Qaydar sözü azərbaycan dilində

Qaydar

Yazılış

  • Qaydar • 98.3607%
  • qaydar • 1.6393%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. == Həyatı == Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Mariya Qaydar
Mariya Yeqorovna Qaydar (ukr. Марія Єгорівна Гайдар; 21 oktyabr 1982, Moskva) — Rus və Ukrayna dövlət və ictimai xadimi və siyasətçi. O, 2015-ci il 30 may-dan Odessa regional şurasının deputatı və 2017-ci il martın 17-dən 2019-cu ilə qədər Ukrayna Prezidentinin xarici məsləhətçisi olmuşdur. Keçmişdə Odessa əyalətinin Sosial Müdafiəsi və Sağlamlığı üzrə Dövlət Administrasiyasının məsləhətçisi (2015-2016), Odessa Rayon İcra Hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini (2016-cı ilin yanvar-may ayları) olmuşdur.
Yeqor Qaydar
Yeqor Timuroviç Qaydar (rus. Его́р Тиму́рович Гайда́р; 19 mart 1956[…], Moskva – 16 dekabr 2009[…], Odintsovo, Moskva vilayəti) — Rusiyanın keçmiş baş naziri, iqtisadçı. Yeqor Qaydar SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olmuşdur. == Həyatı == Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə iqtisad elmləri namizədi, 1990-cı ildə iqtisad elmləri doktoru elmi dərəcələrini alıb. Yeqor Qaydar Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri sayılır. 1990-cı illərdə hökumətdə önəmli vəzifələrdə çalışan Yeqor Qaydar müstəqil Rusiyanın ilk maliyyə naziri olub, daha sonra baş nazirin 1-ci müavini və baş nazir səlahiyyətlərinin icraçısı vəzifələrini tutub. Özəlləşdirmə prosesi məhz Yeqor Qaydarın rəhbərliyi ilə başlanıb. Hökumətdən getdikdən sonra 1994–2001-ci illərdə "Demokratiçeskiy vıbor Rossii" partiyasının lideri olub. 2001–2003-cü illərdə isə "Soyuz Pravıx Sil"in tərkibində fəaliyyət göstərib.
Qavril Qaydarcı
Qavril Arkadi oğlu Qaydarcı (02.09.1937, indiki Moldova Respublikası Qaqauz Yeri MV Kaul rayonunun Kırbaalı kəndi, - 14.02.1998, Kırbaalı)—Qaqauz şairi. == Həyatı == Ədəbiyyata şeirlə gələn Qavril Qaydarcının ilk kitabı 1972-ci ildə çap olunmuşdur. “Ana tarafım” adlandırdığı kitaba şair lirik və ictimai-siyasi məzmunlu şeirlə­rini toplamışdır. Onun poetik yaradıcılığından söz açanlar ru­mın şairi Mixay Emineskydan (1850-1989) təsirləndiyini ya­zırlar. Şair “Kaaviysin can” şeirində yazır: Qavril Qaydarcı insanları barışa, əmin-amanlığa, dincliyə, qardaşlığa çağıran misraları ilə daha çox yadda qalmışdır. Onun savaşa nifrət aşılayan “Eski okoplar” şeiri qaqauz məktəblilə­rinin toplantılarda, bayramlarda çox söylədikləri şeirlərdəndir. Dunay çayına müraciətlə yazdığı “Tuna, Tuna..” şeirində deyir: Şairin əsərlərində torpaq, ana vətən mövzusu aparıcıdır. Xalqının 20-ci yüzildə çəkdiyi əziyyətləri, məhrumiyyətləri poetik dillə qələmə almaqla gələcək nəsilləri bu acıları unutmamağa çağırır. “Ay Bucaam, Bucaam” şeirində yazır: Şair daha çox elmi yaradıcılıqla məşğul olduğundan şeirləri azdır. Bir də onun əsərlərinə 1981-ci ildə çap olunan “Çık, çık günəş” adlı topluda rast gəlirik.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 3.20
2010 •• 0.27
2011 ••• 0.43
2012 •• 0.17
2013 ••••• 0.73
2015 •• 0.17
2019 ••• 0.42
2020 ••••• 0.80

Oxşar sözlər

#qaydar nədir? #qaydar sözünün mənası #qaydar nə deməkdir? #qaydar sözünün izahı #qaydar sözünün yazılışı #qaydar necə yazılır? #qaydar sözünün düzgün yazılışı #qaydar leksik mənası #qaydar sözünün sinonimi #qaydar sözünün yaxın mənalı sözlər #qaydar sözünün əks mənası #qaydar sözünün etimologiyası #qaydar sözünün orfoqrafiyası #qaydar rusca #qaydar inglisça #qaydar fransızca #qaydar sözünün istifadəsi #sözlük