Poliqamiyanın qanuniliyi
Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar.
Əlcəzair
Kamerun
Çad
Mərkəzi Afrika Respublikası
Konqo Respublikası
Cibuti
Misir
Qabon: Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır.
Qambiya
Qvineya
Liviya
Keniya: Poliginiya 2014-cü ildə qəbul edilən qanunla qanuni olmuşdur.
Mali
Mavritaniya
Mərakeş
Nigeriya (yalnız bəzi əyalətlərdə)
San-Tome və Prinsipi
Seneqal
Somali
Cənubi Sudan
Sudan
Esvatini
Toqo
Tanzaniya
Uqanda
Zambiya
Əfqanıstan
Bəhreyn
Banqladeş
Butan
Bruney
İndoneziya (Maluku, Şimali Maluku, Papua və Qərbi Papua vilayətlərindən başqa)
İran
İraq (İraq Kürdüstanı istisna olmaqla)
İordaniya
Küveyt
Livan
Maldiv adaları
Oman
Qətər
Pakistan
Səudiyyə Ərəbistanı
Şri-lanka
Suriya (Suriya Kürdüstanı istisna olmaqla)
Birləşmiş Ərəb Əmirlikləri
Yəmən
Solomon adaları
Qeyd edilən dövlətlərdə yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tənzimləyən xüsusi qanunvericilik aktları var.