qaçmaq sözü azərbaycan dilində

qaçmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaçmaq • 97.9104%
  • Qaçmaq • 1.7910%
  • QAÇMAQ • 0.2985%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.43 dəfə / 1 mln.
2003 •••• 2.36
2004 •••••• 4.04
2006 ••••• 3.38
2007 ••• 1.69
2008 •• 0.97
2009 •••••• 4.00
2010 •••••••• 5.72
2011 ••••••••••• 7.72
2012 •••••••••• 6.97
2013 •••••••••••••••••••• 14.88
2014 ••••••••••••••• 10.98
2015 •••••• 3.74
2016 •••••••• 5.55
2017 •••••• 3.90
2018 ••••• 3.00
2019 •••• 2.50
2020 ••••• 3.58

qaçmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. İti, cəld addımlarla getmək, çox iti getmək; yüyürmək. Hara belə qaçırsan? – Pərinisə hövlnak qaçdı ərinin yanına və bilmədi nə eləsin. C.Məmmədquluzadə. O, tələsik yerindən durub qapıya qaçdı. M.İbrahimov. 2. İş yerindən, həbsdən və s.-dən özbaşına getmək, xəlvəti getmək. …İki nəfər dərsdən qaçıb, oturmuş imişlər çayın kənarında. C.Məmmədquluzadə. [İsmayıl:] Ay qardaş, Sibirdən qaçmaq ki qeyri-mümkündür. Ə.Haqverdiyev. // Salındığı, yaxud saxlandığı yerdən çıxıb getmək, uzaqlaşmaq. İnək tövlədən qaçmışdır. 3. İcazəsiz olaraq qoşulub getmək, evini, ailəsini tərk edib getmək. Qız bir oğlanla qaçdı. 4. Çəkinmək, saqınmaq, uzaqlaşmaq, əlaqə saxlamamaq, gözə görünməməyə çalışmaq. Pis yoldaşdan qaç. Tanışlardan niyə qaçırsan? 5. Boyun qaçırmaq, imtina etmək, yaxa qurtarmağa çalışmaq. O, aydın suala cavab verməkdən qaçır. Məsuliyyətdən qaçmaq. 6. Getmək, yox olmaq, çəkinmək. Rəngi qaçmaq. Yuxusu qaçmaq. Ləzzəti qaçmaq. – Saatlarca davam edən qarışıq fikirlər İbrahim xanı məşğul etdi, əsəbiləşdi, yuxusu tamamilə qaçdı. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qaçmaq

qaçmaq sözünün etimologiyası

qaçmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 çəkinmək — saqınmaq — uzaqlaşmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / qaçmaq
  • 3 1. QAÇMAQ [Tarverdi:] Barı qaçım, bəlkə evi yıxılmış tüfəngi mənə düzəldib atdı (M.F.Axundzadə); CUMMAQ (dan. birdən qaçmaq) Könül: Emin əvvəl sağa qaçdı, ardınca cumdum (S.Qədirzadə); DABAN ALMAQ (fr.v.) Daban aldı müxalifin qoşunu (M.Rahim); DABANINA TÜPÜRMƏK (fr.v.), ƏKİLMƏK Vəzir: Gedib həmin şah tənbəlini alovdan çıxanrlar, o birisi görür ki, bu xına o biri xınadan deyil, durub dabanına tüpürür, bir baş əkilir (S.Rəhimov); DIZIXMAQ (dan.) Balaxanım: Bu siçan-pişik padşahına bax sən allah, mənə eşqnamə oxuyur, dızıx buradan, çaqqal, mindirmə meni cin atına (Anar); GÖTÜRÜLMƏK (sürətlə qaçmaq) Qabaqca atılan bir qədər qaçaraq dayanır, o birisi gəlib çatdıqda yenidən götürülürdü (İ.Əfəndiyev); SİVİŞQULUYA DƏM VERMƏK (fr.v.) İblis de bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi (Ə.Haqverdiyev); SİVİŞMƏK (xəlvəti qaçmaq) Bu fikirlə Mötəbərov kabinetinin dal qapısından sivişib, evinə yollandı.. (M.Hüseyn); SÜRÜŞMƏK (məc.) Talıbov: Sən mumla! Sən də sürüş.. (Y.Şirvan); VAZIMAQ (dial.) Rüstəm bəy: Əliqılınclı, qabağımdan dovşan tazı qabağından qaçan kimi vazıyırdı (N.Vəzirov); YÜYÜRMƏK Könül: Mən qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can atdım (S.Qədirzadə); QAÇARAQLANMAQ, QOPARAQLANMAQ. 2. QAÇMAQ (əsgərlikdən və ya vəzifədən) [Vəzir:] Ordudan dağılıb qaçan da çoxdur (S.Vurğun); FƏRARİLİK ETMƏK/ ELƏMƏK Molla Sadıq: Bəylər də mən deyənə gəlmişlər, şəriət də bunu əmr edib, hifz bədəni vacib buyurmuş, bəla gəlməmiş, fərari et demiş (S.S.Axundov); DEZERTİRLİK ETMƏK

    Azərbaycan dilinin sinonimlər lüğəti / qaçmaq

qaçmaq sözünün antonimləri (əks mənalı sözlər)

qaçmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. бежать, бегать, убежать, удрать; 2. ускользнуть, скрываться; 3. уклоняться, избегать, воздержаться;

    Azərbaycanca-rusca lüğət / qaçmaq
  • 2 глаг. 1. бежать: 1) бегом перемещаться в каком-л. направлении. Qabaqda qaçmaq бежать впереди, maşının dalınca qaçmaq бежать за машиной, yolla qaçmaq бежать по дороге, var qüvvəsi ilə qaçmaq бежать изо всех сил 2) направляться куда-л. бегом. Məktəbə qaçmaq бежать в школу, evdən qaçmaq бежать из дома, həkim dalınca qaçmaq бежать за врачом 3) спасаться, спастись бегством. Həbsxanadan qaçmaq бежать из тюрьмы, cəbhədən qaçmaq бежать с фронта, dağlara qaçmaq бежать в горы 4) быстро протекать, проходить (о времени). Vaxt qaçır время бежит, illər qaçır годы бегут 2. убежать (уйти тайком). Evdən qaçmaq убежать из дому 3. бегать: 1) перемещаться бегом в разных направлениях. Otaqda qaçmaq бегать в комнате, həyətdə qaçmaq бегать во дворе 2) часто ходить куда-л.; посещать кого-л., что-л. Dostunun yanına tez-tez qaçır часто бегает к другу, gündə çimməyə qaçır он каждый день бегает купаться 4. kimdən, nədən избегать кого-л., чего-л. (сторониться кого-л., чего-л., уклоняться от чего-л.). Tanışlardan qaçmaq избегать знакомых, çətinliklərdən qaçmaq избегать трудностей, görüşlərdən qaçmaq избегать встреч, mübahisədən qaçmaq избегать спора, məsuliyyətdən qaçmaq избегать ответственности, cəzadan qaçmaq избегать наказания ◊ yuxusu qaçıb kimin пропал сон у кого, ləzzəti qaçıb nəyin пропал вкус у чего, rəngi qaçıb nəyin пропал цвет, окраска у чего, rəngi qaçıb kimin nədən побледнел кто от чего; qaçıb aradan çıxmaq давать тягу; qaçıb canını qurtarmaq уйти, спастись бегством от чего-л. неприятного, убежать; qaçmağa üz qoymaq пускаться наутёк; qaçmaqla canını qurtarmaq найти спасение в бегстве; qaçmağa məcbur etmək kimi, nəyi обратить в бегство кого, что; qanı qaçmaq побледнеть, испугаться; nəzərdən qaçmaq ускользнуть от внимания; huşu qaçmaq лишиться рассудка, потерять голову

    Azərbaycanca-rusca lüğət / qaçmaq

qaçmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to run, to run away; (həbsdən) to escape; həbsdən ~ to escape from prison, to break* out of prison; bir kəsin arxasınca ~ to run* after smb., to chase (after) smb.; ora-bura ~ to run* about; bərk ~ to run* fast, to run* at top speed; Onun dalınca qaç Run after him / her; 2. to avoid (d.), to shun (d.), to escape (d.), to evade (d.), to refrain (from); bir kəslə qarşılaşmaqdan ~ to avoid meeting smb.; təhlükədən ~ to shun / to avoid danger; cəzadan ~ to escape / to evade penalty; ◊ nəzərdən ~ to escape smb.’s attention / notice; ◊ rəngi ~ to turn pale; ◊ yuxusu ~ to lose* one’s sleep

    Azərbaycanca-ingiliscə lüğət / qaçmaq

qaçmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) courir vt ; ondan qabaqda ~ courir devant lui ; var qüvvəsi ilə ~ courir à toutes jambes ; 2) həbsxanadan ~ évader (s’), échapper (s’) de la prison, sauver (se) ; 3) fuir vt ; vaxt qaçır le temps fuit ; 4) fuir les gens ; təhlükədən ~ fuir le danger ; var gücü ilə aradan ~ courir comme un lapin ; həvəsim qaçıb j’ai perdu l’envie de. . . , je n’ai plus goût à ; qaçıb aradan çıxmaq montrer les talons, filer vt, prendre ses jambes à son cou

    Azərbaycanca-fransızca lüğət / qaçmaq

qaçmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. катун, зверун, чукун; dovşana qaç deyir, tazıya tut. Ata. sözü къуьрез «кат» лугьуда, кицlиз – «яхъ»; 2. катун, гагьатун (мес. къазаматдай); 3. кьил къакъудун, хев къакъудун, хиве такьун, гагьатун (мес. жавабдарвиликай); 4. квахьун, фин, амукь тавун, атӀун (мес. рангар, ахвар, иштягь).

    Azərbaycanca-ləzgicə lüğəti / qaçmaq

qaçmaq sözünün türk dilinə tərcüməsi

"qaçmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qaçmaq nədir? #qaçmaq sözünün mənası #qaçmaq nə deməkdir? #qaçmaq sözünün izahı #qaçmaq sözünün yazılışı #qaçmaq necə yazılır? #qaçmaq sözünün düzgün yazılışı #qaçmaq leksik mənası #qaçmaq sözünün sinonimi #qaçmaq sözünün yaxın mənalı sözlər #qaçmaq sözünün əks mənası #qaçmaq sözünün etimologiyası #qaçmaq sözünün orfoqrafiyası #qaçmaq rusca #qaçmaq inglisça #qaçmaq fransızca #qaçmaq sözünün istifadəsi #sözlük