Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü
Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü (qeyri-rəsmi və sadəcə olaraq Ozon Günü də adlanır) — Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilmiş və 16 sentyabrda təyin olunan gün. Bu təyinat 19 dekabr 2000-ci ildə, 1987-ci ildə dövlətlərin Ozon qatını məhv edən maddələr üzrə Monreal protokolunu imzaladığı tarixin xatirəsinə verilmişdir. 1994-cü ildə BMT Baş Assambleyası 1987-ci ildə Ozon qatını məhv edən maddələrə dair Monreal Protokolunun imzalanmasının xatirəsini qeyd edərək, 16 sentyabr tarixini Beynəlxalq Ozon təbəqəsinin mühafizəsi günü elan etdi.