* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••• | 154.18 |
2003 | •••••••••••••••••••• | 243.30 |
2004 | ••••••••••• | 130.71 |
2005 | •••••••••• | 111.34 |
2006 | •••••••••• | 112.17 |
2007 | ••••••••••• | 132.99 |
2008 | •••••••••• | 114.26 |
2009 | ••••••• | 83.03 |
2010 | ••••••• | 83.42 |
2011 | •••••••• | 93.51 |
2012 | ••••••••• | 101.28 |
2013 | ••••••• | 83.15 |
2014 | ••••••• | 83.40 |
2015 | ••••••• | 74.68 |
2016 | ••••••• | 83.65 |
2017 | ••••••• | 77.55 |
2018 | •••••••• | 96.34 |
2019 | •••••• | 62.45 |
2020 | ••••• | 54.37 |
1 is. 1. Bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. [Qaraca çoban] …bağıryaran bir səslə qıy vurub irəli şığıdı. İki qardaşı da gəlib ona qoşuldular. M.Rzaquluzadə. …Bir şəhərin beş qardaşın xanlığına parçalandı… M.Araz. □ Qan qardaşı – 1) doğma qardaş; 2) məc. səmimi dost. Sağımda, solumda məsləkdaşlarım; Fikir qardaşlarım, qan qardaşlarım. X.Rza. Seyr et, qarşındakı can sirdaşındır; İnsandır, deməli, qan qardaşındır. Şəhriyar. Ögey qardaş – atası, yaxud anası ayrı olan qardaş. [Səba xanım:] Mələkənin münasibətdə olduğu üçüncü adam sizin ögey qardaşınız Sultan Toğruldur. M.S.Ordubadi. Süd qardaşı – ayrı-ayrı ata-anadan olub, bir anadan süd əmmiş iki adam. [Babək:] Elə isə bu vaxta qədər qafil olmuşam və elə bilmişəm ki, iki qardaşım var, biri kiçik qardaşım Abdulla, digəri süd qardaşım ərəb oğlu Müaviyə… Ə.Məmmədxanlı. 2. tənt. Fikir, ictimai vəziyyət və s. cəhətdən danışan şəxsə yaxın olan hər bir şəxs. [Eyvaz:] Qardaşlar, … atmayın, qulaq asın, bizim sizinlə işimiz yoxdur! C.Cabbarlı. 3. Kişiyə, oğlana dostcasına, yaxud təklifsizcəsinə müraciət. Qardaş, yol ver, keçim. Qardaş, məndən əl çək! – [Zinət xanım:] …Qarovulçu qardaş, sən də çıx buradan… N.Vəzirov. Axı, a qardaş, iki saatdır burada gözləyirəm. Qantəmir. // “Qardaşım” şəklində: mehribancasına müraciət – dostum, əzizim. Qardaşım, sənə nə oldu? – [Şərif:] Yeri, qardaşım, apar bu kağızı ver Baloğlana. C.Cabbarlı. 4. məc. Qardaş kimi yaxın, dost olan adam haqqında. O mənimlə qardaş kimidir. [Mürşid] əvvəlcə mala baxdı, sonra əkinə-biçinə getdi. Niftalıynan dostlaşıb lap qardaş oldular. İ.Şıxlı. ◊ Qardaş malı – atadan qalan və qardaşlar arasında tən-bərabər bölünməli mal, miras. Qardaş malı kimi ortadan bölər. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / qardaş1 Bu söz qarın və daş kəlmələrindən əmələ gəlib, “bir qarında olanlar” deməkdir. Qıza da qardaş demişik, oğlana da. İndi təkcə oğlana deyirik (bəzi başqa türk dillərində indi bacıya qız qardaş deyirlər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qardaş1 QARDAŞ Bir qədər tərəddüddən sonra Gülsənəm yavaşca qardaşına yaxınlaşdı.. (S.Rəhimov); BƏRADƏR [Qazı:] Bəradərim, mənə sənin başın lazım deyil.. (C.Məmmədquluzadə); DADAŞ Cəlal: Vallah, dadaş, ağam gələndə deyəcəm ki, dadaşım iti küşkürürdü adamların üstünə (C.Məmmədquluzadə); ƏXƏVİ (arx.) Məşədi Rəhim: Rəştdən öz əxəvim Məşədi Kərim seçib göndərib (C.Məmmədquluzadə); ƏXİ (kl.əd.) Bəhlul: Yalan sözdür, ya əxi, mən bu qədər məclislərdə olmuşam, sizi tərifləyən görməmişəm (A.Şaiq); QAĞA (məh., böyük qardaş) Xırda qardaş dayısına xəbər verdi ki, törə Sadığın qızı qağamı yoldan çıxarıb (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / qardaş2 I сущ. брат: 1) каждый из сыновей в отношении к другим детям этих же родителей. İki qardaş два брата, ögey qardaş неродной брат, qan qardaşı кровный брат, süd qardaşı молочный брат, kiçik qardaş младший брат, böyük qardaş старший брат, doğma qardaş родной брат 2) человек, объединенный с говорящими общими интересами, положением, условиями. Fəhlə qardaşlar братья рабочие, hər qardaşa на каждого брата, 3) дружеское обращение к лицам мужского пола (преимущественно сверстникам). Bunu, qardaş, unutma этого, брат, не забывай II прил. братский. Qardaş partiyalar братские партии, qardaş xalqlar братские народы, qardaş respublikalar братские республики; qardaş olmaq брататься, побрататься: 1. становиться, стать побратимами, заключить братский союз 2. вступать, вступить в тесные дружеские отношения; qardaşım! братец! браток! qardaşımsan брат, братишка; будь братом
Azərbaycanca-rusca lüğət / qardaş1 I. i. 1. brother; doğma ~ one’s own brother; ögey ~ step-brother; 2. (müraciət məqamında) old man / old chap, my boy; ~ olmaq to be* brothersothers II. s. brotherly; fraternal; ~ məhəbbəti brotherly love; ~ partiyalar fraternal parties; ~ xalqlar brotherly / fraternal peoples
Azərbaycanca-ingiliscə lüğət / qardaş1 is. frère m ; ögey ~ demi-frère m ; süd ~ı frère de lait ; kiçik ~ frère cadet
Azərbaycanca-fransızca lüğət / qardaş1 сущ. 1. стха; doğma qardaşlar хайи стхаяр; ögey qardaş тахай стха (диде ва я буба патай); // qan qardaşı а) хайи стха, са ивидикай тир стха; б) пер. лап мукьва дуст, рикӀ алай дуст, стха лагьанвай кас; süd qardaşı некӀед стха (дидени-буба ччара-ччара тир са дидедикай нек хъванвай кьве кас); 2. стха, тха, даха (гададив, итимдив рахадамаз тӀварцин чкадал лугьудай гаф); 3. пер. стха хьиз акахьнавай, дуст тир касдин гьакъинда; ** qardaş malı стхад(ин) мал (бубадилай амай, стхайрин арада сад хьиз паюн лазим тир мал, мирас).
Azərbaycanca-ləzgicə lüğəti / qardaşəsli “qarındaş” olub, bir anadan doğulan oğlanların qohumluq münasibətini bildirir.
Azərbaycan kişi adlarının izahlı lüğəti