qaçqın-köçkün sözü azərbaycan dilində

qaçqın-köçkün

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaçqın-köçkün • 98.9831%
  • Qaçqın-köçkün • 1.0169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qaçqın
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Məcburi köçkün
Məcburi köçkünlər — xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisindən daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslərdir.
İbrahim Köçkün
İbrahim Köçkün (azərb. Qurbanov İbrahim İsgəndər oğlu‎; d. 1937, Kiçik Qaraqoyunlu, Göyçə mahalı – ö. 9 aprel 2016, Mehdiabad, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006). == Həyatı == İbrahim Köçkün 1937-ci ildə Göycə mahalının Kiçik Qaraqoyunlu kəndində anadan olub. 1966-cı ildə Gəncə Pedaqoji İnstitutunu, sonra isə M.F.Axundov adına Xarici Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini bitirib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 9 aprel 2016-cı ildə Mehdiabad qəsəbəsində vəfat etmişdir. == Kitabları == "Göyçəsiz göyçəli necə yaşasın?" "Sirli-sehrli dünya" "Göyçə, səndən kimlər keçib" "Mirzə Bəylər nəfəsliyəm" "Həkimin dünya dərdi" "Bir Hüseyn Arif vardı" "Qalan Göyçəm" "Göyçə həsrəti", Bakı, "AKE NPM", 2015. 32 səh.
Qaçqın Qadın
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır.Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Qaçqın düşərgəsi
Qaçqın düşərgəsi — qaçqın və ya qaçqın kimi vəziyyətlərdə olan insanları qəbul etmək üçün qurulmuş müvəqqəti yaşayış məskəni.
Qaçqın milləti
Qaçqın milləti — miqrant böhranını həll etmək üçün dünyanın qaçqın əhalisini könüllü olaraq müəyyən bir yerə yerləşdirərək yeni bir millət yaratmaq təklifi. İlk dəfə 2015-ci ildə irəli sürülmüşdür. Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildəki hesablamalarına görə, dünyada təxminən 82 milyon qaçqın və məcburi köçkün var.Qaçqın milləti ideyası 2015-ci ilin iyununda Ceyson Buzi tərəfindən yaradılmış və həmin ilin iyulunda "The Washington Post" qəzetində dərc olunan məqalə ilə geniş mediada işıqlandırılmışdır. Buzi öz təklifində qaçqın milləti yaratmaq üçün bir sıra alternativlər təklif etmişdir. == Təklif olunan simvollar == Suriyalı qaçqın Yara Səid Aralıq dənizində hərəkət edən qaçqınların xilasedici jiletlərinə bənzəyən qırmızı-narıncı rəngli bayraq yaratmışdır. Beynəlxalq Olimpiya Komitəsi 2016-cı il Yay Olimpiya Oyunlarında Qaçqınların Olimpiya Komandasının bayraqdan istifadə etməsinə icazə verməmişdir. Bəzi tərəfdarlar bayraqdan qeyri-rəsmi istifadə etmişdir. Bayrağın emocisi 2021-ci ilin iyun ayından etibarən Android və iOS üçün "WhatsApp"da mövcuddur.
Qaçqın qadınlar
Qaçqın qadınlar — müharibə, təbii fəlakət və başqa səbəblərə görə yaşadığı yeri tərk etmiş qadınlar. Onlar miqrasiya təcrübəsinin hər mərhələsində gündəlik həyatda genderlə bağlı problemlərlə üzləşirlər. Digər demoqrafik məlumatlardan asılı olmayaraq bütün qaçqın qadınlar üçün ümumi problemlər səhiyyə və fiziki zorakılığa çıxışdır və ayrı-seçkilik, cinsi zorakılıq və insan alveri halları ən çox rast gəlinən çətinliklərdir. Buna baxmayaraq, qadınlar bu cür hallarda zərərçəkən olmasalar belə, onlar tez-tez öz xüsusi ehtiyaclarına və təcrübələrindən sui-istifadə və etinasızlıqla üzləşirlər. Bu, demoralizasiya, damğalanma, əqli və fiziki sağlamlığın pozulması kimi mürəkkəb nəticələrə gətirib çıxarır. Beynəlxalq humanitar yardım təşkilatlarından müvafiq resurslara çıxışın olmaması dünyada üstünlük təşkil edən gender fərziyyələri ilə daha da ağırlaşır, baxmayaraq ki, gender meynstriminqində son dəyişikliklər bu ümumi cəhətlərlə mübarizə aparmaq məqsədi daşıyır. == Səhiyyə == Qaçqın qadınların üzləşdiyi sağlamlıq problemləri susuz qalma və ishaldan tutmuş yüksək hərarət və malyariyaya qədərdir. Onlar həmçinin, gender əsaslı zorakılıq və ana sağlamlığı kimi daha geniş əhatəli hadisələri əhatə edir. Qaçqın qadınların ölümünün əsas səbəbləri arasında qida çatışmazlığı, ishal, respirator infeksiyalar və reproduktiv ağırlaşmalar var. Qaçqın qadınların sağlamlıq problemləri onların fiziki, əqli və sosial rifahı da daxil olmaqla müxtəlif amillərdən təsirlənir.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır.Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Ermənistandan qaçqın düşən azərbaycanlılar
Qaçqınlar — irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. == Ermənistandan qaçqın düşən azərbaycanlılar == Yeni tarixdə azərbaycanlılar bir neçə dəfə öz ata baba yurdundan qaçqın düşmüşdür. === 1947–1953 azərbaycanlıların Ermənistandan deportasiyası === 1947 və 1948-ci illərdə SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar çıxarır. SSRİ Nazirlər Soveti Qərar № 4083 23 dekabr 1947-ci il. Moskva, Kreml SSRİ Nazirlər Soveti Qərar № 754 10 mart 1948-ci il Moskva, Kreml1947–1953-cü illər ərzində 100 minlərlə azərbaycanlı deportasiyaya məruz qalır . Stalin tərəfindən 1947–1953-cü illərdə həyata keçirilən azərbaycanlıların növbəti deportasiyası zamanı ilk mərhələdə İrəvan şəhəri (indiki Yerevan şəhəri) yaxınlığınldakı yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, sonra isə rayon mərkəzləri, ətraf kənd və qəsəbələrin əhalisi köçürülmüşdür.Deportasiyaya məruz qalan əhalinin bir hissəsi Ermənistanın dağ rayonlarında yaşadığı üçün Kür-Araz ovalığındakı iqlim şəraitinə çətin alışmışdır. Bu səbəbdən də Kür-Araz ovalığına köçürülmüş on minlərlə azərbaycanlı arasında kütləvi ölüm halları qeydə alınmışdır. Digər tərəfdən, Ermənistandan köçürülən bir nəfər də azərbaycanlı Dağlıq Qarabağ ərazisinə buraxılmamışdır. Əksinə "Böyük Ermənistan" ideyasının həyata keçirilməsi istiqamətində bu ərazinin azərbaycanlılardan boşaldılması işi planlı surətdə davam etdirilmiş və daxili köçürmə adı ilə 1949-cu ildə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdandan 132 ailə (549 nəfər) Azərbaycanın Xanlar rayonuna köçürülmüşdür. Eyni zamanda Azərbaycan yaşayış məntəqələrinin adlarının dəyişdirilmiş, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı həyata keçirilmişdir.
Qaçqın qadın (film, 2001)
Qaçqın qadın (hind: लज्जा; Rom: Lajja; Azərbaycan dilində: Xəcalət) 2001-ci ildə Rajkumar Santoşinin istehsal etdiyi və rejissoru olduğu hindi dilində çəkilmiş kriminal dram filmidir. Hindistanda qadınların acınacaqlı vəziyyətinə və feminizmə əsaslanan film qadınların cəmiyyətdə yer aldıqları şərəfi və onlara qoyulan məhdudiyyətləri satirikləşdirir. Dörd qadının adının (Maithili, Janki, Ramdulaari və Vaidehi) hamısının ideal hindu qadın adı olan Sitanın versiyaları olması filmin özlüyündə bir mesajdır. Baş rolda, pis rəftara məruz qalan qadın Vaidehi rolunda oynayan Manişa Koirala oynamış, digər rollarda Rekha, Anil Kapur, Madhuri Dixit, Ajay Devgn, Jackie Shroff, Mahima Chaudhry, Johnny Lever, Suresh Oberoi, Sharman Joshi, Danny Dengzongpa, Razak ansamblı çəkilmişdir. Xan, Gülşən Qrover və Aarti Chhabriya isə ikinci planda çəkilmişdirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2011 •••••••• 0.26
2012 ••••••••••••• 0.43
2014 ••••• 0.17
2015 •••••••••• 0.34
2016 •••••••••••••••••••• 0.69
2020 •••••••• 0.27

Oxşar sözlər

#qaçqın-köçkün nədir? #qaçqın-köçkün sözünün mənası #qaçqın-köçkün nə deməkdir? #qaçqın-köçkün sözünün izahı #qaçqın-köçkün sözünün yazılışı #qaçqın-köçkün necə yazılır? #qaçqın-köçkün sözünün düzgün yazılışı #qaçqın-köçkün leksik mənası #qaçqın-köçkün sözünün sinonimi #qaçqın-köçkün sözünün yaxın mənalı sözlər #qaçqın-köçkün sözünün əks mənası #qaçqın-köçkün sözünün etimologiyası #qaçqın-köçkün sözünün orfoqrafiyası #qaçqın-köçkün rusca #qaçqın-köçkün inglisça #qaçqın-köçkün fransızca #qaçqın-köçkün sözünün istifadəsi #sözlük