qapı-baca sözü azərbaycan dilində

qapı-baca

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qapı-baca • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb.O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Qapı
Qapı —Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Qapılar əsasən obyektin daxili təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edilir. == Etimologiyası == "Qapı" sözünün ilkin forması, tarixən Göytürk xaqanlığının dilinə, yəni Qədim türk dilinə təsadüf edir. Göytürkçə səslənişi "Kapuğ"dur. Bu söz Azərbaycan dilində iki formada hələ də yaşayır. "Qapı" və "qabığ". Bunu daha yaxşı anlamaq üçün, belə bir mülahizə yürütmək olar: Necə ki, meyvənin "qabığını" açmadan onu yeyə bilməzsən, eyniylə evində "qabığını" açmadan içəri daxil ola bilməzsən. Bir müddət sonra öz tələffüz şəklini yavaş -yavaş itirməyə başlayıb bu söz, lakin bir çox dildə o sözün öz quruluşunu necə dəyişdiyi aydın olur. "Kapuğ" Macar dilində "Kapu" şəklində, yəni son hərfinin düşməsi şəklində, Türk dilində "Kapı" şəklində, yəni son hərfin dəyişilməsiylə və Azərbaycan dilində isə "Qapı" şəklində səsləndirilməyə davam edir.
Ala qapı
Ala qapı Ərdəbil şəhərinin qədim altı məhəlləsindən biridir. Şeyx Səfi kompleksi bu məhəllədə yerləşibdir.
Ali Qapı
Ali Qapı (azərb. Yüksək Qapı‎; fars. عالی‌قاپو‎:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir.Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur. Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi.
Döner qapı
Döner qapı (ing. Revolving door) — tipik olaraq üç və ya dörd qapıdan ibarət olan və mərkəzi bir çubuğa yapışdırılan və silindrik bir kamerada şaquli bir ox ətrafında dönən bir qapı növüdür. Döner qapılar enerji qənaətlidir və binanın istilik və ya soyutma itkisini azaldır.
Or Qapı
Or Qapı (krımtat. Or Qapı, Ор Къапы) və ya Perekop (ukr. Перекоп) — Ukraynanın, Krım Muxtar Respublikası, Armyansk şəhər şurası, Suvorov kənd şurasına daxil olan kənd. 2014-cü ildən etibarən Krım Muxtar Respublikası referendum əsasında Rusiya Federasiyasının tərkibinə daxil olmuşdur. Rusiya Federasiyasının inzibati bölgüsünə görə Krım Respublikası Armyansk şəhər dairəsinə daxil edilir, lakin dünya ölkələri və BMT Krımı Ukrayna ərazisi kimi tanıyır. == Əhalisi == 2001-ci ilin Ümumukrayna əhalinin siyahıya alınmasına əsasən əhalinin dil tərkibi belədir == Müasir vəziyyət == 2016-cı ilə görə Or Qapıda 9 küçə vardır. Kəndin sahəsi kənd şurasının məlumatına görə 200 ha-dır. 332 evə sahib kənddə 978 nəfər yaşayır. № 7 orta təhsil məktəbi fəaliyyət göstərir. Ayrıca poçt şöbəsi, ilk yardım stansiyası, provaslav kilsəsi vardır.
Qapı (Proqramlaşdırmada)
Qapı (Proqramlaşdırmada) — (ing.gate, ru.вентиль) – AND, OR, NOT (VƏ, VƏYA, DEYİL) kimi Bul operatorları ilə göstərilən və Bul məntiqinin qaydalarına uyğun işləyən elektron açar. Qapı, yarımkeçirici qurğunun çox miniatür elementidir; o, bir və ya bir neçə giriş siqnalının durumu ilə məntiqi bağlı olan elektrik giriş siqnalı formalaşdırır. Məsələn, giriş siqnalının tərsinə çevrilməsi (invert) üçün nəzərdə tutlmuş qapı ikilik vahidin elektron ekvivalentini sıfra, ikilik sıfırın ekvivalentini isə vahidə çevirir. Qapılar ən çeşidli məntiqi funksiyaları yerinə yetirdiyindən onları müxtəlif yollarla elə birləşdirmək olar ki, toplama, çıxma, vurma, bölmə və s. əməlləri yerinə yetirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qapı (dəqiqləşdirmə)
Qapı
Qapı (novella)
Qapı — Maqda Sabonun novellası. == Məzmun == Əsər olduqca zəhmətkeş bir qadının (Emerenc) keşməkeşli ibrətamiz həyatından bəhs edir. == Haqqında == 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransa-nın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" təqdim edilmişdir.
Qapı telefonu
Qapı telefonu - daxili şəbəkədən istifadə edən telefon xətti. Xətt telefon şəbəkəsi ilə bağlı deyil. Çox vaxt səsucaldan ilə təchiz olunur və eyni binanın daxilində qısa məsafələrdə rabitəni təmin edir. == Qapı telefonu == Elektron qurğu danışma qurğusuna zəng blok siqnalı verən qurğudur. Bir-abunəçi və çox-abunəçi qurğularına bölünür. Elektromexanika həm də elektron tip kimi avtomatik bağlayan qurğularla (AZANI) təchiz edilmiş ola bilər. Əlaqənin ötürülməsinin üsulu üzrə: məftil və ya radiosiqnaldır. Qapı telefonlarının ən mürəkkəbləri vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması üçün çoxmənzilli evlərin bloklarına qurulur. Müasir çoxmənzilli domofonlar aşağıdakı qurğularla və funksiyalarla təchiz edilmişdir: Audio və video - mənzildə danışma qurğusuyla blokda zəng əlaqəsi. Daxili İşlər Nazirliyinin və ya FHN-ın pultuna nəticəylə mühafizə və yanğın söndürən siqnalizasiyalarının sistemlərinin qoyulması.
Qapı venası
Qapı venası ya qaraciyərin qapı venası - lat. vena portae qarin boşluğunda olan tək üzvlərdən (kiçik çanaq üzvlərindən başqa) venoz qanı qaraciyərə daşıyır; bu damarı təşkil edən başlıca köklər üçdür: yuxarı çöz (müsariqə) venası - lat. v. mesenterica superior, aşağı çöz (müsariqə) venası - lat. v. mesenterica inferior və dalaq venası - lat. v. lienalis. Qapı venası yolda ıdlük venasını və mədə venalarını qəbul etdikdən sonra - lat. art.
Qızıl qapı
"Qızıl qapı" parkı (ing. Golden Gate Park) — San-Fransiskoda yerləşən park.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
Ali Qapı (Germi)
Ali Qapı (fars. عالي قاپو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (20 ailə).
Ali Qapı (Təbriz)
Ali Qapı — və ya Ala qapı XVI əsrdə Təbrizdə Səfəvilər üçün inşa edilmiş saray. 20-ci əsrin 30-cu illərində saray baxımsızlıqdan sonra Pəhləvilər tərəfindən dağıdılmışdır. == Adı == Sarayın niyə Ali qapı adlandırılması ilə bağlı iki fikir mövcuddur. Birinci fikrə görə Səfəvilərin Təbrizdə və İsfahanda tikdirdikləri Ali qapı saraylarının adı əsas qapı, mərkəzi qərargah mənasındadır. İkinci fikrə görə isə bu yerli dildə Ala qapı səsləndiyi üçün qırmızı qapı deməkdir. Çünki deyilənlərə görə sarayın qapısı da qırmızı rəngdə olub.
Ali Qapı (dəqiqləşdirmə)
Ali Qapı — Səfəvilər dövrünə aid saray.
Bağlı Qapı (1981)
Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir.
Or Qapı qalası
Or Qapı qalası — Or Qapı yaxınlığında, Krımı Ukraynaya bağlayan Or bərzəxidə yerləşən xarabalıq qalasıdır. == Tarixi == 15-ci əsrdə I Məngli Gəray və oğlu I Sahib Gəray tərəfindən tikilmişdir. Bu qala Krım xanlığı üçün böyük bir strateji əhəmiyyətə malik idi. 1735-1739-cu illərdə Rus-Türk müharibəsi əsnasında rus marşalı Burkhard Christoph von Münnich tərəfindən tutuldu və məhv edildi (1736). 1738-ci ildə yenidən Rus General Lacy tərəfindən ələ keçirilmişdi. 1754-cü ildə Krım Giray tərəfindən yenidən qurulmuşdur. 1771-ci ildə rus generalı Dolgorukov tərəfindən qətiyyətlə ələ keçirildi.
Qapı (film, 2012)
Qapı — Macarıstanın ingilis dilində olan dram filmidir. Film 34-cü Moskva Beynəlxalq Film Festivalında yarışma proqramında yer almaq üçün seçildi. 2012-ci ilin noyabrında Los-Anceles Macar Film Festivalında Maykl Kurtiz Tamaşaçı Mükafatını qazandı. == Məzmun == Filmin baş rollarında bütün xarizmasıyla Helen Mirren ve "Başqalarının Həyatı" filmində rol almış Martina Gedek var. Roman yazarı olmaq istəyən Maqda, günlük işlərində yardım etməsi üçün yaşlı xadimə Emerenci razı salar. Xidmətləri qüsursuz olsa da, Emerenc tərs və qatıdır. Keçmişi məchuldur; qəsəbədə haqqında şübhə və dediqodular dolaşmaqdadır. Zamanla bütün qəribəliklərinə baxmayaraq Emerenc ilə Maqda arasında qəribə olduğu qədər də sağlam bir bağ qurulacakdır.
Yeddi qapı monastırı
Yeddi qapı monastırı – Xocavənd rayonunun Susanlıq kəndi ərazisində yerləşən erkən orta əsrlərə aid alban monastırıdır. Monastır kompleksi üç böyük və bir neçə kiçik tikilidən ibarət olmuşdur ki, onlardan da dövrümüzə əsas kilsə binası qismən yaxşı vəziyyətdə çatmışdır. Elmi ədəbiyyatda həm də Möhrənis kilsəsi (Susanlıq kəndinin keçmiş adına uyğun olaraq) kimi tanınan bu kilsə qeyri-adi memarlıq quruluşu ilə digər mərkəzi günbəzli alban məbədlərindən fərqlənir. Kompleksin əsas kilsə binasının quruluşuna görə Cənubi Qafqaz ölkələrinin memarlığında anoloqu yoxdur. Plana görə kilsə tetrakonx olsa da, mərkəzi günbəzaltı kvadrat və ona hər tərəfdən birləşən konxalı apsidaya malik sadə tetrakonxlardan fərqli olaraq, Möhrənis kilsəsi kvadratın künclərində birləşən əlavə dörd kiçik apsidaya malikdir. Əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Monastırın adının etimologiyası yeddi qardaşın adı və kilsənin yeddi apsidası (qapı yerləşən apsida nəzərə alınmamaqla) ilə əlaqəlidir. == Tarixi == Yerli əfsanəyə görə monastır kilsəsi ölkələrinin azadlığı uğrunda döyüşərək vəfat etmiş yeddi qardaşın tək bacısı tərəfindən inşa edilmişdir. Onun məzarı monastır həyətindəki bulağın yaxınlığında yerləşir və “Bacı məzarı” ziyarətgahı kimi tanınır. Vəfat etmiş yeddi qardaşın şərəfinə ziyarətgaha gələnlər burada yeddi şam yanıdırırlar.
Daş qapı (Xoy)
Daş qapı və ya Darvaz-i Səngi (fars. دروازه سنگی‎)- İranın Qərbi Azərbaycan ostanında, Xoy şəhərinin mərkəzində, Köhnə Xoy bazarının cənubunda yerləşən abidə. Abidənin Elxanilər dövründə inşa edildiyi bildirilir. Daş qapı İranın Milli irs siyahısına 808 nömrəsi ilə əlavə edilib. == Tarixi == Azərbaycan türkcəsində Qala qapısı adlanan daş darvaza Xoy şəhərinin mərkəzində, Xoy bazarının cənubunda yerləşir. Qədimdə bu qapı şəhərin girişi idi. Abidənin tikilmə tarixi haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bəzi tarixçilər qapı üzərindəki memarlıq elementlərini Elxanilər dövrünə aid edirlər. Ehtimal olunur ki, qapı Elxani hökmdarı Abaqa xanın həyat yoldaşının əmri ilə tikilib. Daha sonra hicri 1170-ci ildə Əhməd xan Dünbili tərəfindən bərpa edilərək gücləndirilmişdir.
Qızıl qapı (Vladimir)
Qızıl qapı — Vladimir şəhərində yerləşən qədim rus memarlığının abidəsi. YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Onlar 1164-cü ildə knyazlığın paytaxtını Suzdaldan Vladimirə köçürən Vladimir knyazı Andrey Boqolyubskinin rəhbərliyi altında tikilib. Qızıl Qapı müdafiə quruluşu və zəfər tağı kimi istifadə edilmişdir. Şəhərin ən zəngin knyazlıq-boyar hissəsinin (Noviy qorod) əsas girişini bəzədilər. == Tarixi == Alim N. N. Voronin və sənətşünas A. İ. Skvortsovun fikrincə, qapılar knyazlıq sənətkarları tərəfindən tikilmişdir. Bunu xüsusilə ağ daş bloklardan birində inşaatçının qoyduğu knyazlıq işarəsi sübut edir. Bina Vladimir-Suzdal memarlığında geniş istifadə olunan yarımdaş hörgü texnikası ilə tikilmişdir. Güclü yarımdairəvi tonozla örtülmüş keçid tağının ciddi nisbətləri və yuxarıdakı kiçik kilsənin xüsusi zərifliyi binaya öz təyinatına uyğun əzəmətli bir xarakter verirdi. Qapının qoyulma tarixi 1158-ci ilə təsadüf edir, tikintinin sonu 1164-cü ildə, Rizpojenskayanın qapıdan yuxarı kilsəsinin təqdis edildiyi vaxtdır.
Bağlı qapı (film, 1981)
Bağlı qapı (rus. Перед закрытой дверью) — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər. == Məzmun == Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir.
Qızıl qapı (film, 2010)
Qızıl qapı (Avstraliyada bu ad ilə tanınır) 2009-cu ilin sonu və ya 2010-cu ilin əvvəllərində regiondan asılı olaraq müxtəlif adlarda buraxılmış video-film formatında olan 2009-cu il istehsalı olan Amerika romantik komediya filmidir. == Süjet xətti == Atasının qəfil ölümündən sonra özünü ailəsinin “başçısı” olduğunu görən tibb qardaşı tələbəsi Henri O'Şi (Cozef Kross), anasını saxlamaq üçün məktəbdən məzuniyyət götürür və Nyu-Yorkda qapıçı kimi işə düzəlir. Keçmiş tibb qardaşı tələbəsi olan, Henri tibbi biliklərini bəzi çətin vəziyyətlərdə işlədiyi binanın sakinlərindən birinin qızı olan Skarlettə (Sarah Roemer) göstərmək imkanı əldə edir. Henri Skarletin sevgilisini həddindən artıq narkotik dozasının ölüm təhlükəsindən xilas etdikdən sonra, Skarlet bu köməyinə görə ona təşəkkür etmək üçün onu görüşə dəvət edir və beləliklə də onlar arasında əlaqələr yaranır. Qısa müddətdən sonra Skarletin anası (Mimi Rogers) təsadüfən Skarletin rəqəmsal kamerasına baxır və kamerada onların birlikdə çəkdirmiş olduqları şəkillərini tapır. O, dərhal Henrinin müdirinə zəng edir və Henrini işdən çıxartdırır. Skarlet bunu biləndə anasına nəsihət verir və həyatda hansı mövqedən olursa olsun, istədiyi adamla görüşəcəyini vəd edir. O, Henrini tapmağa çalışır, lakin bu işdə müvəffəqiyyət qazana bilmir. Henrinin bacısı Keyt binanın foyesində görünür və Skarletlə şəhər gəzintisinə çıxmaq və bu gəzinti əsnasında Skarletlə danışmaq üçün Skarleti görüşə dəvət edir və beləliklə onlar bu görüş zamanı Henrinin işi və gələcəyini müzakirə edirlər. Bu vaxt Henri anasının şəhərdə seks mağazasında işlədiyini öyrənir.

qapı-baca sözünün sinonimləri (yaxın mənalı sözlər)

qapı-baca sözünün rus dilinə tərcüməsi

qapı-baca sözünün inglis dilinə tərcüməsi

qapı-baca sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#qapı-baca nədir? #qapı-baca sözünün mənası #qapı-baca nə deməkdir? #qapı-baca sözünün izahı #qapı-baca sözünün yazılışı #qapı-baca necə yazılır? #qapı-baca sözünün düzgün yazılışı #qapı-baca leksik mənası #qapı-baca sözünün sinonimi #qapı-baca sözünün yaxın mənalı sözlər #qapı-baca sözünün əks mənası #qapı-baca sözünün etimologiyası #qapı-baca sözünün orfoqrafiyası #qapı-baca rusca #qapı-baca inglisça #qapı-baca fransızca #qapı-baca sözünün istifadəsi #sözlük