qaraçaylılar sözü azərbaycan dilində

qaraçaylılar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraçaylılar • 66.6667%
  • Qaraçaylılar • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraçaylılar
Qaraçaylar (qaraç.-balk. къарачайлыла, таўлула) — Şimali Qafqazda əsasən Qaraçay-Çərkəz Respublikasında yaşayan türk xalqı. Rusiyada ümumi sayları 218.403 (2010) nəfərdir bu sayın 194.324 nəfəri Qaraçay-Çərkəz Respublikasının əhalisi təşkil edir bu isə respublikanın 41 % əhalisi deməkdir. Qazaxıstan və Qırğızıstanda da 2-3 min civarında qaraçaylılar yaşayırlar. Onlar buraya 1943-cü ildə zorla sürgün ediliblər. Qaraçaylılar həmdə Türkiyə, Suriya, Avropa və Amerikada da yaşayırlar. Bu ölkələrdə yaşayan qaraçaylıların çoxu Qafqazı 19-cu əsrdə tərk etmiş mühacirlərin nəslindəndirlər. Türkiyə Cümhuriyyətində Konya, Tokat, Əskişəhər, Afyonkarahisar, Kayseri, Ankara və Sivas illərində qaraçaylılara mənsub 12 kənd vardır ki, onların əhalisi ancaq qaraçaylılardan ibarətdir. Ancaq böyük şəhərlərdə məskunlaşmış qaraçaylıların sayı barədə məlumat yoxdur. Başhüyük kəndi: Konya ilinin Sarayönü ilçəsində yerləşir.
Qaraçaylıların deportasiyası
Qaraçaylıların deportasiyası (rus. Депортация карачаевцев) — "Qağayı əməliyyatı" adı ilə tanınan və Şimali Qafqazdan qaraçaylıların Sovet hökuməti tərəfindən güc tətbiq etməklə bütünlüklə Orta Asiyaya köçürülməsini nəzərdə tutulur. Deportasiya II Dünya müharibəsi zamanı, 1943-cü ilin noyabr ayında baş vermişdir. Deportasiya Sovet dövlətinin rəhbəri İosif Stalin tərəfindən təstiqləndikdən sonra NKVD-nin rəhbəri Lavrenti Beriyanın əmri ilə həyata keçirilmişdir. Təxminən 70.000 Qafqaz qaraçaylısı öz doğma torpaqlarından deportasiya edilmişdir. Bu cinayət 1930–1950-ci illəri əhatə edən, Sovet dövlətinin milyonlarla qeyri-rus əhaliyə təsir edən siyasətinin bir parçası olmuşdur. Proses zamanı milyonlarla insan məcburi köçürülmələrə və başqa yerdə məskunlaşdırmaya məruz qalmışdır. Rəsmi olaraq deportasiya qaraçaylılarının işğalçı alman qüvvələri ilə əməkdaşlığına cavab idi. Əvvəlcə II Dünya müharibəsi dövründə üsyan etmiş şəxslərin ailə üzvləri ilə məhdudlaşan deportasiya sonradan genişləndirilərək bütün Qaraçay etnik qrupunu əhatə etdi. Sovet hökuməti 20.000 qaraçaylının Qırmızı Orduda xidmət etməsi faktını görməzdən gəldi, halbuki bu say almanlarla əməkdaşlıq etdiyi təxmin edilən 3.000-dən dəfələrlə çox idi.

Oxşar sözlər

#qaraçaylılar nədir? #qaraçaylılar sözünün mənası #qaraçaylılar nə deməkdir? #qaraçaylılar sözünün izahı #qaraçaylılar sözünün yazılışı #qaraçaylılar necə yazılır? #qaraçaylılar sözünün düzgün yazılışı #qaraçaylılar leksik mənası #qaraçaylılar sözünün sinonimi #qaraçaylılar sözünün yaxın mənalı sözlər #qaraçaylılar sözünün əks mənası #qaraçaylılar sözünün etimologiyası #qaraçaylılar sözünün orfoqrafiyası #qaraçaylılar rusca #qaraçaylılar inglisça #qaraçaylılar fransızca #qaraçaylılar sözünün istifadəsi #sözlük