Qasımbəy sözü azərbaycan dilində

Qasımbəy

Yazılış

  • Qasımbəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qasımbəy hamamı
Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid olan tarix-memarlıq abidəsi. Qasımbəy hamamı yarımyeraltı tipli hamamlar qrupuna aiddir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Hamamın xarici görünüşü çox da hündür olmayan yerüstü tikili üzərində yerləşmiş günbəzlərdən ibarətdir. Tikilinin memarlıq həlli, hamamların inşasında istifadə edilən ümumi təşkilat prinsipindən irəli gəlir. Soyunma və sabunlanma otaqları bir-birinə bitişik olmaqla, kiçik künc hücrələri vasitəsilə əlaqələndirilmişdir. Bununla yanaşı, dəhliz də hər iki künc hücrəsinin vahid məkanda birləşdirilməsi ilə yaradılmışdır. == Tarixi == Hamam XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmişdir. Bakı qalasının Salyan qapısı yaxınlığında yerləşən Qasım bəy hamamı xalq arasında həm də "Şirin hamam" adıyla tanınmışdır. Bu ad onunla əlaqəlidir ki, hamama gələn qonaqlara çayla yanaşı müxtəlif şirniyyatlar da təklif edilirdi.
Qasımbəy (dəqiqləşdirmə)
Qasım bəy və ya sadəcə Qasım — Azərbaycanda kişilərə verilən şəxs adı. == Bu adı olan tanınmış insanlar == Qasım bəy Zakir — görkəmli Azərbaycan şairi. Qasım bəy Camalbəyov — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, Naxçıvanın İranda konsulu. Qasım bəy Hacılı-Cavanşir – Mahal naibi, məmur, şair Əsəd bəy Vəzirin atası, şair Qasım bəy Zakirin qaynatası. Qasım bəy Hacıbababəyov — memar. Qasım bəy Misirxanov — Qarabağ bəyi, çar zabiti, praporşik Qasım bəy Qasımbəyov — Bəsirət qəzetinin redaktoru Qasım bəy Heydərov == Bu adda olan abidələr == Qasım bəy hamamı — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan hamam. Qasım bəy məscidi (Həzi Aslanov küçəsi) — Yasamal rayonu Həzi Aslanov küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. Qasım bəy məscidi (Bəşir Səfəroğlu küçəsi) — Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.
Həmid Qasımbəyov
Həmid Həbib bəy oğlu Qasımbəyov (3 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 22 aprel 2005, Bakı) — azərbaycanlı SSRİ hərbi xadimi, vitse-admiral.1945-ci ildə Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak edib. 604 saylı mina təmizləmə gəmisi ilə, güclü artilleriya atəşləri və yapon təyyarələrinin hücumu altında göstərdiyi xidmətə görə Qırmızı Ulduz ordeni ilə təltif edilib. 1957-ci ildə isə, Polşanın Svinouysçe şəhərindəki Sovet Hərbi Dəniz Donanmasının hərbi müdafiə briqadasının komandiri vəzifəsinə təyin olunub. 1970-ci ildə Baltik Dənizi Hərbi Dəniz Donanmasının Baş hərbi qərargahının rəisi təyin edilib. 1971-ci ildə kontr-admiral, 1976-cı ildə vitse-admiral rütbəsi alıb. 1980-ci ildən 1984-cü ilədək fəaliyyət göstərmiş Azərbaycan SSR Ali Sovetinin X çağırışında deputat seçilib. 2 dəfə "Qızıl Ulduz" medalı ilə, 1 dəfə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilməklə birlikdə 30-a yaxın orden və medalla mükafatlandırılıb. 1973-cü ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin komandanı tərəfindən fəxri silah - qılıncla təltif olunub. == Həyatı == Həmid Qasımbəyov 3 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. Kiçik yaşlarında ailəsi Gəncə şəhərinə köçür və o burada Nizami rayonu 3 saylı məktəbdə təhsil almağa başlayır.
Qasımbəyli
BələdiyyələrQasımbəyli bələdiyyəsi — Azərbaycanın Sabirabad rayonunda bələdiyyə.QəsəbələrQasımbəyli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda qəsəbə.KəndlərQasımbəyli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qasımbəyli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımbəyli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qasımbəyli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Qasımbəyli (Naftalan) — Azərbaycanın Naftalan şəhərində kənd.
Qasımbəyli (Ağdam)
Qasımbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımbəyli qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Qasımbəyli (Ağsu)
Qasımbəyli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasını bəyə məxsus 15 kənddən birinin adıdır. Kəndin ilk sakinləri ona məxsus rəiyyət olduğuna görə məntəqə də onun Qasımbəyin adı ilə adlanmışdır. Toponim “Qasım bəyə məxsus kənd” mənasındadır. Qeyd edək ki, Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində, Goranboy r-nunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.
Qasımbəyli (Bərdə)
Qasımbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. XIX əsrin əvvəllərində Şirvan mülkədan Qasım bəyə məxsus ailələr general V.Mədətova bağışlanmış və o da bu ailələri Qarabağa köçürmüşdü. Yaşayış məntəqəsi Qasım bəyin adını daşımış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. == İnfrastruktur == 2015-ci ilin aprel ayının 1-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Qasımbəyli (Cəlilabad)
Qasımbəyli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 243 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qasımbəyli (Goranboy)
Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Qasımbəyli (Naftalan)
Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Qasımbəyli (Sabirabad)
Qasımbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kür çayının sağ sahilində, Mil düzündədir. Kəndin keçmiş adı Mirqasımbəyli olmuşdur. Sonralar mir (“seyid” mənasında) sözü unudulmuşdur. Kənd salındığı ərazinin adı ilə keçmişdə Əyribucaq da adlanmışdır. Qeyd edək ki, Ağsu rayonunun Ərəbmehdibəy inzibati ərazi vahidində, Goranboy rayonunun Tap Qaraqoyunlu inzibati ərazi vahidində, Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.Sabirabad rayonunun Qasımbəyli kəndinin yaranmasi barədə kitablarda və dəqiq mənbələrdə heç bir məlumat yoxdur, amma kənd ağsaqqallarının dilindən belə rəvayət edilir ki, 1800-1810-cu illərdə burada 7 ev (sülalə) yaşayıb. Sonradan digər bölgələrdən - əsasən Kürdəmir rayonundan gələnlərin hesabına böyüyərək yaşayış yeri kimi formalaşmışdır. 2010-cu ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı.
Qasımbəyli bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toloqon Qasımbəyov
Toloqon Qasımbəyov(qırğ. Төлөгөн Касымбеков; 15 yanvar 1931, Akjol kəndi, Aksı rayonu, Qırğızıstan — 16 iyun 2011, Bişkek, Qırğızıstan) — qırğız yazıçısı. == Həyatı == Toloqon Qasımbəyov 15 yanvar 1931-ci ildə Qırğızıstanın Aksı rayonunun Akjol kəndində anadan olmuşdu. İbtidai məktəbdə müəllim işləmiş, sonra kənd sovet sədrinin katibi olmuşdu. 1952-ci ildə "Sovet Qırğızıstanı" jurnalında "Kiçik ilxıçı" povesti ilə ilk qələm təcrübəsinə başlamışdı. Toloqon Qasımbəyov 16 iyun 2011-ci ildə Qırğızıstanın Bişkek şəhərində vəfat edib.
Xəlil bəy Qasımbəyov
Xəlil bəy Firidun bəy oğlu Qasımbəyov (2 (14) fevral 1870, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 23 oktyabr 1919, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Gürcüstan Demokratik Respublikası) — İrəvan Müsəlman Milli Komitəsinin sədri, mühəndis-texnoloq. == Həyatı == Xəlil bəy Firidun bəy oğlu Qasımbəyov 14 fevral (köhnə təqvimlə 2 fevral) 1870-ci ildə İrəvan şəhərində anadan olmuşdur. X. Qasımbəyov 1889-cu ildən 1900-cü ilədəl İrəvan şəhər gimnaziyasında oxuyaraq 8-siniflik tam orta təhsil kursunu bitirib. 9 iyun 1900-cü ildə aldığı kamal atestatındakı qiymətləri heyranedicidir. O yeddi fəndən (o sıradan türk dilindən) 5, beş fəndən isə 4 alıb. Onun şəriət müəllimi İsmayıl bəy Şəfibəyov olub.1900-cü ilin yayında Xarkov III Aleksandr Texnologiya İnstitutuna qəbul olunmaq üçün institutun direktoruna məktub yazıb. X. Qasımbəyov 1-ci kursu problemsiz oxuyub, ancaq bir qədər sonra hansı səbəbdənsə maliyyə çətinlikləri yaranıb, bu üzdən təhsilhaqqını vaxtı-vaxtında ödəyə bilməyib. Buna görə özü şəxsən maddi yardım üçün Hacı Zeynalabdin Tağıyevə müraciət edərək yardım istəyib. 2–3-cü kursları və 4-cü kursun ilk semestreni H. Z. Tağıyevin vəsaiti ilə oxuyub. 10 may 1907-ci ildə Xəlil bəy Qasımbəyova bu məzmunda 2848 saylı arayış verilib ki, o İnstitutun mexanika bölməsinin tam elmlər kursunu bitirib və 7 may 1907-ci ildə İmtahan Komissiyası onu mühəndis-texnoloq rütbəsinə layiq görüb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2009 ••••• 0.16
2011 ••• 0.09
2012 ••• 0.09
2014 ••••••••••• 0.34
2016 •••••• 0.17

Oxşar sözlər

#qasımbəy nədir? #qasımbəy sözünün mənası #qasımbəy nə deməkdir? #qasımbəy sözünün izahı #qasımbəy sözünün yazılışı #qasımbəy necə yazılır? #qasımbəy sözünün düzgün yazılışı #qasımbəy leksik mənası #qasımbəy sözünün sinonimi #qasımbəy sözünün yaxın mənalı sözlər #qasımbəy sözünün əks mənası #qasımbəy sözünün etimologiyası #qasımbəy sözünün orfoqrafiyası #qasımbəy rusca #qasımbəy inglisça #qasımbəy fransızca #qasımbəy sözünün istifadəsi #sözlük