qayta sözü azərbaycan dilində

qayta

Yazılış

  • qayta • 66.6667%
  • Qayta • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Düzqalxan qaytarma
Düzqalxan qaytarma (lat. Potentilla erecta) - qaytarma cinsinə aid bitki növü.Potentilla erecta (L.) Raeuschel (=Potentilla tormentilla Stokes) - Düzqalxan qaytarma (Dikduran qaytarma, meşə qaytarması, bağlama kök, sarınma, ensiz qaytarma, göbək ot, ishal otu, qaytarma) == Botaniki xarakteristikası: == Düzqalxan qaytarma çoxillik ot bitkisidir. Gövdə yarpaqları oturaq və ya çox qısa saplaqlı, üç hissədən ibarət qovuşuq, iri, dərin bölünmüş yalançı zoğları, uzunsov-tərsyumurtavari və ya neştərşəkilli, damarlı, sıxtükcüklü, bəzən çılpaq və kənarları bölünmüş dişciklidir. Rozetəbənzər yarpaqları üç hissədən ibarət qovuşuq, bəzən yarılmış, şaqqalanmış, ikiyə bölünmüş, 4 və ya 5-ə çatan, uzun saplaqlı olub, çiçəkləmə zamanı ölüşkəyir və quruyur. Nazik, incə və zərif olan çiçəkli gövdəsi aprel və ya may ayında inkişafa baslayır. Yuxarı hissəsi budaqlanan və azca tükcüklüdür. Çiçəkləri sarı, diametri 1sm-ə qədər olub, ləçəkləri 4 ədəddir. Kökümsovu adətən 5-10 sm, əyri və ya düz formalı olub, silindrik, demək olar ki, şarşəkilli, uzunluğu 2-15 sm, yoğunluğu isə 1-3 sm-ə bərabərdir.Dağ-meşə, meşə-çöl, meşə kənarı və bataqlıq kənarlarında bitir.Düzqalxan qaytarmanın 5-10 sm dərinlikdə kökümsovu çiçəkləmə zamanı, xüsusən yazda və son baharda toplanılır. Sonra toplanılan gövdə və kökü soyuq suda yuyularaq tamamilə qurudulur. Xammal havalı yerlərdə, yaxşı ventiliyasiyalı çardaxlarda parça və ya brezent üzərində sərilməli və ya 60оС temperaturda quruducu şkafda qurudulmalıdır.
Gümüşü qaytarma
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Hindistan qaytarması
Hindistan qaytarması (lat. Potentilla indica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Kiçik qaytarma
Kiçik qaraqaytaran (lat. Thalictrum minus) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin qaraqaytaran cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları saplaqlıdır, görünüşünə görə enli-üçbucaqlı, üçqat-dördqat-lələkvaridir, böyük qismi dəyirmi yumurtaşəkilli və ya əksinəyumurtaşəkilli, qaidə hissəsi pazşəkilli və ya dəyirmiləşmiş yarpaqcıqlı, təpə hissədə 2–3 ədəd dişli bölümləri olan üçbölümlü və ya üçdişlidir, alt tərəfdən nəzərə çarpan damar şəbəkəsi vardır. May ayında çiçəkləyir. Çiçək qrupu qollu-budaqlı, çoxçiçəkli, piramidaşəkilli süpürgədir. Çiçəkləri adətən aşağı əyiləndir. Çiçəkyanlığı yarpaqcıqları yaşılımtıl-qonur və ya qırmızımtıl rəngdədir. May-iyul aylarında meyvə verir. Meyvələri 4 mm uzunluqdadır, yumurtaşəkilli-elliptikdir, qabırğalıdır. == Yayılması == Azərbaycanın bütün rayonlarında.
Kolluq qaytarması
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Oğlumu qaytarın (film, 2002)
Oğlumu qaytarın 2002-ci ildə Krishna Vamsinin rejissorluğu ilə Karisma Kapur, Nana Patekar və Sanjay Kapoorun baş rollarda oynadığı, Şahrux Xan, Deepti Naval, Ritu Şivpuri, Anupam Şyam və Prakash Rac kimi aktyorların köməkçi rollarda çəkildiyi hind dilli döyüş triller filmidir. Aishwarya Rai oxuduğu bir mahnı ilə filmdə xüsusi görünüş yaradır. Film 1998-ci ildə Betti Mahmudinin real həyat hekayəsinə əsaslanan Anthahpuram adlı teluqu filminin remeykidir. Betti Mahmudinin real həyatdan qaçmasının orijinal hekayəsi onun özünün yazmış olduğu eyni adlı kitabına əsaslanan Qızım Olmadan (1991) filmində təsvir edilmişdir. == Süjet xətti == Los-Ancelesə əmisinin yanına gələn Nandini artıq Amerikada altı il mühacir həyatı yaşayan Şekharla tanış olur. Onlar qısa zamanda evlənirlər. Toydan bir neçə il ötür. Cütlüyün artıq 3 yaşında oğlu var. Şekhar onun doğma kəndində qanlı qətliamın törədildiyini xəbər alır. Qohumlarına görə narahat olan Şekhar bir neçə günlük vətənə dönməyə qərar verir.
Qaytabaşı bəy Əbdülhəmidi
Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı (10 iyul 1884 və ya 8 fevral 1884, Tiflis – 1920, Nargin adası, Abşeron rayonu) — Azərbaycan hərbi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru. == Kökəni == Əbdülhəmid bəy Qaytabaşının ulu babası Əbdülməcid bəy XVIII əsrin sonlarında İstanbuldan Tiflisə köçmüş və Rusiya imperiyası ordusunda xidmət etməyə başlamışdır. Osmanlı ordusunda xidmət edərkən Əbdülməcid bəy alay komandanı idi və bu vəzifədə çalışan şəxsə Haytabaşı deyilirdi. Rus ordusunda xidmətə başladıqdan sonra Haytabaşı rus dilinə tərcüməyə görə Qaytabaşı formasına düşmüşdür. Əbdülhəmid bəyin atası polkovnik-leytenant Şərif bəy Qaytabaşı, 1835-ci il oktyabr ayının 26-da Tiflis şəhərində anadan olmuşdur. 1890-cı ildə tərtib olunmuş sənədlərdə onun Tiflisdəki Rus ordusunun Mərkəzi Qərərgahının Dəftərxana şöbəsində Şərq dilləri üzrə polkovnik-leytenant rütbəsində tərcüməçi kimi çalışması göstərilmişdir. Bu sənədlərdə həmçinin Şərif bəyin orden və medalarının da siyahısı göstərilmişdirƏbdülhəmid bəy Qaytabaşı 1908-ci ildə Pavlosk Hərbi Məktəbini bitirmişdir. Əbdülhəmid bəy, Şərif bəyin ikinci həyat yoldaşı Qazax qəzasının Şıxlı kəndindən olan mülkədar Mirzə Əliağaoğlunun qızı Xədicə xanımdan olan VII-ci övladı idi. Aprel işğalından sonra qısa müddətə də olsa Azərbaycan Sovet Respublikasının Qərərgah Rəisi olmuşdur. Lakin 1920-ci ilin iyununda Gəncə üsyanında əli olmasında ittiham edilərək güllələnmişdir.
Qaytaq-Tabasaran dairəsi
Qaytaq–Tabasaran dairəsi (rus. Кайтаго-Табасаранский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məcəlis idi.
Qaytaq rayonu
Qaytaq rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında inzibati ərazi vahidi. == Coğrafiyası == Rayonun sahəsi 699 km², inzibati mərkəzi Məcəlis kəndidir. == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 26.870 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Macalis kəndidir (5.766 nəfər).1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 75%-ni darginlər, 9%-ni qumuqlar, 16%-ni isə digər xalqlar təşkil edir. == Kəndləri == Rayonda 46 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Qaytaq usmiliyi
Qaytaq usmiliyi — V–XIX əsrlərdə müasir Dağıstan Respublikasının Qaytaq, Dahadayev rayonlarının bütün ərazisi və Serqoqalla, Dərbənd və Qayakənd rayonlarının bir hissəsini tutan qaytaqların və cənub qumuqların feodal dövləti. Usmilik darginlərin məskunlaşdığı qaytağın şimalındakı dağətəyi əraziləri və qumuqların məskunlaşdığı sahil zonasının bir hissəsini ələ keçirirlər. Bu da onlara Dərbənd və Zaqafqaziyanı Şimali Qafqaz şəhərləri və Qara dəniz regionunun İtaliya koloniyaları ilə birləşdirən ticarət yoluna nəzarət etməyə imkan verirdi. Usmiliyin paytaxtı alınmaz bir dağda yerləşən qədim Qala-Köreyş qala şəhəri idi. XIV əsrin ikinci yarısında Usmilik Qızıl Orda tərəfdarı olduğu üçün Əmir Teymur dəhşətli hücumuna məruz qalır. Bu zərbədən yalnız XV əsrdə özünə gələ bilir. XVI əsrin sonunda Usmiliyin iqamətgahı qaytağın düz hissəsindəki Məcəlis kəndinə köçürülür, bundan sonra Usmilin dağlıq hissəsində təsiri zəifləyir. 1813-cü ildə Qaytaq usmiliyi Rusiya İmperiyasının Qaytaq-Tabasaran dairəsinin tərkibinə daxil olur. == Tarix == === Titulun mənşəyi === Qədim zamanlardan Ulluçay hövzəsinin orta hissəsində Qaytaq usmiliyi mövcud olmuşdur. Hökmdarın "usmi" titulunun mənşəyi aydın deyil: bir versiyaya görə o, ərəbcə "ismi" ("şöhrətli"), digərinə görə "qardaş" mənasını verən dargin "usi" sözündəndir.
Qaytaran Abbasov
Qaytaran Abbasov (d. 12 yanvar 1964, Zəngilan - ö. 16 may 1993, Zəngilan) — Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Qaytaran Abbasov 12 yanvar 1964-cü ildə Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub. 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Qaytaran Abbasov 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Abbasov Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb. Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb. == Qarabağ müharibəsi == Qaytaran Abbasov 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qatıldı.
Qaytarma
Potentilla və ya qaytarma - bitki cinsi.
Qaytarma (bitki)
Qaytarma (lat. Potentilla) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Qaytarma (dəqiqləşdirmə)
Potentilla və ya qaytarma - bitki cinsi.
Qaytarma (rəqs)
Qaytarma (krımtat. Qaytarma) — Krım tatarlarının milli rəqsi. O, təbiət dövriyyəsinin sonsuz hərəkətini simvolizə edir və toylarda və bayramlarda ifa olunur. Krım tatarlardan yanaşı bu rəqsinin müxtəlif növləri həmçinin qırımçaqlarda, kəraimlərdə, urumlarda və Azovyanı yunanlarda var.Bəzi mənbələrdə qaytarmanı qadınlarla kişilərin birlikdə rəqs etdiyi yazılır: kişilər əllərini yumruq şəklində tutub sıçrayışlı hərəkət etməli, qadınlar isə əllərini dairəvi şəkildə çevirərək hamar hərəkət etməli. Başqa mənbələrdə isə onun sadəcə qadınlar tərəfindən və ya qadınlar tərəfindən kişilərdən ayrı ifa olunduğu yazılır. == Tarix == Araşdırmaçı A.V. Boqorodun fikrinə görə, qaytarma rəqsinin mənşəyi dərviş rəqsindən gəlir. Başqa fikrinə görə, o Krıma səfərdlərlə birlikdə, onların 1492-ci ildəki Pireney yarımadasıdan qovulmasından sonra gəlib. Onlardan bu rəqsi Krım qaraçaları alıb. Həmçinin yazılır ki, rəqsin ilk qeydi 1793-cü ilə aiddir.1925-ci ilin yayında Üsein Bodaninskiy, Osman Aqçoraqlı və Asan Refatov Krımın mərkəzi, çöl və şərqi bölgələrin 55 yaşayış məntəqələrində keçirtdiyi ekspedisiyasının nəticəsində rəqsin 25 növü yazdırılıb. == Mədəniyyətdə == 1930-cu illərdə rəssam Ennan Alimov Qaytarma oynağan qız (krımtat.
Qaytarma ansamblı
Qaytarma ― krım tatarlarının xalq rəqs ansamblı. == Tarixi == 1939-cu ildə Yalta Filarmoniyası nəzdində tatar mahnı və rəqs ansamblı yaradıldı. 1937-ci ildə Xalq Sənəti Evi nəzdində ikinci mahnı və rəqs ansamblı yaradıldı, bədii rəhbəri İlyas Bəxşiş, musiqi direktoru Yaya Şerfedinov və baletmeyster Useyn Baqqal oldu. 1939-cu ilin mart ayında bu iki ansambl Moskvada Krım mədəniyyəti günlərini hazırlamaq məqsədi ilə Simferopoldakı Krım Dövlət Filarmoniyasının nəzdinə keçdi. 1944-cü ilin may ayında krım tatarlarının Stalin tərəfindən hazırlanan deportasiyası nəticəsində ansambl fəaliyyətini dayandırdı. 1957-ci ildə ansambl Daşkənddə Dövlət Filarmoniyasının "Qırmızı əmək bayrağı" ordeni altında təzədən fəaliyyətə başladı. Adında "krım tatarı" sözünün istifadəsi qadağan olduğundan ansambl eyni adlı krım tatarlarının xalq rəqsinin adını daşımağa başladı. İlyas Bəxşiş 1957-ci ildə ansamblın ilk bədii rəhbəri oldu. Ansamblın dirçəlişində müharibədən əvvəlki heyyətdən bir çox sənətkar iştirak etdi (1960-cı illərin sonlarına qədər ansamblda xidmət edən Memet Abibullayev kimi). Dirçəliş ansamblındakı rəqsləri məşhur krım tatar xoreoqrafları Usein Baqqal, Akim Cemilev, Ənvər Əliyev səhnələşdirirdilər.1964-cü ildə Daşkənd şəhərindəki Özbəkistan Dövlət Filarmoniyası bəstəkar Edem Nalbandovu tatar mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsinə dəvət edir.1965-ci ildə deportasiya illərindən sonra ilk dəfə tatar mahnı və rəqs ansamblı Orta Asiya respublikalarına və Qazaxıstana, Qafqaz və Şimali Qafqaz respublikalarına, RSFSR-ə qastrol səfərinə çıxdı.
Qaytarqoca silsiləsi
Qaytarqoca silsiləsi — Böyük Qafqazın Azərbaycan Respublikası ərazisində dağ silsiləsi. Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasındadır. Tufan dağı yaxınlığından Dübrar dağının şimal-qərbinə qədər uzanır. Yura və Tabaşirin qumdaşı, əhəngdaşı və gilli şistlərindən təşkil olunmuşdur. Bəzi zirvələrin (Qocadərəbaşı, Kiryaqanıt və s.) hündürlüyü 3000 m-dən artıqdır. Qudyalçay, Qaraçay, Vəlvələçay və s. çayların dərəsilə kəsilmişdir. Alp və subalp çəmənləri ilə örtülüdür. Yay otlağı kimi istifadə olunur.
Qaytarılmış cənnət
"Qaytarılmış cənnət" (ing. Paradise Regained) — Con Miltonun ilk dəfə 1671-ci ildə nəşr olunan poeması. Bu poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına yazılmış bir son söz kimi qarşılanmışdır. "Qaytarılmış cənnət" poeması 4 nəğmə və iki min misradan ibarət idi. == Məzmun == "Qaytarılmış cənnət" poemasında İblisin İsanı aldada bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir. Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza qarşı üsyanın təntənəsi" burada yoxdur. Adəm və Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir, bəşəriyyəti cəhənnəm əzablarından qurtarır.
Qaytağı
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb. == Söz açımı == Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var. 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.
Qaytağı (rəqs)

Qaytağı rayonu
Qaytaq rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasında inzibati ərazi vahidi. == Coğrafiyası == Rayonun sahəsi 699 km², inzibati mərkəzi Məcəlis kəndidir. == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 26.870 nəfər əhali yaşayır. Bu siyahıya almaya əsasən əhalisinin sayına görə rayonun ən iri yaşayış məntəqəsi Macalis kəndidir (5.766 nəfər).1989–cu ildə aparılmış siyahıya almaya əsasən rayon əhalisinin 75%-ni darginlər, 9%-ni qumuqlar, 16%-ni isə digər xalqlar təşkil edir. == Kəndləri == Rayonda 46 yaşayış məntəqəsi var və onların hamısı kənd tipli yaşayış məntəqəsidir.
Qaytağı rəqsi
Qaytağı — Azərbaycanın milli rəqsi. Qafqaz milli rəqslərinə aiddir. Qaytağı rəqsinin 32 növü var, lakin onlardan bizim vaxtımızacan ancaq 4 növü qalıb. == Söz açımı == Çox guman ki, "qaytaq" sözüylə bağlıdır. Bu sözün iki anlamı var. 1) Qaytaq xalqı. Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur.
Qaz qaytarması
Ördək qaytarması, qaz qaytarması (lat. Potentilla anserina) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Argentina anserina (L.) Rydb. Argentina anserina var. concolor (Ser.) Rydb. Argentina argentea Rydb. Argentina vulgaris Lam. Dactylophyllum anserina (L.) Spenn. Dasiphora anserina (L.) Raf. Fragaria anserina (L.) Crantz Potentilla anserina var.
Qocamtıl qaytarma
Qocamtıl qaytarma — Hündürlüyü 50 sm-ə qədər, gövdəsi düz qalxan, yarıdan yuxarısı budaqlanan yumşaq boztükcüklü olan çoxillik ot bitkisidir. Kökümsovu yalançı zoğların qonur rəngli qalıqları ilə örtülmüşdür. == Yarpaq == Kökətrafı və aşağı yarpaqları uzun saplaq üzərindədir, barmaqvari bölünmüşdür, 5-7 ədəd yarpaqcıqlıdır; yuxarı yarpaqları qısa saplaq üzərindədir, 3-5 ədəd yarpaqcıqlıdır; yarpaqcıqlar uzunsov-əksinəyumurtaşəkillidir, qaidə hissəsinə doğru uzun pazvaridir, üst tərəfdən seyrək basıq tüklü, alt tərəfdən boz sıx keçə-tükləri vardır. == Çiçək == Çiçəkləri xırdadır, diametri 10–15 mm, çox nazik çiçək saplağı üzərində yerləşmişdir; ləçəkləri sarıdır, təpə hissədə azacıq girintiliçıxıntılıdır, kasa yarpaqlarından biraz uzundur. == Meyvə == Meyvələri uzununa qırışlıdır, kiçikdir; sütuncuğun uzunluğu meyvənin uzunluğu qədərdir. == Çiçəkləməsi == İyun == Meyvə verməsi == İyun-Avqust. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz., KQ şimal, Nax. dağ., Lənk. dağ. Orta dağ qurşağına qədər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2016 •••••••••••••••••••• 0.17

"qayta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayta nədir? #qayta sözünün mənası #qayta nə deməkdir? #qayta sözünün izahı #qayta sözünün yazılışı #qayta necə yazılır? #qayta sözünün düzgün yazılışı #qayta leksik mənası #qayta sözünün sinonimi #qayta sözünün yaxın mənalı sözlər #qayta sözünün əks mənası #qayta sözünün etimologiyası #qayta sözünün orfoqrafiyası #qayta rusca #qayta inglisça #qayta fransızca #qayta sözünün istifadəsi #sözlük