qayğı sözü azərbaycan dilində

qayğı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qayğı • 97.2099%
  • Qayğı • 2.7745%
  • QAYĞI • 0.0156%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qayğı
Qayğı (film, 1943)
Qayğı (1943)
== Məzmun == Kinooçerk hökumət və xalq tərəfindən hərbi qulluqçuların ailələrinə göstərilən köməklikdən danışır. Müəlliflər bunu balıqçı Əli Abdullayevin ailəsinin timsalında əks etdirmişlər. Balıqçılıq vətəgələrində bir çox işçilər arasında cəbhəçi Əli Abdullayevin arvadı Sara da çalışır. Əri cəbhəyə gedəndən sonra o, qızı ilə tək qalmışdır. Lakin yerliləri Saranı tək qoymur, ona hər cür köməklik edirlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağarza Quliyev Ssenari müəllifi: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev Bəstəkar: Tofiq Quliyev Mahnıların mətni: Məmməd Rahim Səs operatoru: Əziz Şeyxov Mahnı ifa edən: Sara Qədimova === Rolda === Sara Qədimova == İstinadlar == == Mənbə == M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Qayğı (Laçın)
Qayğı — Azərbaycanın Laçın rayonu Qayğı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Tarixi == 18 may 1992-ci ildə işğal edilib Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Laçın rayonunun tərkibindəki yaşayış məntəqəsi Qayğı qəsəbəsi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qayğı qəsəbəsi mərkəz olmaqla Qayğı qəsəbə inzibati-ərazi vahidi yaradılmışdır.2022-ci ilin avqust-sentyabr aylarında istifadəyə verilən Laçın dəhlizinə alternativ çəkilmiş yeni yolun üzərində yerləşir. == Toponimikası == 1988–1989-cu illərdə Ermənistandan didərgin salınmış Azərbaycan ailələri üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən "Qayğı" cəmiyyətinin vəsaiti hesabına salındığından belə adlanmışdır. == Coğrafiyası və iqlimi == Qəsəbə Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qayğı qəsəbəsi

İnsana qayğı (film, 1978)
Bizim Qayğılarımız (1979)
Bizim qayğılarımız qısametrajlı sənədli filmi rejissor Teyyub Axundov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Şamaxı rayon partiya komitəsinin I katibi F. Mustafayevin gündəlik fəaliyyətindən və rayon zəhmətkeşlərinin fədakar əməyindən danışılır. == Məzmun == Filmdə Şamaxı rayon partiya komitəsinin I katibi F. Mustafayevin gündəlik fəaliyyətindən və rayon zəhmətkeşlərinin fədakar əməyindən danışılır.
Bizim qayğılarımız (film, 1979)

Qayğıkeş ağacqurbağası
Qayğıkeş ağacqurbağası (lat. Cryptobatrachus) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi. == Növləri == Cryptobatrachus boulengeri Cryptobatrachus fuhrmanni Cryptobatrachus nicefori Cryptobatrachus conditus Lynch, 2008 Cryptobatrachus pedroruizi Lynch, 2008 Cryptobatrachus ruthveni Lynch, 2008 Cryptobatrachus cf.
Qayğısız əkizlər (film, 1997)
Qayğısız əkizlər (hind: जुड़वा; Rom: Judwaa; Azərbaycan dilinə tərcüməsi: “Əkizlər”) hind dilində çəkilmiş, 7 fevral 1997-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş hind romantik komediya filmidir. Ceki Çanın Əjdaha Əkizləri filminin əsasında 1994-cü ildə Teluqu dilində çəkilmiş “Salam Qardaş” filminin remeykidir. (1994).
Xoşbəxtlik Qayğıları (1976)
== Məzmun == Film insan səadətinin, ailə xoşbəxtliyinin təkcə maddi nemətlərin əldə olunması ilə ölçülməməsindən bəhs edir. Rüxsarə(Şəfiqə Məmmədova) ilə oğlu İbrahimin (Firuz Babayev) qayğısı böyükdür. Onları evdə böyüyən beş qızın-Gülxar(Şükufə Yusifova), Xalidə(Xalidə Quliyeva), Səkinə(Dilarə Hüseynova), Zöhrə(Cəmilə Ağayeva) və Sevincin(Rəna Cəfərova) gələcək taleyi çox narahat edir. Rüxsarənin arzusu qızların hər birinə cehiz vermək, necə deyərlər, "ata-baba" qaydası ilə ər evinə yola salmaqdır. İbrahim ailə səadətinin cehizlə, par-par parıldayan mebellə ölçülmədiyini yaxşı bilir. Lakin anasının xatirinə qızlara cehiz pulu qazanmağa çalışır. Bacılar da başa düşürlər ki, xoşbəxtliyin təməli heç də cehizlə qoyulmur. Sevdiyin adamla əl-ələ versən, həyatın bütün sınaqlarından alnıaçıq çıxa bilərsən... == Festivallar və mükafatlar == 1)1977-ci ildə Riqada X Ümumittifaq Kinofestivalı "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" rejissor Həsən Seyidbəyliyə münsiflər heyətinin Xüsusi Diplomu verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi : Həsən Seyidbəyli Quruluşçu rejissor : Həsən Seyidbəyli Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Məmməd Hüseynov, Mayis Ağabəyov Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Akif Nuriyev Rejissor : Elmira Əliyeva Operator : Yuri Varnovski Geyim rəssamı : Tatyana Əmirova Dekor rəssamı : Əli Əliyev Qrim rəssamı : Elbrus Vahidov Montaj edən : Esmira İsmayılova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev Rejissor assistenti : Aydın Mahmudbəyov, C. Şahverdiyev, C. Məmmədov Operator assistenti : V. Romanov, Vaqif Bağırov, İ. Kopanets Redaktor : Əhmədağa Qurbanov Mahnıların mətni : Tələt Əyyubov, S. Mustafazadə Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : D. Ştilman Filmin direktoru : Daniil Yevdayev === Rollarda === Firuz Babayev — İbrahim Şəfiqə Məmmədova- Rüxsarə Xalidə Quliyeva(Xalidə Qasımova kimi)- Xalidə Şükufə Yusupova- Gülxar Dilarə Hüseynova — Səkinə Cəmilə Ağayeva- Zəhra Rəna Cəfərova- Sevinc Nəsibə Zeynalova- Kişvər Zahirə İsmayılova- Zəkiyyə Əli Zeynalov- Zəkiyyənin atası Rasim Balayev- Sənan Tahir Yaxın- Mürsəl Ələsgər Məmmədoğlu- Əlövsət Muxtar Maniyev- Şahlar Mehdi Seyidbəyli- Mehdi Hicran Mehbalıyeva-İbrahimin iş yoldaşı Ofeliya Aslan(Ofeliya Aslanova kimi)-Bağ sahibəsi Məmməd Əlili- Çayçı F. Adıgözəlzadə Ənvər Həsənov- Nuru Mayak Kərimov-İbrahimin iş yoldaşı Gülxar Həsənova-Sənanın anası (titrlərdə yoxdur) Hacıməmməd Qafqazlı-Sənanın atası (titrlərdə yoxdur) Sadıq Həsənzadə-Bağ sahibi (titrlərdə yoxdur) Gündüz Abbasov-Bağ sahibi (titrlərdə yoxdur) === Filmi səsləndirənlər: === Şahmar Ələkbərov-İbrahim (Firuz Babayev) Əliabbas Qədirov — Mürsəl (Tahir Yaxın) (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография.
Xoşbəxtlik qayğıları (film, 1976)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 90.14 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 167.88
2003 •••••••••••••••••••• 198.81
2004 ••••••••••••• 126.33
2005 ••••••••••••••• 148.45
2006 •••••••••••• 118.70
2007 ••••••••••••• 120.09
2008 ••••••••••••• 122.05
2009 ••••••••••• 107.51
2010 ••••••••• 80.33
2011 •••••••• 76.27
2012 ••••••••• 85.36
2013 •••• 37.20
2014 ••••••• 59.72
2015 ••••••••• 84.21
2016 ••••••• 62.47
2017 ••••••• 60.81
2018 ••••••• 65.62
2019 ••••••••••• 107.79
2020 ••••••••••••• 126.77

qayğı sözünün leksik mənası və izahı

  • 1 is. 1. Birinin rifahı üçün göstərilən diqqət, ya fəaliyyət; birinin fikrini çəkmə, dərdinə qalma, qeydinə qalma. Bilmədim o günün ani nəşəsi; Mənə dərd olacaq ömrüm uzunu; Bəlkə ev qayğısı, övlad nəfəsi; Olmasa indi də duymazdım bunu. M.Araz. // Fikir, əndişə, təlaş. Hər gün onun [Firidunun] vaxtı min bir qayğı içərisində keçirdi. M.İbrahimov. □ Qayğı göstərmək (çəkmək) – 1) birinin rifahı üçün çalışmaq, fikrini çəkmək, qeydinə qalmaq. [Hacı Nəsir:] …Mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? S.S.Axundov; 2) dərd çəkmək, fikir çəkmək. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Qayğısına qalmaq – bax qayğı göstərmək 1-ci mənada. Nəsib dayı onun [Zeynəbin] hər dərdini bilmək, qayğısına qalmaq istəyirdi. İ.Şıxlı. // Baxma, qulluq etmə, xidmət etmə. Qayğı olsa bitkilər yaxşı bitər. // məc. Şəfqət, nəvaziş. Əminə bir bacı qayğısı ilə Əjdərin başındakı sarğıları düzəltdi. S.Rəhimov. 2. Dərd, möhnət, fikir, qəm. Onun heç bir qayğısı yoxdur. – Hayıf, ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq.

    Azərbaycan dilinin izahlı lüğəti / qayğı

qayğı sözünün etimologiyası

  • 1 Kökü “göy” (od, yanmaq) deməkdir. Qayğı kiminsə halına yanmaqla bağlıdır. Rus dilində də печаль, горе sözləri “yanmaq” mənasını əks etdirir (müqayisə et: печь, гореть...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qayğı

qayğı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 fikir — dərd — möhnət — qəm

    Azərbaycan dilinin sinonimlər lüğəti / qayğı
  • 2 QAYĞI ..qoca bəstəkarın sonsuz qayğısı, məni ruhlandıran mehriban danışığı ..mənə qol-qanad verirdi (B.Bayramov); QEYD [Pəri Cadu:] Cəmi dünyanın qeydini yadından çıxarırsan (Ə.Haqverdiyev); ƏNDİŞƏ ..Mənəm qalan həmin bu əndişədə; Zəmanə dolanıb, qovğaya bir bax! (Q.Zakir); YÜK (məc.) Gülsümün yükü və dərdi-qəmi gündən-günə artmaqda idi (Ə.Haqverdiyev); QƏM (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qayğı

qayğı sözünün rus dilinə tərcüməsi

  • 1 забота, попечение

    Azərbaycanca-rusca lüğət / qayğı
  • 2 сущ. 1. забота. Daimi qayğı постоянная забота, xalqın rifahı qayğısı забота о благосостоянии народа, qayğı hiss etmək (duymaq) чувствовать (ощущать) чью-л. заботу 2. хлопоты, озабоченность, беспокойство; волнение, тревога 3. уход, попечение, внимание. Ağaclar normal qayğı tələb edir деревья требуют нормального ухода 4. разг. ласка, милосердие. Qayğınıza görə çox sağ olun спасибо за вашу ласку 5. разг. горе, скорбь, грусть, печаль, огорчение, страдание ◊ qayğı göstərmək kimə проявлять заботу о ком, окружать заботой кого, уделять особое внимание к ому; qayğısını çəkmək kimin заботиться о ком; qayğısına qalmaq kimin ухаживать, проявлять заботу; окружать вниманием кого; оказывать услуги к ому, qayğısı başından aşıb хлопот полон рот

    Azərbaycanca-rusca lüğət / qayğı

qayğı sözünün inglis dilinə tərcüməsi

  • 1 i. care (of, for), concern (for); preoccupation; insan ~sı caring of people, concern for people’s welfare; gələcəyin ~sı concern for the future; ailə ~ları preoccupations about family affairs; ~ çəkmək to be* worried / anxious (about); ~sına qalmaq / ~sını çəkmək to look after (d.), to take* care (of); uşaqların ~sını çəkmək to take* care of children, to look after chidren; ~ ilə əhatə olunmaq to be* given every support / encouragement; O heç nəyin qayğısına qalmır He / she takes no interest in anything, He / She shows no interest / concern for anything

    Azərbaycanca-ingiliscə lüğət / qayğı

qayğı sözünün fransız dilinə tərcüməsi

qayğı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. къайгъу, дикъет, фикир; килигун, къуллугъ авун, гелкъуьн; qayğı göstərmək (çəkmək) а) къайгъу чӀугун, фикир чӀугун, къайгъуда амукьун, гелкъуьн; б) дерд чӀугун, фикир чӀугун; qayğısına qalmaq кил. qayğı göstərmək а); 2. дерт, гъам, фикир.

    Azərbaycanca-ləzgicə lüğəti / qayğı

qayğı sözünün türk dilinə tərcüməsi

"qayğı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayğı nədir? #qayğı sözünün mənası #qayğı nə deməkdir? #qayğı sözünün izahı #qayğı sözünün yazılışı #qayğı necə yazılır? #qayğı sözünün düzgün yazılışı #qayğı leksik mənası #qayğı sözünün sinonimi #qayğı sözünün yaxın mənalı sözlər #qayğı sözünün əks mənası #qayğı sözünün etimologiyası #qayğı sözünün orfoqrafiyası #qayğı rusca #qayğı inglisça #qayğı fransızca #qayğı sözünün istifadəsi #sözlük