qaraqaytaran sözü azərbaycan dilində

qaraqaytaran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraqaytaran • 66.6667%
  • Qaraqaytaran • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraqaytaran
Qaraqaytaran (lat. Thalictrum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin mülayim iqlim rayonlarında, Amerikada, Afrikanın tropik zonalarında bu bitkinin təxminən 150 növü məlumdur. Gülçülükdə əsasən 25 növündən istifadə olunur. Sırğagülü, yarpaqlı qaraqaytaran (Th. Aquilegifolium) növü hündürlüyü 120 sm-ə çatan çoxillik bitkidir. Çiçəkləri çox xırdadır, erkəkcikləri sarı, bənövşəyi rəngdədir. Bu bitkinin müxtəlif rəngli çiçəkləri olan mədəni formaları vardır: ağ, bənövşəyi, çəhrayı, narıncı və s. Qaraqaytaranı qələm vasitəsilə çoxaltmaq olar. Bunun üçün tam inkişaf etməyən yarpaqlı cavan zoğlar yararlıdır.
Kiçik qaraqaytaran
Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır. == Yayılması == Azərbaycanın bütün rayonlarında.
Pisiyli qaraqaytaran
Pisiyli qaraqaytaran (lat. Thalictrum foetidum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü.

Oxşar sözlər

#qaraqaytaran nədir? #qaraqaytaran sözünün mənası #qaraqaytaran nə deməkdir? #qaraqaytaran sözünün izahı #qaraqaytaran sözünün yazılışı #qaraqaytaran necə yazılır? #qaraqaytaran sözünün düzgün yazılışı #qaraqaytaran leksik mənası #qaraqaytaran sözünün sinonimi #qaraqaytaran sözünün yaxın mənalı sözlər #qaraqaytaran sözünün əks mənası #qaraqaytaran sözünün etimologiyası #qaraqaytaran sözünün orfoqrafiyası #qaraqaytaran rusca #qaraqaytaran inglisça #qaraqaytaran fransızca #qaraqaytaran sözünün istifadəsi #sözlük