Qaradolaq sözü azərbaycan dilində

Qaradolaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaradolaq • 96.8504%
  • qaradolaq • 2.3622%
  • QARADOLAQ • 0.7874%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaradolaq
Qaradolaq (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Yeni Qaradolaq — Ağcabədi rayonunda kənd. Qaradolaq (Qax) — Qax rayonunda kənd.
Qaradolaq (Ağcabədi)
Qaradolaq (əvvəlki adı:Şaumyankənd) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağcabədi rayonunun Şaumyankənd kəndi Qaradolaq kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti Qaradolaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Qaradolaq toponimi qara və dolaq sözlərindən əmələ gəlib. Kənd sakinlərinin dediklərinə görə qaradolaqlılar çox-çox əvvəllər həmişə başlarına və qollarına qara dolaq bağlayarmışlar. Bu, onları digər tayfalardan fərqləndirirdi. Elə bu səbəbdən də onlara qaradolaqlar deyilmişdir. Qaradolaqlar Qarabağa gələndən sonra Təklə Qara dolaq adlanırdı. Ağcabədi rayonunda Qaradolaq kəndi yaxınlığında qaradolaq tayfasının adı ilə bağlı digər oykonim-Yeni Qaradolaq kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 22 km cənub-qərbdə, Qarabağ kanalından 7 km aralıda, Mil-Qarabağ düzündə yerləşir. == Tarixi == Qaradolaq kəndi XX əsrin əvvəllərinədək əsasən yarımköçəri həyat tərzi keçirmiş qaradolaqlar Azərbaycan tayfasının adı ilə əlaqədar yaranmışdır.
Qaradolaq (Qax)
Qaradolaq (əvvəlki adı: Kirovkənd) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Qax rayonunun İlisu kənd inzibati ərazi vahidi tərkibindəki Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılmışdır. == Toponimikası == Sovet hakimiyyəti illərində bu yaşayış məntəqəsi sovet partiya və dövlət xadimi S.M.Kirovun şərəfinə Kirovkənd adlandırılmışdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 186 nəfər yaşayır. 47 təsərrüfat mövcuddur.
Qaradolaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradolaq qoyunu
== Ümumi məlumat == Ağcabədi rayonunun Qaradolaq kəndində Qarabağ qoyunlarının xüsusi bir cinsi kimi formalaşan qaradolaq qrupu yaranmışdır. Qaradolaq qoyunu XIX əsrin sonu XX əsrin əvvəllərində Qarabağın bir sıra yerlərində geniş yayılmış və bir sıra üstünlüklərinə görə şöhrət tapmışdır. Bu qoyun Qarabağ qoyun cinsinə xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan caydaq, çəkisinin ağırlığı və yununa görə fərqlənmişdir. Qaradolaq ana qoyunlarının çəkisi orta hesabla 60-70 kq, erkəklərinin çəkisi isə 70-90 kq-a qədər olur. Lakin onların içərisində 90-110 kq və daha artıq olanı da məlumdur. Qaradolaq kəndindən bu münasibətlə toplanan etnoqrafik materiallardan aydın olur ki, qaradolaq qoyunlarının göstərilən üstünlükləri onların xalq empirik üsulu ilə seçilib bəslənilməsi və yerli şəraitin daha əlverişliliyindən irəli gəlir. Onu da qeyd etmək lazımdır ki, qaradolaq qoyununun formalaşmasında türkmən qoyununun da xeyli təsiri olmuşdur. Qocalar belə nəql edirlər ki, qaradolaq türkmən qoyunlarının cütləşməsindən yaranmışdır. Bu təsir Abşeronun Qala qoyunu vasitəsilə keçmişdir.
Yeni Qaradolaq
Yeni Qaradolaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Kuybişev kənd inzibati-ərazi vahidinin mərkəzi Kuybişev kəndindən Yeni Qaradolaq kəndinə keçirilmiş, Kuybişev kənd inzibati-ərazi vahidi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi adlandırılmışdır.
Yeni Qaradolaq bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradolaqlar
Qaradolaqlar— Naxçıvanda yaşamış türk tayfası == Haqqında == Kəngər tayfasının (bax Kəngərlilər) tərkibində olmuş,XX əsrin əvvəllərinədək,əsasən yarımköçəri həyat sürmüşlər. Keçmişdə Kür çayı sahillərində yaşamışlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 256. ISBN 5-8066-1468-9.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.89 dəfə / 1 mln.
2003 •••••••••••• 1.18
2004 ••••••••••• 1.01
2006 •••••••••••• 1.13
2007 ••••••••••• 1.06
2008 •••••••••••••••••••• 1.95
2009 •••••••••••• 1.12
2010 ••••••• 0.64
2011 •••••••••••••••••••• 1.97
2012 •••••• 0.52
2013 •••••••• 0.73
2014 •••••• 0.51
2016 •••••••• 0.69
2017 ••••••• 0.65
2018 ••••••••••• 1.05
2019 •••••••••• 0.97
2020 •••••• 0.53

"qaradolaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaradolaq nədir? #qaradolaq sözünün mənası #qaradolaq nə deməkdir? #qaradolaq sözünün izahı #qaradolaq sözünün yazılışı #qaradolaq necə yazılır? #qaradolaq sözünün düzgün yazılışı #qaradolaq leksik mənası #qaradolaq sözünün sinonimi #qaradolaq sözünün yaxın mənalı sözlər #qaradolaq sözünün əks mənası #qaradolaq sözünün etimologiyası #qaradolaq sözünün orfoqrafiyası #qaradolaq rusca #qaradolaq inglisça #qaradolaq fransızca #qaradolaq sözünün istifadəsi #sözlük