qaraçılar sözü azərbaycan dilində

qaraçılar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaraçılar • 60.0000%
  • Qaraçılar • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaraçılar
Qaraçılar və ya bəzən çiqanlar — köçəri xalqlardan biri. == Mənşə == Qaraçılar Hind-Avropa mənşəli xalqlara aiddir. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa, toxunurlar. Xüsusilə, Prosper Merime "Karmen" əsərində belə bir ifadə işlədir: Qaraçıların tarixi hələ də problem olaraq qalır. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünmüşdür; lakin onların Avropaya haradan və nə üçün gəldikləri məlum deyil və qəribə burasıdır ki, az vaxt içərisində bir-birindən çox uzaq olan ölkələrdə onların bu qədər artıb çoxalmasına heç kəs inana bilmir. Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamamışlar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır. Şarl de Koster və Valter Skott da qaraçıların tarixini XV əsrə aid edir. Digər bir məlumata görə qaraçılar İstanbulun fəthi zamanı Avropaya daxil olmuşlar. Başqa bir mülahizə isə qaraçıların eyni zamanda iki yoldan Avropaya daxil olduqları yönündədir.
Qaraçılar (poema)
"Qaraçılar" (rus. Цыганы) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan sonuncu poeması. İlk nöbədə ağçılarda var: "Qaraçılar" poeması da "Qafqaz əsiri" kimi sürgün illərində yazılıb. Burda da şairin öz şəxsi iztirabları, ələmləri duyulur. Ancaq bu yeni, romantik cənub poemasında bu iztirablar ümumiləşdirilmiş və müəyyən dövrdə Rusiyanın liberal dvoryan gənclərinin taleyi kimi verilmişdir. Əsərin bir yerində qoca qaraçı, Alekoya vaxtilə Cənubdan Bessarabiyaya sürgün edilmiş bir şairin, bir nəğməkarın taleyindən bəhs edir. Bu parçada şairin öz taleyinin əks olunduğu aydın bilinir. Aleko qocanın çar tərəfindən sürgün edilmiş şair haqqında söhbətini dinləyib dəhşətə gəlir. "Qaraçılar" poeması yazılanda Rusiyanın az-çox qabaqcıl adamlarının taleyi belə idi. Hər addımda ömürlük sürgün təhlükəsi vardı.
Azərbaycan qaraçıları
Azərbaycan qaraçıları (özünüadlandırma rom. Dom, pars, kürd domlar, koul) — Azərbaycanda yaşayan azsaylı xalqlardan biri, qaraçıların Azərbaycandakı icması. 1999-cu il və 2009-cu ilin əhali siyahıyaalması prosesində onlar hesaba alınmamışdır, lakin 2010-cu illərə aid edilən müxtəlif mənbələrdə Azərbaycanda yaşayan qaraçıların ümumi sayı təqribi olaraq 1,000, 2,000, 10,000 və 20,000 kimi göstərilmişdir. Qaraçılar Azərbaycanda ən çox Yevlax, Ağdaş və Balakən rayonlarında yaşayırlar, həmçinin Bakıda və Sumqayıtda da qaraçı icmaları mövcuddur. Azərbaycan qaraçıları İrandan çıxan "dom" boyundandırlar. Onlar ilk dəfə orta əsrlərdə Kəraçi və Sind regionlarından, ya da Baktriyadan İran vasitəsilə Azərbaycana gəlmişlər. Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti dövründə Azərbaycana özlərini "pars" adlandıran farsdilli qaraçılar köçürülmüşdür. XIX əsrin sonlarında hindli əsilli zərdüşti möminlər Azərbaycana ölkədə yerləşən zərdüşti məbədləri ziyarət etməyə gəlmişdilər. Stalin repressiyalarının bir hissəsi olaraq Cənubi Qafqazda yaşayan qaraçılar 1936-cı ildən etibarən Qazaxıstana deportasiya edilmiş, lakin deportasiya qərarı 1956-cı ildə ləğv edilmişdir. Beləliklə, 1950–1960-cı illərdə Qazaxıstandan Azərbaycana kurmancdilli qaraçılar gəlməyə başlamışdır və onlar özlərini kürd adlandırırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2004 •••••••• 0.67
2006 ••••••••••• 0.90
2009 •••••••••• 0.80
2010 ••••••••••• 0.91
2011 ••••••••••• 0.94
2012 ••••• 0.43
2013 •••••••••••••••••••• 1.75
2014 •••••••••••• 1.03
2017 •••••••• 0.65
2019 •• 0.14
2020 ••••••••••••••••• 1.46

"qaraçılar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaraçılar nədir? #qaraçılar sözünün mənası #qaraçılar nə deməkdir? #qaraçılar sözünün izahı #qaraçılar sözünün yazılışı #qaraçılar necə yazılır? #qaraçılar sözünün düzgün yazılışı #qaraçılar leksik mənası #qaraçılar sözünün sinonimi #qaraçılar sözünün yaxın mənalı sözlər #qaraçılar sözünün əks mənası #qaraçılar sözünün etimologiyası #qaraçılar sözünün orfoqrafiyası #qaraçılar rusca #qaraçılar inglisça #qaraçılar fransızca #qaraçılar sözünün istifadəsi #sözlük