı-qadalı sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#qanlı-qadalı nədir? #qanlı-qadalı sözünün mənası #qanlı-qadalı nə deməkdir? #qanlı-qadalı sözünün izahı #qanlı-qadalı sözünün yazılışı #qanlı-qadalı necə yazılır? #qanlı-qadalı sözünün düzgün yazılışı #qanlı-qadalı leksik mənası #qanlı-qadalı sözünün sinonimi #qanlı-qadalı sözünün yaxın mənalı sözlər #qanlı-qadalı sözünün əks mənası #qanlı-qadalı sözünün etimologiyası #qanlı-qadalı sözünün orfoqrafiyası #qanlı-qadalı rusca #qanlı-qadalı inglisça #qanlı-qadalı fransızca #qanlı-qadalı sözünün istifadəsi #sözlük