Qarabağnamə sözü azərbaycan dilində

Qarabağnamə

Yazılış

  • Qarabağnamə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarabağnamə
Qarabağnamə (opera) — bəstəkar Firəngiz Əlizadənin operası. Qarabağnamə (film) — rejissor Bəhram Osmanovun bədii televiziya filmi. Qarabağnamələr — Qarabağ xanlığının tarixini öyrənmək üçün mühüm tarixi mənbə.
Qarabağnamə (opera)
Qarabağnamə — bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. Əsərin premyerası 2007-ci ilin dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində qoyulub. Operanın ideya müəllifi Mstislav Rostropoviç olub. Məhz o, bəstəkar Firəngiz Əlizadəyə Qarabağ münaqişəsi və Azərbaycan xalqının faciəsi haqqında opera yazmağı təklif edir. Rostropoviç operanın ilk tamaşasının dirijorluğunu özü eləmək istəyirdi, ancaq ölüm buna imkan vermədi. Ancaq Firəngiz xanım onun əziz xatirəsinə operanın ilk tamaşasını Rastropoviç adına festivalın keçirildiyi günlərin birinə salır. Əsərin əvvəlində Qarabağ çiçəklənən bir diyar kimi təqdim edilir. Seyid kişinin və Əsli xanımın ailəsi toy tədarükü görür: Arif və onların qızı gözəl Mələk yaxında toyunun olacağı planlanır. Lakin gözlənilmədən pis hadisələr baş verir və bu, Seyid kişinin ailəsindən də yan keçmir.
Qarabağnamələr
Qarabağnamələr — Qarabağ xanlığının tarixini öyrənmək üçün mühüm tarixi mənbə Azərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənən 10 Qarabağnamə mövcuddur: Mirzə Adıgözəl bəy “Qarabağnamə”; Mirzə Camal Cavanşir Qarabaği “Tarix-e Qarabağ”; Əhməd bəy Cavanşir “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”; Mirzə Yusif Qarabaği “Tarixi-safi”; Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ”; Rzaqulu bəy Mirzə Camal oğlu “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”; Mirzə Rəhim Fəna “Tarixi-cədidi-Qarabağ”; Məhəmmədəli bəy Məxfi, “Əhvalati-Qarabağ”; Həsən İxfa Əlizadə “Şuşa şəhərinin tarixi” Həsənəli xan Qaradaği “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları”. Bu məlumatlar o qədər də sistemli göstəriş olmasa da hər halda Qarabağ xanlığında heyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Rzaqulu bəy Mirzə Camal oğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çox doğar madyandan ibarət olduğunu qeyd etmişdir. "Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Bu qaynaqlara əsasən iddia etmək olar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qoşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl forması ilə fərqlənirdi. Məlumdur ki, at bütün dövrlər üçün sərfəli nəqliyyat növüdür. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayırdı.

Oxşar sözlər

#qarabağnamə nədir? #qarabağnamə sözünün mənası #qarabağnamə nə deməkdir? #qarabağnamə sözünün izahı #qarabağnamə sözünün yazılışı #qarabağnamə necə yazılır? #qarabağnamə sözünün düzgün yazılışı #qarabağnamə leksik mənası #qarabağnamə sözünün sinonimi #qarabağnamə sözünün yaxın mənalı sözlər #qarabağnamə sözünün əks mənası #qarabağnamə sözünün etimologiyası #qarabağnamə sözünün orfoqrafiyası #qarabağnamə rusca #qarabağnamə inglisça #qarabağnamə fransızca #qarabağnamə sözünün istifadəsi #sözlük