Qaradeyin sözü azərbaycan dilində

Qaradeyin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaradeyin • 96.3303%
  • QARADEYİN • 1.8349%
  • qaradeyin • 1.8349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaradeyin
Qaradeyin (Ağdaş)
Qaradeyin (Ağdaş)
Qaradeyin — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradeyin kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Qaradeyin kəndi Eymur kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaradeyin kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin adı tarixi türk tayfalarının adı ilə bağlıdır. Bəzi mənbələrdə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. İld dəfə bu adda kənd XIX əsrdə rusçarı tərəfindən qurulur və plana əsasən bir qrup əhali köçürülərək yaşayış məntəqəsi salmaq lazım idi. Buna səbəb kimi buranın təbiətinin əlverişli olması, Kür çayının qoynunda yerləşməsi, torpağının isə çox məhsuldar olmasıdır. Bu kəndə daimə diqqət yüksək olmuşdur. 1913-cü ildə Yelivazetpol quberniyasının tərkibində yaradılan kənd əvvəl Göyçay rayonuna, sonradan qərara əsasən Ağdaş rayon tabeliyinə verildi. Kənd mürəkkəb relyefə məxsusdur. Belə ki bura Ağdaşın vahəsi demək olar, kəndin ətrafını şoranlıqlar bürüməsinə baxmayaraq kəndin içinə doğru yaşıllıqlar maksimuma çatır.
Qaradeyin (Qəbələ)
Qaradeyin — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Qaradeyin kəndi Kürd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradeyin kənd inzibati ərazi vahidi yaradılmışdır. Oykonimin Qarategin (qara şahzadə) sözündən olduğu ehtimal edilir. Qaradeyin keçmişdə Azərbaycanda yaşamış kiçik bir elin adıdır. Kənd əhalisinin dediyinə görə bu ad qara dərili, qarabuğdayı insanlar kimi təsvir olunur. Kəndin yaranma tarixi 1840-1850-ci illərə təsadüf edir. Belə ki, "1856 ilin Qafqaz təqvimi" (Кавказский календарь на 1856 год)] adlı kitabın 326-333-cü səhifələri Qəbələ ərazisi haqqındadır. Həmin bölmədə Qəbələ mahalında Qaradeyin adlı kəndin olması haqda məlumata rast gəlinir. Kəndlə magistral yolun arası 500 metrdir və təxminən 20 ev Qaradeyin dərəsinin yanında olduğundan bu yolu 2 km-ə qət edirlər. Vaxtilə qaradeyinlilər bu dərədə məskunlaşıblar.
Qaradeyin bələdiyyəsi
Qaradeyin bələdiyyəsi (Ağdaş) — Ağdaş rayonunda bələdiyyə. Qaradeyin bələdiyyəsi (Qəbələ) — Ağdaş rayonunda bələdiyyə.
Qaradeyin bələdiyyəsi (Ağdaş)
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradeyin bələdiyyəsi (Qəbələ)
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Oxşar sözlər

#qaradeyin nədir? #qaradeyin sözünün mənası #qaradeyin nə deməkdir? #qaradeyin sözünün izahı #qaradeyin sözünün yazılışı #qaradeyin necə yazılır? #qaradeyin sözünün düzgün yazılışı #qaradeyin leksik mənası #qaradeyin sözünün sinonimi #qaradeyin sözünün yaxın mənalı sözlər #qaradeyin sözünün əks mənası #qaradeyin sözünün etimologiyası #qaradeyin sözünün orfoqrafiyası #qaradeyin rusca #qaradeyin inglisça #qaradeyin fransızca #qaradeyin sözünün istifadəsi #sözlük