* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Ər və ya arvadın anası. Sona xala gözəl bir gəlin qayınanası oldu. S.S.Axundov. Qayınanalarınıza çox da üz verməyin, evinizə pərxaşlıq salar. Qantəmir. Qayınanasının ona ürək-dirək verməsinə baxmayaraq, Durna qərarsız oldu. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / qayınana1 Uyğur dilində bu kəlmə qadın ana (теща) kimi işlədilir. Onlar “ərə ver” cümləsinin müqabilində “kadıt edip ber” deyirlər. Bizdə qadın (qazın, qayın) sözü “quda (kəbin), toy, evlənmə” mənasında işlədilib. Qayın, kürəkən (göy), qayınata, qayınana sözləri “kəbin qohumları” deməkdir. Qadın ana -əslində quda anadır, “qayının anası” demək deyil, ona görə də 2-ci tərəf mənsubiyyət şəkilçisi qəbul etmir. Maraqlıdır ki, oğlan valideynləri böyük qadın ana, böyük qadın ata, qızınkı isə kiçik qadın ana, kiçik qadın ata kimi ifadə olunmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qayınana1 сущ. 1. ирандиде, ярандиде (папан диде); 2. къари (гъуьлуьн диде).
Azərbaycanca-ləzgicə lüğəti / qayınana