qaçışçı sözü azərbaycan dilində

qaçışçı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qaçışçı • 92.8571%
  • Qaçışçı • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Labirint qaçışçısı: Alov sınaqları (roman)
Alov sınaqları və ya original adı ilə “The Scorch Trials” adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının ikincisi olub 2010-cu ildə nəşr edilmiş yeniyetmə romanıdır.
Labirint qaçışçısı: Virus kodu
Virus kodu və ya original adı ilə The Fever Code adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının beşinci və sonuncu kitabı olub 2016-cı ildə çap edilmiş gənclik romanıdır. Bu, ilk kitabda (Labirint qaçışçısı: Ölümcül Qaçış) bəhs edilən labirintin necə yaradıldığını izah edir. Labirint qaçışçısı filmində labirintdən çıxmada böyük rol oynamış Tomasın və labirintə gələn ilk qadın olan Teresanın uşaqlıq hallarının labirintin yaradılmasındakı böyük rolundan bəhs edən Labirint qaçışçısı seriyasının son kitabıdır.
Labirint qaçışçısı: Ölüm əmri
Ölüm əmri və ya original adı ilə The Kill Order adlanan bu roman amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının dördüncüsü olub 2012-ci ildə çap olunmuş gənclik romanıdır.
Labirint qaçışçısı: Ölümə dərman
Ölümə dərman və ya original adı ilə The Death Cure adlanan bu roman, Amerika yazıçısı Ceyms Daşner tərəfindən yazılmış Labirint qaçışçısı romanlarının üçüncüsü olub 2011-ci ildə nəşr edilmiş gənclik romanıdır. Filmin ekranlaşdırılmış versiyasının buraxılış tarixi 2018-ci il yanvarın 12-də olmuşdur.
Labirint qaçışçısı (dəqiqləşdirmə)
Labirint qaçışçısı (film, 2014) – 2014-cü ildə çəkilmiş film
Labirint qaçışçısı (film, 2014)
Labirintdə dolaşan (ing. The Maze Runner) — Ceyms Daşnerin 2009-cu ildə yazdığı eyniadlı romanı əsasında rejissor Ues Balın 2014-cü ildə çəkdiyi elmi fantastika, distopiya, döyüş və triller janrlarındakı ABŞ filmidir. Baş rollarda Dylan O'Brien, Aml Ameen, Kaya Scodelario, Thomas Brodie-Sangster, Will Poulter və Ki Hong Lee oynamışdırlar. 18 sentyabr 2015-ci ildə onun davamı olan Labirintdə qaçış: Alovlu sınaq filmi buraxılmışdır. == Süjet xətti == Qleyd daş divarlarla əhatə olunmuş geniş ərazidir. Tomas qleydə buraxılanda digər oğlanlar kimi adından başqa heç nəyi xatırlamırdı. Qleyddəki Tomasdan başqa hamı oradan çıxmağın mümkün olmadığını düşünür. Tomas çıxış yolunu tapa biləcəyini düşünür; lakin bunun üçün beyninin dərinliklərindəki sirləri həll etməlidir.
Labirint qaçışçısı (film seriyası)
Labirint qaçışçısı (əsl adı: Maze Runner) Şimali Amerika yazıçısı Ceyms Daşnerin Labirint qaçışçısı romanları əsasında hazırlanmış elmi-fantastik, distopik, döyüş, macəra film janrlarını özündə birləşdirən Şimali Amerika film trilogiyasıdır. Ellen Goldsmith-Vein tərəfindən istehsal edilmiş və 20th Century Fox tərəfindən yayımlanmış bu filmin baş rollarında Dylan O'Brien, Kaya Scodelario, Thomas Brodie-Sangster, Ki Hong Lee, Dexter Darden və Patricia Clarkson yer almışdır. Ues Ball hər üç filmin rejissoru olub. İlk film Labirint qaçışçısı 19 sentyabr 2014-cü ildə nümayiş olundu və dünya üzrə 348 milyon dollardan çox gəlir gətirərək böyük bir kommersiya müvəffəqiyyəti əldə etdi. İkinci film, Labirintdə qaçış: Alovlu sınaq, 18 sentyabr 2015-ci ildə nümayiş etdirildi və dünya üzrə 312 milyon dollardan çox gəlir əldə edərək müvəffəqiyyət qazandı. Film franşizası 2018-ci il yanvarın 26-da yayımlanan və dünya üzrə 288 milyon dollar gəlir gətirən üçüncü film olan Labirintdə qaçış: ölümə dərman filminin nümayişi ilə başa çatmışdır. == Filmlər == === Labirint qaçışçısı === Film bir qrup oğlan ilə labirintdə tələyə düşərək oyanan Tomas haqqındadır. Onun WCKD (World Catastrophe Killzone Departamenti) kimi tanınan bir təşkilat haqqında xəyalları istisna olmaqla, xarici dünya haqqında heç bir informasiyası yoxdur. Tomas yalnız labirintdə tapdığı ip ucları ilə keçmişinin hissələrini bir araya gətirərək məqsədinə çatmağa və qaçmağın bir yolunu tapmağa ümid edə bilər. Filmin inkişafına 2011-ci ilin yanvarında Foks Daşnerin Labirint qaçışçısı romanının film hüquqlarını aldıqdan sonra başlandı.
Labirint qaçışçısı (roman)
Labirint qaçışçısı, original adı "The Maze Runner" olan roman, amerikalı yazıçı Ceyms Daşner tərəfindən 2009-cu ildə yazılmış yeniyetmə romanıdır. Labirint qaçışçısı (ingiliscə The Maze Runner) Ceyms Daşnerin gənclik antiutopiyası janrında yazmış olduğu Labirint qaçışçısı kitab seriyasındakı ilk kitabıdır. Roman 2009-cu ilin oktyabrında Delacorte Press tərəfindən nəşr edilmişdir. Kitabın müvəffəqiyyət qazanmasından sonra seriyanın davamı olan iki kitab, Alov sınaqları (2010) və Ölümün Müalicəsi (2011) yazılmışdır. 2012-ci ilin avqustunda Ceyms Daşner həm də Öldürmək əmri (Total Threat) adlı prekvelini yazmışdır. 2014-cı ildə romanın süjet xətti əsasında film çəkilmişdir. Rusiyada kitabın 2013-cü ilin sonunda nəşr olunmasına baxmayaraq, bu nəşrdən əvvəl internetdə “Labirint qaçışçısı” romanının rus dilindəki həvəskar tərcüməsi yerləşdirilmişdi.
Labirint qaçışçısı romanları
Labirint qaçışçısı amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış silsilə romanlardırlar. Bu seriyanı təşkil edən kitablar Labirint qaçışçısı, Alov sınaqları, Ölümə dərman, Ölüm əmri və Virus kodudur. Seriyanın ilk üç kitabı ekranlaşdırılmışdır. Gələcək haqqında anti-utopiya elmi fantastika ləzzətində yazılmış bu seriya günəş partlayışlarının və Amerika laboratoriyalarından yayılan virusun bəşəriyyətin böyük hissəsini məhv etdiyi dünyadan bəhs edir. Hadisələr İ.A.M.T.N-ın (İnsanlığın Axırı-Məhv olma Tədqiqat Nöqtəsi) çarə tapmaq üçün yaradılmış virusa qarşı immuniteti olan insanları labirintdə yığıb, "Labirint Təcrübələri"nə başlaması ilə inkişaf etməyə başlayır. Seriya ümumilikdə beş kitabdan ibarətdir. İlk üç kitab ("Ölümcül Qaçış", "Alov Sınaqları", "Son Üsyan") əlaqəli romanlarıdır (hadisələr bir-birinə bağlıdır. Bir roman digər romanın bitdiyi yerdən başlayır). Ölüm əmri kitabında virusun və günəş partlayışlarının necə meydana gəldiyi təsvir edilir. İlk üç kitabın personajları burada görünmürlər.
Labirint qaçışçısı (kitab seriyası)
Labirint qaçışçısı amerikalı yazıçı Ceyms Daşner tərəfindən yazılmış silsilə romanlardırlar. Bu seriyanı təşkil edən kitablar Labirint qaçışçısı, Alov sınaqları, Ölümə dərman, Ölüm əmri və Virus kodudur. Seriyanın ilk üç kitabı ekranlaşdırılmışdır. Gələcək haqqında anti-utopiya elmi fantastika ləzzətində yazılmış bu seriya günəş partlayışlarının və Amerika laboratoriyalarından yayılan virusun bəşəriyyətin böyük hissəsini məhv etdiyi dünyadan bəhs edir. Hadisələr İ.A.M.T.N-ın (İnsanlığın Axırı-Məhv olma Tədqiqat Nöqtəsi) çarə tapmaq üçün yaradılmış virusa qarşı immuniteti olan insanları labirintdə yığıb, "Labirint Təcrübələri"nə başlaması ilə inkişaf etməyə başlayır. Seriya ümumilikdə beş kitabdan ibarətdir. İlk üç kitab ("Ölümcül Qaçış", "Alov Sınaqları", "Son Üsyan") əlaqəli romanlarıdır (hadisələr bir-birinə bağlıdır. Bir roman digər romanın bitdiyi yerdən başlayır). Ölüm əmri kitabında virusun və günəş partlayışlarının necə meydana gəldiyi təsvir edilir. İlk üç kitabın personajları burada görünmürlər.

Oxşar sözlər

#qaçışçı nədir? #qaçışçı sözünün mənası #qaçışçı nə deməkdir? #qaçışçı sözünün izahı #qaçışçı sözünün yazılışı #qaçışçı necə yazılır? #qaçışçı sözünün düzgün yazılışı #qaçışçı leksik mənası #qaçışçı sözünün sinonimi #qaçışçı sözünün yaxın mənalı sözlər #qaçışçı sözünün əks mənası #qaçışçı sözünün etimologiyası #qaçışçı sözünün orfoqrafiyası #qaçışçı rusca #qaçışçı inglisça #qaçışçı fransızca #qaçışçı sözünün istifadəsi #sözlük