Qaravəlli sözü azərbaycan dilində

Qaravəlli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qaravəlli • 92.9095%
  • qaravəlli • 5.8680%
  • QARAVƏLLİ • 0.7335%
  • QARAVƏLLi • 0.4890%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaravəlli
Folklor Qaravəlli (ədəbiyyat) — Qaravəlli (tamaşa) — Yaşayış məntəqələri Qaravəlli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Qaravəlli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qaravəlli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qaravəlli (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Qaravəlli (Zərdab) — Azərbaycanın Zərdab rayonunda kənd. Qaravəlli (Balakən) — Azərbaycanın Balakən rayonunda kənd. Qaravəlli (Neftçala) — Azərbaycanın Neftçala rayonunda mövcud olmuş kənd.
Qaravəlli (1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli (Ağcabədi)
Qaravəlli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Qaravəlli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Qaravəlli kəndi Gələbədin kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaravəlli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kənd XVII əsrdən bəri obalardan ibarət olub (Belqışlaq, Qaraqışlaq, Güllüqışlaq v.s.). XIX əsrdən Yelizavetpol quberniyasının Şuşa qəzasına daxil olub. Kolxozlaşma gedişində yuxarıda sayılan obalar bir yerə cəmləşdirilib. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulur. Burdakı əhali əksərən tərəkəmə Qaravəlli elatından olanlardır. Zaman keçmiş və insanlar bu kəndin coğrafiyasına uyğunlaşmışlar. Qaravəlli elatının yaşı min ildən çoxdur. Qoca tarixin yazdığına görə Oğuz xanın 6 oğlundan böyüyü Gün xanın dördüncü (sonbeşik) oğlu Qaraevli idi.
Qaravəlli (Ağsu)
Qaravəlli — Azərbaycan Respublikasının Ağsu rayonunun Növcü kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Balakən)
Qaravəli — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Qaravəlli (Neftçala)
Qaravəlli — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Qaravəlli (İsmayıllı)
Qaravəlli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Qaravəlli (Şamaxı)
Qaravəlli — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonu Mirikənd i.ə.d.-də kənd. Ləngəbiz silsiləsində “Şor dərə” çay dərəsi hövzəsindədir. Əhalisi 1143 nəfərdir (2009), 278 təsərrüfatı var. Əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Keçmiş adı Qaravəlli Qambay bəy olmuşdur. 1886 il əhalinin siyahıyaalmasında Şamaxı qəzasında Qaravəlli Qambaybəy köçünün (54 ailə, 272 nəfər) qeyd edilən ərazidə yaşadığı göstərilir. Qambay bəy adlı birisinə mənsub qaravəlli ailələri 19 əsrin 80-ci illərində Daştulan adlı yerdə oturaqlaşaraq kənd salmışlar. Kənd tayfanın adını daşıyır. 1919-cu il tarixində ermənilər tərəfindən 66 evlik Qaravəlli kəndində 40 kişi, 50 qadın, 30 uşaq öldürülmüşdür.
Qaravəlli (ədəbiyyat)
Qaravəllilər— Auditoriyanı güldürməyə xidmət edən, yumoristik məzmunlu nağıllara kiçik müqəddimə. Nəzmlə söylənir və əsasən satirik mahiyyət daşıyır.
Qaravəlli bələdiyyəsi
Qaravəlli bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Qaravəlli bələdiyyəsi (Zərdab) — Zərdab rayonunda bələdiyyə.
Qaravəlli-2 (1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Qaravəlli (film, 1989)
Qaravəlli (rus. Гаравелли) — Azərbaycan cizgi filmi. Müəlliflər burada xalqımızın sevimli qəhrəmanları vasitəsilə bugünkü problemlərimizdən söhbət açırlar. Cizgi multiplikasiya filmində Azərbaycan şifahi xalq yaradıcılığından istifadə edilmişdir. Ssenari müəllifi: Arif Məhərrəmov Kinorejissor: Arif Məhərrəmov Quruluşçu rəssam: Yelena Qolubeva, Arif Məhərrəmov Kinooperator: Ramiz Ağayev Bəstəkar: Səyavuş Kərimi Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Firəngiz Quliyeva, Gülşən Quliyeva, M.Nanaziaşvili, Cahangir Süleymanov, Hüseyn Cavid İsmayılov Rəssam: Tamilla Əsgərova, Y.Bekker, Mehriban Əfəndiyeva, Lalə Məmmədova Rejissor assistenti: Sima Qurbanova (mövqe göstərilməyib) Assistent: Ziya Xəqani, Arifə Hatəmi Montaj edən: Nisə Hacıyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qaravəlli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaravəlli-2 (film, 1992)
Film satirik xalq folklorunun motivləri əsasında çəkilmişdir.
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi
Ş.Məhərrəmov adına Qaravəlli kənd tam orta məktəbi — Qaravəlli kəndində orta məktəb. Yeni məktəb binası şagirdlərin istifadəsindədir, məktəb kompyuret ilə təmin olunub.

qaravəlli sözünün leksik mənası və izahı

  • 1 is. Azərbaycan xalq aşıq yaradıcılığında mövzusu məişətdə olan əhvalatlardan alınmış məzhəkəli janr. Ortaboylu, əsmər bənizli, daima gülərüzlü Firuzə məzəli zarafatları, incə qaravəlliləri ilə manqanın həyatına hər gün yeni bir təravət gətirirdi. İ.Əfəndiyev. // Boş söhbət, nağıl. [Kitabpaylayan:] Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Ə.Haqverdiyev. [Məcid:] Heç bir belə qaravəlli olmazdı ki, mən düşdüm… Bacı! Bu ev Mirzədadaşın evi deyil? N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / qaravəlli

qaravəlli sözünün sinonimləri (yaxın mənalı sözlər)

qaravəlli sözünün rus dilinə tərcüməsi

  • 1 анекдот, небылица

    Azərbaycanca-rusca lüğət / qaravəlli
  • 2 сущ. 1. анекдот. Qaravəlli danışmaq рассказывать анекдоты, балагурить, говорить весело, забавно, пересыпая речь шутками, остротами 2. небылица, сказка, вымысел

    Azərbaycanca-rusca lüğət / qaravəlli

qaravəlli sözünün inglis dilinə tərcüməsi

qaravəlli sözünün ləzgi dilinə tərcüməsi

"qaravəlli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaravəlli nədir? #qaravəlli sözünün mənası #qaravəlli nə deməkdir? #qaravəlli sözünün izahı #qaravəlli sözünün yazılışı #qaravəlli necə yazılır? #qaravəlli sözünün düzgün yazılışı #qaravəlli leksik mənası #qaravəlli sözünün sinonimi #qaravəlli sözünün yaxın mənalı sözlər #qaravəlli sözünün əks mənası #qaravəlli sözünün etimologiyası #qaravəlli sözünün orfoqrafiyası #qaravəlli rusca #qaravəlli inglisça #qaravəlli fransızca #qaravəlli sözünün istifadəsi #sözlük