qaraçöhrə sözü azərbaycan dilində

qaraçöhrə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraçöhrə • 84.9057%
  • Qaraçöhrə • 15.0943%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraçöhrə
Qaraçöhrə (lat. Taxus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin qaraçöhrəkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Hündürlüyü 18 (20) m-ə qədər və diametri 60-80 (100) sm olan ağac və ya böyük koldur.Qabığı boz çalarlı qırmızı-qonur rəngdə olub,hamar və ya lövhəşəkillidir. Yarpaqları xətvari, yastı, uzunluğu 2-4 sm, eni 1,8-2 mm-dir, üst tərəfdən tünd-yaşıl,parlaq, alt tərəfdən solğun rəngli, tutqun, kənarları az qatlanmış formadadır. Erkəkcikli çiçəklərinin uzunluğu 10 mm olub, budaqların aşağı səthində yerləşmişdir. Dişicikli çiçəkləri təkdir, əsasında bir neçə cüt pulcuqşəkilli yarpaqlarla əhatə olunmuşdur. Meyvələri qırmızı rəngli və şarşəkillidir,yuxarı hissədə açıqdır. Toxum ətrafında iki örtük vardır; daxili örtük oduncaqlaşan və xarici örtük isə ətli, parlaq tünd-qırmızı rənglidir, (yalançı giləmeyvə) şirəlidir və şirin dadı vardır. Mart ayında çiçəkləyir, mart-aprel aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ qərb, BQ şərq, BQ (Quba), KQ şimal, KQ mərkəzi, KQ cənub, (Şuşa) Lənk.
Giləmeyvəli qaraçöhrə
Giləmeyvəli qaraçöhrə (lat. Taxus baccata) — iynəyarpaqlılar fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyaslna aiddir – VU A2c+3c. Azərbaycanın nadir, relikt növüdür. == Ümumi yayılması == Rusiya, Gürcüstan Ermənistan, Şimali Afrika, Türkiyə, Kiçik Asiya, Baltikyanı ölkələri, Ukrayna, Skandinaviya, Avropanın Qərb hissəsi və Azor adalarında yayılmışdır. == Azərbaycanda yayılması == Şamaxı, Quba, Zaqatala, Qəbələ, Xanlar, Lənkəran və Lerik rayonları ərazilərində təbii halda rast gəlinir. == Bitdiyi yer == Tək-tək və ya qrup şəklində quru daşlı yamaclarda fıstıq-vələs meşələrində 1900–2500 m yüksəkliklərdə rast gəlinir. == Təbii ehtiyati == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə 20 m-ə qədər boy hündürlüyü olan, sıx budaqlı, yuvarlaq təpəli bir ağacdır. Tumurcuqları qəhvəyi və yaşılımtıl rəngdə, küt, dəyirmi və ya ovalşəkillidir.
Qaraçöhrə (sıra)
Qaraçöhrə (lat. Taxales) — i̇ynəyarpaqlılar sinfinə aid bitki sırası.
İtiuclu qaraçöhrə
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.
Fortuna başcıqlı qaraçöhrə
Kiçik gövdəli, alçaq boylu koldur. Bitkinin çətiri enli-oval olub, yarpaqları üfüqi cərgələrdə yerləşir, hamardır, uzunluğu 9 sm-ə qədərdir. Yarpaq ayaları dərili və parlaqdır. Yarpağın üst hissəsi yaşıldır, alt tərəfi isə açıq rəngli zoqlarla örtülmüşdür. Başcıqlı qaraçöhrənin cavan bitkiləri soyuqdan əziyyət çəkir, ancaq sonradan normaya düşərək qışda yaxşı böyüyür. Başcıqlı qaraçöhrə rütubətli və soyuq olmayan yerlərdə becərilməlidir. Başcıqlı qaraçöhrə kölgəyə davamlı bitkidir. Ancaq çox günəşli yerlərdə də yaxşı bitir. Fortuna başcıqlı qaraçöhrə bitkisi bol və müntəzəm suvarılmaıldır. Köçürülməyə tələbkar olmayan bitkidir, ancaq çox təzə, qumlu, humuslu, turş və ya qələvili torpaqlara üstünlük verir.
Florida qaraçöhrəsi
Florida qaraçöhrəsi (lat. Taxus floridana) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Himalay qaraçöhrəsi
Himalay qaraçöhrəsi (lat. Taxus wallichiana) qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Kanada qaraçöhrəsi
Kanada qaraçöhrəsi (lat. Taxus canadensis) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Meksika qaraçöhrəsi
Meksika qaraçöhrəsi (lat. Taxus globosa) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Qaraçöhrəkimilər
Qaraçöhrəkimilər (lat. Taxaceae) — i̇ynəyarpaqlılar sırasına aid bitki fəsiləsi.
Sumatra qaraçöhrəsi
Sumatra qaraçöhrəsi (lat. Taxus sumatrana) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Yapon qaraçöhrəsi
Yapon qaraçöhrəsi (lat. Taxus cuspidata) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. Bu növə Uzaq Şərq qaraçöhrəsi deyilir. Hündürlüyü 20 m-ə çatan, ortaboylu ağac və ya koldur, çətirləri dairəvi olub, gövdəsinin diametri 1,5 m-ə çatır. Gövdəsi qırmızımtıl rənglidir, üzərində növə xas olan sarımtıl-ağ ləkələri var, yarpaqları lələkvarıdır. Yarpaqlarının uzunluğu 1,2-2,6 sm-ə, eni 2-3,5 mm-ə çatır, yumşaq, hamar, ucu biz, üstdən tünd-yaşıl, altı-dan solğun-yaşıldır, budaqlarda 4-6 il qalır. Toxumları qozalarda << qozagiləmeyvə >> adlanan al qırmız rəngli, ətli hissə ilə örtülmüşdür. Uzunömürlüdür 1500 ilə kimi yaşayır. İtiuclu qaraçöhrə şaxtaya ( -30 C ), kölgəyə davamlıdır. Humus qatı qalın olan torpaqlarda yaxşı bitir, turş mühitli və bataqlıq torpaqlarda inkişaf etmir.
Çin qaraçöhrəsi
Çin qaraçöhrəsi (lat. Taxus chinensis) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Şərq qaraçöhrəsi
Şərq qaraçöhrəsi (lat. Taxus brevifolia) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.13 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2006 •••••••••••••• 0.45
2009 ••••• 0.16
2010 •••••• 0.18
2011 •••••• 0.17
2012 •••••••• 0.26
2015 •••••• 0.17
2020 •••••••• 0.27

qaraçöhrə sözünün leksik mənası və izahı

qaraçöhrə sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тис (род вечнозеленых хвойных деревьев сем. тисовых) II прил. тисовый. Qaraçöhrə budağı тисовая хвоя, qaraçöhrə xiyabanı тисовая аллея

    Azərbaycanca-rusca lüğət / qaraçöhrə

qaraçöhrə sözünün fransız dilinə tərcüməsi

qaraçöhrə sözünün ləzgi dilinə tərcüməsi

"qaraçöhrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraçöhrə nədir? #qaraçöhrə sözünün mənası #qaraçöhrə nə deməkdir? #qaraçöhrə sözünün izahı #qaraçöhrə sözünün yazılışı #qaraçöhrə necə yazılır? #qaraçöhrə sözünün düzgün yazılışı #qaraçöhrə leksik mənası #qaraçöhrə sözünün sinonimi #qaraçöhrə sözünün yaxın mənalı sözlər #qaraçöhrə sözünün əks mənası #qaraçöhrə sözünün etimologiyası #qaraçöhrə sözünün orfoqrafiyası #qaraçöhrə rusca #qaraçöhrə inglisça #qaraçöhrə fransızca #qaraçöhrə sözünün istifadəsi #sözlük