qarış-qarış sözü azərbaycan dilində

qarış-qarış

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qarış-qarış • 99.4898%
  • Qarış-qarış • 0.5102%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. == Məzmun == Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.22 dəfə / 1 mln.
2011 ••• 0.26
2012 ••••• 0.43
2013 •• 0.15
2014 •••• 0.34
2015 •••••••••••••••••••• 2.04
2020 ••• 0.27

qarış-qarış sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Qarışla ölçərək. Qarış-qarış ölçmək. Yeri qarış-qarış bölmək. // Hər dəfəsində bir qarış. Yaşıl otlar gecələr qarış-qarış qalxır. Ə.Vəliyev. 2. məc. Qarışla ölçər kimi, heç bir yerini buraxmadan; hər tərəfini, hər yerini, hər nöqtəsini. O yerləri qarış-qarış gəzmişəm. O bu rayonu qarış-qarış bilir. – Gəzib bu dost elləri dolansan qarış-qarış; Hər yanda görəcəksən: yüksəliş, zəfər, yarış. Ə.Cəmil.

    Azərbaycan dilinin izahlı lüğəti / qarış-qarış

qarış-qarış sözünün rus dilinə tərcüməsi

  • 1 пядь за пядью

    Azərbaycanca-rusca lüğət / qarış-qarış
  • 2 нареч. 1. пядью (измерение чего-л.) 2. пядь за пядью, каждый шаг, вдоль и поперек, повсеместно. Döyüşçülərimiz düşmən tərəfindən zəbt olunmuş ərazini qarış-qarış azad edirdilər наши бойцы пядь за пядью освобождали захваченную врагом территорию

    Azərbaycanca-rusca lüğət / qarış-qarış

qarış-qarış sözünün inglis dilinə tərcüməsi

qarış-qarış sözünün fransız dilinə tərcüməsi

qarış-qarış sözünün ləzgi dilinə tərcüməsi

  • 1 нареч. 1. чӀиб-чӀиб; чипӀералди (мес. алцумун); 2. пер. чӀиб ядай хьиз, са чкани ахъай тавуна, вирина (мес. къекъуьн).

    Azərbaycanca-ləzgicə lüğəti / qarış-qarış

Oxşar sözlər

#qarış-qarış nədir? #qarış-qarış sözünün mənası #qarış-qarış nə deməkdir? #qarış-qarış sözünün izahı #qarış-qarış sözünün yazılışı #qarış-qarış necə yazılır? #qarış-qarış sözünün düzgün yazılışı #qarış-qarış leksik mənası #qarış-qarış sözünün sinonimi #qarış-qarış sözünün yaxın mənalı sözlər #qarış-qarış sözünün əks mənası #qarış-qarış sözünün etimologiyası #qarış-qarış sözünün orfoqrafiyası #qarış-qarış rusca #qarış-qarış inglisça #qarış-qarış fransızca #qarış-qarış sözünün istifadəsi #sözlük