Qarapapaqlar sözü azərbaycan dilində

Qarapapaqlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qarapapaqlar • 86.3636%
  • qarapapaqlar • 13.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarapapaqlar
Qarapapaqlar və ya Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfa. Əhali əsasən maldarlıqla məşğul olur və əksər hallarda köçərilər kimi rast gəlinir.Orta əsrlərdə digər türk və monqol tayfaları ilə birlikdə Qərbi Asiyaya köç etdikdən sonra Qarapapaqlar şərqi Gürcüstanın Debed çayı ətrafında məskunlaşmışdırlar. Bu ərazi müasir Gürcüstan ilə Ermənistan sərhədi boyunca yerləşməkdədir. 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan sonra onların bir hissəsi Qacar imperiyasına, bir hissəsi isə Osmanlı imperiyasına köç etmişdir. Çar Rusiyası ərazisində qalmış Qarapapaqlar rəsmi siyahıyaalınmalarda Azərbaycan türklərindən ayrı hesab edilmişdir, lakin Sovet dövründə onlar tədricən digər Azərbaycan türkləri ilə qarışmışdırlar. Beləliklə, onlar 1959 və 1970-ci illərdə azərbaycanlı olaraq siyahıyaalınmışdırlar. 1944-cü ildə Qarapapaqlardan xeyli sayda insan Mərkəzi Asiyaya sürgün edilmişdir. Tarixən müsəlman olan Qarapapaqlar həm sünni, həm şiə, həm də Əliallahilik məzhəbində olmuşdurlar. Son dövrlərdə Sovet İttifaqının etnoqrafiyası barədə aparılmış araşdırmalara görə, Qarapapaqların çoxu 1980-ci illərdə Türkiyədə, İranda, Mərkəzi Asiyada (əsasən Özbəkistanda) və Cənubi Qafqaz ölkələrində (əsasən Ermənistan və Gürcüstanda) yaşamaqda idilər. 1988-ci ildən başlayan Ermənistandan azərbaycanlıların ikinci deportasiya prosesi zamanı Qarapapaqlar oranı tərk edərək Azərbaycan Respublikası ərazisinə yerləşmişdir.
Qarapapaqlar (jurnal)
"Qrapapaqlar" jurnalı Tbilisidə nəşr olunur. 2007-ci ildən çap olunur. Professor Şürəddin Məmmədlinin rəhbərliyi altında rübdə bir dəfə nəşr olunmaqla araya-ərsəyə gətirilsə də 4-cü sayından sonra fəaliyyətini dayandırmışdı. Bu yaxınlarda Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Qarapapaqlar" jurnalınını nəşri bərpa edilmişdir. Sevindirici haldır ki, əvvəllər müstəqil fəaliyyət göstərən dərgi indi Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin aylıq mətbu orqanı kimi rəsmi qeydiyyatdan keçmişdir. Yeni redaksiya heyətinin və kollektivinin zəhməti sayəsində işıq üzü görən jurnalın məqsədi Gürcüstan – Azərbaycan dövlətlərarası ədəbi mədəni və elmi əlaqələrini daha inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət etməkdir. Jurnalda Borçalının ziyalıları V. Hacılar, Ş.Məmmədli, M.Kamaloğlu və digər yaradıcı soydaşlarımzla birgə Türkiyədən C.Alyılmazın, Bakıda yaşayan Borçalı əsilli ziyalılarımızdan Ş.Şamıoğlu, K.Məmmədov, N.Əbdülrəhmanlı və başqaları da dərgidə Borçalının tarixinə, folkloruna, ədəbiyyatına aid qiymətli yazılarla çıxış etmişlər. Jurnal siyasətdən uzaq Ümumtürk dünyasına məxsus elmi ədəbi mədəni, dini tarixi sferada baş verən yenilikləri və Tiflisdəki Gürcü dilli ədəbi, mədəni və elmi mühitdə baş verənləri tərcümə vasitəsi ilə soydaşlarımızın diqqətinə çatdırmaq missiyasını öz üzərinə götürmüşdü. "Qarapapaqlar" jurnalının mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu dilə gətirən baş redaktor sonda üzünü ziyalılarımıza və iş adamlarına tutaraq bu yolda onlara dəstək olmalarını xahiş etmişdir. == Əlaqə == Baş redaktor: Akif Xansultanlı Redaksiyanın ünvanı: Marneuli şəhəri.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 1.35
2007 ••••••• 0.42
2010 ••• 0.18
2011 •• 0.09
2012 ••••••• 0.43

Oxşar sözlər

#qarapapaqlar nədir? #qarapapaqlar sözünün mənası #qarapapaqlar nə deməkdir? #qarapapaqlar sözünün izahı #qarapapaqlar sözünün yazılışı #qarapapaqlar necə yazılır? #qarapapaqlar sözünün düzgün yazılışı #qarapapaqlar leksik mənası #qarapapaqlar sözünün sinonimi #qarapapaqlar sözünün yaxın mənalı sözlər #qarapapaqlar sözünün əks mənası #qarapapaqlar sözünün etimologiyası #qarapapaqlar sözünün orfoqrafiyası #qarapapaqlar rusca #qarapapaqlar inglisça #qarapapaqlar fransızca #qarapapaqlar sözünün istifadəsi #sözlük