Qaraki sözü azərbaycan dilində

Qaraki

Yazılış

  • Qaraki • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Böyük Qarakilsə
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. == Tarixi == 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Böyük Qarakilsə (şəhər)
Böyük Qarakilsə, Kirovakan, Vanadzor — Ermənistan Respublikasında şəhər, Loru mərzinin inzibati mərkəzi. Keçmiş Quqark rayonunun inzibati mərkəzi. == Tarixi == 1924-cü ildən respublika tabelidir. İrəvan şəhərindən 145 km məsafədədir. Böyük Qarakilsə İrəvan quberniyasının Aleksandropol qəzasının Pəmbək bölgəsində kənd olmuşdur. 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə (1930–1935), Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə həmin tarixdən 1993-cü ilə, yəni ləğv olunana qədər Kirovakan, 1993-cü ildən etibarən isə Vanadzor adlandırılmışdır. Toponim alban məbədinin adı əsasında yaranmışdır. Həmin ərazidə yerləşən kilsə qara daşdan tikildiyi üçün Qarakilsə adlanmış və sonra da Qarakilsə toponimə çevrilmişdir.
Böyük Qarakilsə rayonu
Quqark rayonu, Kirovakan rayonu, Böyük Qarakilsə rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Rayon mərkəzi əvvəlcə Yaqublu (Meğrut) qəsəbəsi, sonralar isə Quqark şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 149 km-dir. == Tarixi == 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il yanvarın 3-ə qədər Böyük Qarakilsə rayonu (1930-1935), həmin tarixdən 1962-ci ilə, yəni ləğv olunana qədər Kirovakan rayonu (1935-1962) adlandırılmışdır. 1964-cü ildə yenidən bərpa edilmiş və 1995-ə yəni yenidən ləğv edilənə qədər Quqark rayonu adlandırılıb. Ərazisi 766 kv.km-dir. Böyük Qarakilsə rayonunun ərazisi Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının Qazax qəzasına daxil olub. Rayon ərazisini Pəmbək yarıb keçir. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür.
Kiçik Qarakilsə
Kiçik Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km məsafədə, Gümrü şəhərinin cənubunda yerləşir. Kəndin adı Xılqarakilsə, Xli-Qarakilsə, Qafqazın 5 verstlik xəritəsində Kiçik Qarakilsə formalarında qeyd edilmişdir. Toponim kəndin yaxınlığındakı qara rəngli kilsənin adı əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «kiçik» sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il fərmanı ilə adı dəyişdirilib Azatan qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar 1828-ci ildə qovulmuş, 1829-1830 - cu illərdə Türkiyənin Qars, Alaşkert bölgələrində ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Qalacıq (Qarakilsə)
Qalacıq — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. == Tarixi == Rayon mərkəzindən 21 km cənub-qərbdə, Bazarçay çayının sağ sahilində, Bazarçay kəndindən 4 km şimal-şərqdə yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qala (qələ) sözünə kiçiltmə mənası bildirən -cıq şəkilçisinin artırılması əsasında yaranmışdır. Relyef əsasında yaranan quruluşca düzəltmə toponimdir. Kəndin adı qeyri-rəsmi dəyişdirilərək Spandaryan qoyulmuşdur.
Qaradağlı (Qarakilsə)
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. == Əhalisi == Buraya ermənilər 1828-1830-cu illərdə İrandan köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir.
Qarakilsə
GürcüstanQarakilsə (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.ErmənistanQarakilsə rayonu — Ermənistan Respublikasında mövcud olmuş rayon. Qarakilsə (şəhər) — Qərbi Azərbaycanın (Ermənistan Respublikası) Qarakilsə rayonunda şəhər. Qarakilsə (Abaran) — Qərbi Azərbaycanın (Ermənistan Respublikası) Abaran rayonunda kənd. Qarakilsə (Loru) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Qarakilsə petroqlifləri — tarixi Azərbaycan ərazisində qayaüstü abidələr. Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Türk Qarakilsəsi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Türk Qarakilsəsi — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunun ərazisində kənd. Kiçik Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Qarakilsə (Abaran)
Qarakilsə — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə, Alagöz dağının ətəyində, Abaran çayının sağ qolu üzərində yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində Qarakilsə formasında qeyd edilmişdir.Toponim kənddəki qara daşdan tikilmiş alban kilsəsinin adı əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Hartavan qoyulmuşdur.
Qarakilsə (Başkeçid)
Qarakilsə — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Qarakilsə (Loru)
Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakilis formasında qeyd edilmişdir. Burada Qarakilsə adlı iki kənd olmuşdur: Böyük Qarakilsə, Kiçik Qarakilsə. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernahovit qoyulmuşdur. == Əhalisi == Böyük Qarakilsədə 1831-ci ildə ermənilərdən başqa 8 nəfər azərbaycanlı yaşamışdır. Kiçik Qarakilsədə 1886-cı ildə yalnız 106 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin 90-cı illərində azərbaycanlılar deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.
Qarakilsə (Çaldıran)
Qarakilsə (fars. قره كليسا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 174 nəfər yaşayır (32 ailə).
Qarakilsə (şəhər)
Sisian və ya Qarakilsə — Ermənistan Respublikası ərazisində şəhər. Sisian rayonunun mərkəzi. == Tarixi == Qarakilsə şəhərindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir.Qarakilsə İndiki Sisyan rayonun mərkəzi, şəhərtipli qəsəbəsidir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı ərazidəki albanlara məxsus qara rəngli kilsənin adı əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 02.03.1940-cı il fərmanı ilə adı dəyişdirilərək Sisavan, sonradan Sisyan adlandırılmışdır. == Əhalisi == Ermənilərlə yanaşı burada 1831-ci ildə 63 nəfər, 1873 - cü ildə 197 nəfər, 1886-cı ildə 297 nəfər, 1897-ci ildə 481 nəfər, 1914 - cü ildə 866 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünün qurbanı olmuşdur. Az bir qismi sağ qalaraq canlarını qurtara bilmişdir.
Qarakilsə petroqlifləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Qarakilsə rayonu
Sisian və ya Qarakilsə rayonu — Ermənistan Respublikasında rayon. Rayon mərkəzi Sisian şəhəridir. == Tarixi == Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisian rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisian) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir. == Coğrafi mövqeyi == Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Qarakitaylar
Qaraxitaylar (Çincə: 西遼 pinyin: xī liáo; mənası: Qərbi Liao, 黑契丹 hēi qìdān; mənası Qara Kitan, Monqolca: Хар Хятад; Kara Kitad, Farsca: قرا ختاى Qarā Khitā'ī; 1125–1211), Orta Asiyada Kidanlar tərəfindən qurulan Monqol/Türk dövləti. Paytaxtı Balasaqun idi. == Tarixi == 1125-ci ildə Cürçenlərin qurduğu Cin sülaləsi tərəfindən dağıdılan Liao sülaləsinin son üzvü Yelü Daşi tərəfindən qurulmuşdur. O 1087-ci ildə doğulmuşdu və sülalənin daha az önəmli olan bir qolundan gəlirdi. 1132-ci ildə Balasaqun hakimi Qaraxani sülaləsindən II İbrahimə köməyə gedən Yelü Daşi Balasaqunu işğal edərək Qaraxaniləri Qaşqar şəhərinə qovdu.Ona Qaraxani ordusunda xidmət edən 16.000 kidan əsgəri də qoşuldu. Məhz həmin il Yelü özünə Gurxan titulunu götürdü. Həyat yoldaşı Çonqde isə imperatriça elan olundu. Ölümündən sonra digər həyat yoldaşı Tabuyan taxtı ələ keçirərək özünü imperatriça elan etmişdi. İlk dəfə Qara Kitaylar dövründə əsgərlərə maaş verilməsi prosesi başlamışdı. Qarakitaylar artıq Mərkəzi Asiyaya köçsə belə Çin adətlərini saxlayırdılar.
Qarakişilər
Qarakişilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Qaracallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qarakişilər kəndi dağətəyi ərazidədir. Oykonim Qarakişi şəxs adından və -lər cəm şək.-sindən ibarət olub, “Qarakişinin nəslindən olanlar, qarakişilər, qarakişigillər” mənasım bildirir. 1933-cü ildə Laçın r-nunda dä Qarakişi adlı kənd qeydə alınmışdır. Cənubi Uralda Burzyanak r-nu ərazisində indiki “Puqaçevskaya qara” dağlarının adı keçən əsrdə Qarakişi dağlan kimi qeydə alınmışdır.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir.Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – “başçı”, “knyaz”, “şahzadə” (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi “Si” və “Sakan” hissələrindən ibarətdir və “Si sakları” mənasını verir. “Sakan” komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır.Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!). Sofulu toponiminin bu kəndlərlə əlaqəsi olmasa da bu toponim türk tayfasının adı (329, s.ll) əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Türk Qarakilsəsi
Türk Qarakilsəsi - İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km cənub-qərbdə, Gümrü şəhərinin 5 kilometrliyində, dəniz səviyəsindən 1462 m hündürlükdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd albanlara aid qara daşdan tikilən kilsənin yaxınlığında salındığı üçün Qarakilsə adlanmışdır. Toponimin əvvəlindəki türk etnonimi fərqləndirici əlamət bildirir və sakinlərinin türklər (azərbaycanlılar) olduğunu göstərir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.
Üçüncü Qarakilsə
Üçüncü Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 30 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Sıra bildirən «üçüncü» sözü ilə Qarakilsə oykonimi əsasında əmələ gəlmişdir. Üçüncü fərqləndirici əlamət bildirən sözdür. Mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Dzoraşen (Dərəkənd) qoyulmuşdur.
İlli Qarakilsə
İlli Qarakilsə - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. == Tarixi == «Şirak dağlarının şimal tərəfində Elli dərə adlanan dərədə yerləşir». Erməni mənbələrində və rəsmi sənədlərdə İlli Qarakilsə, Qarakilsə İlli kimi yazılır. Toponim - li şəkilçisi qəbul etmiş «bəyə tabe olan el, ərazi» mənasında işlənən il sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib «Qarakilsə kəndində yaşayan el» mənasını ifadə edir. İl sözü qədim türk dilində el sözünün sinonimi kimi işlənmişdir. Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el) +qara+kilsə. Quruluşca mürəkkəb toponimdir. 1920-ci illərdə kənd İlli adlandırılmış və Ermənistan SSR AS RH-nin 25.01.1978-ci il tarixli fərmanı ilə yenidən kəndin adı dəyişdirilib Hoğmik qoyulmuşdur. == Əhalisi == Kənddə XIX əsrin 30 - cu illərinə qədər azərbaycanlılar yaşamışdır. 1828-30 - cu illərdə azərbaycanlılar qırğınlarla qovulmuş və İrandan, Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Şıxlar (Qarakilsə)
Şıxlar — Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur. Toponim türk tayfasından olan şeyxlər (şıxlar) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Qurulşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıl Şəfəq qoyulmuşdur. == Tarixi == Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Qarakilsə (Sisyan) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Şeyxler, Qafqazın 5 verstlik xəritəsində Şıxlar formasında qeyd edilmişdir. 1918-ci ildə kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır..
Ərəfsə (Qarakilsə)
Ərəfsə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sisian rayonunda kənd. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sisyan nahiyəsində Ərəfsa kimi qeyd olunmuşdur Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib, Ərəfsə sözünün əvəzinə ermənicə "Günəşli" mənasını verən Arevis qoyulmuşdur. Ərəfsənin tarixi adlarından biri də Şəhərcikdir. 1903-cü ildə nəşr olunmuş "Qafqaz" xəritəsində kəndin adı məhz "Şəhərcik" kimi verilmişdir. == Tarixi == Ərəfsə kəndi müxtəlif vaxtlarda ətrafda mövcud olan dövlət qurumlarının tərkibinə daxil olub. Xanlıqlar dövründə Qarabağ xanlığının tərkibində olmuşdur. XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra kənd əvvəlcə Tiflis, sonra isə Yelisavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, mərkəzi Qarakilsə olan Sisian mahalının tərkibində olmuşdur. Çar Rusiyasının çökməsindən sonra Ərəfsə kəndi yuxarıda göstərilən quberniya və qəza tərkibində Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olmuşdur. Şimali Azərbaycanın təkrar Rusiya tərəfindən — bu dəfə bolşeviklərin iştirakilə işğal oluunmasından sonra Zəngəzur qəzası Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun layihəsinə uyğun olaraq, iki yerə bölünmüş, şərqi Azərbaycan SSR-ə, qərbi isə Ermənistan SSR-ə verilmişdir. Bununla da Türkiyənin Azərbaycan və Orta Asiya türkləri ilə birbaşa təmasda olmasının qarşısı alınmışdı.

"qaraki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraki nədir? #qaraki sözünün mənası #qaraki nə deməkdir? #qaraki sözünün izahı #qaraki sözünün yazılışı #qaraki necə yazılır? #qaraki sözünün düzgün yazılışı #qaraki leksik mənası #qaraki sözünün sinonimi #qaraki sözünün yaxın mənalı sözlər #qaraki sözünün əks mənası #qaraki sözünün etimologiyası #qaraki sözünün orfoqrafiyası #qaraki rusca #qaraki inglisça #qaraki fransızca #qaraki sözünün istifadəsi #sözlük