Qanunun missiyası (film, 1992)
Ədalətin missiyası (ing. Mission Of Justice) — 1992-ci ildə döyüş janrında çəkilən filmdir.
Polis vəzifəsində çalışan Kurt Harris küçədə qadını döyən cinayətkarı həbs edir. Lakin sabahısı gün həmin cinayətkar həbsdən buraxılır. Cinayətkar həbsdən çıxan kimi yenidən qadını döyməyə başlayır. Qadının köməyinə yetişən Kurt Harris və dostu Titus cinayətkarı öldürür. Lakin qadın ağır zərbələrdən ölür. Bu hadisədən sonra Kurt polis məntəqəsinin rəhbəri ilə mübahisə edir və ona zərbə endirərərk işdən könüllü surətdə azad edilir. Amma polis məntəqəsindən başqa şəhərdə küçələrin nəzarəti ilə məşğul olan xüsusi təşkilat vardır. Təşkilat rəhbəri Reyçel Larkin şəhər Meri olmaq niyyətindədir.