Qaradağ-AND sözü azərbaycan dilində

Qaradağ-AND

Yazılış

  • Qaradağ-AND • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaradağ
Qaradağ rayonu — Bakı şəhərində rayon. Qaradağ (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Qaradağ — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Qaradağ (Soyuqbulaq) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (Bukan) — Qərbi Azərbaycan ostanında kənd. Qaradağ (İcrud) — Zəncan ostanında kənd. Qaradağ (dağ) — Şahbuz rayonu ərazisində dağ. Qaradağ vilayəti — İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən tarixi bölgə.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. == Məna və tərif == Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Pirsaat (Qaradağ)
Pirsaat — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (Ağsu)
Qaradağ — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Qaradağ (Bukan)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Mərkəzi bəxşdə, El Teymur dehistanına aiddir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (22 ailə).
Qaradağ (Gədəbəy)
Qaradağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaradağ kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini 1927-ci ildə rayonun Aşağı Qumlu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Qaradağ dağının adı ilə adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 954 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaradağ (Soyuqbulaq)
Qaradağ (fars. قره داغ‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Yerləşməsi == Kənd Məhabad (Soyuqbulaq) şəhristanının Mərkəzi bəxşindəki Mükriyan-i şərqi dehistanındadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (163 ailə).
Qaradağ (dağ)
Qaradağ – Şahbuz rayonu ərazisində dağ (hünd. 1756,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının şimal yamacında zirvə. Külüs kəndindən 800 m cənubdadır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş şimal yamacı sıldırımlı yüksəklikdir. Yamaclarında lay dəstəsinin alt hissəsinə aid çöküntülər açılır. Düzəlmə səthi fraqmentidir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Külüs sinklinalının nüvə hissəsində yerləşir. Cənub-qərb yamacından qırışığın qanadını mürəkkəbləşdirən şimal-qərb istiqamətli fay qırılması keçir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ (İcrud)
Qaradağ (fars. قره داغ‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Yerləşməsi == Mərkəzi bəxşdə, Gülabar kəndistanında yerləşir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (32 ailə).
Qaradağ Buduq
Qaradağ Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Təhsil == Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir.
Qaradağ Prezidenti
Monteneqro Prezidenti (mont. və serb. Предсједник Црне Горе, Predsjednik Crne Gore) — Monteneqroda dövlət və icra hakimiyyəti başçısı. Prezidentin səlahiyyət müddəti 5 ildir və yalnız bir dəfə təkrar seçilə bilər. Prezident birbaşa seçkilərdə ümumdünya seçki hüququ ilə seçilir. Müharibə vəziyyəti elan olunarsa, prezidentin mandatı müvəqqəti uzadıla bilər. Prezidentin mandatı bitərsə, ləğv edilərsə və ya prezident istefa edərsə dayandırılır. Prezident məclis tərəfindən də geri çağırıla bilər, bundan sonra Konstitusiya Məhkəməsi prezidentin konstitusiyanı pozduğuna dair qərar verməlidir. == Qısa tarixi == 2006-cı il mayın 20-də Monteneqronun, Serbiya və Monteneqro dövlət ittifaqından dövlət müstəqilliyini elan etməsi üçün referendum (ümumxalq səsverməsi) baş tutdu. Referendumda səs verən seçicilərin 55.50 faizin Monteneqronun dövlət müstəqilliyinin leyihə səs verdi.
Qaradağ bələdiyyəsi
Qaradağ bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaradağ bələdiyyəsi (Gədəbəy) — Gədəbəy rayonunda bələdiyyə.
Qaradağ dili
Monteneqro dili (Venetçə: łéngoa montenegrina) ya da Qaradağ dili(Qaradağca: crnogorski jezik) — Qərb yarımqrupuna daxil olan cənubi slavyan dili. Monteneqro dili Monteneqroda (Qaradağda) istifadə olunan serb-xorvat dil sisteminin iyekav-ştokav dialekti bazasında qurulub. Müqayisəli dilçilik nöqteyi-nəzərindən bu dil sisteminin serb, xorvat və bosniya dilləri ilə yanaşı standartlaşdırılmış qarşılıqlı anlaşılan variantlarından biridir. Konstitusiyaya görə 1992-ci ilə qədər Monteneqronın dövlət dili serb-xorvat dili, 2007-ci ilə qədər serb dilinin iyekav forması (serb. српски језик ијекавског изговора), 2007-ci ildən isə monteneqro dilidir.
Qaradağ mahalı
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Qaradağ mayakı
Qaradağ mayakı — Bakı şəhəri Qaradağ rayonu ərazuisində yerləşən mayak. Mayak 12 m (40 ft) hündürlüyə malik dairəvi formaya malik bir tikilidir. Bakı şəhərindən təxminən 20 km cənub-qərbindəki bir təpənin üstündə yerləşir. Mayak dənizdən 200 metrlik bir məsafədədir. Hazırda fəaliyyət göstərmir.
Qaradağ qəsəbəsi
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qaradağ rayonu
Qaradağ — Bakının rayonlarından biri. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Qaradağ silsiləsi
Qaradağ silsiləsi - Güney Azərbaycan ərazisində dağ silsiləsi. Qaradağ silsiləsi Ağrı dağı və Talış dağları arasında yerləşərək həmin dağ silsilələrini birləşdirir. Lakin Araz çayı Qaradağ silsiləsini Kiçik Qafqaz dağlarından ayırır. Qaradağ silsiləsinin çox hissəsi meşə zolaqları ilə örtülüdür. Dəniz səviyyəsindən 3600 m hündürlüyə malik olan Qaradağ silsiləsinin uzunluğu 220 km, eni isə 30-65 km-dir. Qaradağ silsiləsi qədim əlvan metal mədənlərinə də malikdir.
Qaradağ vilayəti
Qaradağ və ya Qaracadağ vilayəti (fars. قراجه‌داغ‎; fars. قره‌داغ‎) — İranın Araz çayı və qismən də Urmiya gölü (Acıçay) hövzəsində yerləşən bölgəsi. Bölgənin mərkəzi Əhər şəhəri olub Əhər şəhristanını içinə alır. Meşkinşəhr və Muğan düzənliyinə qonşudur. Bölgə qərbdən şərqə doğru uzanır, şimal sərhədi Araz çayı, qərb sərhədi Culfa-Mərənd avtomobil yolu, cənub sərhəddi Əhərçay, şərq sərhədi isə Qarasuçay boyunca keçir. Şərqdən qərbə doğru Qaradağ silsiləsi artır və şimalda Kiçik Qafqaza qoşulur. == Tarixi == Qaradağ sözü böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Yeni fars qaynaqlarında bu ad yerinə bölgə üçün Arasbaran da deyilir. Bölgə İranın Türkmən Yatağı olaraq da təbir edilər.
Qaradağ xalçası
Qaradağ xalçası (fars. قراجه‌داغ; fars. قره‌داغ), Azərbaycanın iran tarixi və mədəni bölgəsində yerləşən Arasbaran (Qaradağ) vilayətində hazırlanan əl işi xalçalarının bir növüdür. Əsasən Azərbaycanın cənub sərhəddində, Təbrizin şimal-şərqində, Araz çayının cənub qismində İranın Qaradağ vilayətində yerləşən Qaraca kəndində hazırlanır. Əvvəlcə mərkəzi Arasbaranda yaradılan bu cür xalçaların istehsalı, daha sonralar Balan kəndində yayılmış və burada xalça ornamentinin öz xüsusiyyətləri mövcud idi. Qaradağ xalçaları Qarabağ xalçalarına bənzəyir, lakin xarici görünüşlərində daha çox "fars" xalçaları hesab olunur. Həmçinin bu xalçalar Şimali Qafqazda toxunan xalçalara da bənzədilir. Bu xalçaların ənənəvi naxışı üç fiqurdan ibarətdir ki, bura mərkəzdə qalaya bənzər bir kontur, yuxarıda və aşağıda isə səkkizguşəli ulduzlar daxildir. Qaradağ xalçaları həmişə simmetrik toxuculuq üsulu ilə yalnız yundan toxunur.
Qaradağ xanlığı
Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi. == Tarixi == Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu. Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu.
Qobustan (Qaradağ)
Qobustan — Bakı şəhərinin Qaradağ rayonunda qəsəbə. == Mədəniyyət == Qobustan qəsəbəsində 195 saylı orta məktəb fəaliyyət göstəririr. Məktəb Milli qəhrəman Yusif Əliyevin adını daşıyır. Məktəbdə Yusif Əliyevin büstü qoyulmuşdur. Qobustan qəsəbəsində Aşıq Rza adına Mədəniyyət evi var.
Qızıldaş (Qaradağ)
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Mədəniyyəti == Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] == Coğrafiyası və iqlimi == Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. == Əhalisi == Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] == İqtisadiyyatı == Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.52
2013 •••••••••••• 0.29

Oxşar sözlər

#qaradağ-and nədir? #qaradağ-and sözünün mənası #qaradağ-and nə deməkdir? #qaradağ-and sözünün izahı #qaradağ-and sözünün yazılışı #qaradağ-and necə yazılır? #qaradağ-and sözünün düzgün yazılışı #qaradağ-and leksik mənası #qaradağ-and sözünün sinonimi #qaradağ-and sözünün yaxın mənalı sözlər #qaradağ-and sözünün əks mənası #qaradağ-and sözünün etimologiyası #qaradağ-and sözünün orfoqrafiyası #qaradağ-and rusca #qaradağ-and inglisça #qaradağ-and fransızca #qaradağ-and sözünün istifadəsi #sözlük