qazıntıları sözü azərbaycan dilində

qazıntıları

Yazılış

  • qazıntıları • 96.0000%
  • Qazıntıları • 3.0000%
  • QAZINTILARI • 1.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Troya qazıntıları
Troya qazıntıları - Henrix Şliman Troya müharibəsinin qəhrəmanlarından olan Aqamemnonun qəbrini axtarmaq üçün Mikenaya yollanır. Mikenadan sonra Dardanel ətrafı ərazilərdə axtarışlara başlayır. Bu vaxt Troyanın axtarışları haqqında sərt tənqidlər və gərgin müzakirələr mövcud idi. Bəziləri şəhərin keçmiş Brunabaşi bölgəsində olduğunu iddia edirdi. Bir çoxları Troyanı Qıssarlıq təpəsinin yerində axtarmağı təklif etdilər. Şliman isə hər iki variantı dəyərləndirmək qərarına gəlir. Səfərinin nəticələrini ilk elmi-arxeoloji işi olan “İtaka, Peloponnes və Troya” kitabında əks etdirir. Kitab 1869-cu ildə nəşr olunub. O, öz vətənində, Meklenburq şəhərindəki Rostok Universitetinə tapıntıları tədqim edir. Yerli professorlar Şlimanın elmi işini təsdiqləyərək ona doktor adı verirlər.
Asiyanın faydalı qazıntıları
Asiya neft və kondensat, təbii yanar qaz, dəmir filizi, sürmə, qalay, volfram, qurğuşun, sink, uran və barit ehtiyatlarına görə dünyada qabaqcıl yer tutur: həmçinin kömür, molibden, kobalt, civə, gümüş, qızıl, tantal, beril, xrom, manqan, mis, fosfot filizləri, boksitlər, kalium duzları və s. faydalı qazıntılarla da zəngindir. Asiyada Qərbi Sibir platformasının örtük suxurlarında dünyanın ən böyük qaz (Rusiya) və Fars körfəzi rayonunda (Səudiyyə Ərəbistanı, Küveyt, İraq və s.) Kaynozoy yaşlı kənar çökəklərdə neft yataqları mövcuddur. Neft və qaz Sibir və Turan platformalarında (Rusiya, Qazaxıstan, Türkmənistan), dağarası çökəkliklərda və mütəhərrik qurşaqlardakı kembriyəqədərki massivlərin örtüklərində (Rusiyanın Saxalin adası, Azərbaycan, Özbəkistan, Çinin şimal-şərq və qərb rayonları, Pakistan, Hindistan, Bruney) və Rusiya, Azərbaycan, Çin və Vyetnamın şelflərində hasil edilir.. Daş kömürün zəngin yataqları Rusiyada Sibir platformasının Paleozoy çöküntülərində (Tunquska hövzəsi) və onu cənubdan əhatə edən qırışıqlıq sahələrində (Kuzbas, Minusa hövzəsi və s.) cəmlənmişdir. Mezozoy və Kaynozoy kömürləri Rusiyada (Sibir, Uzaq Şərq), Vyetnamda və Çinin bir sıra rayonlarında hasil olunur. Ən müxtəlif və zəngin filizləşmə materikin qədim fəal kənarları və adalar qövslərinin vulkanik-plutonik qurşaqları ilə assosiasiya təşkil edir. Bunu Rusiyada Zabaykalye və Şimal-Şərq) qalay, qızıl, uran,; Qazaxıstan və Rusiyada dəmir filizi, mis, polimetallar və qızıl; Özbəkistan, Qırğızıstan və Tacikistanda sürmə-civə və qızıl; Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Ermənistan və Monqolustanda mis-molibden, polimetallar; Asiyanın cənub-şərqində (Myanma, Tailand, Malayziya, İndoneziya) qalay-volfram yataqlarının timsalında görmək olar. Rusiya, Türkiyə, Vyetnam, Şərqi İndoneziyada xromit, nikel (aşınma qabığında), asbest yataqları mütəhərrik qurşaqların ofiolitləri ilə, Rusiyada iri qızıl və platin yataqları, Yaponiya, İndoneziya və Filippində mis, polimetal, qızıl və gümüş yataqları Kaynozoy yaşlı adalar qövsü və aktiv materik kənarları kompleksləri ilə əlaqədardır. Rusiyada misin və muskovitin, Hindistanda dəmir filizinin nadir yataqları qədim platformaların özülündə aşkar edilmişdir.
Azərbaycanın faydalı qazıntıları
Asiya qıtəsinin faydalı qazıntıları
Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır. == Daş kömür == Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir. == Neft-qaz == Neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.
Kəlbəcər rayonunun faydalı qazıntıları
Kəlbəcər haqqında sxemlə məlumat: Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. 1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
Şəki-Zaqatala iqtisadi rayonunun faydalı qazıntıları
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. Rayon ərazisi faydalı qazıntılarla zəngindir.

"qazıntıları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qazıntıları nədir? #qazıntıları sözünün mənası #qazıntıları nə deməkdir? #qazıntıları sözünün izahı #qazıntıları sözünün yazılışı #qazıntıları necə yazılır? #qazıntıları sözünün düzgün yazılışı #qazıntıları leksik mənası #qazıntıları sözünün sinonimi #qazıntıları sözünün yaxın mənalı sözlər #qazıntıları sözünün əks mənası #qazıntıları sözünün etimologiyası #qazıntıları sözünün orfoqrafiyası #qazıntıları rusca #qazıntıları inglisça #qazıntıları fransızca #qazıntıları sözünün istifadəsi #sözlük