qaçırılması sözü azərbaycan dilində

qaçırılması

Yazılış

  • qaçırılması • 99.7271%
  • Qaçırılması • 0.2729%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eyxmanın qaçırılması
Eyxmanın qaçırılması — 1960-cı ilin mayında nasist müharibə cinayətkarı Adolf Eyxmanın Argentinadan İsrailə aparmaq üçün İsrail kəşfiyyat xidməti "Mossad"ın keçirdiyi əməliyyat. Əməliyyat qeyri-rəsmi aparılmışdı. Bu səbəbdən Argentina İsraili öz suverenliyini kobud şəkildə pozmaqda günahlandırdı. İsrail əməliyyatın qanunsuzluğunu, İkinci Dünya Müharibəsi dövründə Avropa yəhudilərinin soyqırımının təşkilində birbaşa məsul olan Eyxmanın görünməmiş cinayətləri ilə əsaslandırdı. Qırx il sonra Argentina nasist cinayətkarlara sığınacaq verdiyi üçün xolokost qurbanlarından rəsmi olaraq üzr istədi. == Tarixi == Ümumiyyətlə keçmiş nasistlərin axtarışı və cəzalandırılması məsələsi İsraildə həmişə aktualığını saxlayırdı. Belə ki, ölkə əhalisinin əksəriyyəti özü Xolokostdan əziyyət çəkmiş və ya çox sayda qohumu, dostu və tanışı onun qurbanı olmuşdur. Ölkənin 200 minə yaxın sakini özləri konsentrasiya düşərgələri və gettolardan keçmişdilər. İsrail üçün Adolf Eyxman axtarılan nasistlər siyahısında "bir nömrəli" adam idi və onun tutulması prinsip məsələsi sayılırdı. Eyxman Vanze konfransının hazırlanmasında və keçirilməsində, sonra isə "yəhudi məsələsinin son həlli" (yəni Avropa yəhudiliyinin aradan qaldırılması) ilə bağlı qərarlarının icrasında mühüm rol oynamışdı.
Levkippin qızlarının qaçırılması
Levkippin qızının qaçırılması — Piter Paul Rubensin yunan mifologiyası əsasında Zevs və Ledin oğulları — Dioskur qardaşlarının çar Levkippin qızlarının qaçırması səhnəsi təsvir olunmuş yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Levkippin qızının qaçırılması
Levkippin qızının qaçırılması — Piter Paul Rubensin yunan mifologiyası əsasında Zevs və Ledin oğulları — Dioskur qardaşlarının çar Levkippin qızlarının qaçırması səhnəsi təsvir olunmuş yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri.
Proserfinanın Qaçırılması (heykəl)
Proserfinanın Qaçırılması (it. Ratto di Proserpina) — italyan heykəltəraşı, rəssam və memarı Covanni Lorenso Bernini tərəfindən 1621–1622 illər arasında, özünün karyerasının erkən dövrlərinə təsadüf etsə də ən məşhur heykəllərindən sayılan, barokko üslubuna aid heykəl. Berninin 23 yaşında olarkən bitirdiyi heykəl, qədim yunan-roma mifologiyasına görə Demetrayla Zevsin qızı, Persefonanın, yeraltı dünyasının tanrısı hesab olunan Pluton tərəfindən yer altına qaçırılmasını özündə əks etdirir.
Sabine Qadınının Qaçırılması (heykəl)
Sabine Qadınının Qaçırılması (it. Ratto delle Sabine) — Florensiyalı heykəltaraş Cambolonyanın ən məşhur əsəri.
An-24 təyyarəsinin Türkiyəyə qaçırılması (1970)
An-24 təyyarəsinin Türkiyəyə qaçırılması — 1970-ci il oktyabrın 15-də SSRİ-də ilk uğurlu təyyarə qaçırma hadisəsi. Litvalı Pranas Brazinskas və onun 13 yaşlı oğlu Algirdas Antonov An-24 təyyarəsi ilə idarə olunan Aeroflot 244 reysi zamanı təyyarəni qaçırıblar. Təyyarə Batumi Hava Limanından Suxumi Hava Limanına gedirdi. Təyyarədə açılan atəş nəticəsində 19 yaşlı stüardessa Nadejda Kurçenko həlak olub və bir neçə ekipaj üzvü yaralanıb. Pranas Brazinskas təyyarədəki iki silahlı mühafizəçinin müqaviməti nəticəsində getdiyini bildirib. Sovet mətbuatının yazdığına görə, münaqişə Brazinskas tərəfindən başlayıb və o, pilotları xəbərdar etmək üçün kabinəyə gedib, lakin kabinədə mühafizəçilər olmayıb. Təyyarəni qaçıranlar Türkiyənin Trabzon Hava Limanına endirərək Türkiyə hökumətinə təslim olublar. Brazinskas mühakimə olundu və həbs edildi, lakin Türkiyə təyyarə qaçıranları Sovet hakimiyyətinə təhvil verməkdən imtina etdi. Sərnişinlər və təyyarə SSRİ-yə geri göndərildi. 4 il həbsdən sonra 1974-cü ildə əfv olunan Brazinskas əvvəlcə Venesuelaya, sonra isə ABŞ-yə getdi.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희). tərəfindən qaçırılmışdır. Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi. Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır.

Oxşar sözlər

#qaçırılması nədir? #qaçırılması sözünün mənası #qaçırılması nə deməkdir? #qaçırılması sözünün izahı #qaçırılması sözünün yazılışı #qaçırılması necə yazılır? #qaçırılması sözünün düzgün yazılışı #qaçırılması leksik mənası #qaçırılması sözünün sinonimi #qaçırılması sözünün yaxın mənalı sözlər #qaçırılması sözünün əks mənası #qaçırılması sözünün etimologiyası #qaçırılması sözünün orfoqrafiyası #qaçırılması rusca #qaçırılması inglisça #qaçırılması fransızca #qaçırılması sözünün istifadəsi #sözlük