qançır sözü azərbaycan dilində

qançır

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qançır • 92.1875%
  • Qançır • 7.8125%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qançır sözünün leksik mənası və izahı

  • 1 is. 1. Bərk vurulmaq, toxunmaq və ya sıxılmaq nəticəsində bədənin bir yerində dəri ilə ət arasında bərkiyib laxtalaşan qan. [Qarı] Mahmudun üz-gözündən döyülmək nişanəsi olan qançıra baxıb dedi… Ə.Əbülhəsən. 2. Bərk soyuqdəymə nəticəsində qanın bədəndə donması, istiliyini itirməsi. Şaxtadan az qala qançır olmuşdum.

    Azərbaycan dilinin izahlı lüğəti / qançır

qançır sözünün etimologiyası

  • 1 Ət və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки). Bəzən “sə­­təlcəm” anlamını da əks etdirir. Sözün kökü qandır. Bəs –çır nə şəkilçisidir? Sözün əsli qandur (qan durub, işləmir) formasında olub: qan bərkiyir və zərbə yerində hərəkətdən qalır. Mürəkkəb söz (qandur) düzəltməyə (qançır) keçib, indi isə -çır şəkilçisi işlədilmədiyindən sadə söz hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qançır

qançır sözünün rus dilinə tərcüməsi

qançır sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. bruise; ~ olana kimi / qədər döymək to beat* black and blue; ~ etmək to bruise (d.); O yıxılıb, dizini qançır etdi He / She fell and bruised his / her knee; 2. (bərk soyuqlama) a bad cold; ~ olmaq to catch* a bad cold

    Azərbaycanca-ingiliscə lüğət / qançır

qançır sözünün fransız dilinə tərcüməsi

qançır sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. вили (чӀулав) лапан, вили хьайи чка, хамунини якӀун арада лахта хьанвай иви (ягъуникди, акьуникди, са куьник акатуникди ва мс. арадал атанвай вили леке); 2. вили хьунухь, гзаф мекьи хьуникди беденда иви дав хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / qançır

qançır sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

qançır olmax: (Mingəçevir, Şəmkir) sətəlcəm olmaq. – Atımız qançır oluf (Şəmkir)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qançır" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qançır nədir? #qançır sözünün mənası #qançır nə deməkdir? #qançır sözünün izahı #qançır sözünün yazılışı #qançır necə yazılır? #qançır sözünün düzgün yazılışı #qançır leksik mənası #qançır sözünün sinonimi #qançır sözünün yaxın mənalı sözlər #qançır sözünün əks mənası #qançır sözünün etimologiyası #qançır sözünün orfoqrafiyası #qançır rusca #qançır inglisça #qançır fransızca #qançır sözünün istifadəsi #sözlük