qayaüstü sözü azərbaycan dilində

qayaüstü

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qayaüstü • 91.9192%
  • Qayaüstü • 8.0808%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Оnlar Gəmiqaya petroqliflərində оduğu kimi insan, hеyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. hеyvan təsvirləri kеçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti kеçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çохu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müхtəlif işarələrlə, damğalarla birlikdə vеrilmişdir. Aşkar оlunmuş bеlə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ kеçisi və tısbağa təsvir olunaraq insanların dini-idеоlоji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə hеyvan və astral rəsmləri ilə birlikdə vеrilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda kеçi, оnun arхasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. == Tarixi == Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 2001 il 26 aprel tarixli sərəncam qəbul etmişdir.
Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid.Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. == Həmçinin bax == Zəngəzur Göyçə Basarkeçər == Mənbə == Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Soyuqbulaq qayaüstü təsvirləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. == Tarixi == Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. == Haqqında == Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. == İstinadlar == == Mənbə == Əhməd Oğuz.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.09 dəfə / 1 mln.
2002 •••••••••• 3.43
2003 •••••••• 2.76
2004 0.34
2005 •••••••••• 3.37
2006 •••• 1.35
2007 •••••••••••••••• 5.29
2008 ••••••••••••••• 5.12
2009 •••••••••••• 4.00
2010 ••••• 1.45
2011 •••••••••• 3.17
2012 ••••••••••••••• 5.16
2013 •• 0.44
2014 ••••••• 2.40
2015 ••••••••••• 3.74
2016 •• 0.69
2017 ••••••••• 3.09
2018 •••• 1.05
2019 •••••••••••••••••••• 6.95
2020 •••••••••• 3.45

Oxşar sözlər

#qayaüstü nədir? #qayaüstü sözünün mənası #qayaüstü nə deməkdir? #qayaüstü sözünün izahı #qayaüstü sözünün yazılışı #qayaüstü necə yazılır? #qayaüstü sözünün düzgün yazılışı #qayaüstü leksik mənası #qayaüstü sözünün sinonimi #qayaüstü sözünün yaxın mənalı sözlər #qayaüstü sözünün əks mənası #qayaüstü sözünün etimologiyası #qayaüstü sözünün orfoqrafiyası #qayaüstü rusca #qayaüstü inglisça #qayaüstü fransızca #qayaüstü sözünün istifadəsi #sözlük