Qasıməli Cantoşev
Qasıməli Cantoşev (qırğ. Касымалы Жантошев;; 2 sentyabr [15] 1904, Tənizbay kəndi, Ak-Suu rayonu, İsıkgöl vilayəti, Qırğızıstan - 13 avqust 1968, Frunze) - qırğız ədəbiyyat və ictimai xadimi, yazıçı, dramaturq, tərcüməçi, aktyor, rejissor. Qırğızıstan SSR-in əməkdar artisti (1946), Qırğız SSR xalq yazıçısı (1968) olmuşdur. SSRİ Yazıçılar İttifaqı (1934) olmuşdur.
== Həyatı ==
1926-cı ildə A.Kuttubayev, A.Botaliyev, S.Sabayev, K.Eşimbəyov və başqaları ilə birlikdə ümid verən gənc olaraq Qırğızıstan musiqi və dram studiyasına qəbul edildi. Musiqi və dram studiyasında çalışdığı illərdə bir neçə rol oynamış, eyni zamanda ilk pyeslərini: "Çobanlar", "Karaçaç", "Qırmızı və Mariya" və s. yazmışdır.
Sonradan Q.Cantoşevin yuxarıda göstərilən bütün pyesləri səhnəyə qoyulub. 1930-cu ildə Frunze şəhərində Pedaqoji Texnikumu bitirmışdır. Qırğızıstan Pedaqoji Kollecində müəllim işləyib, bir müddət kənd məclislərinin sədrlərinin hazırlanması kurslarından dərs keçib.