* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Birdən əlini uzadıb cəld götürmək, dartıb almaq, qamarlamaq. Məhərrəm iynəni əlindən buraxıb bucaqdakı ağırbaşlı çəkici qaparaq qapını açıb kənara çıxdı. H.Nəzərli. [Şagird qızın] bu sözlərindən molla bacı elə acıdı ki, çubuğu qapıb qızı döyəcləməyə başladı. Çəmənzəminli. // Götürmək, qaldırmaq. …Qaçdım yerdəki daşlara tərəf və qabağıma gələn daşları yerdən qapıb, başladım Şirəliyə tərəf tullamağa. C.Məmmədquluzadə. Bir tikanlı ağac qapıb yerdən; Gözlədim qovğanın zəmanını mən. A.Səhhət. [İmamverdi:] Dəyənək davasıdır məgər, qapım dəyənəyi, iyirmi soldatı xurdxəşil edəm. C.Cabbarlı. // Cəld tutmaq (atılan, yaxud uçan şeyi). Səməd … Mirkazımın atdığı qızılı göydəcə qaparaq, göy jiletinin kiçik cibinə yerləşdirdi. S.Rəhimov. // Yapışmaq, yapışıb tutmaq. Mən onu deyirəm ki, bu axır zamanda bir naxoşluq əmələ gəlibdir, adına “minengit” … deyirlər, mərizlərin qapır peysərindən, peysər dönür bir oduna. N.Vəzirov. 2. Çalmaq, oğurlamaq, aparmaq, götürüb qaçmaq. Dedi: – Yorğan üçün imiş bu təlaş; Yorğanı qapdılar, kəsildi savaş. M.Ə.Sabir. 3. Dişləmək, dişlərini batırıb yaralamaq. İt uşağı qapdı.
Azərbaycan dilinin izahlı lüğəti1 yapışmaq — tutmaq
Azərbaycan dilinin sinonimlər lüğəti2 dişləmək
Azərbaycan dilinin sinonimlər lüğəti3 götürmək — dartmaq — qamarlamaq
Azərbaycan dilinin sinonimlər lüğəti4 çolmaq — oğurlamaq — aparmaq
Azərbaycan dilinin sinonimlər lüğəti5 1. QAPMAQ, DARTIB ALMAQ, QAMARLAMAQ 2. qapmaq bax oğurlamaq 3. qapmaq bax dişləmək 1 4. qapmaq bax tutmaq 3
Azərbaycan dilinin sinonimlər lüğəti1 1. кусать; 2. хватать;
Azərbaycanca-rusca lüğət2 глаг. 1. кусать (хватать, ранить зубами (о животных, грызунах, о человеке), укусить. Qıçından qapmaq укусить за ногу, barmağını qapmaq укусить палец 2. кусаться (иметь обыкновение, привычку кусать). İtlər qapırlar собаки кусаются 3. хватать, схватить что-л. O, pencəyini qapıb qaçmağa başladı схватив пиджак, он бросился бежать 4. разг. стащить, стянуть, украсть
Azərbaycanca-rusca lüğət1 f. 1. to snatch (d.), to grab (d.); to make* a snatch (at); to make* a grab (at); bir şeyi ~ to make* a snatch / grab at smth., to grab / to snatch smth; İt sümüyü qapıb qaçdı The dog grabbed the bone and ran off; 2. (dişləmək) to bite* (d.); İtlər qapır Dogs bite
Azərbaycanca-ingiliscə lüğət1 f. mordre vt, offenser vt, vexer vt, blesser vt, piquer vi, voler vt, chiper vt
Azərbaycanca-fransızca lüğət1 гл. 1. гъил вегьена тадиз къачун (кьун), хъуткьунна къачун; // кьун; вегьена кьун, агалчна кьун, садлагьана кьун; цавамаз кьун (лув гузвай са затӀ); 2. хкажун, кьун, къачун (мес. чилелай къван); 3. чуьнуьхун, къачуна катун, тухун; 4. кьун, кӀасун, кӀирер кутун; quduz it öz sahibini də qapar. Ata. sözü пехъи кицӀи вичин иесини кьада.
Azərbaycanca-ləzgicə lüğəti