qardaşlar sözü azərbaycan dilində

qardaşlar

Yazılış

  • qardaşlar • 78.5052%
  • Qardaşlar • 21.3857%
  • QARDAŞLAR • 0.1091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müsəlman Qardaşlar
Müsəlman Qardaşlar və ya Əl-İxvan əl-Müslimun — Əsası Misirdə Həsən əl-Bənna tərəfindən qoyulmuş beynəlxalq dini-siyasi təşkilat. Hal-hazırda rəsmi fəaliyyəti qadağan edilmişdir. Bəzi Azərbaycandilli mənbələrdə Müsəlman Qardaşlığı formasında da adlandırılır. Artıq Hüsni Mübarəkin devrilməsindən sonra Misirdə bu təşkilata olan qadağa aradan qaldırılmışdır, buna baxmayaraq bəzi ölkələrdə, məsələn Rusiyada, bu təşkilat terrorçu məqsədlərinə görə qadağandır. ABŞ -da müsəlman qardaşlar təşkilatı rəsmən terror təşkilatı kimi qadağan olunmayıb. 2011-ci il Misir Parlamentinə seçkilərdə müsəlman qardaşların kifayət qədər iddialıdır. 1920-ci ildə Həsən Bənna tərəfindən qurulan təşkilat, siyasi aktivliyi ilə dünyada, Şimal Afrikada və Orta Şərqdə saysız tərəfdar qazanıb. Başlanğıcda məqsədi İslami dəyərlər və siyasi fəaliyyət olan hərakat, qısa müddət sonra daha da inkişaf edib. Xüsusilə Misirdə Osmanlı İmperiyasının tənəzzülə uğramasından sonra, İngiltərə müstəmləkə rəhbərliyinə qarşı müqavimətdə və Qərb dəyərlərinə qarşı Ərəb və Müsəlman şəxsiyyətinin müdafiə olunmasında Müsəlman Qardaşları Birliyi əhəmiyyətli rol oynayıb. Müsəlman Qardaşların fəaliyyəti bu gün rəsmi olaraq qadağan olunub və təzyiqlərə məruz qalır.
Qardaşlar Komandası
Qardaşlar Komandası — tarixçi və bioqrafçı Stephen Ambrose tərəfindən yazılan eyni adlı romanından uyğunlaşdırılan, İkinci dünya müharibəsi mövzulu, 10 hissəlik televiziya serialıdır. Ortaq prodüserliyini, Oskar mükafatlı, Sıravi Rayanı xilas etməli filmində birlikdə çalışan Stiven Spilberq və Tom Henks boynuna götürmüşdür. 2001-ci il istehsalı Qardaşlar Komandası hələ Dünyanın bir çox yerində TV kanallarında göstərilməkdədir. Serial İkinci dünya müharibəsi əsnasında Amerika ordusunun 506-cı Alayın 101-ci Hava Qüvvələrinə bağlı İyzi Bölüyü əsgərlərinin yaşadıqları təcrübələr əsas alınaraq hazırlanmışdır.Serial əvvəlcə əsgərlərin təməl təhsil aldığı Georgiadakı Toccoa düşərgəsindən başlamışdır. Davamında isə Normandiya çıxarması, Market Stansiya Hərəkatı və döyüşün sonunda doğru reallaşan Bastogne Müharibəsi ilə sona çatmışdır. Serialdakı hadisələr Ambrosenin İyzi Bölüyü nden həyatda olanlar ilə reallaşdırdığı birə bir reportajlar ilə şəkilləndirilmişdir. Ayrıca döyüş sonrası həyatda qalmağı bacaran əsgərlərin yazdıqları kitablardan da faydalanılmışdır. Əsas rollarda: Damian Lewis — Mayor Richard Winters Ron Livingston — Kapitan Lewis Nixon Matthew Settle — Kapitan Ronald Speirs Donuya Wahlberg — Kiçik leytenant Carwood Lipton Scott Grimes — Texniki Çavuş Donald Malarkey Peter Youngblood Hills — Başçavuş Darrell "Shifty" Powers Shane Taylor — 5. Sinif Texnik Eugene "Doc" Roe Rick Gomez — 4. Sinif Texnik Corc Luz Michael Cudlitz — Başçavuş Denver "Bull" Randleman Nicholas Aaron — Siravi Robert "Popeye" Wynn Ceyms Madio — 4.
Qardaşlar (film, 2015)
Qardaşlar (ing. Brothers) ― 2015-ci ildə Hindistanda idman və dram janrında çəkilmiş filmdir. Filmin rejissoru Karan Malhotradır.
Qardaşlar (teleserial, 2015)
Qardaşlar — 2015–2018-ci illərdə ATV telekanalında yayımlanmış Azərbaycan serialı. Bir evdə yaşayan mehriban qardaşlar və onların arasında söz-söhbətə səbəb olan həyat yoldaşları serialın əsasını təşkil edir. Onların bacısı isə özünə ər tapa bilmir. 2-ci mövsümdə, nəhayət, o ərə gedir. Bayram varlanır və Cavanşir onun sürücüsü işləyir. Dəniz Novruzdan boşanır və Nəbinin 1-ci arvadı Nazlı Novruzla evlənmək istəyir. Serialın ilk mövsümü 12 sentyabr 2015–28 iyul 2016-cı il tarixlərini əhatə etmişdir. Bu müddətdə 43 seriya yayımlanmışdır.
Süd qardaşlar
Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi. İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur. Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi. Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Müsəlman Qardaşlar (Suriya)
Suriyada "Müsəlman Qardaşlığı" (ərəb. الإخوان المسلمون في سوريا‎) — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur. 1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar. "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir. 1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir. Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.
Süd qardaşlar (film, 1976)
Süt qardaşlar - rejissorluğunu Ertem Əyilməzin üstləndiyi, Hüseyn Rəhmi Gürpınarın "Qulyabani" adlı romanı əsasında çəkilmiş 1976-cı il türk filmi. İllərdir heç kəsin sahib ola bilmədiyi malikanənin sahibi Mələk xanım süt oğlu Şaban zənn edərək Şabanın dostu Ramazanı evə alır. Amma əsəbi qardaşı Hüsaməddinə Ramazanı kürəkəni Bayram olaraq tanıdır. Malikanəyə həqiqi Şaban və həqiqi Bayramın gəlməsiylə işlər qarışır. Bayramın bacısı Bihtərə aşiq olan Şaban onun ardınca dolaşır. Bayramın atasının evə qulyabani gətirməsiylə işlər daha da qarışır. Məsələni həll edən Şaban, kürəkən Bayram və Ramazan medalla təltif olunur. Kamal Sunal - Şaban Şənər Şən - Hüsaməddin Adilə Naşit - Mələk Halit Ağcatəpə - Ramazan Halə Soyqazi - Bihtər Ayşən Qruda - Əminə Ergin Orbəy - Bayram Jalə Altuğ - Afifə Yasəmən Əsmərgül - Yasəmən Əli Şən - Kərami bəy Türkər Təkin - eşikağası Dinçər Çəkməz - çavuş Firudin Çölkeçən - Sərraf əfəndi Filmin çəkilişləri İstanbulda Yeşilköydəki Simenoğlu malikanəsində həyata keçirilmişdir. Xüsusən Arzu filmin komediya filmlərinin çəkildiyi bu malikanə 1979-cu ilə qədər sinemaya xidmət etdi. Əli Şənin canlandırdığı Kərami bəy və ailəsinin yaşadığı malikanə səhnələri üçün Sarıyerin Yeniköy səmtindəki Səid Həlim Paşa yalısından istifadə olunmuşdur.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.
Karamazov qardaşları
Karamazov qardaşları (rus. Братья Карамазовы, /'bratʲjə karə'mazəvɨ/) — Rus yazıçısı Fyodor Dostoyevskinin romanı. Dostoyevskinin həyatının zirvə romanı olaraq bilinir. Romanın böyük bir hissəsi Staraya Russada yazılmışdır. Dostoyevski olduqca ağır bir dili olan roman üçün iki ilə yaxın zaman sərf etmiş və 1880-ci ilin noyabr ayında bitirmiştir. Kitabın yayımlanmasından dörd ay sonra yenə bu kitab üçün hazırladığı böyük bir layihə olan "Böyük bir günahkarın xatirələri" ilə məşğul olarkən vəfat etmişdir. Yazıçı bu əsərində oxucunun diqqətini mənəvi-fəlsəfi məsələlərə yönəldir. Əsərin personajları – İvan, Aleksey və Dmitri Karamazovlar varlığın ilkin səbəbi və son məqsədləri haqqında mühakimələrlə məşğuldur. Onlar Tanrı və ruhun ölümsüzlüyü məsələsinə müxtəlif cür yanaşır və öz seçimlərini edirlər. Dünya ədəbiyyatında xristian təfəkkürü təsvirinin ən dərin örnəklərindən olan Karamazov qardaşları XX əsrin ən paradoksal, fəlsəfi və psixoanalitik interpretasiyalarının obyekti olmuşdur.
Karamazov qardaşları (film, 1968)
Karamazov qardaşları — rejissor İvan Pıryevin 1968-ci ildə Fyodor Dostoyevskinin eyniadlı romanı əsasında çəkdiyi üçseriyalı sovet bədii filmi. 1969-cu ildə SSRİ-də ən çox baxılan və ən məşhur film olmuşdur. Tale, Tanrı və məhəbbət haqqında psixoloji dram janrında olan filmdir. Süjet F.M.Dostoyevskinin eyniadlı romanının ana xəttini əhatə edir. Mixail Ulyanov — Dmitri Karamazov Kirill Lavrov — İvan Karamazov Andrey Myaqkov — Alyoşa Karamazov Lionella Pıryeva — Qruşenka Mark Prudkin — Fyodor Pavloviç Karamazov Svetlana Korkoşko — Yekaterina İvanovna Andrey Abrikosov — Kuzma Kuzmiç Samsonov Stanislav Çekan — Samsonovun oğlu Valentin Nikulin — Pavel Smerdyakov Pavel Pavlenko — Zosima Gennadi Yuxtin — Ata İosif Rada Volşaninova — qaraçı Tamara Nosova — Marya Kondratyevna Nikita Podqornı — Mixail Osipoviç Rakitin İvan Lapikov — Lyaqavı 1969 — xarici dildə ən yaxşı filmə görə Oskar mükafatı nominasiyası 1969 — 6-cı Moskva Beynəlxalq Film Festivalının xüsusi prizi 1971 — "Mirvari dənəsi" (rus.
Lümyer qardaşları
Lümyer qardaşları — kinematoqrafın baniləri. İlk pullu kinoseans açılışı 28 dekabr 1895-ci ildə Parisdə Lümyer qardaşları tərəfindən həyata keçirilmişdir. Bu seanslarda natura şəklində çəkilən qısametrajlı filmlər göstərilirdi. Bu qısametrajlı filmlərdə musiqi səsləri xüsusilə seçilirdi. 1907-ci ildə Lümyer qardaşları rəngli fotoqraf adlandırılan "Avtoxrom" aparatı kəşf etmişdilər. Lui Lümyer — kiçik qardaş (daha çox ixtiraçı kimi tanınıb). Ogüst Lümyer — böyük qardaş (daha çox təşkilatçı kimi tanınıb).
Makdonald qardaşları
Riçard Ceyms Makdonald (16 fevral 1909 – 14 iyul 1998) və Moris Ceyms Makdonald (26 noyabr 1902 – 11 dekabr 1971) — McDonald's-ın qurucusu olan amerikalı sahibkar iki qardaş. Onların qurduğu sürətli xidmət sistemi indi daha çox fastfud olaraq tanınır. Makdonald qardaşları Mançester, Nyu-Hempşirdə Patrik və Marqarita Makdonaldın övladları olaraq dünyaya gəliblər. Valideynləri hələ uşaq olarkən ABŞ-yə gəlmiş irland immiqrantlar idi. Makdonald qardaşları 1937-ci ildə Monrovia, Kaliforniyada hot-doq stendi açaraq fəaliyyətlərinə başladılar. Onların ilham mənbəyi şəhərdə yarış pistində yerləşən hot-doq stendi idi. Lakin yarış mövsümü bitdikdən sonra onların müştəriləri azalmağa başlamışdı. Moris, təxminən 100.000 nəfər əhalisi olan və əhalisinin böyük qismi işçi sinfindən ibarət olan San Bernardino şəhərində daha böyük hot-doq restoranı açmağa qərar verdi. Bir çox bankın rədd təklifindən sonra nəhayət 1940-cı ildə Bank of Amerikanın verdiyi kreditlə o, restoranı aça bildi. Uğurlu fəaliyyətə başlayan yeni restoranın gəliri bir il ərzində 40 min dollar olmuşdu.
Marks qardaşları
Marks qardaşları (ing. Marx Brothers) — ABŞ məşhur komediya kvinteti.
Martın qardaşlarının binası
Martın qardaşlarının binası, Qırmızı ev — Rostov-na-Donu şəhəri ərazisində, Bolşaya Sadovnaya küçəsi və Krepesnovo xiyabanında yerləşən bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stildə inşa edilsə də Binanın ilk sahibi İvan Romanoviç Martın olmuşdur. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxildir. İki mərtəbəli qırmızı kərpiçdən inşa edilmiş bina. Bina 1893-cü ildə N. M. Sokolovun layihəsi əsasında inşa edilmişdir. Bina eklektik stilində inşa edilsə də, rusqotikası elementləri belə vardır. Binanın künc hissəsində qüllələr vardır. Bınanın ilkin sahibi britaniyalı İvan Romanoviç Martın olmuşdur. Sonrakı mülkiyyətçi isə onun həyat yoldaşı P. İ. Martın olmuşdur.
Mayılov qardaşları
Mayılov qardaşları (erm. Մայիլյան եղբայրներ) — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində fəaliyyət göstərmiş erməni əsilli neft maqnatları. Qardaşlar filantropiya sahəsindəki fəaliyyətləri ilə də tanınmışdır. Bəzi mənbələrə görə Mayılov qardaşları Rusiya imperiyası ərazisində kürünün ilk istehsalçıları olmuşdular. Bakıda bir sıra mədəni işlərin həyata keçirlməsinə maddi yardım göstərən qardaşların əsas işi kimi 1910-cu ildə tikilmiş Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası göstərilir. Sözügedən bina Mayılov qardaşlarının vəsaiti hesabına inşa olunmuş və tikinti işləri 1911-ci ildə tamamlanmışdır. Qardaşların vəsaiti hesabına Ermənistanda bəzi ictimai obyektlərin tikintisi baş tutmuşdur. Mayılyan qardaşları Daniel, İvan (Hovannes) və Lazardan ibarət olmaqla üç qardaş olmuşlar. Qardaşların əsas gəlirləri Bakı ətrafı kəndlərdə yerləşən neft mədənlərindən gəlməkdə idi və bununlada dövrünün varlı sənaye kapitalistlərinə çevirilmişdilər. Neft sənayesi ilə yanaşı Rusiya imperiyasının bazarındakı kürü biznesi də bir müddət Mayılov qardaşlarının nəzarəti altında olmuşdur.
Meşə Qardaşları
Meşə Qardaşları (1905-1906)
Meşə Qardaşları (Dərbənd)
Meşə qardaşları (rus. Лесные братья) və ya Dərbənd camaatı (rus. Дербентский джамаат) — Rusiyanın Dağıstan respublikasında, Qafqaz Əmirliyi Şəriət Camaatının tərkibində olan İslamçı Cihadçı qrup. Qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar etmiş, terror aktları təşkil etmiş, vəhabi ədəbiyyatı yaymış və Dağıstanda və Azərbaycanda təbliğat və təşviqat işləri aparmışdır. Qrup Rappani Xəlilov tərəfindən yaradılmışdır. 2007-ci ilin sentyabrında vəfat etdikdən sonra qrupa Əmir Əbdül Məcid rəhbərlik etmişdir. Çeçen müharibələrinin iştirakçısı olan Məcid 2008-ci ilin sentyabrında öldürüldü və yerinə İsrapil Vəlijanov keçdi. 2011-ci ilin aprelində Vəlijanovun ölümündən sonra Dərbənd camaatı, qalan üzvləri 2016-cı ilin noyabrında öldürülənə qədər fəaliyyət göstərməsinə baxmayaraq, istiqamətini dəyişdi. Qrupa 2007-ci ilin sentyabrında vəfat edənə qədər Rappani Xəlilov rəhbərlik etmişdir. Daha sonra Azərbaycanın Zaqatala rayonundan olan, Əmir Əbdül Məcid kimi tanınan İlqar Mollaçiyev, Dərbənd camaatının komandiri təyin edildi.
Monqolfiye qardaşları
Monqolfiye qardaşları - 1783-cü ilin 4 iyun tarixində dünyada ilk dəfə hava şarı ilə uçuş həyata keçirmiş fransız qardaşlar. Yozef Mikel Monqolfiye və Yakob Etyen Monqolfiye yaşadıqları Annonay kəndində, diametri 10.5 metr olan torbanın içərsinə isti su dolduraraq, ilk qeyri-rəsmi uçuşu həyata keçirmişdilər. Həmin uçuş zamanı hava şarı 450 metr hündürlüyə qədər yüksəlmiş, 10 dəqiqə ərzində 2 kilometr məsafə yol getmişdir. Bütün təlimlərdən sonra, Monqolfiye qardaşları şəhər mərkəzində, uçuş həyata keçirmək qərarına gəlirlər. 19 sentyabr 1783-cü ildə kütlə qarşısında, ilk uçuş icra edilir. Kütlənin arasında məşhur diplomat Bencamin Franklin də vardı. Uçuş Paris şəhərində, uğurla icra edilmişdir. Uçuş əsnasında, hava şarının səbətinə, bir xoruz, bir ördək və bir qoyun qoyulmuşdur.
Nobel qardaşları
"Branobel" və ya tam adı ilə "Nobel qardaşlarının neft istehsalı şirkəti" — Lüdviq Nobelin qardaşı Robert Nobel ilə birlikdə qurduğu şirkət. Onların sifarişi ilə İsveçdə tikilən və Xəzərə gətirilən "Zorastr" gəmisi dünyada ilk neft daşıyan tanker idi. Nobel mükafatının gəlirlərinin əsas mənbəyi "Branobel" şirkəti olub. Şirkət gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə edib. Nobellərin Bakıya gəlməsi XIX əsrin 70-ci illərinin əvvəlinə — iltizam sistemi buxovlarından azad olmuş neft sənayesinin tədricən inkişaf etməkdə olduğu vaxta təsadüf edir. Robert Nobel Lüdviq tüfəng zavodunda qundaq hazırlanmasında adətən istifadə edilən və xaricdən gətirilən qoz ağacını başqası ilə əvəz etmək üçün Azərbaycanın dağlıq rayonlarına yola düşdü. Lakin bu səfər uğursuz oldu, çünki az sonra hökumət bu məqsədlə daha asan başa gələn ağcaqayın ağacından istifadə etməyi qərara almışdı. Robert Nobel Bakıda neft sənayesinin vəziyyəti ilə yaxından tanış olmuş və başa düşmüşdü ki, yaxın gələcəkdə bu sahə yaxşı mənfəət gətirəcəkdir. 1873-cü ildə Peterburq a gələn Robert qardaşı Lüdviq Nobeli Bakı neft sənayesinə sərmayə qoymağa razı salmış və 1875-ci ildə onun razılığı ilə Sabunçu da bir neft sahəsi alaraq orada qazma işinə başlamışdı. Bundan əlavə, Robert Nobel 25 min rubla ağ neft istehsal edən kiçik zavod almış və neft emalçıları sırasına qoşulmuşdu.
Nobel qardaşlarının ilk uğuru (film,2019)
Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
Nobel qardaşlarının ilk uğuru (film, 2019)
Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film. Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (film, 1990)
Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları (ing. No Retreat, No Surrender 3: Blood Brothers) — 1990-cı ildə Luks Lou tərəfindən çəkilən döyüş filmidir. Mərkəzi Kəşfiyyat İdarəsinin nümayəndələrindən biri Con Aleksandr köhnə düşməni Franko tərəfindən öldürüldükdən sonra onun böyük oğlu Keysi kiçik qardaşı Uili kəşfiyyata qatılmasını istəmir. Ancaq Vill şəxsən Frankodan qisas almağı planlaşdırır və Floridaya gəlir. Keysi Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Frankonu axtarmağa çalışır... Nə geri çəkil, nə də təslim ol 3: Qan qardaşları — Internet Movie Database saytında.
Orucov Qardaşları Mətbəə Nəşriyyatı
Orucov Qardaşları Mətbəə Nəşriyyatı — 1906–17-ci illərdə Bakıda Oruc, Qənbər və Abuzər Orucov qardaşlarına məxsus mətbəə-nəşriyyat. Oruc, Qəmbər və Abuzər Orucov qardaşları XIX əsrin sonlarında Bərdənin Alpout kəndində anadan olublar. Bərdədə olan mülklərini sataraq Bakıya köçüblər. 1906-cı ilin payızında mətbəə açmaq üçün Varşavadan çap maşını gətiriblər. Nəşriyyatın kitab çapından başqa kitab və yazı ləvazimatı satan mağazaları da olub. Nəşriyyat İstiqlaliyyət küçəsində Tağıyevə məxsus binada yerləşirdi. Bu nəşriyyatda qardaşlar tərəfindən Azərbaycan, rus, avropa və şərq xalqları ədəbiyyatına aid bir çox kitablar çap edilib. 12–13 il (1905–1918) fəaliyyət göstərən mətbəə bu illərdə elmin müxtəlif sahələrinə aid və müxtəlif dillərdə 300-dən çox kitab və kitabça çap etmişdir. Azərbaycan yazıcılarından A. Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, S.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü. Hacıbəyov və başqa klassiklərin onlarla əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Orucov qardaşları Azərbaycan ədəbiyyatı nümunələrinin nəşrinə geniş yer verirdi.
Qasımov qardaşları
Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvələrində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı , Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər. Bundan başqa qardaşlar xeyriyyəçiliklə də məşğul olublar. Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır.
Qrakx qardaşları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Qrakxus qardaşları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Qrakxus qardaşlarının islahatları
Məşhur Qədim Roma islahatçıları Tiberi Semproni Qrakxus və Qay Semproni Qrakxus. Tiberi Semproni Qrakxus (e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproniy Qraqxusun böyük qardaşı. Qrakxların islahatlarının əhəmiyyəti böyük idi. Onların əsas nəticəsi siyasi böhranın və silahlı mübahisənin başlaması idi. Qrakxlar həll edilməsi vacib olan bir sıra qanun layihələri irəli sürdülər: müttəfiqlər məsələsi, aqrar məsələ, əyalətlərin idarəsi, məhkəmələrin yenidən təşkili və s. Qrakxlar hərəkatı demokratik hərəkatın təzahürü idi, ancaq onun zəif yerləri də aşkar olundu. Buna baxmayaraq romalıların və italiklərin geniş təbəqləri bu mübarizəyə cəlb olundular. Qrakxçı hərəkatı yeni siyasi stil yaratdı, xalq yığıncağına arxalanan siyasət.
Qrimm qardaşları
Qrimm qardaşları (alm. Brüder Grimm‎; Yakob Qrimm (1785–1863), Vilhelm Qrimm (1786–1859) — alman yazıçıları. Qrimm qardaşları — böyük qardaş Yakob, kiçik qardaş Vilhelmdir. Onların taleyi təxminən eyni olmuşdur. Yakob 78 il, Vilhelm isə 73 il yaşamışdır. Böyük qardaş Yakob Qrimm 1785-ci il yanvarın 4-də, Vilhelm Qrimm 1786-cı il fevralın 24-də Hanau şəhərində anadan olmuşlar. Hər ikisi Marbuq Universitetində hüquq elmləri üzrə təhsil almış, 1837-ci ilə qədər Hottingen Universitetində professor vəzifəsində çalışmışlar. Həmin ildə Hannover kralına and içməkdən imtina etdiklərinə və demokratik görüşlərinə görə Universitetdən qovulmuşlar. Bir müddət işsiz qaldıqdan sonra 1841-ci ildə Berlin Universitetində iş tapmış, professor vəzifəsinə yüksəlmiş, Prussiya Elmlər Akademiyasının üzvü olmuşlar. İlk dəfə Alman mifologiyasını toplayıb mifologiya elminin əsasını qoyan Qrimm qardaşları 4 cilddən ibarət "Alman mifologiyası" əsərini yaratmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.47 dəfə / 1 mln.
2002 ••••••••••• 13.70
2003 •••••••••••• 13.78
2004 •••••••••••••• 16.84
2005 •••••••••••••••••••• 24.97
2006 ••••••••• 11.04
2007 •••••• 7.40
2008 ••• 2.68
2009 •••••• 7.20
2010 ••• 3.36
2011 •••• 3.95
2012 ••••••• 8.17
2013 •••••••••••• 14.30
2014 •••••••••• 11.67
2015 ••• 3.06
2016 •• 1.91
2017 ••• 2.76
2018 ••• 2.85
2019 ••••• 5.15
2020 ••• 2.52

"qardaşlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qardaşlar nədir? #qardaşlar sözünün mənası #qardaşlar nə deməkdir? #qardaşlar sözünün izahı #qardaşlar sözünün yazılışı #qardaşlar necə yazılır? #qardaşlar sözünün düzgün yazılışı #qardaşlar leksik mənası #qardaşlar sözünün sinonimi #qardaşlar sözünün yaxın mənalı sözlər #qardaşlar sözünün əks mənası #qardaşlar sözünün etimologiyası #qardaşlar sözünün orfoqrafiyası #qardaşlar rusca #qardaşlar inglisça #qardaşlar fransızca #qardaşlar sözünün istifadəsi #sözlük