qapıçı-kuryer sözü azərbaycan dilində

qapıçı-kuryer

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qapıçı-kuryer • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kuryer
Kuryer — bir yerdən və ya şəxsdən başqa yerə və ya şəxsə mesajlar, bağlamalar və ya məktublar çatdıran və ya verən şəxsdir. == Sənaye dövründən əvvəl kuryerlər == Oktavian Avqustun dövründən etibarən qədim yunanlar və romalılar anabasii adı verdikləri at arabasından istifadə edən kuryerlər vasitəsilə uzun məsafələrə mesajlarını və ya əmrlərini çatdırırdılar. Anabasii sözü yunan dilindən tərcümədə "montaj" və ya "quraşdırmaq" demək olan αναβασις sözündəndir. Bundan əlavə piyada poçtalyonlar da mövcud idilər və bu insanlar çox uzun məsafələri piyada qət edirdilər. Qədim Yunanıstanda kuryer olmuş olan Fidippid eramızdan əvvəl 490-cı ildə yunanların farslar üzərində qələbə qazandığı Marafon döyüşündən sonra bu qələbə xəbərini Afinaya çatdırmaq üçün Marafon şəhərindən Afinaya kimi olan 42 km (26 mil) məsafəni qaçmışdır. Marafon kimi tanınan uzun məsafəli qaçış yarışı da, məhz bu qaçışın şərəfinə adlandırılmışdır.
Qapıçı (futbol)
Qapıçı və ya Qolkiper (ing. Goalkeeper sözündən; Goal – qapı, keeper – tutan) — futbolda müdafiənin ən arxasında dayanan və ilk vəzifəsi topun qapıya girməsinin qarşısını almaq olan futbolçu. Qapıçılar, əksəriyyətlə GK qısaltması ilə göstərilir. Azərbaycanca qısaltması QK-dir. Qapıçılar çox vaxt 1 nömrəsini daşıyırlar.Dünyada bir çox məşhur qapıçı var.Qapıçılar bəzən kapitan da olurlar.
Kuryer (dəqiqləşdirmə)
Kuryer — bir yerdən və ya şəxsdən başqa yerə və ya şəxsə mesajlar, bağlamalar və ya məktublar çatdıran və ya verən şəxsdir Kuryer (film, 2019) — Olqa Kurilenko, Qari Oldmen, Dermot Malruni və Uilyam Mozelinin birlikdə rol aldığı ABŞ və Böyük Britaniyanın müştərək istehsalı olan döyüş triller filmidir Kuryer (film, 2020) — Rejissor Dominik Kuk tərəfindən 2020-ci ildə çəkilmiş tarixi casus filmidir Kuryer (film, 2024) — Rejissor Daniel Kalparsoronun 2024-cü ildə çəkdiyi kriminal triller filmidir.
Kuryer (film, 2019)
Kuryer (ing. The Courier) — Olqa Kurilenko, Qari Oldmen, Dermot Malruni və Uilyam Mozelinin birlikdə rol aldığı ABŞ və Böyük Britaniyanın müştərək istehsalı olan 2019-cu ilin döyüş triller filmidir. Filmin premyerası ABŞ-da noyabr ayının 22-də, Böyük Britaniyada isə dekabr ayının 20-də baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 12 dekabr 2019-cu ildə baş tutmuşdur. == Süjet xətti == İlk baxışdan o (Olqa Kurilenko) sadəcə olaraq London gecələrində sürətlə hərəkət edən qara motosikletli kuryerdir. Ancaq belə nəhəng bir metropolda belə bu qadın küçə kameralarından yayınmağı bacarır və onun adına heç bir məlumat bazasında rast gəlmək mümkün deyildir. Çox güclü beynəlxalq cinayətkar şəbəkənin rəhbərinə (Qari Oldmen) belə meydan oxuyan bu qadın olduqca cəsarətlidir. Eyni zamanda bu qadını ələ keçirmək mümkün deyil. Heç kim bu qadının kim olduğunu bilmir. Onun əsl gücü də məhz buna görədir.
Kuryer (film, 2020)
Kuryer — Rejissor Dominik Kuk tərəfindən 2020-ci ildə çəkilmiş tarixi casus filmidir. Filmdə baş rolu Benedikt Kamberbetç ifa etmişdir. Filmin süjet xətti 1960-cı illərdə MI6 tərəfindən SSRİ-dən ABŞ və Birləşmiş Krallığa məlumat sızdıran casus Oleq Penkovski (Merab Ninidze) ilə əlaqə yaratmaq üçün işə götürülən britaniyalı iş adamı olan Qrevill Vinn haqqındadır. Kuryer filminin dünya premyerası 24 yanvar 2020-ci ildə Sandens Film Festivalı zamanı Ironbark adı ilə edilmişdir. Film 19 mart 2021-ci ildə Birləşmiş Ştatlarda və 13 avqust 2021-ci ildə isə Böyük Britaniya kinoteatrlarında nümayiş olunmuşdur. Film tənqidçilərdən əsasən müsbət rəylər almışdır.
Kuryer (film, 2024)
Kuryer (isp. El correo) — Rejissor Daniel Kalparsoronun 2024-cü ildə çəkdiyi kriminal triller filmidir. Filmin süjet xətti Patxi Amezcua və Aleyo Flah tərəfindən yazılmışdır. Filmdə baş rolları Maria Pedraza, Luis Tosar və Aron Piper ifa etmişdir. == Süjet xətti == Filmin hadisələr 2002-ci ildə avronun dövriyyəyə buraxılması fonunda baş verir. Belə ki, Vallekasdan olan İvan adlı gənc bir valet çirkli pulların yuyulması ilə məşğul olan beynəlxalq kartelə qoşulur və bu kartelin cərgələrində yüksəlməyə başlayır. == Rollarda == Aron Piper — İvan Maria Pedraza — Letisiya Luis Tosar — Eskames Laura Sepul — Anna Mariya Nurdin Batan — Yannik Xose Manuel Poqa — Xavier Okana Luis Zahera — komissar Roiq Herve Falçiani — özü == Çəkiliş == Film Vaca Films tərəfindən Panache Productions və La Compagnie Cinématographique ilə bərabər həm də, Playtime, Netflix, RTVE, Movistar Plus+, Canal+ və Ciné+ şirkətlərinin iştirakı ilə çəkilmişdir. Film Madrid, Brüssel, Marbelya, Cenevrə və Honkonqda çəkilmişdir. == Yayım == Film Universal Pictures International Spain şirkətinin distribütorluğu ilə 19 yanvar 2024-cü ildə İspaniyada kinoteatrlarda nümayiş olunmuşdur.
Hisar-i Qapıçı (Urmiya)
Hisar-i Qapıçı (fars. حصارگاپوچي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 77 nəfər yaşayır (17 ailə).

Oxşar sözlər

#qapıçı-kuryer nədir? #qapıçı-kuryer sözünün mənası #qapıçı-kuryer nə deməkdir? #qapıçı-kuryer sözünün izahı #qapıçı-kuryer sözünün yazılışı #qapıçı-kuryer necə yazılır? #qapıçı-kuryer sözünün düzgün yazılışı #qapıçı-kuryer leksik mənası #qapıçı-kuryer sözünün sinonimi #qapıçı-kuryer sözünün yaxın mənalı sözlər #qapıçı-kuryer sözünün əks mənası #qapıçı-kuryer sözünün etimologiyası #qapıçı-kuryer sözünün orfoqrafiyası #qapıçı-kuryer rusca #qapıçı-kuryer inglisça #qapıçı-kuryer fransızca #qapıçı-kuryer sözünün istifadəsi #sözlük