Qaudi sözü azərbaycan dilində

Qaudi

Yazılış

  • Qaudi • 89.4737%
  • QAUDİ • 10.5263%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antonio Qaudi
Antonio Qaudi kat. Antoni Plàcid Guillem Gaudí i Cornet, isp. Antonio Plácido Guillermo Gaudí y Cornet; 25 iyun 1852, Reys, Kataloniya — 10 iyun 1926, Barselona) — Kataloniya memarı.. == Həyatı == Antonio Qaudi1852-ci ildə Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhədbilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub. Gənc yaşlarından memarlığa maraq göstərərək 1860-cı illərin sonlarında, o günlərdə həm İspaniyanın ən modern şəhəri, həm də Kataloniyanın siyasi və mədəni mərkəzi olan Barselonaya gələn Qaudi, buradakı Escola Provinciya dArquitecture universitetində memarlıq təhsilinə başlamışdır. 1878-ci ildə məzun olan Antonio universitetin rektoru Elias Rogentin bu sözləri ilə məzunlar arasından seçilmişdir: "Ya bir alim məzun edirik, ya da ki bir axmaq. Bunu zaman göstərəcək".
Nataliya Qaudio
Nataliya Qaudio (d. 18 dekabr 1992) — Braziliyanı təmsil edən bədii gimnast. Nataliya Qaudio 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Nataliya Qaudio həmdə 29 dəfə Bədii gimnastika üzrə Cənubi Amerika Çempionatının qızıl medallarını qazanıb. == Karyerası == Nataliya Qaudio 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 65.532 xal topladı və 23-cü yeri tutaraq mübarizəni dayandırdı.
Rasmus Qaudin
Rasmus Qaudin (19 avqust 1995-ci ildə Danimarkada anadan olub) — Vanlose klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Danimarkalı futbolçudur. Millinin əsas oyunçuları federasiya ilə mübahisə zamanı yığmanı tərk etdikləri üçün Anders Fonss 2018-ci ilin sentyabr ayında Danimarka milli futbol komandasında debüt etmişdir. == Milli karyerası == 2018-ci ilin sentyabr ayında Danimarka Futbol Assosiasiyası və futbolçular birliyi UEFA Millətlər Liqasında Uels millisinə qarşı açılış oyununda və Slovakiya millisinə qarşı yoldaşlıq oyununda iştirak edəcək milli komandanın futbolçuları haqqında yeni müqaviləni imzalamalı idilər. Lakin müqavilədə futbolçuların kommersiya hüquqları ilə bağlı bənd mübahisəyə səbəb olmuşdur. Beləliklə, onlar müqaviləni imzalamaqdan imtina etmişlər. Gələcək danışıqları təmin etmək üçün əvvəlki sövdələşmənin uzadılması təklifinin verilməsinə baxmayaraq, DBU UEFA-nın cəzasından yaxa qurtara bilmək üçün komandanın əsas oyunçularını millidən göndərmişdir. Onun əvəzində Yon Yensen yeni baş məşqçi təyin edilmiş və komandanın heyəti yenidən qurulmuşdur. Yeni heyət Danimarka 2-ci divizionu və Danimarka Seriyasında (Danimarkanın üçüncü və dördüncü liqası) çıxış edən futbolçuların qarışığından, həmçinin Danimarka milli futzal komandasında çıxış edən futzal oyunçularından təşkil olunmuşdur.4 sentyabr 2018-ci ildə Qaudin 24 oyunçudan ibarət olan heyətə daxil edilmişdir. O, milli ilə debütünü 5 sentyabr 2018-ci ildə Slovakiya millisinə qarşı yoldaşlıq oyununda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.
Qaudinin Ev-Muzeyi
Qaudinin Ev-Muzeyi — Qaudinin Ev-Muzeyi (kat. Casa Museu Gaudí) ispan memarı Antonio Qaudinin adı ilə yaradılmış və ya onunla əlaqəli olan mebel və əşyalar kolleksiyasını özündə saxlayan tarixi ev muzeyidir. Barselonadakı Park Güelldə ərazisində yerləşir. Ev təxminən 20 il - 1906-cı ildən 1925-ci ilin sonuna qədər memarın iqamətgahı olmuşdur. 28 sentyabr 1963-cü ildə tarixi ev-muzey kimi fəaliyyətə başlamışdır. == Tarix == XIX əsrin sonlarında Kataloniya sənayeçisi Eusebi Güell İngiltərədə qaldıqdan sonra Barselonaya qayıdıb Kataloniya burjuaziyası üçün 1899-cu ildə əldə etdiyi Kan Muntaner de Dalt mülkünün ərazisində bağ şəhəri tikmək niyyəti ilə. O, Antonio Gaudiyə bağçası və bütün lazımi şəraiti olan 60 evin tikintisini nəzərdə tutan layihəsini işləyib hazırlamaq tapşırıb. 1914-cü ildə onun həyata keçirilməsi üzrə işlər dayandırıldı və heç vaxt tamamlanmadı. Planlaşdırılan evlərdən yalnız ikisi tikildi: Dr. Triasa-i-Domenekin evi və sonradan Qaudinin Ev Muzeyinə çevrilən ev.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2012 •••••• 0.09
2014 ••••••••••• 0.17
2020 •••••••• 0.13

Oxşar sözlər

#qaudi nədir? #qaudi sözünün mənası #qaudi nə deməkdir? #qaudi sözünün izahı #qaudi sözünün yazılışı #qaudi necə yazılır? #qaudi sözünün düzgün yazılışı #qaudi leksik mənası #qaudi sözünün sinonimi #qaudi sözünün yaxın mənalı sözlər #qaudi sözünün əks mənası #qaudi sözünün etimologiyası #qaudi sözünün orfoqrafiyası #qaudi rusca #qaudi inglisça #qaudi fransızca #qaudi sözünün istifadəsi #sözlük