Qaratoyuqlar
Qaratoyuqlar (lat. Turdidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Azərbaycanda 8 cinsə mənsub 26 növü yayılmışdır.
Həşəratlar və giləmeyvə ilə qidalanır. Meşə və kənd təsərrüfatı zərərvericilərini məhv etdiyinə görə faydalıdır.
Qaratoyuq (Turdus) (65-ə yaxın növü, 1-nin nəsli kəsilib)
Braziliya qaratoyuğu (Platycichla) (2 növü)
Nesocichla (1 növ — Nesocichla eremita)
Antil qaratoyuğu (Cichlherminia) (1 növü — Antil qaratoyuğu (Cichlherminia lherminieri))
Psophocichla (1 növ — Psophocichla litsipsirupa)
Yer qaratoyuğu (Zoothera) (22-yə yaxın növü, 1-nin nəsli kəsilib)
Qısadimdik qaratoyuq (Catharus) (12 növü)
Meşə qaratoyuğu (Hylocichla) (1 növü Meşə qaratoyuğu (Hylocichla mustelina))
Astek qaratoyuğu (Ridgwayia) (1 növü — Astek qaratoyuğu (Ridgwayia pinicola))
Müxtəlifsəs qaratoyuq (Ixoreus) (1 növ Müxtəlifsəs qaratoyuq (Ixoreus naevius))
Geomalia (1 növ — Geomalia heinrichi)
Kataponer (Cataponera) (1 növ — Kataponer (Cataponera turdoides))
Lazur quşu (Sialia) (3 növü)
Grandala (1 növ — Grandala coelicolor)
Myadestes (10-11 növü, 2-3-nün nəsli kəsilib)
Koxoa (Cochoa) (4 növü) → Muscicapidae
Qaradöş həşəratyeyən (Chlamydochaera) (1 növ — Qaradöş həşəratyeyən (Chlamydochaera jefferyi), əvvəllər həşəratyeyənlər fəsiləsinə aid edilirdi)
Azərbaycanda qara və çöl qaratoyuqlar, bülbül, şəfəq bülbülü, çaxfaxçıl və odquyruqların bir neçə növü yayılmışdır.