qayası sözü azərbaycan dilində

qayası

Yazılış

  • qayası • 79.3103%
  • QAYASI • 18.3908%
  • Qayası • 2.2989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beşbarmaq qayası
Beşbarmaq dağı və ya Baş Bərmək dağı — erkən orta əsrlərdə Qafqaz Albaniyası dövrü Xors-Xurs qayası adlanan və Xorsvem kimi göstərilən Beşbarmaq tarixi Şeşpara ərazisinin başlanğıcı sayılır. Karbonat tərkibli breksiyalaşmış əhəngdaşlarından (dolomitlərdən) ibarət qaya parçası "səhra aysberqi"ni xatırladır və Bakı-Siyəzən avtomobil yolunun 95 km-də ucalır. Beşbarmaq dağı dəniz səviyyəsindən 445 m yüksəklikdədir. Dağın əmələ gəlməsində ilkin versiyalardan biri kimi tektonik hərəkətlərin təsirindən karbonat tərkibli süxurların sıxılması və nəticədə belə bir mənzərənin yaranması göstərilir. Qaya üzərində çoxlu sayda karst tipli boşluqlara, yuvacıqlara rast gəlmək mümkündür. Qayaya şərq və qərbdən baxarkən o, insan əlində olan barmaqları xatırladır və çox güman ki, elə buna görə də bu qayaya Beşbarmaq adı verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 8-də “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb. == Xıdır Zində piri == Bu qayanın digər adı isə Xıdır Zində piridir. Qeyri-adi görünüşü ətraf ərazilərdə yaşayanlar tərəfindən oranın ibadət olunan pirə çevrilməsinə səbəb olmuşdur. Pir Bakı-Siyəzən magistral yolundan 5 km qərbdədir.
Blək qayası
Blək qayası — Şaq qayalıqlarından 10 mil (16 km) cənubda, Cənubi Georgiya adasından 105 mil (169 km) şimal-qərbdə yerləşir. Qaya Avrora adalarından biri hesab edilir. Argentina Blək qaya və Şaq qayalıqları, o cümlədən çox adalara iddia edir. 1982 ildə Folklend müharibəsi zamanı Argentina Cənubi Georgiya və bir sıra adaları işğal etsə də, sonradan bölgədən çəkilməli olmuşdur. Qara qaya inzibati cəhətdən Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Qaya Cənubi Antil silsiləsinin su səthinə çıxdığı yerdə yerləşir.
Bıstrov qayası
Bıstrov qayası — Antarktida, Kraliça Mod Torpağı, Voltat dağ massivində yerləşən qaya. Koordinatları: 71°47′ c. e. 12°34′ ş. u.. İlk dəfə Sovet Antarktika ekspedisiyası zamanı 1961-ci ildə xəritəyə salınmışdır. Qaya rus paleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır. Bu ad 23 noyabr 1966 ildə Beynəlxalq komisiya tərəfindən təstiqlənmişdir.
Dlaqinya qayası
Dlaqinya qayası (bolq. скали Длъгня, ‘Skali Dlagnya’ \ska-'li 'dl&g-nya\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 540 m, eni 60 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Dlaqinya qayası Bolqarıstanın şimalında yerləşən Dlaqinya şəhərinin adını daşıyır. == Yerləşməsi == Dlaqinya qayası {{coord|62|25|38|S|60|09|39|W|} koordinatlarında yerləşmişdir. Qaya Qoritsa qayasından 100 m şimal-qərbdə, Esperanto adasından isə 150 m şərqdə yerləşir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == Livingston Island to King George Island.
Göbələk qayası
Göbələk qayası (ing. Fungus Rock, malta Il-Ġebla tal-Ġeneral) — Malta arxipelaqına daxil olan ada. 60 metr hündürlüyə malik ada Qozo adasından 50 metrlik boğazla ayrılır. Malta cəngavərlərinin generalı qaya üzərində nadir bitki növünü aşkar edir (Cynomorium coccineum). Cəngavərlər bu bitkidən yaralar üçün qan kəsici məlhəm kimi və Dizenteriyanın müalicəsində istifadə edirdilər. Bitki o qədər qiymətli idi ki, onu ali aristokratlar və adanı ziyarətə gələnlərə verirdilər. Böyük maqistr Manuel Pinto de Fonmseka 1746-cı ildə qanı ziyarət etməyi qadağan etmişdir. O, burada gözətçi məntəqəsi təşkil edir. Ada kanat yoluna bənzər 50 metrlik kəndirlərlə Qozo adasına nirləşdirilir. Sonradan isə məlum olur ki, Cynomorium coccineum heç bir müalicə əhəmiyyəti kəsb etmir.
Gəlin qayası
Gəlin qayası (opera)
Kiselyov qayası
Kiselyov qayası – Rusiya Federasiyasının Krasnodar diyarında təbiət abidəsi. Qara dəniz sahilində yerləşir. Kiselyov qayası diyarın Tuapsinski rayonunun qərbindədir. Düz və hamar səthə malik olan bu qayanın hündürlüyü 46 metrdir. Eni isə 60 metrdi. Qaya Tuapse şərhərindən 4 km şimal-qərbdə, Kadoş burnu ilə Aqoy çayının mənsəbi arasında yerləşir. == Kadoş meşə parkı == Kiselyov qayası 700 metrliyində olan Mışinı norki qayası ilə birlikdə qorunan Kadoş meşə parkı ərazisinə daxildir. Parkın ümumi sahəsi 300 hektardır. Qayanın sahəsi isə təxminən 1 hektardır. Sahil klifində olan qayalı ərazidə pitsunda şam ağacları geniş yayılıb.
Qeorqievski qayası
Müqəddəs Hadisə qayası (ukr. Скeля святого Явлення) və ya Georgievski qayası — Yəşəm çimərliyindən 140 metr, Fiolent burnundan isə 1,5 km aralıda yerləşən su səthi qaya. Qaya öz adını 891-ci il də burada qəzaya uğramış yunanlarla bağlıdır. Onlar burada Müqəddəs Qeorqievi görürlər. Qayanın üzərində elə həmin ildə onun ikonası aşkarlanır. Bu səbəbdən bir müddət sonra yaxınlıqda Balaklav Müqəddəs-Qeorqievski məbədi inşa edilir 1891-ci ildə qaya üzərində xaç quraşdırılır. Xaç 1920-ci illlərdə bolşeviklər tərəfindən dağıdılır. 14 sentyabr 1991-ci ildə Müqəddəs-Nikolski məbədi tərəfindən 1400 km ağırlığında provaslav xaçı quraşdırılmışdır. Bu xaçın quraşdırılmasında Rusiya Qara dəniz donanması köməklik göstərmişdir. Qeorqievski qayası Balaklav Müqəddəs-Qeorqievski məbədi.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Xəzinə qayası
Xəzinə qayası — Şuşanın cənub-qərb hissəsində yerləşən ərazi. Şuşanın cənub-qərb hissəsində yerləşən "Xəzinə qayası"nın hündürlüyü 200, eni 100 sajenə (1 sajen 2,134 metr uzunluq ölçüsüdür) bərabərdir. Adın yaranması haqqında belə bir rəvayət var: Ağa Məhəmməd şah Qacar qətlə yetiriləndən dərhal sonra hakimiyyəti ələ alan İbrahimxəlil xanın qardaşı oğlu Batmanqılınc Məhəmməd bəy Cavanşir onun Qarabağdan və hərbi səfərlərdə olduğu başqa yerlərdən topladığı çoxlu sərvəti, qızıl-gümüşü, zinət əşyalarını, külli miqdarda pulu və digər qiymətli əşyaları mis qablara doldurub başqalarının əlinə keçməməsi üçün gizlətməyi qərara alır. Həmin qabları gecə vaxtı iki erməni nökərin belinə yükləyib Qırxpilləkəndən Daşaltıya enərək Kirs dağının ətəyində, sıldırım qayaların altında daşlı-kəsəkli bir yerdə basdırır. Geri qayıdanda sirrin açılmaması üçün həmin erməniləri qayadan atır. Elə o vaxtdan da onun sərvətini gizlətdiyi yer el arasında "Xəzinə dərəsi", yaxud da əksər vaxtlarda "Xəzinə qayası" adlanır. Sonralar xəzinəni tapmaq üçün bəzi adamlar orada dəfələrlə axtarış aparsalar da, heç nəyə nail ola bilməyiblər".
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Qodzilla qayası
Qodzilla qayası (ゴジラ岩, Qocira-iva) – Yaponiyada yerləşən, Qodzillaya oxşadılan qayalara verilən ad. Yaponiyada Qodzilla qayası adını daşıyan bir neçə qaya var. Yaponiyadakı ən məşhur Qodzilla qayası Akita prefekturasının Oqa şəhəridəki Şiose burnunda yerləşən Qodzilla qayasıdır. Qaya 1995-ci ildə adlandırılmışdır. Bu qayanın ən tanınmış xüsusiyyəti "ağzıdır". Belə ki, günəşin batdığı saatlarda yaranan "Qodzillanın ağzından alov püskürməsi" mənzərəsi bir çox turisti cəlb edir. Aprel və oktyabr ayları bu mənzərəni qeydə almaq üçün ən yaxşı vaxtlar hesab olunur. Qayanın 30 milyon əvvəl baş vermiş bir vulkan püskürməsi nəticəsində yarandığı güman olunur. Qayanın yerləşdiyi Oqa geoparkında Qodzillanın Quyruğu qayası da yerləşir. Yaponiyanın başqa nöqtələrində də Qodzilla qayası adını daşıyan qayalar yerləşir.
Aslan qayası (poema)
Aslan qayası — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1938-ci ildə yazdığı poema. Əsərin məzmununu əfsanəvi və tarixi faktlar təşkil edir. Poema ilk dəfə "İnqilab və mədəniyyət" jurnalında (1938, № 4–5) dərc edilib. Səməd Vurğunun "Aslan qayası" poemasına epiloq əvəzinə yazdığı bəndlərin çapına 1938-ci ildə senzura icazə verməmişdir. Dərc olunmayan bu bəndlər M.Füzuli adına Respublika əlyazmaları İnstitutunun fondunda (Arxiv 46-da) saxlanılır. == Məzmunu == "Aslan qayası" poeması Səməd Vurğunun yaradıcılığında xüsusi yer tutur. Poemada əfsanəvi və tarixi faktlar vəhdətdə verilir. Şair poemanı 1938-ci ildə qələmə alıb. Poemanın süjeti iki elementdən ibarətdir. Birinci element Ağ at, ağ çuxa barədə el əfsanəsidir.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. == Tarixçə == Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Humay qayası nekropolu
Humay qayası nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndinə gedən yoldan yuxarıda, Nəbi yurdu və Qara pirdən aşağıda, "Humay qayası" dağının ətəyində, təpə üzərində yеrləşən nekropol. == Haqqında == Abidə bir tərəfdən dərin dərə ilə, digər tərəflərdən düzənlik sahələrlə əhatə оlunmuşdur. Sahəsi 1 hektara yaxındır. Nekropoldakı qəbirlərin üzü şərq istiqamətindədir. Qəbirlərin çоxu təbii aşınma nəticəsində dağılmışdır. Nekropolda aparılan araşdırma zamanı yerli əhalidən toplanılan etnoqrafik materiallardan da istifadə edilmişdir. Yerli əhalinin verdiyi məlumata görə vaxtı ilə nekropolun yaxınlığında "Kolluq" adlı yerdə tikili qalıqları olmuşdur. Orada müxtəlif dövrlərdə aparılmış təsərrüfat işləri nəticəsində divar qalıqları dağılmışdır. Bu abidə erkən orta əsrlər dövrünə aiddir.
Müqəddəs Hadisə qayası
Müqəddəs Hadisə qayası (ukr. Скeля святого Явлення) və ya Georgievski qayası — Yəşəm çimərliyindən 140 metr, Fiolent burnundan isə 1,5 km aralıda yerləşən su səthi qaya. Qaya öz adını 891-ci il də burada qəzaya uğramış yunanlarla bağlıdır. Onlar burada Müqəddəs Qeorqievi görürlər. Qayanın üzərində elə həmin ildə onun ikonası aşkarlanır. Bu səbəbdən bir müddət sonra yaxınlıqda Balaklav Müqəddəs-Qeorqievski məbədi inşa edilir 1891-ci ildə qaya üzərində xaç quraşdırılır. Xaç 1920-ci illlərdə bolşeviklər tərəfindən dağıdılır. 14 sentyabr 1991-ci ildə Müqəddəs-Nikolski məbədi tərəfindən 1400 km ağırlığında provaslav xaçı quraşdırılmışdır. Bu xaçın quraşdırılmasında Rusiya Qara dəniz donanması köməklik göstərmişdir. Qeorqievski qayası Balaklav Müqəddəs-Qeorqievski məbədi.
Starik-Kamen qayası
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayəti, Revda şəhər dairəsi bələdiyyə təşkilatının sərhədində, Ural dağlarında yerləşən qaya. Şunut dağından üç kilometr aralıda yerləşən Konovalovski Uval silsiləsinin zirvələrindən biridir. Qaya yaşlı bir insanın başını xatırlatdığından xarakterik forması ilə bu adı almışdır. Geomorfoloji təbii abidə və populyar bir turizm məkanıdır. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində, Konovalovski Uval silsiləsində yerləşir. Şunut dağından 5 kilometr cənub-şərqdə, Bolşaya Lavrovka kəndinin 10,5 kilometr məsafədə yerləşir. Dağın hündürlüyü 648,1 metrdir. Geomorfoloji təbii abidədir. Yuxarıda 25-30 metr hündürlüyündə qəribə qaya formasiyadır. Papaqlı yaşlı bir insanın başını xatırladır.
Cənnət qayası yaşayış yeri
Cənnət qаyаsı yаşаyış yеri — Naxçıvan Muxtar Respublikası ərazisində Tunc və Dəmir dövrünün аbidəsidir. О, Yаycı kəndinin şərqində «Аğ zirət» dеyilən yеrin yахınlığındа yеrləşir. Yаşаyış yеri təbii təpənin üzərində sаlınmış və hər tərəfdən dаğlаrlа əhаtə оlunmuşdur. Sаhəsi 6 hеktаrа yахındır. Аbidənin mərkəzi hissəsində dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı tikintilər, оnun yахınlığındа isə divаr qаlıqlаrı vаr. Yаşаyış yеrinin bəzi hissələrində tikinti qаlıqlаrının uçub tökülməsi nəticəsində dаş yığınlаrı əmələ gəlmişdir. Аşınmа nəticəsində bəzi yеrlərdə mədəni təbəqənin kəsiyi аlınmışdır. Mədəni təbəqə оlduqcа аz sахlаnmışdır. Bəzi yеrlərdə təbəqə 50 sm qаlınlığındаdır. Yеrüstü mаtеriаllаr sахsı qаb sınıqlаrındаn və dən dаşlаrındаn ibаrətdir.

"qayası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayası nədir? #qayası sözünün mənası #qayası nə deməkdir? #qayası sözünün izahı #qayası sözünün yazılışı #qayası necə yazılır? #qayası sözünün düzgün yazılışı #qayası leksik mənası #qayası sözünün sinonimi #qayası sözünün yaxın mənalı sözlər #qayası sözünün əks mənası #qayası sözünün etimologiyası #qayası sözünün orfoqrafiyası #qayası rusca #qayası inglisça #qayası fransızca #qayası sözünün istifadəsi #sözlük