qarayara sözü azərbaycan dilində

qarayara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarayara • 91.4815%
  • Qarayara • 8.5185%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarayara
Qarayara və ya Sibir yarası (yun. anthrax - kömür) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. == Tarixi məlumat == Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir.
Qarayara çöpü
Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir. Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.12 dəfə / 1 mln.
2004 •• 1.01
2006 0.23
2007 ••• 2.54
2008 •• 1.22
2009 •• 1.44
2010 •• 1.18
2011 0.17
2012 •• 0.95
2013 •• 1.60
2016 0.69
2017 0.65
2018 •• 1.80
2019 •••••••••••••••••••• 18.22
2020 •••• 2.92

qarayara sözünün leksik mənası və izahı

  • 1 is. Qaramalda, atlarda, qoyunlarda olan, bəzən də insanlara keçən yoluxucu azar. [Xavər:] Barmaqları tökülsün o müəllimin! Əllərinə qarayara çıxsın onun! – Qışqırıq xırp kəsildi və acı hönkürtüyə çevrildi. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / qarayara

qarayara sözünün etimologiyası

  • 1 Türk dillərində qara sözünün mənaları olduqca çoxdur: rəng, çirk, torpaq, yazmaq, ağır, pis, yas, cinayət, yaraq, xalq, xuruş... Qarayara kəlməsində qara “pis” mənasındadır, “qorxulu, təhlükəli yara” deməkdir. 1788-1789-cu illərdə rus alimi S. Andreyev Uralda bu xəstəliyi tədqiq edib, Sibir yarası adı burdan əmələ gəlib. Qarasu ifadəsində qara “torpaq” deməkdir (torpaqdan sızıb çıxan və tərkibi pis olan su), gözümün qarası birləşməsində qara kəlməsi “qaraq” (зрачок) anlamını verir və s. İkinci ehtimal da mümkündür: bəzi türk dillərində сибирская язва birləşməsinin qarşılığı kimi, kuydurqı kəlməsi işlədilir, “yandırıcı” deməkdir. Məndə belə bir inam var ki, qarayara birləşməsindəki qara sözü göy (od, yanmaq) kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qarayara

qarayara sözünün rus dilinə tərcüməsi

  • 1 мед. антракс, сибирская язва

    Azərbaycanca-rusca lüğət / qarayara
  • 2 I сущ. мед. антракс, сибирская язва (заразная болезнь крупного рогатого скота, иногда поражающая людей) II прил. сибиреязвенный. Qarayara kor çibanı сибиреязвенный карбункул

    Azərbaycanca-rusca lüğət / qarayara

qarayara sözünün inglis dilinə tərcüməsi

qarayara sözünün ləzgi dilinə tərcüməsi

"qarayara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarayara nədir? #qarayara sözünün mənası #qarayara nə deməkdir? #qarayara sözünün izahı #qarayara sözünün yazılışı #qarayara necə yazılır? #qarayara sözünün düzgün yazılışı #qarayara leksik mənası #qarayara sözünün sinonimi #qarayara sözünün yaxın mənalı sözlər #qarayara sözünün əks mənası #qarayara sözünün etimologiyası #qarayara sözünün orfoqrafiyası #qarayara rusca #qarayara inglisça #qarayara fransızca #qarayara sözünün istifadəsi #sözlük