qanunnaməsi sözü azərbaycan dilində

qanunnaməsi

Yazılış

  • qanunnaməsi • 60.0000%
  • Qanunnaməsi • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fateh Qanunnaməsi
Fateh Qanunnaməsi — İstanbulun fəthindən sonra, dövlət təşkilatına imperiyanın böyüklüyünə və coğrafi vəziyyətinə yaraşan bir xarakter vermək, müxtəlif müəssisələrin vəzifələrini müəyyən etməyə ehtiyac duyulduğundan, Fateh Sultan Mehmet tərəfindən tətbiq olunan qanunlar toplusudur. Fateh Sultan Mehmet dövlət təşkilatında yeni tənzimləmələrə olan ehtiyacın təsiri ilə, qanunlar tətbiq etdi və bu arada calaqlara aid bir çox məqamı da yenidən tənzim edib. Fatehin bu yolda ilk etdiyi iş paytaxtdakı məişət dəftərlərinə təkcə sipahi adını qeydə almayıb, bu dəftərlərə məişət gəlirlərinin və patentlərinin surətini həkk etdirmək olmuşdur. Fateh Qanunnaməsi üç hissədən ibarətdir. Birinci hissədə, dövlət başbilənlərinin etiketdəki yerlərinə, padşaha kimlərin ərzdə olacaqlarına, qazilərin mərtəbələrinə. İkinci hissədə, səltənət işlərinin tərtibinə, yəni divan, has otaq təşkilatına və saray xidmətçilərinin bayramlaşma mərasimlərinə. Üçüncü hissə isə, cinayətlər və qarşılıqları ilə mənsəb sahiblərinin gəlirlərinə dair məlumatları ehtiva edirdi. Son hissədə həmçinin qeyri-müsəlman dövlətlərin verəcəkləri illik vergilər ilə dövlət vəzifəliləri və xanədan mənsublarına dair ləqəb örnəkləri yer alır. Fatih qanunlar toplusunda "Nizami Aləm" üçün qardaş qətli məsələsi ilə bağlı maddə: "Və hər kəsə uşağımdan səltənət mümkün ola, qarındaşların Nizami Aləm üçün qətl eləmək münasibdir. Əksər üləma belə tecviz etmişdir.
Əlhambra qanunnaməsi
Əlhambra qanunnaməsi (isp. Decreto de la Alhambra; ivr. ‏גירוש ספרד‏‎) - Kastiliya və Leon Kraliçası İzabella ilə Araqon Kralı II Ferdinand tərəfindən 1492-ci ilin 31 mart tarixində Əlhambra sarayında imzalanaraq elan edilən və İspaniyada yaşayan yəhudilərin ölkədən qovulması qərarını, səbəbləri ilə birlikdə göstərən qanunnamə. Əlhambra qanunnaməsinə görə İudaizm dininə mənsub olan və ya etnik kökləri bu dinə söykənmiş hər kəs İspaniyanı tərk etməli idi. Yəhudilərə özləri ilə birlikdə qiymətli əşyalarını götürmək qadağan olunmuşdur. Qanuna əsasən 31 iyul tarixinə qədər ölkəni tərk etməyən yəhudilərin edam edilməsi nəzərdə tutulurdu. Bu tarixdən bir il sonra Araqon Kralı II Ferdinanda aid olan Siciliya adasında, beş il sonra isə Portuqaliyada oxşar məzmunlu qanunnamə qəbul edildi. Əlhambra qanunnaməsi bir başa Səfərad yəhudilərinin ölkədən çıxarılmasına hesablanmışdı. XV əsrdə İspaniyada yarım milyona yaxın səfərad yəhudisinin yaşadığı təxmin edilməkdədir. 200.000 yaxın səfərad yəhudisi sürgündən xilas olmaq üçün Katolik məhzəbini qəbul etdi.
Uzun Həsənin Qanunnaməsi
Uzun Həsənin Qanunnaməsi — XV yüzillikdə Azərbaycanın Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən tərəfindən tərtib (1470-1477-ci illərdə) edilmiş qanunvericilik aktı. Təkcə Azərbaycanda deyil, Uzun Həsənin hakimiyyəti altında olan bütün ərazilərdə qüvvədə olmuşdur. "Qanunnamə" dövrümüzədək gəlib çatmamışdır. Uzun Həsənin Qanunnaməsi əsasən aqrar və vergi məsələlərilə əlaqədar münasibətlərin tənzimlənməsinə yönəldilmişdi. "Qanunnamə" təqribən 85 il ərzində qüvvədə olmuşdur. Bu qanunvericilik aktını kənd təsərrüfatı və vergilər sahəsində aparılmış hüquqi islahat kimi də qiymətləndirmək olar. "Qanunnamə"də qismən mühakimə icratı, qazıların vəzifəyə təyinatı və mülki hüququn iddialar institutuna, həmçinin iddia müddətlərinin hesablanması məsələlərinə də toxunulmuşdur. Belə ki, qazılar bu vəzifəyə artıq bilik və bacarıqları yoxlanmaqla təyin edilir, bəzən isə seçilirdilər. Məhkəmədə iddia qaldırmaq müddəti xeyli qısaldılmışdır. Uzun Həsənin Qanunnaməsi Azərbaycanın dövlət və hüquq, o cümlədən siyasi və hüquqi fikir tarixinin öyrənilməsi baxımından qiymətli mənbə hesab oluna bilər.

"qanunnaməsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qanunnaməsi nədir? #qanunnaməsi sözünün mənası #qanunnaməsi nə deməkdir? #qanunnaməsi sözünün izahı #qanunnaməsi sözünün yazılışı #qanunnaməsi necə yazılır? #qanunnaməsi sözünün düzgün yazılışı #qanunnaməsi leksik mənası #qanunnaməsi sözünün sinonimi #qanunnaməsi sözünün yaxın mənalı sözlər #qanunnaməsi sözünün əks mənası #qanunnaməsi sözünün etimologiyası #qanunnaməsi sözünün orfoqrafiyası #qanunnaməsi rusca #qanunnaməsi inglisça #qanunnaməsi fransızca #qanunnaməsi sözünün istifadəsi #sözlük