Qaraqoyunlu sözü azərbaycan dilində

Qaraqoyunlu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaraqoyunlu • 99.4458%
  • qaraqoyunlu • 0.4310%
  • QARAQOYUNLU • 0.1232%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azad Qaraqoyunlu
Azad Qaraqoyunlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan 1823-cü ilə aid Qarabağ əyalətinin siyahıya alınmasına istinadən Azad Qaraqoyunlu kəndi Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. Əsəd bəyin rəiyyətləri olan Qaraqoyunlu kəndinin kəndxudası Rəhim ağa olmuşdur. Bu tarixi sənəddə Qaraqoyunlu kəndinin 29 tüstüdən ibarət olması yazılmış, vergi ödəyənlərin, ödəməyənlərin sayı göstərilmişdir. Kəndin 15 vergi ödəyəni ilə yanaşı, 14 vergi ödəməyəni də olmuşdur. Kəndxuda Rəhim ağanın, onun iki rəncbərinin, Kəndxuda Rəhim ağanın yaxın qohumu Mənsur ağanın, onun iki rəncbərinin, bir mollanın, üç maafın, 1 çayçının, üç yoxsul və dul adamın adı vergi ödəməyənlərin siyahısında idi.Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848, 1863-cü illərin siyahıya alınması sənədlərinə istinadən Azad Qaraqoyunlu kəndi III Qaraqoyunlu kəndi adı ilə qeydə alınmışdır. III Qaraqoyunlu Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. 1848-ci ilə aid siyahıya alınmada III Qaraqoyunlu kəndinin əhalisi Əsəd bəy Rüstəm bəy oğlunun rəiyyətləri kimi siyahıya alınmışlar. III Qaraqoyunlu 1873-cü ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886-cı ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi qeydə alınmışdır. 1886-cı ilə aid siyahıya alınmada bu kəndin əhalisi III Qaraqoyunlu yaxud Qaraqoyunlu Əsəd bəyin kəndinin rəiyyətləri adı ilə siyahıya alınmışlar.III Qaraqoyunlu 1842-ci ildə 30 tüstüdən ibarət olmuşdur.
Ağdaş (Qaraqoyunlu)
Ağdaş — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1928-ci il məlumatına görə Bəri və ya Bari olaraq adlandırılmışdır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.
Ağkilsə (Qaraqoyunlu)
Ağkilsə (1978-ci ildən Çiçəkbunar, 1991-ci ildən Cermakavan) — Ermənistanın Tavuş mərzində kənd. == Haqqında == Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 30 km cənubda, azərbaycanlılar yaşamış kənd. Polad meşə təsərrüfatına birləşdirilmişdir. Azərbaycanlı əhalisi 1906-cı ildə 79, 1931-ci ildə 166, 1970-ci ildə 222 nəfər olub. == Tarixi == Ağkilsə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Ağtala (Qaraqoyunlu)
Ağtala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində kənd. == Tarixi == Toponim qədim türk dilində «kiçik», «balaca» mənasında işlənən ağ sözü ilə «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 1930 - cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilmişdir. == Əhalisi == 1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır.
Başkənd (Qaraqoyunlu)
Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənd. Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. == Tarixi == Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər.XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur. Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290 km² olur. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş[mənbə göstərin] və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen"adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb.
Bulaqbaşı (Qaraqoyunlu)
Bulaqbaşı — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Radikin kənd cəmiyyətinin Bulaqbaşı kəndində 279 nəfər əhali yaşayırdı, onların hamısını etnik kürdlər təşkil edirdi.
Böyük Qaraqoyunlu
Böyük Qaraqoyunlu (1935-ci ildən Əzizli, 1991-ci ildən Norabak) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük Qaraqoyunlu kəndi İrəvаn quberniyаsının Nоvоbаyаzid qəzаsındа kənd idi. Kənd rаyоn mərkəzi Bаsаrkeçərdən 14 km məsаfədə yerləşir. XIX əsrin оrtаlаrındа kəndin mаldаrlаrının Çаlmаlı dаğındа "Qаtаr" аdlı yerdə yаylаq yurdu оlub. Böyük Qaraqoyunlu kəndinin adı dəyişdirilərək 3 yаnvаr 1935-ci ildə Əzizli, 19 аprel 1991-ci ildə isə ermənilər tərəfindən yenidən dəyişdirilərək Norabak adlandırılmışdır. Əzizli sözünün mənası kənd əhalisinin bir-birilərinə qarşı istiqanlı, qonaqpərvər olduqlarını bildirir. Qaraqoyunlu kəndinin yaranması XVIII əsrin əvvəlində (1730) olmuşdur. Kənd rayon mərkəzindən şərq tərəfdə 12 km məsafədə,mövqeyinə görə Göyçə mahalının ən uca dağı sayılan Çalmalı dağının 3 km cənub hissəsində yerləşmişdir. Kəndin iki tərəfi xırda dağlıq silsiləsi, iki tərəfi isə düzənlikdir. Kəndin mərkəzindən çay axır və Göyçə mahalının 70%-i sərbəst görünür.
Bəkirxanlı (Qaraqoyunlu)
Bəkirxanlı — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1901-ci ildə Bəkiranlı olaraq qeyd edilir. "Bəkirxanlı" adıyla 1960-1970-ci illərdə Qoçqıran kəndinə bağlı bir ərazi olur. 2005-ci ildə Qoçqırandan ayrılaraq ayrı bir kənd statusu alır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 28 km, Qaraqoyunlu ilçə mərkəzinə 13 km uzaqlıqdadır.
Daşburun (Qaraqoyunlu)
Daşburun — İğdır ilinin Qaraqoyunlu ilçəsində belde. == Coğrafiyası == == İnzibati-ərazi bölgüsü == Daşburun beldesi inzibati cəhətdən üç məhəllədən ibarətdir: Mərkəz məhəllə, İslamköy və Cənnətabad. == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Daşburun kəndində 1.673 nəfər əhali yaşayırdı, onların hamısını etnik ermənilər təşkil edirdi.
Fulad (Qaraqoyunlu)
Fulad Mirzə — Əmir İsfahanın azyaşlı oğlu. 1445-ci ildə atası vəfat edəndə vəsiyyətinə görə onun yerinə gəlmiş, qəyyumu Əlvənd Mirzə olmuşdu. Cahanşah İsfəndiyarın ölümündən sonra oğlu Pirbudağın başçılığında Bağdada ordu göndərmiş, 7 aylıq mühasirədən sonra, 1446-cı ilin iyununda şəhəri almışdı.
Gölkənd (Qaraqoyunlu)
Gölkənd kəndi — Qаrаqоyunlu elinin (dərəsinin) kəndlərindən biri. == Haqqında == Gölkənd kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in Mixaylovka – Çəmbərək (Krasnoselo-Qırmızıkənd) rayonunda, rayon mərkəzindən 16 km şimal-qərbdə, Tərsəçay sahilində meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənddir. Kəndin azərbaycanlı əhalisi 1831-ci ildə 357, 1886-cı ildə 2157, 1914-cü ildə 1866, 1922-ci ildə 1015, 1931-ci ildə 1279, 1959-cu ildə 1123, 1979-cu ildə 2022 nəfər olub. Gölkənd kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Aygut" olaraq dəyişdirilmişdir. Hazırda Göyçə mahalının da daxil olduğu Geğarkunik marzına daxildir. Gölkənd Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olub. Adından da məlum olduğu kimi, bu kənd öz adını burada olan təbii göllərdən almışdır. Gölkənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl var idi. Onu da qeyd etmək zəruridir ki, Gölkənd orta məktəbi çox güclü təhsil ocağı olmuşdur.
Göyçəli (Qaraqoyunlu)
Göyçəli — İğdır ilinin Qaraqoyunlu ilçəsində kənd. == Coğrafiyası == == Əhalisi == === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən, Rusiya İmperiyasının Qars vilayətinin Daşburun şöbəsinin Daşburun kənd cəmiyyətinin Göyçəli kəndində 432 nəfər əhali yaşayırdı, onların hamısını etnik tatarlar (azərbaycanlılar) təşkil edirdi.
Güney (Qaraqoyunlu)
Güney — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən güney sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Erm. SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25. V. 1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Həsənəli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Həsənəli Qaraqoyunlu
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Kiçik Qaraqoyunlu
Kiçik Qaraqoyunlu — Göyçə mahalının Basarkeçər rayonunda mövcud olmuş kənd. Sonralar Böyük Qaraqoyunlu kəndinə birləşdirilmişdir. == Tarixi == Kiçik Qaraqoyunlu İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 14 km cənub-qərbdə yerləşir. Toponim qaraqoyunlu türk etnonimi əsasında əmələ gəlmişdir. «Kiçik» fərqləndirici sözdür. Etnotoponimdir. quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 235 nəfər, 1908-ci ildə 253 nəfər, 1914 - cü ildə 328 nəfər, 1916-cı ildə 301 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin aprel ayında azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdir.
Kərimbəyli (Qaraqoyunlu)
Kərimbəyli — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1902-ci ildə qaynaqlara Abbasabad olaraq keçməkdədir. Kürdçədə Mıllo adıyla anılan kənd, 1928-ci ildən bəri eyni adı daşımaqdadır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 25 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 273 nəfər kürd yaşayırdı.
Martuni (Qaraqoyunlu)
Gödəklər - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. 1937-ci ilə kimi Dilican rayonunun inzibati ərazi bölgüsünə daxil idi. 1937-ci il dekabrın 31də Çəmbərək (Krasnoselo) rayonu təşkil edildikdən sonra Dilican rayonunun tərkibindən çıxarılıb, Çəmbərək (Krasnoselo) rayonunun tərkibinə daxil edilimşdir. Toponim gödəklər türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənilər buraya köçürüldükdən sonra 1924-cü ildə kəndin adı dəyişdirilib Martuni qoyulmuşdur. == Əhalisi == 1918-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Lakin mənbələrdə azərbaycanlıların say tərkibi göstərilmir.
Mirzəxan Qaraqoyunlu
Mirzəxan Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mirzəxanlı adı XVIII-XIX əsrlərdə yaşamış Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır.Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1842, 1848 illərin siyahıya alınması sənədlərinə əsasən Çar Rusiyası dövründə Qaraqoyunlu Mirzəxanlı Yelizavetpol quberniyasının, Şuşa qəzasının kəndi kimi qeydə alınmışdır. Mirzəxanlı adı Qaraqoyunlu sakini Mirzəxan ağanın adı ilə bağlıdır. Qaraqoyunlu Mirzəxanlıda 1848 ildə ayrıca aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə Əhməd ağa (1783-1848), Mustafa ağa (1788-1848), Əli ağa (1798-1848), İsmayıl ağa (1808-1848), Vəli ağa (1813-1848) adlı beş qardaş yaşamışdır. Bu beş qardaş Mirzəxan ağanın oğludur. Əhməd ağanın 5, Mustafa ağanın 4, Əli ağanın 2, İsmayıl ağanın 1, Vəli ağanın 1 oğlu olmuşdur.1886 ildə Qaraqoyunlu Mirzəxanlıda aparılmış bəylərin siyahıya alınmasına istinadən bu kənddə beş bəy ailəsi yaşamışdır. Abdulla ağa Əhməd ağa oğlu (1826-...), oğlu Şükür bəy (1861-...), Muradxan bəy Əli ağa oğlu (1848-...), oğlu Adil bəy (1880-...), Süleyman ağa Əli ağa oğlu (1836-...), oğlanları Əhməd ağa (1868-...), Əlipaşa ağa (Ələşrəf ağa) (1870-...), Ziyad bəy Vəli ağa oğlu (1849-...), oğlu Misir bəy (1871-...), Mehdi bəy İsmayıl ağa oğlu (1841-...), oğlu İsmayıl bəy (1866-...), qardaşı Məmməd bəy (1856-...), onun oğlu Dadaş bəy (1878-...), Səfər ağa (Teymur ağa) İbrahim ağa oğlu (1858-...) Qaraqoyunlu Mirzəxanlı kəndinin bəylərindən olmuş, Mirzəxan ağanın nəslinin övladlarıdırlar.XVIII-XIX əsrlərdə Qaraqoyunlu Mirzəxanlıda Hacı Musa Əfəndi Mirzə Məmməd oğlu (1803-1848), Molla Allahverdi Hacı Məmməd Əfəndi oğlu (1800-1848), Səməd Əfəndi Molla Mustafa oğlu (1811-...), qardaşları Molla Mahmud (1808-1848), Molla Əbdürrəhim (1831-1848), Əhməd Əfəndi Məmməd Əfəndi oğlu (1788-1848) adlı din xadimləri və onların ailə üzvləri yaşamışlar.1848 ilin siyahıya alınmasında Qaraqoyunlu Mirzəxanlı kəndinin əhalisi Məmməd ağanın rəiyyətləri kimi siyahıya alınmışlar. Qaraqoyunlu Mirzəxanlı 1863 ilin siyahıya alınmasında Cavanşir qəzasının, 1873 ilin siyahıya alınmasında Gəncə qəzasının, 1886 ilin siyahıya alınmasında Cavanşir qəzasının kəndi kimi göstərilmişdir.Qaraqoyunlu Mirzəxanlı 1842 ildə 83 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 377 nəfərdən ibarət Qaraqoyunlu Mirzəxanlıda 222 kişi, 155 qadın yaşamışdır. 1848 ildə isə yalnız kişilərin siyahıya alınması aparılmışdır.
Məhəmmədtağı Qaraqoyunlu
Məhəmmədtağı Qaraqoyunlu (XVII əsr, İraq) — XVII-XVIII əsrlərdə yaşamış azərbaycanlı alim. XVII əsrin ikinci yarısında İraqda doğulmuş və uşaqlıq illərini də burada keçirmiş istedadlı Azərbaycan alimi XVIII əsrin əvvəllərində Hindistana köçmüş və özünün "Fərhəngi-türki" lüğətini burada yazmışdır. Alim lüğətin tərtibini hicri 1140-cı ildə (1727-ci il) Hindistanın Əhmədnegər şəhərində tamamladığını qeyd edir. Məhəmmədtağı Qaraqoyunlu dövrünün ən istedadlı poliqlotu olmuş və türk dilləri ilə yanaşı fars, ərəb, hind dillərini də yaxşı bilmişdir. == Mənbə == V. Aslanov, "Məhəmmədtağı Qaraqoyunlunun "Fərhəngi-türki" lüğəti", "Elm və həyat" jurnalı, Bakı, iyul 1975, № 7, səh. 20-21. Səbirə Baxşəliyeva, ""Fərhəngi-türki" lüğəti haqqında", "Elm və həyat" jurnalı, Bakı, avqust 1985, № 8, səh. 25-26.
Qaraqoyunlu
Qaraqoyunlular və ya Baharlılar (azər-ərəb: قاراقویونلولار), (fars: قره قویونلو), (türk: Karakoyunlular) — 1375–1468-ci illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqıdır. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlardır. İndi tərkibində: Azərbaycan Ermənistan Gürcüstan Türkiyə Rusiya İran Suriya İraq Küveyt Səudiyyə Ərəbistanı Əfqanıstan Türkmənistan Pakistan ____________________________________________________ Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir, lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi.Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.Alman Türkolog Gerhard Doerfere görə Ağqoyunlu və Qaraqoyunlu Türkmanları "Türkmən" sözünün hələ də qarma-qarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı girdiyini gördüm; Türkmân sözü əslində "köçəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda azərbaycanlılardır.Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.
Qaraqaya (Qaraqoyunlu)
Qaraqaya (1991-ci ildən Dzoravank) — Qаrаqоyunlu mahalında kənd. == Haqqında == Qaraqaya (1991-ci ildən Dzoravank) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, Tərsəçayın sol sahilində, rayon mərkəzindən 27 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. Meşəkənd (1991-ci ildən Antarameq) heyvandarlıq sovxozu ilə birləşdirilmişdi. Əhalisi 1907-ci ildə 228, 1914-cü ildə 265, 1931-ci ildə 205 nəf-ər azərbaycanlı olub. 1988-ci ilin faciəli olayları zamanı onların hamısı qovulmuşlar. == Tarixi == Qaraqaya kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı.
Qaraqoyunlu (Ağsu)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonim azərbaycanların etnogenezində iştirak etmiş qaraqoyunlu tayfasının adı ilə bağlıdır. Qaraqoyunlular türkdilli tayfa birləşməsidir. Bayraqlarında qara qoyun şəkli olduğuna görə belə adlanırdılar. XV əsrin axırlarında qaraqoyunluların bir hissəsi qızılbaş tayfalarının tərkibinə daxil oldular. XV-XVI əsrlərdə baharlı, qaramanlı, düyərli, alpout, hacılı, cəyirli, bayramlı və b. tayfalardan ibarət idilər. == Abidələri == Kənd ərazisində tarixi iki tarixi memarlıq abidəsi yerləşir: Ağ günbəz və Qırmızı günbəz.
Qaraqoyunlu (Bərdə)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 12 km aralıda yerləşir. == Tarixi == Bərdə r-nunda eyniadlı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmişdə Xan Qaraqoyunlu adlanırdı. Qarabağ xanlanna mənsub qaraqoyunlu ailə-lərinin məskunlaşması nəticəsində yaranmışdır. == Təhsil == Kənddəki məktəbdə Qaraqoyunlu ilə yanaşı Böyük Ərəb və Bala Ərəb kəndlərinin şagirdləri də təhsil alır. Məktəbin binası 1950-ci ildə inşa olunub.
Qaraqoyunlu (Goranboy)
Qaraqoyunlu — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Qaraqoyunlu Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2117 nəfər əhali yaşayır.
Aşağı Əlican (Qaraqoyunlu)
Aşağı Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Əvvəllər Yuxarı Əlicana bağlı olan və 1990-cı illərdə ayrılan kənd. 1901-ci ildən bəri eyni adı daşımaqdadır. 2014-cü ildə ayrılmadan öncə Orta Əlicana bağlı bir yaşayış yeri olmuşdur. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 26 km, Qaraqoyunlu ilçə mərkəzinə 12 km uzaqlıqdadır.
Həsən Əli (Qaraqoyunlu)
Həsənəli Mirzə, Sultan Həsənəli və ya Həsənəli bəy (o dövrün Azərbaycan türkcəsi ilə:حسن‌علی بیگ , Təbriz – 1469, Həmədan) — Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur. 10 noyabr 1467–ci ildə Cahan şahın öldürülməsindən sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərmiş ancaq buna nail olmadan 1469-cu ildə öldürülmüşdür. == Üsyanları == O, Cahanşah Həqiqinin oğludur və üsyankar təbiətinə görə atası tərəfindən dəfələrlə həbs edilmişdir. 1458-ci ildə üsyana başlamış, atasının Heratdan geri dönməsi xəbərini eşitdikdən sonra isə Makuya qaçmışdır. Anasının vasitəçiliyi ilə üsyan başlatması məsələsində atası tərəfindən əhv edilsə də, Uzun Həsənə qatılmışdır. Lakin qısa müddət sonra oradan da qovulmuş və İsfahandakı qardaşı Pirbudağa qatılmışdır. Qardaşlar birləşərək 1459-cu ildə üsyana başlamışdırlar. Üsyankar qardaşlar atalarının ordusu tərəfindən darmadağın edilsələr də, edam edilmədilər. Çünki Cahanşahı öz təsirində saxlayan anaları yenidən sultanın onları əhv etməsinə nail olmuşdur. Onların son üsyanı 1464-cü ildə baş verdi və fəlakətlə nəticələndi.
Mirzə Yusif (Qaraqoyunlu)
Mirzə Yusif (vəfatı v. 22 oktyabr 1469) Qaraqoyunluların son sultanı. == Cahan şahın dövründə == Mirzə Yusif Cahan şahın oğlu idi. 1464-cü ildə böyük qardaşı Pirbudağın qiyamından sonra Fars valisi təyin edildi. Ancaq 11 noyabr 1467-ci ildə Çapaqcur döyüşündə Uzun Həsən tərəfindən tutuldu və kor edildi. == Səltənəti == 1468-ci ildə Cahan şahın əmir-ümərası və vəziri Pirəli bəy Baharlı tərəfindən sultan elan edildi. Tezliklə Sultanəli (Həsənəlinin oğlu) və Ağqoyunluların rəqib şahzadəsi Mahmud bəy (Qara Osmanın oğlu) ilə birləşdi. Luristanda bir sıra hərbi uğurlar əldə etdilər. Ancaq tezliklə Uzun Həsən tərəfindən məğlub edildi və 1469-cu il 22 oktyabrda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldüyü Şiraz şəhərinə çəkildi. Pirəli bəy Baharlı isə Həsən Bayqaranın sarayına qaçdı.
Mirzəxan Qaraqoyunlu bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Orta Əlican (Qaraqoyunlu)
Orta Əlican — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == 2014-cü ilə qədər Aşağı Əlicana bağlı bir yaşayış yeri olmuşdur. Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin 22.9.2014-cü il tarixli və 12795 nömrəli əmrinə əsasən, Suvarma Sahələrində Torpaqların Düzəldilməsi haqqında Kənd Təsərrüfatı İslahatı Qanununun 3083-cü maddəsinin 14-cü maddəsinə görə, Nazirlər Kabineti 30 sentyabr 2014-cü il tarixində Aşağı Əlican kəndindən ayrılmasına qərar verir. Yaşayış məntəqəsi Orta Əlican adı ilə ayrı bir kənd olur. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 23 km uzaqlıqdadır. Əlican sərhəd qapısı kəndin sərhədləri içərisində yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.78 dəfə / 1 mln.
2003 ••••• 4.33
2004 •• 1.68
2005 ••• 2.70
2006 ••••• 4.28
2007 •••••••••• 8.88
2008 •••••••••••••••••••• 18.27
2009 ••••••••••• 9.76
2010 ••••••••• 7.35
2011 ••• 2.23
2012 ••••••• 6.37
2013 ••••••• 5.98
2014 •••• 2.92
2015 ••• 1.87
2016 •••• 3.64
2017 0.65
2018 •• 1.20
2019 ••• 1.95
2020 •••• 3.45

"qaraqoyunlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraqoyunlu nədir? #qaraqoyunlu sözünün mənası #qaraqoyunlu nə deməkdir? #qaraqoyunlu sözünün izahı #qaraqoyunlu sözünün yazılışı #qaraqoyunlu necə yazılır? #qaraqoyunlu sözünün düzgün yazılışı #qaraqoyunlu leksik mənası #qaraqoyunlu sözünün sinonimi #qaraqoyunlu sözünün yaxın mənalı sözlər #qaraqoyunlu sözünün əks mənası #qaraqoyunlu sözünün etimologiyası #qaraqoyunlu sözünün orfoqrafiyası #qaraqoyunlu rusca #qaraqoyunlu inglisça #qaraqoyunlu fransızca #qaraqoyunlu sözünün istifadəsi #sözlük