Qaraçorlu sözü azərbaycan dilində

Qaraçorlu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaraçorlu • 73.3333%
  • qaraçorlu • 26.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraçorlu
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Bulud Qaraçorlu
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Qaraçorlu (dəqiqləşdirmə)
Qaraçorlu bu mənalarda gələ bilər: Qaraçorlu eli — Azərbaycan ellərindən biridir. Bulud Qaraçorlu — Şair Cəfərqulu xan Qaraçorlu — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. Xanmurad bəy Qaraçorlu — Qarabağ bəyi, Sultan bəyin babası.
Qaraçorlu eli
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi. Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar. Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır.
Qaraçorlu mahalı
Qaraçorlu mahalı — Qarabağda tarixi-coğrafi bölgə. Qaraçorlu mahalı cənubdan Kolanı mahalı ilə qərbdən Tatev mahalı ilə sərhəd idi. 1727-ci ilə aid olan və tarix elmləri namizədi H. Məmmədov (Qararamanlı) tərəfindən 2000-ci ildə çapa hazırlanaraq nəşr edilən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə (bu sənəd də osmanlı arxivlərində saxlanılır) qaraçorlular haqqında qiymətli məlumat vardır: "Qaraçorlu camaatı. Bu camaatın təxminən 400 evi (xanə) olmuşdur. Əcəm (Səfəvi) dövründə itaətsizliyindən dolayı xəzinəyə vergi ödəmirdi. Vergilər öz kəndxudaları tərəfindən mənimsənilmişdir. Rəayanın malını qarət etmələrindən dolayı yaşadıqları Kestasf və Zarıs adlı iki nahiyəni xaraba qoymuş və boşluğa çevirmiş, bir qisim ermənini həm xoşluqla, həm də məcburi şəkildə özlərinin rəayası etmişdir. Zarıs, Keştasf, Məğavuz və Həkəri tərəflərdə əkinçiliklə məşğul olur, lakin üşr və bəhrəni vermirlər. Üzərlərinə əsgər göndərilsə də, sığıncaq yaxınlığında yaşadıqlarına görə sığıncaqlara çəkilib gizlənir və indiyə qədər onlar üzərində qələbə çalmaq əsgərlərə müyəssər olmamışdır. Bu vəziyyət indi də belədir".
Bulud Qaraçorlu (Səhənd)
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.
Cəfərqulu xan Qaraçorlu
Cəfərqulu xan Rza xan oğlu Qaraçorlu (1800-?) — Qaraçorlu elinin hakimi, Qacarlar ordusunun sərkərdəsi, Əmir Tuman. == Həyatı == Cəfərqulu xan Rza xan oğlu 1800-cü ildə Qaradağ vilayətinin Məvazixan mahalında anadan olmuşdu. Atasından sonra Qaraçorlu elinin hakimi olmuşdu. Qacarlar ordusunun sərkərdəsi idi. Əmir Tuman (general-mayor) rütbəsi daşıyırdı. İran-Əfqan müharibəsində iştirak etmişdi. Cəfərqulu xan Qaraçorlu Herat savaşında yaralanmışdı. Lakin o yarasına fikir verməyib sonadək qəhrəmanlıqla vuruşdu. Məhəmməd şah Qacar bu igidə altın və at bağışladı. Bu ünlü Qaraçorlu əmiri qacarların siyasi həyatında mühüm rol oynamışdı.
Xanlar xan Qaraçorlu
Xanlar xan Hüseynqulu xan oğlu Qaraçorlu (1885, Bocnurd – 1959) — Qaraçorlu elinin başçılarından, Məşrutə hərəkatı üzvü, səfərnamə müəllifi. Xanlar xan Hüseynqulu xan oğlu 1885-ci ildə Xorasan əyalətində, Bocnurd şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasının vəsiyyətinə əsasən böyük şəhərlərə yollanmayıb, əkinçiliklə məşğul olmuşdu. Çuğundur əkmiş, karxanaya təhvil vermişdi. O, Sərdari-Müəzzəz Əzizullah xan Bocnurdinin bacısı oğlu, Yarməhəmməd xan Şadlının qız nəvəsi idi. Sərdari-Müəzzəz general Canməhəmməd xan Əmir-Əlainin əmri ilə tutulub edam edilmişdi. Xanlar xan gün-güzəranın, gündəmin diqtəsi ilə siyasətə atılmışdı. Seçkilərdə iştirak etmişdi. Xanlar xan Qaraçorlu 1959-cu ildə vəfat edib.
Xanmurad bəy Qaraçorlu
Qaraçorlu Xanmurad bəy Xıdır bəy oğlu (1800-?) — Qarabağ bəyi, Sultan bəyin babası. Xanmurad bəy Xıdır bəy oğlu 1800-cü ildə Qaraçorlu mahalının Hacısamlı bölgəsinin Kürdhacı (Qasımuşağı) obasında doğulmuşdu. Molla yanında oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi. Xanmurad camaat arasında sadəcə Murad adı ilə çağrılarmış. Murad zirək, çalışqan və əməksevər bir gənc imiş. Xırda alverlə məşğul olar, at və qatır saxlayarmış. Yaxşı atı və qatrı tanımaqda Murad mahir imiş. Ona görə də camaat arasında qatırçı Murad kimi tanınırmış. Xanmurad Hətəmlər kəndindən Şahverdinin bacısı Ağapəri ilə evlənir.
Bulud Qaraçorlu Səhənd
Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı – 1979, Tehran) — Azərbaycanlı şair. == Həyatı == Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub. İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır. Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir. O, milli hərəkatda fəal iştirak edirdi. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi. Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.

Oxşar sözlər

#qaraçorlu nədir? #qaraçorlu sözünün mənası #qaraçorlu nə deməkdir? #qaraçorlu sözünün izahı #qaraçorlu sözünün yazılışı #qaraçorlu necə yazılır? #qaraçorlu sözünün düzgün yazılışı #qaraçorlu leksik mənası #qaraçorlu sözünün sinonimi #qaraçorlu sözünün yaxın mənalı sözlər #qaraçorlu sözünün əks mənası #qaraçorlu sözünün etimologiyası #qaraçorlu sözünün orfoqrafiyası #qaraçorlu rusca #qaraçorlu inglisça #qaraçorlu fransızca #qaraçorlu sözünün istifadəsi #sözlük